Cümə günü, 13 noyabr 2026
     

Azərbaycanın məruz qaldığı soyqırım həqiqətləri dünyaya çatdırılır

Image


100 il əvvəl ermənilərin bütün tarixi Azərbaycan torpaqlarında həyata keçirdiyi zorakılıq dolu soyqırıma ədalətli hüquqi-siyasi qiyməti verilməsi bu gün də aktuallığını qoruyan önəmli məsələlərdəndir. Təbii ki, söhbət burada dünya dövlətlərinin, beynəlxalq ictimaiyyətin verdiyi və verəcəyi qiymətdən gedir. Azərbaycan dövləti isə qeyd olunan səpkidə üzərinə düşən öhdəlikləri yerinə yetirib və yetirməkdədir.

Xatırlatmaq yerinə düşərdi ki, Azərbaycan Xalq Cumhuriyyətinin qurulması ermənilərin ölkəmizdə soyqırım siyasətini tam  miqyasda həyata keçirməsinin qarşısını aldı. Amma Cumhuriyyətə qədər mart hadisələri başladığı andan, Məmməd Əmin Rəsulzadə başda olmaqla, Azərbaycan milli qüvvələri baş vermiş faciəni milli qırğın kimi səciyyələndirərək, bunu Cənubi Qafqazın bütün müsəlman əhalisini məhv etmək niyyəti güdən məqsədyönlü siyasət kimi xarakterizə edib. Elə bu hadisələrə siyasi qiymət vermək və onun nəticələrini aradan qaldırmaq üçün ilk cəhd də faciədən dərhal sonra Azərbaycanın milli qüvvələri tərəfindən edilib. Tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi yazır ki, 1918-ci ilin aprel ayının 2-də Zaqafqaziya Seyminin Azərbaycan fraksiyası Seymi Bakı hadisələri haqqında məlumatlandıraraq  müsəlman əhalisinin müdafiəsi üçün Zaqafqaziya hökumətindən Bakıya qoşun göndərilməsini tələb edir. Amma istənilən nəticə olmur: “1918-ci il 28 mayda Azərbaycan Xalq Cumhuriyyətinin yaranması və Azərbaycan xalqının öz  varlığı, milli hüquqları və müstəqilliyi uğrunda ölüm-dirim mübarizəsinə qalxması ilə ölkədə siyasi vəziyyəti kökündən dəyişir. Azərbaycan milli qüvvələri Türkiyənin hərbi yardımı ilə işğal olunmuş ərazilərini və öz respublikalarının paytaxtını– Bakı şəhərini bolşevik-daşnak hakimiyyətindən azad etmək üçün  hazırlığa başlayır.  Elə həmin günlər son dərəcə  mürəkkəb və ağır şəraitdə fəaliyyət göstərən gənc Azərbaycan Respublikasının ilk Hökuməti böyük uzaqgörənlik və operativlik nümayiş etdirərək, ölkə ərazisində dinc azərbaycanlı əhaliyə qarşı törədilən kütləvi zorakılıq hallarına ən yüksək və ciddi şəkildə  münasibət bildirməyi və konkret tədbirlər görməyi  vacib sayır. 1918-ci ilin iyul ayının 15-də “Avropa müharibəsi başlandığı vaxtdan bütün Cənubi Qafqazın hüdudları daxilində müsəlmanlar və onların əmlakı üzərində törədilmiş zorakılıq hallarının araşdırılması üçün Fövqəladə Təhqiqat Komissiyasının  yaradılması” haqqında qərar qəbul edilir”.  Elə baş verənlərə ilk hüquqi qiymət də məhz Azərbaycan Xalq Cumhuriyyəti dövründə verildi. Ermənilərin xalqımıza qarşı törətdiyi bütün bu vəhşiliklərin ildönümləri Azərbaycan Xalq Cumhuriyyəti hökuməti tərəfindən həm 1919-cu, həm də 1920-ci ildə martın 31-də milli matəm günü kimi qeyd olundu. Proseslərin araşdırılması məqsədilə yaradılan Fövqəladə Təhqiqat Komissiyası isə mart olayları ilə bağlı çoxsayıl faktları üzə çıxararaq sənədləşdirə bildi. Lakin 1920-ci ildə sovet ordusu tərəfindən həyata keçrilən işğal bu istiqamətdə işlərin tam başa çatmasının qarşısını aldı.

Sovetlər dönəmində qurulan hakimiyyət isə mart qırğınlarını tamamilə unutdurmaq istiqamətində fəaliyyətə başladı. Həmin hadisələri araşdıran tədqiqatçı Ataxan Paşayev qeyd edir: “Bakıdakı qanlı mart hadisələri Sovet dövrü tarixçiləri tərəfindən tarixi faktların və sənədlərin əksinə olaraq bu qırğını bir millətin başqa millətə qarşı ədavəti nəticəsində həyata keçirdiyi soyqırım siyasəti kimi deyil, Ümumrusiya vətəndaş müharibəsinin tərkib hissəsi, Sovet hakimiyyəti uğrunda bolşeviklərin mübarizəsi və onların əksinqilab üzərində böyük qələbəsi kimi təqdim edilmişdir. Lakin kommunizm ideoloqlarının bütün ciddi-cəhdlərinə baxmayaraq, xalqımızın yaddaşında əbədi iz buraxmış 1918-ci il qanlı mart hadisələrini heç cür unutdura bilməmişlər. Azərbaycanda bolşevik rejimi qurulduqdan sonra xaricdə yaşamağa məcbur olmuş demokratik ruhlu Azərbaycan ziyalıları hər il bu günü milli matəm günü kimi qeyd etmiş, bu münasibətlə xatirə gecələri keçirmiş, qəzetlərdə məqalə və xatirələr dərc etdirmişlər. M. Ə. Rəsulzadənin redaktorluğu ilə Almaniyanın Münhen şəhərində nəşr olunan “İstiqlal” qəzetinin 1933-cü il 1 aprel tarixli 31-ci sayı, demək olar ki, bütünlüklə Bakıdakı 1918-ci il mart qırğınının 15 illiyinə həsr edilmişdir”.

Azərbaycan ötən əsrin son onilliyində müstəqillyini yenidən əldə etdikdən sonra mart qırğınlarının gündəmə gətrilməsi ön planda yer alan başlıca məqamlardan biri oldu. Qeyd olunan istiqamətdə ən önəmli addım isə ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərmanı oldu.  Çox mühüm əhəmiyyət kəsb edən bu sənəddə hər il martın 31-nin azərbaycanlıların soyqırımı günü kimi qeyd edilməsi əksini tapıb. Burada ən vacib faktorlardan biri də budur ki, məhz Heydər Əliyev Azərbaycan tarixində ilk dəfə olaraq dəqiq faktlar əsasında ermənilərin 1918-ci ildə törətdiyi vəhşiliklərin  bütün dünya qarşısında ifşa olmunmasını vacib hədəf kimi müəyyən etdi. Elə bundan irəli gəlir ki, həmin fərmanda ermənilərin azərbaycanlılara qarşı təcavüzünün tarixi köklərinə toxunulub və onların mərhələlərlə törətdikləri soyqırımı, terror siyasətinin mahiyyəti əksini tapıb. Ümumiyyətlə, 1918-ci ilin məlum mart hadisələrinin 80-ci ildönümündə imzalanmış fərman erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymətdir. Fərmanda göstərilir ki, “Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif olunmuş hadisələr özünün əsl qiymətini alır. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir”. Məsələyə məhz bu istiqamətdən yanaşılması fonunda mart qırğınlarının yenidən fəal şəkildə araşdırılması, bu xüsusda həqiqətlərin üzə çıxarılmasında intensiv işlərə start verildi. Təbii ki, qeyd olunan istiqamətdə ən önəmli addımlardan biri Quba şəhərində tapılan kütləvi məzarlıqla bağlı oldu. 2009-cu ildə Nazirlər Kabinetinin sərəncamı ilə “Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair tədbirlər Planı” təsdiq edilib, aşkar olunmuş kütləvi məzarlığın yerləşdiyi ərazidə monumental xatirə kompleksinin ucaldılması və abadlıq işlərinin aparılması qərara alınıb. 2007-ci ilin iyulundan etibarən Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işlərinə başlanıb, 2008-ci ilin sentyabrında isə tədqiqat işləri başa çatdırılıb. Tədqiqat nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımı ilə bağlı olduğu müəyyən edilib. Tədqiqat işlərinin nəticəsi olaraq məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara, qalanları isə əsasən yaşlı kişilərə aiddir. Müəyyən edilib ki, məzarlıqda, azərbaycanlılarla bərabər, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılıb. Ərazidə yaradılmış Quba Soyqırımı Memorial Kompleksinin 2013-cü il sentyabrın 18-də açılışı olub. Həmin mərasimdə çıxış edən Prezident İlham Əliyev bildirib: “Sovet dövründə, təbii ki, tarix təhrif edildiyi üçün bu həqiqətlər bizdən gizlədilirdi. Uzun illər Azərbaycan xalqının qanını axıdan quldurlar, Şaumyan və onun kimiləri bizə qəhrəmanlar kimi təqdim edilirdi. Hesab edirəm ki, bu böyük faciədir. Çünki uzun illər xalqımıza qarşı amansızlıqla vəhşilik törədən ünsürlər sovet tarixində qəhrəman kimi təqdim edilirdi, onların şərəfinə abidələr ucaldılırdı. Yalnız müstəqillik dövründə biz həqiqi ədaləti bərpa etdik. Gözəl şəhərimizi, Bakımızı o abidələrdən təmizlədik və bu gün o yerlərdə gözəl parklar, o cümlədən Sahil parkı yaradılıbdır. Yəni tarix, ədalət zəfər çaldı. Biz bu gün öz tariximizə qayıdırıq. Tarixin bütün məqamlarını bilirik, bilməliyik. Gənc nəsil də bilməlidir ki, xalqımız keçmişdə hansı fəlakətlərlə üz-üzə qalmışdır”. Qeyd edək ki, dünya ictimaiyyətinin nümayəndələrinin 100 il öncəki erməni vəhşilyini görmələri üçün onların Quba Soyqırımı Memorial Kompleksinə vaxtaşırı səfərləri təşkil olunur.

İndinin özündə də Prezident İlham Əliyev xalqımızın başına gətirilmiş bütün müsibətlərin dünya ictimaiyyətinə çatdırılması və beynəlxalq miqyasda siyasi-hüquqi qiymət verilməsi istiqamətində məqsədyönlü iş aparır. Cari ilin yanvarında dövlət başçısı 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında sərəncam verib. Burada diqqətə çatdırılır ki, ötən 20 il ərzində aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni fakt və sənədlər toplanıb.  Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdiyi qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut edib. Erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdiyi bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezidentin Administrasiyası 1918-ci il soyqırımının yüzüncü ildönümünə həsr olunmuş tədbirlər planını hazırlayıb və hazırda bu plan həyata keçirilməkdədir. Eyni zamanda, yenə sərəncamdan irəli gələrək, Milli Məclisin soyqırımın 100 illiyi ilə bağlı xüsusi iclasının keçirilməsi gözləir. Bunlarla yanaşı, soyqırımla bağlı üzə çıxarılan yeni faktların yerli və dünya ictimaiyyətinə çatdırılması istiqamətində də zəruri addımlar atılır.

Dövlətlə yanaşı, Heydər Əliyev Fondu da bəşəriyyətin ən böyük faciələrindən olan 31 mart soyqırımı  haqda faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. Bütün bunlar barəsində bəhs edilən soyqırımdan dünya ictimaiyyətinin getdikcə daha çox xəbərdar olması ilə nəticələnir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ