Cümə günü, 13 noyabr 2026
     

1918-1920-ci illərdə Bakıda azərbaycanlıların soyqırımında erməni neft maqnatları da rol oynayıb

Image


XX əsrin əvvəllərində çar Rusiyasında baş vermiş ictimai-siyasi təbəddülatlar (1905-1907-ci illər inqilabı, 1914-1918-ci illərdə  I Dünya müharibəsi və onun hərbi-siyasi nəticələri, 1917-ci ilin oktyabr çevrilişi) nəticəsində türk-müsəlman dünyasına qarşı əsrlər boyu düşmən xislətləri üçün münbit zəmin yaradıb.

Sırada birləşmiş  hay-daşnak qüvvələri (başda hay kilsəsi olmaqla silahlı  quldur dəstələri, ictimai-siyasi ittifaqlar və ayrı-ayrı nümayəndələri) xalqımızın tarixi bıganəliyindən və ifrat humanistliyindən istifadə edərək  xüsusilə geostrateji əhəmiyyətli Ön Asiyada və cənubi Qafqazda onlar üçün əlverişli ictimai-siyasi şəraitdən  uzaq hədəfli milli məqsədlərinə çatmaq üçün ilk növbədə aşağıdakı şərtləndirilmiş  fəaliyyət  istiqamətlərini seçərək həyata keçiriblər:

- beynəlxalq siyasi güclərlə siyasi-hərbi ittifaqı möhkəmləndirmək;

- ictimai nüfuzu güclü olan siyasi birliklərlə bir sırada durmaq;

- kilsə fəaliyyətindən yararlanaraq qeyri xalqlara qarşı yürütdükləri dini-milli soyqırımı pərdələmək;

- terrorçu fəaliyyətləri ilə dünyanın qabaqcıl dövlətlərinin nəzər-diqqətini özlərinə yönləndirmək.  

Bu yerdə bir cəhəti qeyd etməmək mümkün deyil. 1905-1906-ci illərdə Azərbaycan xalqına qarşı, başda hay kilsəsi olmaqla, quldurlar tərəfindən törədilmiş qanlı qırğından ( oxu: M.M.Nəvvab. 1905-1906-cı illrədə erməni-müsəlman davası.”, Bakı, 1993) 12 il sonra yeni yaradılmış və ölkəni idarə edən Azərbaycan Milli Şurasının tərkibində 21 nəfərdən ibarət erməni nümayəndələrə yer verilib. Tarixə bu qədərmi biganəlik olar?

Həmin dövrdə, qeyd edilən fəaliyyət  proqramının vəzifələrinə rəğmən, hay-daşnak qüvvələri taktiki gedişlərini də yerli şəraitə uyğunlaşdırmağı bacarıblar. Bu hal öncədən siyasi və ictimai fəallığı zəif olan müsəlman-türk əhalisi arasında geniş intişar tapıb. Konkret ünvanı göstərmiş olsaq, tarixi mənbələrdən məlum olduğu kimi, artıq XX əsrin əvvəllərində Azərbaycan sərhədləri daxilində hay-daşnak qəbilə-icma birliklərinə azərbaycanlılar tərəfindən heç bir düşmənçilik hissi, kin-küdurət doğuran münasibət olmayıb. Əksinə, xalqımızda onlara etibarlı yanaşma, onlar tərəfindən yürüdülən tarixi düşmənçiliyi unutma həyat tərzi üstün olub. Sanki 1722-1730-cu illərdə Naxçıvanda, Qarabağda, Zəngəzurda itaətsizlik nümunəsi göstərən, üsyanlar edən  Davud bəyin, Avan Yüzbaşının, Mxitar Sparapetin, yaxın keçmişdə “Erməni İnqilab Federasiyası”nın ( 1890-cı ildə Tiflisdə yaradılmış ”Daşnaksütyun”un) zəhər verən qurucuları Xristofor  Mikaelyanın, Stepan Zoryanın, Simon Zavaryanın  - “hər yerdə, hansı şəraitində olursa-olsun türkləri öldür!”  şüarının,  “Qnçak” ( 1887-ci ildə Cenevrədə yaradılmış)  quldurlarının məqsədinin  – “Böyük Ermənistan” məqsədinə çatmaq üçün təbliğat, terror və dağıdıcı təşkilatın yaradılması”nın Azərbaycan xalqına aidiyyəti olmayıb və bu  nəsihətləri, təlimləri  verənlər də haylar, daşnaklar  deyilmiş. Yenə də hay kilsəsinə, hay daşnaklarına, hay quldurlarına inanıblar (qanişən və türk millətinin düşməni Andranik Ozanyanı öldürməyib, yalnız qulağını kəsməklə kifayətləniblər).

Şahidlər 1905-ci ilin sentyabr-oktyabr aylarında Bakı şəhərində hay kilsəsinin silahlı quldurları tərəfindən törədilmiş qırğınları “Pompeyin son günləri” faciəsinə bənzədib. 1918-1920-ci illərin soyqırımına aparan yolda artıq yeni cilddə və ictimai-siyasi şəraitə uyğun olaraq həyata vəsiqə alan başqa hay-daşnak nümayəndələri  peyda olublar. İnqilabçı rus fəhlə-kəndli-əsgər dəstələrinin sıralarında etibar qazanmış, “İliçdən İliçə qədər “şərəfli yol” keçmiş“ A.İ.Mikoyan (1895-1978), S.Q.Şaumyan (1878-1918) artıq yeni dövrün tələbini  düzgün qiymətləndirərək, məkrli hay-daşnak niyyətlərini həyata keçirmək üçün cənubi Qafqazda siyasi güc dəstəyinə malik olub. Acınacaqlı hal odur ki, bu dəstəyə türk-müsəlman dəstələri də qoşulub və ya müxtəlif dərəcədə onlara dəstək olub. Hətta hay ideoloqları bu xəyanətkar və məkrli niyyətlərini pərdələmək üçün bəzi hallarda üçüncü qüvvənin də adını çəkir, indinin özündə də biz bu amilə daha çox diqqət yetiririk, nəticədə, çox təəssüf ki, hay xisləti arxa plana keçirilir.

Fikrimizin təsdiqi A.Mikoyanın “Belə olmuşdur (hadisələr barədə fikirlər)”  (rus dilində, Moskva şəhəri, 1999)  kitabında 1917-ci ilin sonlarında – 1918-ci ilin əvvəllərində hay-daşnak qüvvələrinin (təbii ki, inqilabçı pərdəsi ilə maskalanmış) Bakıətarfı sənaye müəssisələrində, yaşayış məntəqələrində (xüsusilə Balaxanı, Ramana, Sabunçu, Suraxanı, Binəqədi, Bibiheybət ərazilərində) apardıqları təbliğat-təşviqat işlərinin, çoxluq təşkil edən kütlələrin sakitləşdirilməsinin və  quldurbaşı S.Şaumyanın həyata keçirəcəyi soyqırıma hazırlıq tədbirlərinin  özünün  təsvirində  ifadə olunur. Bu fəaliyyət, təbii ki, “Qnçak” terrorçu təşkilatının məqsədi ilə eyni idi.

Bir cəhəti də qeyd etmək lazımdır ki, bu müddət ərzində Bakı şəhərinə Tiflisdən (“Erməni İnqilab Federasiyası”nın (”Daşnakstyun”un) ana ocağından)  varid olan hay-daşnaklar hay əsilli neft maqnatlarının istehsal ərazilərində təhlükəsiz və sərbəst fəaliyyət göstəriblər.  Bu siyahıda onlara  “qara işçi” qüvvəsi kimi (əslində quldur qüvvələrinin təlimatlandırılması üçün) həm də Qarabağdan məqsədli şəkildə gətirilmiş haylar da xidmət göstərib. Bakı neft mədənlərinin hay əsilli Mirzoyevə məxsus 4-cü-5-ci bölmələrində, A. Mantaşevin (1842-1911) buruqları arasında (bu həmin neft milyonçusudur ki, Şaumyan onun vəsaiti hesabına A.Humboldt adına Berlin Universitetində 1902-1905-ci illərdə təhsil alıb, onun   Bakıdakı  zavodları  hay quldurlarının  silah-sursat cəbbəxanası  rolunu oynayıb) fəal siyasi təbliğatlar aparıblar. Həmin illərdə Bakı neftinin ixracı və ilkin emalında  əsas yer tutan S.Q. və D.İ. Lianosyanlar, “Bakı Neft Cəmiyyəti” (bunlar həm də Bakı və Şimali Qafqaz neft hövzələrində heft yataqlarının istismarına rəhbərlik edib),  Sarkis və Qalust Gülbekyanlar (Sarkis Gülbekyan Osmanlı Türkiyəsinin neft satışı səltənətinin sahibi, Qara dəniz qubernatoru olub)  hay neft firmaları sırasında xüsusi yer tutub.

Bu firmalar Qarabağ haylarını Bakıda yerləşdirməklə yerli kütlələr arasında təbliğat işinin səmərəliliyini xeyli artırıb və bu işlər onların “səmimi”liyinə sübut olub. Bu istiqamətdə hay-daşnak qüvvələrinin fəaliyyəti Azərbaycan ərazisində yerli xalqlara qarşı (xüsusilə türk-müsəlmanlara) yönəldilmiş soyqırım siyasətinin tərkib hissəsi olub.  Hay-daşnak siyasi birlikləri, quldur döyüşçü dəstələri, qeyri millətlərə qarşı dözümsüzlük və düşmən təbliğatı yürüdən hay kilsəsi, eləcə də ümumi hay-daşnak məqsədlərinə xidmət edən (sıralarında qulluq göstərən) hərbi-siyasi və ictimai nümayəndələrin vahid platforma ətrafında birləşməsi bu dövrdə xüsusilə aydın nəzərə çarpır. Təsadüfi deyil ki, onların bu əlaqələndirilmiş fəaliyyəti son nəticədə Azərbaycan xalqının tökülən qanı üzərində, Azərbaycan xalqının qədim və əzəli torpaqlarında  1918-1920-ci illərdə daşnak Ermənistan adında qurumun yaranması ilə nəticələnib. Bununla kifayətlənməyən hay kilsəsi hərbi (quldur) və daşnak siyasi-quldur (xəyanətkar) dəstələri qüvvələrindən istifadə edərək, soyqırım siyasəti yürütməklə boşaldılmış ərazilərə (xüsusilə Naxçıvan, Zəngəzur, Qarabağ, Göyçə bölgələrinə) Türkiyədən, Livandan, İraqdan, Suriyadan, Cənubi Azərbaycandan hay köçkünlərinin yerləşdirilməsinə  çalışıblar. Azərbaycan xalqına qarşı 1918-1920-ci illərdə həyata keçirilmiş  qırğınlarda hay quldurlarına həmin dövrdə siyasi gücə malik Rusiya bolşevikləri, başda avantürist  V.Ulyanov-Lenin (1870-1924) olmaqla, siyasi-hərbi elita yaxından köməklik göstərib. Odur ki, Azərbaycan xalqına qarşı soyqırımda həmin dövrdə siyasi gündəmi zəbt etmiş bu “siyasi dəllalın” da hay kilsə və quldurları ilə bərabər payı az olmayıb. Onların bu işbirliyi XX əsrdə hayların uzunömürlü vuran əli olmuş A.İ.Mikoyanın  həmin dövrə aid fəaliyyətiində bir daha aidın ifadə olunub. Bu üzdəniraq məxluq Bakı və Şamaxı qəzalarının yaşayış məntəqələrində yerli dinc sakinlərə qarşı  hay-daşnak-bolşevik quldurları tərəfindən törədilmiş qırğına bilavasitə rəhbərlik edib.

Ümimilikdə, XX əsrin ilk onilliklərində  hay daşnak silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırım hay kilsə-ittifaq-milli düşüncə tərzinə uyğun olaraq aşağıdakı məqsədlərə çatmaq üçün həyata keçirilib:

- Abşeron yarımadası, Xəzər dənizi, Qafqaz hövzəsi neft yataqlarını ələ keçirmək, hay əsilli neft maqnatlarının mövqeyini gücləndirmək, nəticədə beynəlkxalq güclər sırasında mövqe qazanmaq;

-hayların Xəzər dənizi ilə dünyaya çıxışını təmin etmək;

- Azərbaycan ərazilərinə (Təbrizdən Dərbəndə qədər, Naxçıvandan Bakıya kimi) Yaxın və Orta Şərqdən hay qəbilə-icma üzvlərini yerləşdirmək;

- Bu məqsədlə gələcəkdə Türkiyə Cumhuriyyətinin şərq hissələrini ilhaq etmək;

- Dünyanın maliyyə-ticarət və ictimai-siyasi meydanında  müvafiq həddə kapital ehtiyatına malik olmaq və qlobal təsiredici qüvvəyə yiyələnmək.

Həmin dövrdə bu məqsədlərə çatmaq üçün haylara çar Rusiyası (sonralar Sovetlər Birliyi), ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, Yunanıstan az köməklik göstərməyib. Müəyyən dərəcədə quldur hay- kilsə birliyi (ittifaqı) bu məqsədə nail olsa da, ümumilikdə onların bu kor ümidlərinə Osmanlı Türkiyəsinin, Türkiyə Cumhuriyyətinin, müzəffər 5-ci Qafqaz İslam Ordusunun və qəhrəman Azərbaycan xalqının dövlətçilk iradəsi və Vətən sevgisi imkan verməyib,

amma.. son da qoymayıb...

Qismət YUNUSOĞLU
Bakı Dövlət Universitetinin müəllimi 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ