Cümə günü, 13 noyabr 2026
     

Bakı Forumunda dünyanın gələcəyi barədə çox maraqlı, bəzən isə ziddiyyətli fikirlər səsləndirildi... - FOTO

Image


Nizami Gəncəvi Beynəlxalq Mərkəzi cəmiyyətlər və mədəniyyətlər arasında körpülər yaradır. “Trend”in məlumatına görə, bu barədə VI Qlobal Bakı Forumu zamanı BMT-nin Baş katibi Antonio Quttereşin təşkilatın Azərbaycandakı rezident-əlaqələndiricisi Qulam İsaqzai tərəfindən səsləndirilmiş məktubunda deyilir.

Baş katib bu işinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkürünü bildirib: “İnklüziv cəmiyyətin yaradılması çox vacibdir və dayanıqlı inkişaf məqsədlərində qeyd olunmuş əsas hədəflərdəndir”.

O vurğulayıb ki, bugünkü problemlərin həllinə elm və texnologiya kömək göstərə bilər.

İtaliya Prezidentinin Qlobal Bakı Forumuna məktubu...

Qlobal Bakı Forumu ölkələr arasında qarşılıqlı anlayışın qurulması üçün yaxşı platformadır. İtaliyanın Prezidenti Serco Mattarellanın dünən Bakıda öz işinə başlamış VI Qlobal Bakı Forumu iştirakçılarına ünvanlanmış məktubunda belə deyilir.

İtaliya Prezidenti qeyd edib ki, terror aktları bütün dünya ölkələri üçün çağırışdır.

Məktubda deyilir:"Biz təhlükəsizliyi təmin etməliyik. Terrorizmlə mübarizə üçün bizə qarşılıqlı dialoq lazımdır. Qlobal Forum bu planda yaxşı nümunədir. Qlobal Bakı Forumu ölkələr arasında qarşılıqlı anlayışın qurulması üçün yaxşı platformadır".

Britaniya Baş naziri yazdı...

Azərbaycan və Böyük Britaniya əməkdaşlığı genişləndirəcək. Böyük Britaniyanın Baş naziri Tereza Mey Bakıda öz işinə başlamış VI Qlobal Bakı Forumu iştirakçılarına məktubunda belə deyib.

Baş nazir qeyd edib ki, hər iki ölkə əsasən energetika sahəsində səmərəli əməkdaşlıq qurub: “Böyük Britaniya və Azərbaycan arasında hələ 1992-ci ildə möhkəm və produktiv əlaqərlə yaradılıb. Biz energetika sahəsində daha fəal əməkdaşlıq edirik”.

Britaniyalı baş nazir qeyd edib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi fikir mübadiləsi və dialoqun qurulması üçün yaxşı platformadır və əmin olduğunu bildirib ki, bu forum dünyada inklüziv cəmiyyətin yaradılmasına töhfə verəcək.

Rumıniyanın Baş naziri isə bunları yazıb...

Multikulturalizm məsələlərində Qara və Xəzər dənizləri regionundakı ölkələrə Azərbaycanın sahib olduğu müsbət təcrübəni əldə etmək lazımdır. Bu barədə Rumıniyanın Baş naziri Viorika Dençilenin VI Bakı Qlobal Forumunun iştirakçılarına ünvanlanmış məktubunda deyilir.

Baş nazir bildirib: “Burada, Qərblə Şərqin kəsişməsində Azərbaycan multikultural cəmiyyəti olan etibarlı regional oyunçu kimi vacib rol oynayır. Mən inanıram ki, Azərbaycanın bu sahədə vacib təcrübəsi var və bizimlə bölüşə bilər. Bizim regionumuza bu cür müsbət təcrübə lazımdır”.

V.Dençile həmçinin xatırladıb ki, bu il Azərbaycan və Rumıniya 100 illik yubileylərini qeyd edir: “Yüz il əvvəl Azərbaycan regionda parlamentli demokratiya və qadın hüquqlarının təmin olunmasında ən yüksək standartları təyin etdi”.

Türkiyənin Baş naziri təəssüf etdi...

VI Qlobal Bakı Forumu mühüm məsələlərin müzakirə olunduğu məkandır. Bunu Türkiyənin Baş naziri Binəli Yıldırım Azərbaycanın paytaxtında keçirilən “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

Baş nazir qeyd edib ki, bu gün regional təhlükəsizlik üçün əməkdaşlığa daha çox ehtiyac var: "Ölkələr arasında münasibətlərin inkişafına kömək edə biləcək birgə layihələrin reallaşdırılması da çox mühümdür".

O bildirib ki, bu gün Türkiyə və Azərbaycan mühüm layihələr həyata keçirir: "Bu layihələr təkcə regionun inkişafına istiqamətlənməyib, eləcə də beynəlxalq miqyaslıdır".

B.Yıldırım əlavə edib ki, TANAP boru kəməri belə vacib layihələrdən biridir: "Türkiyə müttəfiq və dostların sayını artırmaq siyasəti yürüdür. Böhranın həlli üçün bütün ölkələr birlikdə fəaliyyət göstərməlidir".

İkili standartların tətbiqi Cənubi Qafqazda münaqişələrin həllinə mane olur. Bunu da Binəli Yıldırım VI Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

Baş nazir qeyd edib ki, Azərbaycan ərazilərinin işğalı qəbuledilməzdir: “Gec və ya tez Azərbaycan torpaqlarının işğalı başa çatacaq”.

“Biz səylərimizi birləşdirməliyik, Qarabağda, Suriyada, İraqda və digər yerlərdə törədilən qətliamları unutmamalıyıq, “Qarabağda yaşananlar bizim məsələlər deyil” deyə bilmərik. Haqsızlığa səssiz qalmaq olmaz” - deyən Baş nazir bildirib ki, bölgədə problemlərin həlli üçün səylərin birləşdirilməsi vacibdir: “Təəssüflər olsun ki, bunun əksinə olaraq rəqabət gedir”.

B.Yıldırım Bakı-Tbilisi-Kars dəmir yolu xəttindən də danışıb. O qeyd edib ki, Qafqaz regionunun təhlükəsizliyi üçün Gürcüstan, Azərbaycan və Türkiyə birgə addımlar atır: “Regionda bir sıra beynəlxalq layihələr həyata keçirilir. Bakı-Tbilisi-Qars dəmiryol xətti vasitəsilə Çindən Londona qədər kəsintisiz əlaqə yaradılacaq. Buna bənzər layihələrin sayı artdıqca, regionda təhlükəsizlik möhkəmlənəcək”.

Qlobal Bakı Forumu beynəlxalq məsələlərin müzakirəsi üçün çox gözəl imkanlar yaradır

Qlobal Bakı Forumu hər il əhəmiyyətini daha da artırır və dünya qarşısında duran çağırışlarla bağlı mühüm müzakirələrin keçirildiyi bir platformaya çevrilib. Bu sözləri Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliev deyib.

R.Plevnelievin sözlərinə görə, forum keçmiş və hazırki prezidentlərin, hökumət başçılarının, dünyanın tanınmış siyasətçilərinin və siyasi ekspertlərin bir araya gəlməsi və mühüm əhəmiyyət kəsb edən beynəlxalq məsələlərin müzakirəsi üçün çox gözəl imkanlar yaradır.

Sabiq prezident forumda iştirak etməkdən şad olduğunu bildirib. O qeyd edib ki, dünyada mövcud olan problemlərin həlli üçün onların mütləq müzakirəsi aparılmalıdır: "Bu gün problemləri müzakirə etməli və onların həlli yollarını tapmalıyıq. Biz hamımız sülh, tolerantlıq istəyirik. Bu baxımdan qlobal forum çox vacib məkandır".

Hər il Bakı Forumunun əhəmiyyəti artır

Bakı Qlobal Forumu artıq ənənə halını alıb və hər il bu forumun əhəmiyyəti daha da artır. Bunu Latviyanın keçmiş Prezidenti Valdis Zatlers jurnalistlərə deyib.

V.Zatlers bildirib ki, forum ketdikcə dünyada daha nüfuzlu platformaya çevrilir və burada aparılan müzakirələrin keyfiyyəti və iştirakçıların sayı artır.

Keçmiş prezident vurğulayıb ki, bu forum eyni zamanda Azərbaycanın beynəlxalq nüfuzunun artmasına səbəb olur.

O qeyd edib ki, Forumda dünyanın bir çox ölkələrinin keçmiş və indiki dövlət və hökumət başçıları, nüfuzlu siyasətçilər iştirak edir: "Qlobal forum dünyada baş verən hadisələr, qlobal inkişaf və digər mühüm proseslərlə bağlı fikirlərin formalaşdırılması üçün mühüm bir platformaya çevrilib”.

Avroittifaq da böyük dəyər verdi…

Qlobal Bakı Forumu beynəlxalq çağırışlarla bağlı fikir mübadiləsi aparmaq üçün çox gözəl platformaya çevrilib. Bunu jurnalistlərə Avropa İttifaqının Cənubi Qafqaz üzrə sabiq xüsusi nümayəndəsi Piter Semnebi deyib.

O qeyd edib ki, Azərbaycan son illərdə beynəlxalq aləmdə mühüm rol oynayır və Şərq ilə Qərb arasında bir körpüyə çevrilib: “Ölkə üçün bunun böyük əhəmiyyəti var. Mən hər dəfə məmnuniyyətlə bu forumda iştirak etmək üçün Azərbaycana gəlirəm və çox şadam ki, belə bir platforma mövcuddur”.

Bosniya nümayəndəsi ölkəsinin hələ 2013-cü ildə Azərbaycanın ərazi bütövlüyünü rəsmən dəstəklədiyini bildirdi

Qlobal Bakı Forumu dünyada ən mühüm müzakirə meydançalarından biridir. Bunu “Trend”ə özəl müsahibəsində Bakıda keçirilən VI Qlobal Forumda iştirak edən Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç deyib.

M.İvaniç qeyd edib: "Forumda müzakirə edilən mövzuları və iştirakçıların siyahısını nəzərdən keçirməklə demək olar ki, şübhəsiz, forum ildən-ilə daha effektli olur".

Qlobal Bakı Forumunun beynəlxalq arenada hadisələrin inkişafını müzakirə etmək üçün meydan olaraq rolunu şərh edən Rəyasət Heyətinin üzvü bildirib ki, Forum çox vacib xarakter kəsb edir: "Belə ki, bu forumda müzakirə edilən mövzular bütün dünya üçün böyük əhəmiyyət daşıyan əhəmiyyətli məsələ və çağırışları əhatə edir".

Bosniya və Herseqovina ATƏT-in Minsk Qrupunun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin axtarışına istiqamətlənmiş fəaliyyətini dəstəkləyir. Bunu da VI Qlobal Bakı Forumunun iştirakçılarından biri olan Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç “Trend”ə açıqlamasında deyib.

O qeyd edib ki, bu məqsədə çatmağın ən optimal üsulu beynəlxalq səviyyədə qəbul edilmiş, dinc və davamlı həll yoludur.

M.İvaniç xatırladıb ki, 2013-cü ilin yanvarında Bosniya və Herseqovinanın Parlament Assambleyasının Nümayəndələr Palatası, həmin ilin fevralında isə Parlament Assambleyasının Xalqlar Palatası (Yuxarı Palata) Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstək və hörmət haqqında qətnamələr qəbul edib.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü vurğulayıb ki, bu qətnamələrdə Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinə dəstək də ifadə olunub.

ABŞ-ın BMT-dəki sabiq səfirindən Bakıda qorxunc xəbərdarlıq…

“Dünyada münaqişələr azalmayacaq, əksinə, artacaq”

“İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda keçirilən VI Qlobal Bakı Forumu çərçivəsində “Güc anlayışı: böyük güclər və digərləri” paneli Serbiyanın sabiq prezidenti (2004-2012) Boris Tadiçin moderatorluğu ilə keçirilib.

B.Tadiç böyük güclər dedikdə ABŞ, Rusiya və Çinin nəzərdə tutulduğunu bildirib: "Biz ABŞ, Rusiya və Çin kimi böyük güclərin xarici siyasət strategiyalarının qlobal balansa necə təsir etməsi barədə danışacağıq".

Nizami Gəncəvi dəyərlərinin daha geniş təşviq olunmasının zəruriliyini vurğulayan Türkiyənin baş naziri Binəli Yıldırım deyib ki, dünya inkişaf etdikcə ölkələr arasında məsafələr qısalır: "Silahlı münaqişələr, müharibələr, terror hamının probleminə çevrilib. Heç bir ölkə sadaladıqlarıma qarşı təkbaşına mübarizə apara bilməz. Terrora qarşı ortaq mövqedən çıxış etmək lazımdır".

Türkiyənin Suriya və İraqla həmsərhəd olduğunu xatırladan B. Yıldırımın sözlərinə görə, adı çəkilən ölkələrlə sərhəddə terror təhlükəsi böyükdür: "Biz sərhədlərimizi keçərək İŞİD terror təşkilatına qoşulmaq istəyən şəxslərin qarşısını alırıq. Türkiyə indiyə kimi 4000-dən çox İŞİD döyüşçüsünü zərərsizləşdirib. Bu terrorçular zərərsizləşdirilməsə, onlar Avropada terror aktları törədəcəkdilər. Bizim Afrində apardığımız hərbi əməliyyatlar ölkəmiz üçün ciddi problemə çevrilən terrorla mübarizədir. Suriyada 7 ildən çoxdur ki, sülh bərqərar olmur. Çünki böyük güclər regionda münaqişənin həllinə dəstək vermək əvəzinə, bir-birləri ilə rəqabət aparırlar. Bunun da altını günahsız insanlar çəkir".

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) həmsədri, Latviyanın sabiq prezidenti (1999-2007) Vayra Vike-Frayberqa qeyd edib ki, insanların yaşama istəyinə hörmət edilərsə, konfliktlər baş verməz.

“Gryphon Partners və Halilzad Associates”in prezidenti, ABŞ-ın BMT-dəki sabiq səfiri (2007-2009) Zalmay Xəlilzad deyib ki, Çin artıq ikinci böyük iqtisadi gücə malikdir və onun hərbi qüdrəti gündən-günə artır: “Lakin Çin Asiyada əsas dominant gücə çevrilə bilmir. ABŞ-ın təhlükəsizlik və hərbi strategiyalarında isə xüsusən güclərin tarazlaşdırılmasına xüsusi önəm verilir. Belə olan halda, ABŞ öz hərbi gücünü artırır. Rusiyanın iqtisadi gücü azalsa da, prezident Vladimir Putin Rusiyanı, prezident Donald Tramp isə ABŞ-ı böyük gücə çevirmək istəyirlər. Belə olan halda hansı əməkdaşlıqdan söhbət gedə bilər? Təəssüf ki, konfliktlər azalmayacaq, əksinə, onların sayı artacaq”.

Rusiyalı politoloq, Xarici və Müdafiə Siyasəti Şurası Rəyasət Heyətinin fəxri sədri, Rusiya Ali İqtisadiyyat Məktəbinin Dünya siyasəti fakültəsinin dekanı Sergey Karaqanov bildirib ki, Qərb dünyası 500 ildir dünyada dominantlıq edir, Rusiya isə XVI əsrdən hərbi gücün hesabına dominantlıq etməyə başlayıb: “Hazırda ikiqütblü dünyanı bərpa etməyə çalışırlar. Bir müddət sonra dünyada iki super güc olacaq. Bir tərəfdə ABŞ-Avropa, digər tərəfdə isə Avrasiya birliyi. Hansı ki orada Çin, Rusiya, Türkiyə, İran, Hindistan fəal olacaqlar. Belə olan təqdirdə xüsusən kiçik millətlər manevr imkanları qazanacaq və onlar daha azad olacaqlar. Mən gələcək barədə nikbinəm”.

Xarici Əlaqələr üzrə Çin Xalqlar İnstitutunun sabiq prezidenti, Çinin Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun vitse-sədri Mey Caoran dünyada əhəmiyyətli hadisələrin baş verdiyini vurğulayıb: "Ölkələrin qarşılıqlı əlaqələri inkişaf edir. Bununla belə, terrorizm, iqlim dəyişikliyi də baş verir. Biz bunları ya qarşılıqlı əməkdaşlıq çərçivəsində, ya da münaqişə zəminində həll etməyə qərar verməliyik”.

Panel müzakirələrlə başa çatıb.

“Meydana çıxan yeni güclər” mövzusunda müzakirələr…

VI Bakı Qlobal Forumu çərçivəsində “Meydana çıxan yeni güclər” mövzusunda ikinci panel iclası keçirilib. Trend-in məlumatına görə, iclasa moderatorluq edən Avropa Parlamentinin sabiq vitse-prezidenti Rodi Kratsa qlobal mənada yeni güclərin rolunun, onların dünyanın super gücləri ilə münasibətlərin, regionlardakı hadisələrə təsirlərinin müzakirə edilməsinin vacib mövzular olduğunu qeyd edib.

Rumıniya Baş nazirinin müavini Ana Birçall bildirib ki, hansı güclərin meydanda olmasından asılı olmayaq onlar ilk növbədə əsas səylərini sabitliyin saxlanmasına yönəltməlidirlər. Avropa İttifaqının (Aİ) tərəfdaşları ilə əməkdaşlığından danışan Baş nazirin müavini hazırda əsas əlaqələrin ABŞ ilə aparıldığını bildirib. O, eyni zamanda Aİ-nin Şərq Tərəfdaşlığı çərçivəsində bir sıra postsovet ölkələri ilə münasibətlərin yaxınlaşmasına yönəlmiş layihələr həyata keçirdiyini, onların ilk növbədə sabitliyin daimi olması üçün nəzərdə tutulduğunu önə çəkib. Onun sözlərinə görə, Aİ-nin əsas prioriteti regionda daimi sülhün bərqərar olmasıdır.

Pakistanın sabiq Baş naziri Şövkət Əziz ABŞ və Çinin iqtisadi və siyasi proseslərə təsirindən danışıb. O, xüsusən də Çinin “Bir kəmər – Bir yol” layihəsinin region üçün əhəmiyyətli olduğunu söyləyib. “Bəziləri bu layihənin gizlin məqamlarının olduğunu deyirlər. Əminliklə deyirəm ki, burada heç bir gizlin məqam yoxdur. Yalnız regionun iqtisadi rifahına yönəlib”, - deyə o bildirib. O, Türkiyənin geosiyasi rolunun artdığını və regionda daha bir güc mərkəzinə çevriləcəyini də diqqətə çatdırıb. Sabiq Baş nazir regiondakı problemlərin həlli üçün səmərəli dialoqun lazım olduğunu deyib: “Birqütblü dünyadansa, çoxqütblü dünyanın olması daha yaxşıdır. Ona görə yeni güclərin yaranması müsbət haldır”.

Qırğızıstanın sabiq Baş naziri Coomart Otorbayev “yumşaq və sərt güc” anlayışları ilə bağlı fikirlərini bölüşüb. O, bunu ABŞ-ın timsalında şərh edib: “Bu ölkənin müharibələrə sərf etdiyi vəsait analitikləri dəhşətə gətirir. Amma ABŞ yumşaq gücdən də məharətlə istifadə edir. Bu, Hollivud filmləri, müxtəlif informasiya texnologiyaları, yaşam tərzi və sairədir. Bütün bunlar insanları ora cəlb edir. ABŞ təkcə silahla deyil, həm də təsir gücü ilə də insanların ürəyini ələ ala bilir”. Onun sözlərinə görə, dünyanın hər yerində mövcud olan güclər arasında ədalətli rəqabət olarsa, orada daim inkişaf olacaq.

Albaniyanın sabiq Prezidenti Sali Berişanın fikrincə, yeni güclərin yaranması müasir dövrümüzdə ən əlamətdar geosiyasi hadisələrindən biridir. O, siyasi güclərin yaranmasını son 20-30 ildə dünyada baş verən iqtisadi artımla əlaqələndirib. S.Berişa güclərin bir-biri ilə toqquşmamasının, əksinə qlobal rifah naminə əməkdaşlıq etməsinin vacibliyinə diqqət çəkib.

İsveç Beynəlxalq Əlaqələr İnstitutunun direktoru Mats Karlsson Çin və Rusiyanın təsir dairələrini genişləndirdiklərini, onların hər birinin bunun üçün fərqli üsullardan istifadə etdiklərini deyib. O, yeni güclərin hərəkətlərində beynəlxalq hüquq çərçivələrini aşmamalı olduqlarını önə çəkib. “Buna görə də beynəlxalq institutların rolu daha da artmalıdır”, - deyə o əlavə edib. M.Karlsson deyib ki, yeni yaranan güclər demokratik dəyərlərin geniş yayılmasına və dialoqun qurulmasına fikir verməlidirlər. Əks təqdirdə, gücdən istifadənin pis fəsadları qaçılmazdır.

Qlobal Kiber Alyansının Baş icraçı direktoru Mari Kavaney virtual məkanda da dünya güclərinin öz təsir dairəsini genişləndirmək səylərinin mütəmadi xarakter daşıdığını bildirib. O deyib ki, kiber hücumların artdığı bir zamanda xəstəxanalar və digər sosial obyektlər təhlükə ilə üz-üzə qalırlar: “Biznes subyektləri isə mütəmadi olaraq bu cür hücumlara məruz qalır və son 6 ayda bunun sayı xeyli artıb. Odur ki, əlində böyük resurslar cəmləşdirən böyük güclərin qlobal əməkdaşlığına ehtiyac var” – M.Kavaney belə deyib.

Benin Respublikasının sabiq Prezidenti Nikefor Soqlo Afrika qitəsində siyasi vəziyyətlə bağlı fikrilərini bildirib. O, bu qitənin əsrlər ərzində müstəmləkəçilik siyasətinin qurbanı olduğunu deyib. “Dünya gücləri daim Afrikaya bir təsir obyekti kimi baxıb. Yalnız XX əsrin ikinci yarısında Afrika ölkələri öz dövlətlərini qura biliblər. Amma təbii resurslarla zəngin olan bu qitə indi də varlı dövlətlərin təsirindədir”, - deyə o qeyd edib.

Çıxışlardan sonra iclas müzakirələrlə davam edib.

Əli Həsənov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dünya birliyinə çağırış etdi...

Forumu çərçivəsində keçirilən “Çoxluqlar azlıqlara qarşı” mövzusunda üçüncü panel iclasında isə separatçı siyasətin məqsəd və nəticələri, etnik rəqabət, əraziyə yönəlmiş hakimiyyət siyasəti, səmərəli və müasir idarəetmə qaydalarına meydan oxuyan şiddətli güc mübadiləsi, qlobal siyasətdə hərtərəfli və ədalətli idarəetmə yolları, beynəlxalq ictimaiyyət tərəfindən təsdiq olunmaq üçün hansı dərslər öyrənilməlidir kimi mövzularda müzakirələr aparılıb.

İclasın moderatoru Latviyanın sabiq Prezidenti Valdis Zatlers bildirib ki, etimadsızlıq, müharibələr, münaqişələr, miqrant, qaçqın problemlərinin, ümumiyyətlə, dünyanı narahat edən məsələlərin həlli hazırkı dövrdə çox vacibdir. Bu məsələlərin həlli vasitələri daha geniş miqyasda müzakirə olunmalı, yollar tapılmalıdır. Biz öhdəmizə düşən hər bir məsələyə münasibət bildirməli, səylərimizi gücləndirməliyik.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç qeyd edib ki, müzakirə olunan mövzular düşündürücüdür və bu problemlərin həlli bizdən daha çox səy göstərməyi tələb edir. Dünyada baş verən müharibələr, münaqişələr ciddi problemlər yaradır, insanlar həyatlarını itirirlər, yaşadıqları yerləri tərk etmək məcburiyyətində qalırlar. Bu cür mənfi halların olmaması üçün birgə addımlar atmalıyıq. Müəyyən prinsiplər tətbiq olunmalıdır, ortaq məxrəcə gəlinməlidir, liderlər kompromisə getməyi bacarmalıdırlar. Güzəştə getməmək dünyada qarışıqlıq yaradır. Problemləri birgə həll etməyi bacarmalıyıq.

Bolqarıstanın keçmiş Prezidenti Rosen Plevneliyev münaqişələrdən danışarkən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminə toxunub. O qeyd edib ki, Azərbaycanın tam hüququ var ki, ölkəsinin ərazisinin 100 faizinə nəzarət etsin, amma təəssüflər olsun ki, hazırda yalnız 80 faizinə nəzarət edə bilir. Buna bütün dünya diqqət yetirməli, münasibət bildirməlidir. BMT və digər beynəlxalq təşkilatlar iradə nümayiş etdirməlidirlər. Əsas məsələ dayanıqlı sülh yaratmaqdır. Bunun üçünsə birgə səy göstərmək lazımdır. Bir sıra ölkələrdə müsəlmanlara qarşı ayrı-seçkilik var. Bu, düzgün deyil. Müsəlmanlara qarşı münasibət dəyişməlidir. Mən çox sevinirəm ki, prezident olduğum müddətdə iftar süfrəsi açmışam. Real vəziyyət odur ki, sülh yaratmaq bizim özümüzdən asılıdır.

Rasizmə Qarşı Avropa Şəhərləri Koalisiyasının prezidenti Benedetto Zakkirol deyib ki, dövlət rəhbərləri ümumi strategiyanı nəzərə alaraq siyasət yürüdürlər. Onlar qlobal məsələlərə münasibət bildirməlidirlər. Biz bütün səylərimizi müsbət istiqamətə cəmləşdirməliyik. Miqrasiya axınlarına qarşı vacib addımlar atılmalıdır, insanların həyat şəraitləri yaxşılaşdırılmalı, onlara kömək göstərilməlidir.

Sloveniya Respublikasının keçmiş Prezidenti Danilo Türk dünyada sülhün təmin edilməsinin önəmini qeyd edib. O deyib: “Bəşəriyyət elə bir platforma yaratmalıdır ki, bütün münaqişələr həllini tapsın, sülhə nail olunsun. Bunun üçün vacib qərarlar qəbul olunmalıdır”.

Belçika Krallığının keçmiş Baş naziri Yves Leterme qeyd edib ki, o, özü İsveçdən olan immiqrantdır. Buna baxmayaraq, Belçikada yüksək vəzifədə işləyib. Belçikanın təcrübəsindən danışan natiq vurğulayıb ki, bu ölkədə milli azlıqların hüquqları ilə bağlı əsas prinsiplərdən – ədalətli bölgü, qərarların qəbul edilməsində iştirakın təmin olunması kimi prinsiplərdən istifadə edilir.

Gürcüstanın Baş nazirinin keçmiş müavini Eka Tkeşelaşvili ölkəsində həyata keçirilən siyasi islahatlar barədə məlumat verib. O qeyd edib ki, Gürcüstanda bərabərhüquqluluq prinsipi, insan hüquqlarının qorunması məsələləri hər zaman diqqətdə saxlanılır.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov panel iclasında “Millətlərin öz müqəddəratını təyinetmə və ərazi bütövlüyü prinsipləri: Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları beynəlxalq hüquq kontekstində” mövzusunda məruzə ilə çıxış edərək deyib ki, hazırda dünyada etnik separatizmin güclənməsi regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasına, bəşəriyyətin sülh və əmin-amanlıq şəraitində yaşamasına mənfi təsir göstərən əsas amillərdəndir. Azərbaycan Respublikası da iki yüz ildən çoxdur ki, ermənilərin etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalaraq onun doğurduğu qanlı faciələrdən və müharibədən əziyyət çəkir. Azərbaycana qarşı etnik soyqırımı siyasətinin bünövrəsi XIX əsrin əvvəllərində bəzi xarici geosiyasi qüvvələrin təsiri və dəstəyi ilə başqa dövlətlərin ərazisində yaşayan ermənilərin Azərbaycana köçürülməsi nəticəsində qoyulub.

Ermənilərin azərbaycanlılara qarşı zaman-zaman genişmiqyaslı qanlı aksiyalar həyata keçirdiyini, dinc əhalini kütləvi qırğınlara məruz qoyduğunu vurğulayan Əli Həsənov xatırladıb ki, indiki Ermənistanın tarixi Azərbaycan torpaqlarında yaradılıb. Bununla kifayətlənməyən ermənilər Azərbaycanın qədim yaşayış məskəni olan Dağlıq Qarabağla bağlı ərazi iddiaları irəli sürməkdə davam edirlər.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, Xocalı soyqırımının qanlı nəticələri barədə məlumat verən Prezidentin köməkçisi deyib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan 20 ildən artıqdır ki, Azərbaycanın ərazisinin 20 faizini işğal altında saxlayır.

Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnamə və 7 bəyanat qəbul etdiyini diqqətə çatdıran Ə.Həsənov deyib ki, bu sənədlərdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğalı olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılması tələbi qoyulub. Lakin işğalçı dövlət BMT-nin və digər beynəlxalq qurumların tələblərini hələ də yerinə yetirmir. Ona görə ki, BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını təsdiqləsələr də, bu halı birmənalı formada pisləməkdən və beynəlxalq təsir mexanizmləri vasitəsilə işğalçı dövləti onların tələblərini yerinə yetirməyə məcbur etməkdən çəkinirlər. Bu isə münaqişənin uzanmasına səbəb olur.

Əli Həsənov diqqətə çatdırıb ki, beynəlxalq hüquq baxımından milli azlıqların öz müqəddəratlarını təyin etməsi başqa dövlətlərin ərazi bütövlüyünü pozmaq və müstəqillik almaq formasında reallaşa bilməz. Çünki müstəqil dövlətin ərazisində neçə-neçə milli azlıqlar yaşayır və onlar belə bir hüquqa malik deyillər. Xalqların öz müqəddəratını təyinetmə ideyası beynəlxalq hüququn ərazi bütövlüyü prinsipini pozmağı və bu prinsiplə ziddiyyət təşkil etməyi inkar edir. Digər tərəfdən hər bir xalqa öz müqəddəratını istədiyi qədər təyinetmə hüququ verilərsə, müasir dünyada etnik separatizm qarşısıalınmaz prosesə çevrilər və əksər ölkələrdə saysız-hesabsız etnik münaqişələr, müharibələr baş verər. Hətta bu gün ikili standartlar siyasəti aparan polietnik dövlətlərin özləri belə dəhşətli etnik separatizm dalğasına məruz qala bilər.

Bir dövlətin beynəlxalq hüquq normaları ilə təsbit edilmiş ərazisi daxilində başqa bir dövlətin yaradılması və bu məqsədə nail olmaq üçün milli, etnik zəmində parçalanmaya əl atılması yolverilməzdir. Ermənilərin etnik separatizmə bəraət qazandırmaları üçün öz müqəddəratını təyinetmə prinsipini bəhanə gətirməsi BMT-nin Nizamnaməsində və ATƏT-in Helsinki Yekun Aktında əksini tapmış prinsiplərə ziddir. Nəzərə alınmalıdır ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilər ölkəmizdəki milli azlıqlardan biridir və onların ərazi iddiaları irəli sürməsi beynəlxalq hüququn normalarına uyğun deyil. Bu məsələdə Azərbaycanın mövqeyi ondan ibarətdir ki, azərbaycanlılar Dağlıq Qarabağa, öz əzəli torpaqlarına geri dönməli, ermənilər isə onlarla birlikdə həmin ərazidə yaşamalıdırlar.

Prezidentin köməkçisi çıxışının sonunda deyib: “Azərbaycan dünya birliyini Dağlıq Qarabağ münaqişəsinin regionda törədə biləcəyi təhlükələr haqqında xəbərdar edərək, təsirli tədbirlər görməyə və Ermənistanı işğalçılıq siyasətindən çəkindirməyə çağırır. Hesab edirik ki, təcavüzkarın qarşısı alınmazsa, beynəlxalq dairələrin dünyada sülhün və sabitliyin bərqərar edilməsinə yönəlmiş səyləri nəticəsiz qalacaq, etnik münaqişələrin miqyası getdikcə daha da genişlənəcəkdir. Bu da bəşəriyyətin arzu etdiyi dinc dünya nizamı üçün son dərəcə təhlükəli olacaqdır”.

Livanın keçmiş Prezidenti Petru Luçinksi etnik qrupların hüquqlarından danışıb. O bildirib ki, ölkəsində yeddi etnik qrup var. Sabiq Prezident Azərbaycanın əldə etdiyi uğurlardan danışaraq deyib ki, bu ölkədəki prosesləri diqqətlə izləyir. O, bu gün Azərbaycanın çox şeyə nail olduğunu vurğulayıb.

İsrailin keçmiş Prezidenti Dalia İtzik mövzu ilə bağlı fikirlərini bildirib, müsbət təcrübələrin bölüşdürülməsinin faydalı ola biləcəyini söyləyib. O, bu baxımdan Qlobal Bakı Forumu kimi tədbirlərin keçirilməsinin çox əhəmiyyətli olduğunu vurğulayıb.

Panel iclası müzakirələrlə davam edib.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ