Xəzər dənizinin statusu barədə konvensiya bu il imzalanacaq. Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib.
Nazir bildirib ki, konvensiya bu il Qazaxıstanda keçiriləcək beşinci sammit zamanı imzalanacaq: “Dekabr ayında Moskvada Xəzəryanı ölkələrin XİN rəhbərləri toplandı və bu konvensiyanın bütün maddələri razılaşdırıldı. Hazırda hər üzv ölkənin dilində olan mətnlərin tutuşdurulması prosesi gedir”.