Cümə günü, 13 noyabr 2026
     

Çexiyada soyqırım tarixləri muzeyində saxta erməni eksponatları və əsl Xocalı soyqırımının izləri…

Image


Zaur Əliyev: “Uzun illər ayaq tutub yeriyən erməni yalanının maskası yırtılıb, onun iç üzü və daxili mahiyyəti bəlli olub”

 

Çexiyanın Terezin şəhərində soyqırım tarixi ilə bağlı muzey açılıb. Açılış mərasimində Ermənistanın Çexiyadakı səfiri Tiqran Seyranyan da iştirak edib. Səfir çıxışı zamanı minnətdarlığını bildirərək qeyd edib ki, 2017-ci il aprelin 25-də Çexiya parlamenti “erməni soyqırımı”nı tanıyıb.

Ermənistanın "Mxitar Qoş" medalı ilə təltif olunan Çexiyanın keçmiş deputatı Robin Bonish isə qeyd edib ki, Osmanlı imperiyasında ermənilərə qarşı törədilən soyqırımdan indi çox az adam həyatdadır: “Dünyadakı bütün ermənilərin ailələri məlum soyqırımdan əziyyət çəkiblər. Bu muzey həmin soyqırımı təsdiqləyən bir məkan olacaq”.

Ermənilərin Çexiyanın Terezin şəhərində yaradılan muzeydə 1915-ci il hadisələrini soyqırım kimi qeyd etmək istəmələrini necə qiymətləndirmək olar? Çexiyanın Terezin şəhərində yaradılan soyqırım muzeyinə ermənilərin Azərbaycanda törətdikləri 1918-ci il hadisələri və Xocalı soyqırımı barədə materialları yerləşdirmək üçün hansı işlər görülməlidir?

Məsələ ilə bağlı siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevə müraciə etdik. O, “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bəşər tarixində çox soyqırımlar törədilib, yüz minlərlə adam günahsız yerə qanına qəltan edilib: “Lakin heç bir xalq erməni cəlladları qədər qəddar olmayıb və vəhşiliklər və vandalizm törətməyib. Erməni daşnaklarının vəhşiliyi hər zaman özünü qabarıq göstərərək insanların nifrətinə səbəb olub. XX yüzillik boyu erməni cəlladları tərəfindən dəfələrlə törədilən qanlı qırğınlar bütün dəhşətləri ilə insan zəkasına sığmayan və dilə gətirilməsi mümkün olmayan bir faciə, türk xalqlarına qarşı əsl soyqırımı siyasətidir. Xüsusilə XIX-XX əsrlərdə türk və azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində yüz minlərlə günahsız adam məhv edilib.

Zaman-zaman gerçəkləşdirilən və planlı şəkildə həyata keçirilən erməni niyyətləri, əslində, dənizdən-dənizə, sonra isə dünya okeanlarına çıxmaq üçün “Böyük Ermənistan” dövləti yaratmaq siyasətinin bir hissəsidir. Bu yolda erməni millətçiləri ən iyrənc metodlardan istifadə etməkdən belə çəkinməyiblər. XX yüzilliyin əvvəllərində isə Bakı, Şuşa, İrəvan və Naxçıvan mahallarında, Qarabağ, Borçalı, Qazax, Zəngəzur, Gəncə, Quba, Tiflis və başqa yerlərdə azərbaycanlıları kütləvi şəkildə amansızcasına qətlə yetiriblər. 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə Azərbaycan xalqının başına gətirilən müsibətlər, əslində, genosid və soyqırım siyasətidir. Beləliklə, XX yüzillikdə 4 dəfə soyqırıma məruz qalan, bu məkrli siyasətin hədəfinə çevrilən Azərbaycan xalqı 2 milyondan çox qurban verib”.

Z.Əliyevin sözlərinə görə, ermənilər tarixi faktları saxtalaşdıraraq, ölən ermənilərin sayını süni surətdə şişirdərək əvvəlcə 600 minə, sonra 800 minə, daha sonra isə 1,5 milyona qaldırdılar: “Halbuki, 1914-cü ildə Türkiyə ərazisində cəmi 1.294.851 erməni yaşayıb ki, bu da ümumi əhalinin cəmi 6,9 faizini təşkil edirdi.

C. və K.Makkartilərin tədqiqatına görə, XX əsrin əvvəllərində ermənilərin törətdikləri qanlı hadisələr zamanı 2,5 milyon müsəlman öldürülüb.

Erməni millətçiləri və onların daşnak rəhbərləri o vaxtdan bu günə bar-bar bağıraraq hadisələri saxtalaşdırır və 1915-ci il aprelin 24-ü tarixini “erməni soyqırımı” kimi qələmə verməyə çalışırlar. Təəssüf ki, tarixdən bixəbər olanlar, o zamankı tarixi şəraiti bilməyənlər və ya o dövrün hadisələrini obyektiv təhlil etməyi bacarmayanlar bu yalançı təbliğata inanırlar. Ancaq fakt faktlığında qalır, tarix isə olanların canlı şahididir. Faktlar isə göstərir ki, ermənilər türklərə qarşı soyqırım siyasəti aparıblar. Çünki türklərin ermənilərlə müqayisədə itkisi qat-qat çox olub. Bunu ermənilər də yaxşı bilirlər. Onda sual yaranır: bəs nəyə görə ermənilər böhtandan əl çəkmir və “erməni genosidi”ni türklərin boynuna qoymağa çalışırlar? Bu cavabı ABŞ-dakı erməni liderlərindən biri Ross Vartanyanın fikirlərində də əksini tapır: “Genosid layihəsi qəbul edilsəydi, bunu əldə rəhbər tutub, Türkiyədən əvvəlcə təzminat, sonra da Qara dəniz sahillərinə sərhəd olan Şərqi Anadoluda bir erməni dövlətinin qurulması üçün torpaq tələb edərdik”. Deməli, daşnaklar “Böyük Ermənistan” ideyasından hələ də əl çəkməyiblər və avantürist məqsədlərini həyata keçirmək üçün böhtançı və uydurma “erməni genosidi”ni əllərində bayraq tutublar”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, ermənilərin soyqırım iddialarına əsasən, guya 1915-ci ildə Osmanlı dövlətinin köçürmə siyasəti nəticəsində 1,5 milyon erməni ölüb. Bu yalançı iddianı əsaslandırmaq üçün ermənilər müxtəlif xarakterli “sənədlər” hazırlayıb, faktları saxtalaşdıraraq müəyyən fikirlər uydurublar: “Avropa, Amerika, Türkiyə və dünyanın bir çox alimləri həmin faktların yalan və uydurma olduğunu elmi dəlillərlə sübut ediblər. Ermənilər tarix boyu müxtəlif yalanlar uyduraraq ayrı-ayrı adamları, dövlət və hökumət rəhbərlərini inandırmağa çalışıblar, “erməni soyqırımı”nı qəbul etdirməyə ciddi cəhdlər edərək, bəzən də buna nail ola biliblər. Bəli, artıq dünya tarixi həqiqətləri görür və anlayır. Uzun illər ayaq tutub yeriyən erməni yalanının maskası yırtılıb, onun iç üzü və daxili mahiyyəti bəlli olub”.

Z.Əliyev hesab edir ki, əsl soyqırım 1918-ci ilin 31 martında Bakıda və 1992-ci il fevralın 26-da Xocalıda yaşanan hadisələrdir: “Hazırda 1918-ci ilin 31 mart soyqırımı və Xocalı faciəsi ilə bağlı Azərbaycan dövləti tərəfindən təbliğat işləri həyata keçirilir. Həyata keçirilən təbliğat nəticəsində dünya ölkələri ermənilərin törətdikləri vəhşiliklərə reaksiya verirlər. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində bütün dünya “erməni soyqırımı”nın uydurma olduğunu anlayır”.   

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ