Cümə günü, 13 noyabr 2026
     

Bütün Azərbaycanı əhatə edən dəhşətli soyqırım…

Image


1918-ci il martında və aprelində yaşanan qanlı olaylar Azərbaycan tarixinin ən faciəvi səhifələrindən birini təşkil etməklə, həm də ermənilərin azərbaycanlılara qarşı soyqırım siyasətinin əsl mahiyyətini üzə çıxaran əsas məqamlar sırasında yer alır. Burada məsələnin əsas diqqət cəlb edən tərəflərindən biri də budur ki, qeyd olunan hadisələr, törədilən erməni vəhşilikləri təkcə Bakını yox, ölkənin bir çox regionlarını əhatə edib.

Elə bu da onun faktiki göstəricisidir ki, ermənilər ölkəboyu soyqırım həyata keçirərək, azərbaycanlıları bir millət, xalq olaraq Yer üzündən silməyi hədəfləyiblər.  

Konkret Bakıda 1918-ci il martın 30-da axşam başlanan azərbaycanlı qırğınları faktiki olaraq bir həftə davam edib, lakin onun üç günü  erməni daşnak dəstələrinin hədsiz azğınlığı, amansızlığı və qəddarlığının  xüsusilə kütləvi xarakteri ilə səciyyələnib.  Həmin günlər azərbaycanlı qırğınları yalnız şəhərin hüdudları ilə məhdudlaşmırdı. Erməni quldur dəstələri  Bakının ətraf kəndlərinə də basqınlar edərək sakinlərin evlərinə soxulur, şəhər kənarı yollarda pusqular qurur, yoldan keçən müsəlmanları qarət edir və qətlə yetirirdilər. 1918-ci ilin martında bir sıra Bakı kəndlərinin - Məhəmmədi, Əhmədli, Balaxanı, Binəqədi, Bibi-Heybət, Hökməli, Zabrat, Sabunçu, Ramana, Xırdalan və sair sakinləri erməni silahlı dəstələrinin vəhşiliklərinin qurbanı olub. Tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi yazır ki, ən ümumi hesablamalara görə, təkcə bir həftə ərzində Bakıda 12 mindən artıq insan, əksəriyyətini dinc sakinlər təşkil edən və əsas etibarilə müsəlman əhali vəhşicəsinə qətlə yetirilib: “Hadisələrin ilk 3-4 günü ərzində bolşevik-daşnak dəstələrinin azərbaycanlılara həlak olmuş yaxınlarını dəfn etməyə izn verməməsi, şəhərin küçə, həyət və evlərindən meyitlərin yığılması ilə  bir neçə gün ərzində ayrı-ayrı dəstələr, o cümlədən ermənilərin özlərinin də məşğul olması, sonuncular tərəfindən cəsədlərin həm hadisələrin baş verdiyi günlərdə, həm də sonra yanan binalara, quyulara, dənizə tökülməsi, qırğınlardan dərhal sonra müsəlman əhalisinin kütləvi şəkildə şəhəri tərk etməsi və nəhayət, Bakıda Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin tam hakimiyyətinin bərqərar olması qurbanların dəqiq sayının hesablanmasına imkan verməmişdir. Lakin mart hadisələri zamanı qırğınların dayandırılmasına səy göstərmiş İran konsulu Məhəmməd Səid-ol Vesarə Marağeyinin təkcə onun yaratdığı xüsusi komissiya tərəfindən Bakının küçə və həyətlərindən 5000-dən artıq müsəlmanın meyitinin toplanması və müsəlman adəti üzrə dəfn edilməsi şəhadəti, eləcə də digər mənbələr mart qurbanlarının sayının  12 mindən də artıq olduğunu deməyə əsas verir. Menşeviklərin “Naş qolos” qəzeti həmin günləri təsvir edərək yazırdı: “Hər tərəf meyitlərlə doludur – yanıb kül olmuş, doğranmış,  eybəcər hala salınmış meyitlər…”. Digər mənbələr isə təkcə Bakıda ermənilər ətərəfindən qətlə yterilən müsəlmanların sayının 30 minə çatdığıın göstərir.

Azərbaycan Cumhuriyyəti hökumətinin yaratdığı Fövqəladə təhqiqat komissiyasının hazırladığı məruzələrdə isə göstərilir ki,  1918-ci il mart hadisələrindən sonra Bakıda ermənilərlə azərbaycanlılar arasında sülh haqqında sazişin bağlanmasına baxmayaraq, həmin il sentyabrın 15-də Bakı azərbaycanlı və türk əsgəri qüvvələri tərəfindən azad edilənə qədər ermənilər müntəzəm olaraq Bakı küçələrində, ətraf kəndlərə gedən yollarda azərbaycanlıları tutub qətlə yetirir, meyitlərinin bir hissəsini isə quyulara və ya dənizə atırdılar. Bütün bunlar o dövrdə erməni vəhşiliklərinin daha aydın şəkildə təsəvvür edilməsinə imkan verir. Amma qeyd olunduğu kimi, bu vəhşiliklər Bakı ilə məhdulaşmayaraq, Azərbaycanın digər bölgələrini də  əhatə etdi. Bakı ilə yanaşı, Naxçıvanda, Zəngəzurda, İrəvanda, Qubada, Xaçmazda, Şamaxıda, Vedibasarda, Lənkəranda və digər bölgələrdə də qanlı faciələr törədildi.

1918-1920-ci illərdə Azərbaycanda ən ağır faciələrlə üzləşən, ən dəhşətli qətliamlara məruz qalan bölgələrimizdən biri də qədim Azərbaycan torpağı olan Zəngəzur mahalı və əhalisi oldu. Azərbaycan Respublikası Dövlət Arxivinin məlumatlarında, rəsmi sənədlərdə, şahidlərin ifadələrində deyilir ki, erməni terror birləşmələri Zəngəzur qəzasında 115 Azərbaycan kəndini başdan-başa yandırıb külə döndərib. Nəticədə təkcə Zəngəzur qəzasında 10068 nəfər günahsız soydaşımız öldürülüb, əyalətdəki bütün milli mədəniyyət abidələri yerlə-yeksan edilib.
Arsen Əmiryan adlı bir erməni jurnalisti ”Bakinski raboçi” qəzetinin 1918-ci il 28 may nömrəsində dərc olunmuş məqaləsində öz qan qardaşlarının cinayətləri haqqında yazırdı: ”Daşnaklar İrəvan quberniyasında 200 müsəlman kəndini dağıdıb yerlə-yeksan etmişlər. Camaat evsiz-eşiksiz və çörəksiz qalıb. Hazırda Zəngəzur bölgəsində qırğınlar və qətl-qarətlər davam edir. Daşnaklar müsəlman kəndlilərini bax beləcə qırır”. Tarixi mənbələrdə qeyd olunur ki, 1918-ci ilin mart ayınadək erməni silahlı dəstələri təkcə İrəvan quberniyasının İrəvan qəzasında 32, Eçmiədzin qəzasında 84, Novo-Bəyazid qəzasında 7 və Sürməli qəzasında 75 kəndi – üst-üstə 198 kəndi darmadağın edib, həmin qəzalarda təqribən 135 min nəfər soydaşımızı soyqırıma məruz qoyub. 1918-ci il aprelin əvvəlində Gümrü şəhərinə daxil olan şovinist Andranikin qoşunları ayın 18-də Axalkələk istiqamətində hərəkət edərək onlarla azərbaycanlı kəndini viran qoydu. Kazım Qarabəkir Paşanın “1917-20 arasında Ərzincandan İrəvana erməni zülmü” kitabında ermənilərin törətdiyi kütləvi qırğınlar sənədlərin dili ilə qələmə alınmışdır. K. Qarabəkir Paşa yazır: ”29.04.1918-ci ildə Gümrüdən 500 araba ilə Axalkələkə köçürülməkdə olan 3000-ə qədər qadın, qoca, uşaq və kişi öldürülərək yox edilmişdir; min əsgər, iki pulemyot və iki topla silahlanmış ermənilər Qağızmanın şərqindəki Qulp (Duzluca) və İrəvan bölgəsindəki islam kəndlərini dağıtmış, qadın, uşaq və kişiləri qırmışlar; 01.05.1918-ci ildə yüzə qədər erməni atlısı Şiştəpə və Düzkənd ətrafında (indiki Amasya rayonunun ərazisində) 60 uşaq, qadın və kişini öldürmüşlər; 01.05.1918-ci ildə Axalkələk ətrafındakı kəndlərdə Acaraca, Danqal, Mulanıs, Murcahet, Padızka, Havur və Gümris kəndləri yandırılmış, əhalisi məhv edilmişdir. Arpaçay üzərindəki Bacoğlu ilə İrəvanın şimal-şərqindəki kəndlərin xalqı ermənilər tərəfindən qırılmış, kəndlər tamamilə yandırılıb dağıdılmışdır. Türk ordusunun önündən qaçan erməni silahlı dəstələri ən böyük qətliamlardan birini 1918-ci ilin aprelində Gümrüdə törətmişdilər. Türklərin gəlişindən öncə ermənilər şəhərdə yaşayan azərbaycanlı ailələrini təhlükəsiz şəkildə Qars vilayətinə keçməyə şərait yaradacaqları vədi ilə aldadıb onları gecə ikən yola düşməyə vadar etmiş və Arpaçayın sahilində 500-dən artıq azərbaycanlı ailəsini məhv etmişdilər. Həmin qətliamdan tək-tük azərbaycanlı gənc Arpaçayı keçərək salamat qalmışdı”.

Ümumiyyətlə, araşdırmalara əsasən, 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilmiş kütləvi qırğınların Bakı, Quba, Şamaxı, Kürdəmir və Lənkəranla yanaşı Şuşada, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda, Qarsda və başqa bölgələrdə davam etdirilməsi nəticəsində yüz minlərlə azərbaycanlı ən qəddar üsullarla qətlə yetirilib, əhali öz doğma torpaqlarından didərgin salınıb. Martın 31-də isə erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən 2560 qadın və 1277 uşağı qətlə yetirib. Erməni daşnakları Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər. Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayı isə 16 mindən artıq olub. Bir neçə il əvvəl Quba yaxınlığnda tapılmış və alimlərimiz tərəfindən araşdırılımış insan sümükləri, kəllələri bunu bir daha sübut edir. Bu dövrdə törədilən soyqırımlar həm də öz qəddarlığı ilə seçilirdi.  Məsələn, hamilə qadının qarnını yarıb uşağı çıxarmaq və onları tikə-tikə doğramaq, “Quran” kitablarını yığaraq  tonqal qalayıb atəşində mollaları yandırmaq, divara mıxlamaq, uşaqlara belə acımadan dərisini soymaq, tikə-tikə doğradıqdan sonra ətini itə atmaq və digər belə vəhşilikləri, yəqin ki, ilk dəfə törədən məhz ermənilər idi. Çox təəssüf ki, arxiv sənədlərində belə qəddarlığı əks etdirən faktların sayı kifayət qədərdir. Həmin sənədlərdən belə bəlli olur ki, 1918-1920-ci illərdə ermənilər on minlərlə azərbaycanlını ən amansız şəkildə qətlə yetirib, onların əmlakını, digər varidatlarını mənimsəyiblər.

Onu da qeyd edək ki, Azərbaycanın bir çox yerlərində 1918-ci ildə törədilmiş görünməmiş soyqırımı aktlarının qanlı izləri, xüsusən də kütləvi insan məzarlıqları mövcuddur. Bütün bunlar ermənilərin iç üzünün ifşa edilməsi, törətdikləri soyqırımların faş olunması baxımından çox mühümdür. Baş verənlər göstərir ki, hələ ötən əsrin əvvəllərindən ermənilər bütün Azərbaycanı işğal etməyə cəhd göstərib. Onlar təkcə tarixi Azərbaycan torpaqlarında yaradılmış indiki Ermənistan ərazisində yox, indiki Azərbaycanın ən müxtəlif bölgələrində öz çirkin məqsədlərinin həyata keçrilməsi uğrunda azərbaycanlı əhalinin əsl soyqırımını həyata keçiriblər. Bu qırğınların miqyası o vaxt daha böyük ola bilərdi. Sadəcə, 1918-ci ilin mayında Azərbaycan Xalq Cumhuriyyətinin yaradılması, Azərbaycanın ərazi bütövlüyü uğrunda ölüm-dirim mübarizəsinin başlanması ermənilərin bütün planlarını pozdu. Eyni zamanda Gəncəyə, Bakıya türk ordusunun gəlişi də erməni qırğınlarının dayandırılmasında az rol oynamadı. Bu, təkcə Azərbaycanın yox, bütün Cənubi Qafqazın  müsəlman əhalisini məhv etmək məqsədi güdən ermənilərin niyyətinin qarşısını da aldı. Amma buna qədər qəddar düşmən on minlərlə soydaşımızı qətlə yetirə bildi. Belə vəziyyətdə qarşıda duran başlıca məqam ermənilərin törətdiyi soyqırıma ədalətli hüquqi-siyasi qiymətin verilməsinə nail olmaq idi.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ