Qlobal Bakı Forumu beynəlxalq çağırışlarla bağlı fikir mübadiləsi aparmaq üçün çox gözəl platformaya çevrilib. Trend-in məlumatına görə, bunu jurnalistlərə Avropa İttifaqının Cənubi Qafqaz üzrə sabiq xüsusi nümayəndəsi Piter Semnebi deyib.
O qeyd edib ki, Azərbaycan son illərdə beynəlxalq aləmdə mühüm rol oynayır və Şərq ilə Qərb arasında bir körpüyə çevrilib: “Ölkə üçün bunun böyük əhəmiyyəti var. Mən hər dəfə məmnuniyyətlə bu forumda iştirak etmək üçün Azərbaycana gəlirəm və çox şadam ki, belə bir platforma mövcuddur”.