Cümə günü, 13 noyabr 2026
     

Azərbaycanda azsaylı xalqlar da ermənilərin 100 il əvvəlki kütləvi soyqırımlarının qurbanı olub

Image


Qasım Hacıyev: “Daşnaksütyun”un xətti ilə də, Şaumyanın “bolşevik” adı altında yaratdığı dəstələr tərəfindən də Azərbaycanın hər yerində çox böyük soyqırımlar törədildi”

 

Ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırım hadisəsindən yüz il keçir. Ermənilərin azərbaycanlıları genosidə məruz qoyması faktına hələ beynəlxalq aləmdə siyasi-hüquqi qiymət verilməyib. Bu, əlbəttə ki, bizi olduqca narahat edir. Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra tariximizdə baş verən hadisələrə yenidən qayıtdıq.

Tarixçi-alimlərin, tədqiqatçıların səyləri nəticəsində illərlə arxivlərdə gizli saxlanan bir sıra faktlar üzə çıxarıldı. O faktlar sırasında ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri qətllər, qırğınlar haqqında müfəssəl məlumatlar diqqəti daha çox cəlb edir. Tarixi həqiqətlər qarşımızda qanlı mənzərələr, faciələr sərgiləyir. Bütün bu hadisələrin baiskarı erməni daşnaklarıdır. Son illərin tədqiqatları nəticəsində məlum olub ki, ermənilər yalnız Azərbaycan türklərinə qarşı deyil, respublikamızda yaşayan bütün xalqlara qarşı soyqırım aktı törədiblər. Ölkəmizdə yaşayan talışlar, ləzgilər, yəhudilər, almanlar, ruslar, gürcülər, tatlar və qeyri millətlər, etnik qruplar canlarını erməni terrorundan qurtara bilməyiblər.  

Tarixçi-alimlər yazırlar ki, erməni daşnaklarının talış xalqına qarşı törətdikləri soyqırım aktı nəticəsində onlarla insan həyatını itirib. Məlumatlara görə, ermənilər Lənkəranın Sütəmurdov kəndində əhaliyə amansız divan tutublar. Bu kəndin camaatı mərd və çox qonaqpərvərdir. Tarixi mənbələrdə yer alan məlumatlara görə, 1918-ci ilin mart ayından Azərbaycan xalqına başlanan erməni terroruna qarşı bu kəndin camaatı da mübarizə aparıb. 2 minə yaxın rus-erməni hərbi birliyi Lənkərana hücum çəkib, burada 40 kənddə talançılıq ediblər. Tarixçilər yazırlar ki, yerli əhaliyə, etnik mənsubiyyətindən asılı olmayaraq, soyqırım aktı həyata keçiriblər.

Bu gün talış xalqı ermənilərin onlara qarşı törətdikləri cinayətləri xatırlayır və erməni vəhşiliyi haqqında danışır. Ermənilərdən fərqli olaraq, talışlar və digər xalqlar tarixən Azərbaycanda yaşayıblar, Azərbaycan türkləri ilə əməl, söz, fikir qardaşı olublar.

Erməni vəhşiliyindən, daşnakların məqsədli şəkildə həyata keçirdikləri çoxsaylı terrordan başqa xalqların da acı çəkməsi faktını bütün dünya ictimaiyyəti bilməlidir.

1918-ci il 31 mart-3 aprel arasında Azərbaycanın paytaxtında və bölgələrdə ermənilərin müxtəlif xalqlara qarşı həyata keçirdikləri tükürpədici qətllər, soyqırım aktı tariximizin böyük faciələrindən biridir.

Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ermənilər Azərbaycan türkləri ilə yanaşı, burada yaşayan digər xalqlara qarşı da cinayətlər törədiblər. Q.Hacıyevin sözlərinə görə, son illər aparılan tədqiqatlar nəticəsində erməni daşnaklarının respublikamızın müxtəlif bölgələrində yaşayan azsaylı xalqların nümayəndələrinə qarşı cinayətləri üzə çıxarılıb: “Əvvəlcə onu deyim ki, ulu öndər Heydər Əliyevin 1998-ci ildə verdiyi fərmanla ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırıma hüquqi-siyasi qiymət verildi. Bundan əvvəl isə bu hadisənin soyqırım kimi tanınması ilə bağlı heç bir rəsmi qərar, fərman yox idi. Tarixi faktdır ki, ermənilər XIX əsrin əvvəllərindən Qafqaza köçürülərək bizim tarixi ərazilərimizdə yerləşdiriliblər. Ermənilər bura köçürüldükdən sonra onların yerli xalqlara münasibətləri hədsiz dərəcədə mənfi olub. “Gülüstan” və “Türkmənçay” müqavilələrindən sonra ermənilərin bu ərazilərə köçürülməsi kütləvi hal aldı. Sonradan yaranan erməni terror təşkilatları, partiyaları Qafazın ayrı-ayrı yerlərində yerli əhaliyə qarşı hücumlar təşkil edirdilər. Hətta XIX əsrin 90-cı illərində yaradılan “Daşnaksütyun” partiyasının nizamnaməsində yerli əhaliyə qarşı kütləvi qırğınlar törədilməsi ilə bağlı planlar əks olunub. Ermənilər Azərbaycana köçürüldükdən sonra siyasi partiyalar, terror təşkilatları formalaşdırmağa başlayıblar. O dövrdə yaşayan Vorontsov-Daşkovun, Lalayanın və digərilərin qeydlərində erməni daşnaklarının törətdikləri siyasi oyunlar, onların ərazi iddiaları, Azərbaycan türklərinə və digər xalqlara qarşı həyata keçirdikləri qətliamlardan danışılır. Mənbələrdə bu məsələ ilə bağlı çox məlumatlar var. “Daşnaksütyun”un xətti ilə də, Şaumyanın “bolşevik” adı altında yaratdığı dəstələr tərəfindən də Azərbaycanın hər yerində çox böyük soyqırımlar törədildi. Bu soyqırım aktı da yalnız Azərbaycan xalqına qarşı törədilmədi, eyni zamanda biz türklərlə tarixən çiyin-çiyinə yaşayan etnik qrupların, azsaylı xalqların hamısına qarşı törədilib. Son zamanlar aparılan tədqiqatlar göstərir ki, ermənilər Azərbaycanda yaşayan yəhudilərə, almanlara, ruslara, talışlara, tatlara, ləzgilərə, gürcülərə və digər xalqlara qarşı soyqırım törədiblər. Sadaladığım faktlar hamısı sənədlərdə öz əksini tapıb. 1918-ci ilin mart-aprel aylarında Azərbaycanın müxtəlif yerlərində Andranikin, Lalayanın, Amazapsın, Əmiryanın rəhbərliyi ilə həyata keçirilən qırğınlar yalnız Azərbaycan türklərinə qarşı deyil, ölkəmizdə yaşayan bütün xalqlara və tayfalara qarşı baş verib”. 

Bu hadisələrin ermənilərin ərazi iddialarından qaynaqlandığını qeyd edən professor Hacıyevin sözlərinə görə, onların məqsədi, Azərbaycan da daxil olmaqla, bütün Qafqazda yerli əhalinin kökünü kəsmək və özlərini bu ərazilərin “sahibi” élan etmək idi. Q.Hacıyev deyir ki, özlərinin dövləti olmayan ermənilər XVIII-XIX əsrlərdə Çar Rusiyasına müraciət edərək dövlət qurmaq niyyətlərini açıqlayıblar, bunun üçün onlara yardım etməyi xahiş ediblər. Ermənilər xristian həmrəyliyindən istifadə edərək müxtəlif cinayətlərə rəvac veriblər. Professorun sözlərinə görə, onlar bu ərazidə yerləşdikdən sonra Naxçıvan, Zəngəzur, Dağlıq Qarabağ kimi tarixi ərazilərimizə qarşı iddialarını ortaya qoyublar: “Onlar bütün işlərini planlı şəkildə həyata keçirirdilər. Ermənilər bu yolla təəssüf ki, bizim ərazilərimizi ələ keçirməyə müvəffəq oldular. Hazırda da Dağlıq Qarabağı və ətraf rayonları işğal altında saxlayırlar. Bilirsiniz ki, ermənilər yalnız azərbaycanlılara, Azərbaycanda yaşayan etnik qruplara, xalqlara qarşı deyil, həm də Gürcüstanda, Rusiyanın Dağıstan bölgəsində də soyqırım siyasəti həyata keçiriblər. Ermənilər harada kompakt yaşayıblarsa, o ərazilərə qarşı iddia irəli sürüblər”. 

Ermənilərin bir sıra xalqlara qarşı törətdikləri tarixi cinayətlərə beynəlxalq ictimaiyyətin, qurumların reaksiyasız qalmasına gəlincə, Q.Hacıyev qeyd etdi ki, əslində, ermənilər bəzi böyük dövlətlərin istəyini, arzusunu yerinə yetirirlər. Tarixən bu toplumun müxtəlif dövlətlərin əlində alət olduğunu xatırladan Q.Hacıyev vurğuladı ki, ermənilərin cinayəti bütün dünyaya məlumdur.

Q.Hacıyevin sözlərinə görə, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri 31 mart soyqırımının 100-cü ildönümü ilə bağlı rəhbərlik etdiyi Ermənişünaslıq şöbəsi tərəfindən böyük konfrans keçiriləcək. Professor Hacıyev bildirdi ki, bu konfransda ermənilərin törətdikləri bütün tarixi cinayətlər haqqında dünyanın elmi ictimaiyyətinə də müraciətlər ediləcək.

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ