Cümə günü, 13 noyabr 2026
     

Radikal düşərgənin Azərbaycanda müsəlmanları siyasiləşdirmək taktikası da fiaskoya uğradı – 10 mart aksiyası…

Image


Növbəti prezident seçkilərinin keçirilməsinə bir aydan da az vaxt qalıb. Seçkilərlə bağlı işlər öz qaydasında gedir. Yalnız bir qrup radikal müxalifət partiyası seçkilərdəki məğlubiyyətlərini əvvəlcədən bildikləri üçün, yayındırıcı taktikaya əl ataraq, guya seçkilərin boykot olunması taktikasını seçiblər. Əslində, radikal müxalifət bu taktikadan bir neçə dəfə istifadə edib və heç bir real nəticə əldə edə bilbəyib. Bəllidir ki, boykot böyük elektorata malik olan siyasi təsisatın taktikası kimi ortaya atılsa, hansısa nəticəni verə bilər.

Bunun nəticəsində böyük auditoriya həmən qərara əməl edər və seçki prosesi iflasa uğrayar. Azərbaycandakı radikal müxalifət kəsiminin belə gücə malik olmaması boykotun da onların əlində oyuncaq vasitəsinə çevrildiyini söyləməyə tam əsas verir. Ancaq buna baxmayaraq, həmin qüvvələr bu uğursuzluqlarını müxtəlif vasitələrlə kompensasiya etməyə cəhd edirlər. Guya çıxış yolunu seçkiqabağı dönəmdə ölkədə etiraz aksiyalarını təşkil etməkdə görüblər. Azərbaycan hakimiyyəti özünə tam arxayın olduğunu bir jesti ilə nümayiş etdirib. Həmin qüvvələrə şəhərin lap mərkəzində etiraz aksiyası keçirmək üçün yer ayırıb, hətta mitinqin mühafizəsini də təşkil edib. Martın 10-da müxalifətin boykotçu qanadı ilk siftəsini etdi.

Müxalifətin radikal qanadında təmsil olunan 6 siyasi qüvvə - AXCP, Milli Şura və Müsavat Partiyası, “Nida”, Müsəlman Birliyi Hərəkatı və AXP-nin birgə keçirdikləri mitinqin növbəti dəfə də fiasko ilə nəticələnməsi bir daha sübut etdi ki, destruktiv düşərgənin sosial bazası yoxdur. Mitinq öncəsi radikallar aksiyanı ümummüxalifət adlandırsalar da, "Məhsul" stadionuna azsaylı təşkilat üzvlərinin yığılması düşərgə daxilində ciddi kataklizmlərin yaşandığını göstərdi. Verilən məlumatlarda bildirilir ki, mitinqdə cəmi 1500 adam iştirak edib. Sadə riyazi hesablama apardıqda və iştirakçıları qurumların arasında bərabər böldükdə məlum olur ki, mitinqin təşkilində iştirak edən hər qurum ora cəmi 250 adam çıxara bilib. Özünü demokratik dəyərlərin təmsilçisi sayan həmin qüvvələr cəmiyyətdəki islam meylli insanları da öz ətraflna çəkmək taktikasından istifadə etməyə can atırlar. Əslində, bu tendensiya uzun müddətdir müşahidə edilir.  Ən azından, həmin partiyaların liderlərinin özünü Müsəlman Birliyi adlandıran qurumun həbs edilmiş radikal fəallarının məhkəmələrindəki iştirakı və bununla bağlı onlara tam dəstək ifadə etmələri bunları sübut edən faktor sayıla bilər. İtirilmiş elektoratı inanclı insanların hesabına kompensasiya etmək üçün, həmin qüvvələr din faktorundan öz məqsədləri üçün yararlanmağa çalışırlar. Ancaq ortaya maraqlı mənzərə çıxır. Ölkə əhalisinin 95 faizini müsəlmanların təşkil etdiyi bir halda, müsəlmanların təmsilçisi kimi özünü qələmə verən qurum ortaya 250 nəfər adam çıxara bilir. Sadə bir paralel aparmaq yerinə düşər. Bunun üçün Bakıda olan məscidlərdən birində keçirilən Cümə namazı zamanı hansı sayda insanın iştirakına diqqət yetirmək gərəkdir. Ən azı, mitinqdəkilərin ümumi sayından dəfələrlə çox insan həmin ayinin icrasına qatılır. Bu hal bir daha sübut edir ki, bəzi siyasi partiyaların inanclı insanları kütləvi şəkildə siyasiləşdirmək taktikası tam fiaskoya uğrayıb.

Uzun illərin siyasi mübarizəsi göstərir ki, ənənəvi müxalifəti təmsil edən liderlərə ictimai inam, demək olar ki, yoxdur. Təbii ki, bunun başlıca səbəbi onların 25 illik uğursuzluğu ilə əlaqədardır. Amma həmin adamlar sanki siyasəti özləri üçün oyuncaq vasitəsinə çeviriblər. Biabırçı vəziyyətə düşmələrinə baxmayaraq, siyasi arenanı da tərk etmək istəmirlər. Bunu görən xalq onları ciddi qəbul etmir və təbii ki, kütləvi müxalifləşmədən yan keçir. Bura iqtidarın əldə etdiyi nailiyyətlərin də təsirini əlavə edə bilərik.

Bəli, bu gün müxalifəti öz arxasınca apara biləcək siyasi lider yoxdur. Belə iddialardan olanlardan biri Əli Kərimlidir. O, Milli Azadlıq Hərəkatının bazası əsasında siyasi partiyaya çevrilən AXCP-nin sədridir. Sonradan Əbülfəz Elçibəyin rəhbərlik etdiyi nəhəng bir siyasi təşkilatın rəhbəri olub. Yəni böyük bir siyasi mirasa sahiblənsə də, böyük nailiyyəti həmin partiyanın 20 yerə parçalanmasına nail olmaq olub. Əli Kərimli öz prinsiplərinə müxalifətin ümumi maraqlarından üstün yanaşdığı üçün, bu gün, sadəcə, ambisiyalarını hər şeydən üstün tutan bir siyasətçi kimi xarakterizə olunur.

Müsavat Partiyasına gəldikdə isə, həmin qurum, demək olar ki, can vermək ərəfəsindədir. Son illər ərzində onu siyasi proseslərin fövqündə saxlayan təbliğat ruporları əlindən çıxıb. Partiyanın sədri olan İsa Qəmbərin istefasından sonra Müsavatdan kütləvi qopmalar oldu. “Partiyanın qaymaqları”nın yeni seçilən və İsa Qəmbərin öz varisi kimi təqdim etdiyi Arif Hacılıya mənfi münasibəti yeni başqanın liderə çevrilməsinə imkan vermir.

Pənah Hüseynin sədrlik etdiyi AXP isə bir portfel və bir sədrdən ibarət təsisatdır. Yalnız mövsümdən-mövsümə peyda olur. Partiyalaşma mərhələsini keçməyi bacarmayan bir qurumun siyasi proseslərin önündə durması isə qeyr-mümkün olan məsələdir.

“Nida” adlı gənclər təşkilatı isə son illər ərzində özünü yalnız lağ obyektinə çevirə bilib. Bu təşkilata rəhbərlik edən bəzi şəxslərin özləri kənarda qalsalar da, bir qrup üzvlərinin gənclik çılğınlığından istifadə edib onları qanunsuz əməllərin törədilməsinə yönəldə bilmişdilər. Nəticədə həmin qurumun bir neçə gənc üzvü həbsə salındı. Yalnız bundan sonra proseslərə obyektiv qiymət verməyi bacaran həmin gənclərin böyük əksəriyyəti Prezidentdən əfv olunmağı xahiş etdilər. Ölkə başçısı böyük humanistlik göstərərək həmin gəncləri əfv etdi. Onların əksəriyyəti hazırda “Nida” adlı təşkilata qarşı antoqonist mövqedə dayanırlar. Hətta bir çox polemikalarda əvvəllər təmsil olunduqları təşkilat barədə ironik ifadələr işlədirlər, onun adına “apostrof”, “sual” və başqa qrammatik ifadələr qoymaqla lağ edirlər. Dəqiq məqsədi və məramı bilinməyən bu təşkilat da hazırda cəmiyyət arasında heç bir nüfuza malik deyil. Ən azından, ölkədə fəaliyyət göstərən digər gənclər təşkilatları ilə “Nida”nın müqayisə olunması bizə maraqlı nəticə ortaya qoya bilər. “Nida”nın ümumi üzvlərinin sayı həmin gənclər təşkilatının heç bir özəyinin sayı qədər deyil.

Müsəlman Birliyi adlı hərakata gəldikdə isə, tam məsuliyyətilə demək olar ki, bu qurum islam, din adı ilə insanların duyğusal hissləri ilə oynayıb, onları öz əlində alətə çevirmək istəyir. Ancaq insanlar bunu yaxşı anladıqları üçün, onların ətrafında birləşmirlər. Sözügedən hərəkatın liderlərinin Azərbaycanda nələri tələb etdiyi, hansı qarşıdurmanı yaratdığı, başqa ölkələrin dini liderlərinin əlini açıq şəkildə öpmələri göz önündədir. Azsaylı “molla-siyasilərdən” ibarət olan bu qurum yalnız hansısa ölkələrin idarə edə bildiyi, “vitrində” görünən saydakı radikallardan ibarətdir. Həmin adamlar nə dini xadim kimi xadimdirlər, nə də siyasətçi kimi siyasətçi. Radikal hisslərini açıq büruzə verən həmin elementlərin imkan olduğu təqdirdə Azərbaycanı qan gölünə çevirməkdən başqa qayələri yoxdur.

Ən maraqlısı isə budur ki, radikal düşərgəni təmsil edən bu 6 təşkilatı bir-birindən fərqləndirən hansısa cəhət, platforma yoxdur. Cəmiyyət məhz bunu ayırd edə bilmədiyi üçün, istirahət günlərində ticarət mərkəzlərinə və başqa əyləncə yerlərinə getməyi mitinqdən üstün tutur. Aydın taktikası, strategiyası olmayan həmin qurumların hansı sayda olmasından asılı olmayaraq, bir araya gəlməsi və mütəşəkkil birliyə çevrilməsi mümkünsüzdür. Bu yalnız ötəri hisslərin söndürüldüyü bir kiçik toplantı rolunu oynaya bilər.

Azərbaycan vətəndaşları dünyada baş verən prosesləri diqqətlə izləyirlər. Onlar stabilliyin olmadığı ölkələrdəki vətəndaşların hansı vəziyyətə düşdüklərini aydın sezirlər. Vətəndaşlarımız bilirlər ki, bizim ölkədəki əminamanlığın, stabilliyin təminatçısı indiki hakimiyyətdir. Onu da gözəl anlayırlar ki, radikal müxalifətin iddiaları bu ölkədəki stabilliyi poza bilməz. Ən azından,  hakimiyyətin formalaşması üçün təşkil olunan demokratik seçkidən boyun qaçıran, siyasi mübarizə üsullarını başqa vasitələrdə axtaran təşkilatlardan yaxşı nəsə gözləməyə dəyməz. Onların başlıca istəkləri budur ki, hakimiyyəti qeyri-demokratik üsullarla ələ keçirsinlər. Cəmiyyətimiz isə stabilliyin təminatçısı olan iqtidarın destruktivliyə meylli olan radikallarla əvəz olunmasını istəmir.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ