Cümə günü, 13 noyabr 2026
     

ABŞ və Rusiyanın Qarabağ məsələsində Ermənistana yanaşması getdikcə bir-birinə yaxınlaşır...

Image


Bu gün müxtəlif siyasi araşdırma mərkəzlərində maraq doğuran başlıca məqamlardan biri gələn ay Azərbaycan və Ermənistanda baş tutacaq seçkilərdən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hansı addımların atıla biləcəyidir. Xatırladaq ki, gələn ayın 11-də Azərbaycanda prezident, bundan cəmi 6 gün sonra Ermənistanda baş nazir seçkiləridir.

Eyni zamanda aprelin sonuna qədər hər iki ölkədə yeni hökumətin formalaşıb başa çatması gözlənir. Məhz bundan sonra Qarabağ məsələsində intensiv danışıqlar prosesinin başlanması gözlənir. Artıq Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu günlərdə yeni belə danışıqların növbəti dəfə anonsunu verib: "Tərəflər prezident seçkilərindən sonra daha intensiv şəkildə müzakirələri davam etdirmək qərarına gəlib. Hər iki ölkədə yeni hökumət qurulduqdan sonra danışıqları intensiv şəkildə davam etdirəcəyik".

Azərbaycan üçün maraq doğuran məsələ danışıqların nəticə verməsi, konfliktin həlli istiqamətində artıq real addımların atılmasıdır. Mövcud vəziyyətin təhlili göstərir ki, konfliktin çözümünə həmsədrlik edən ölkələr də əslində, seçkilərdən sonra Ermənistanın artıq əməli addımlar atmasını istəyir. Bunu ABŞ-ın ATƏT Minsk Qrupundakı həmsədri Endrü Şeferin açıqlamaları da təsdiq edir. O vurğulayır ki, Dağlıq Qarabağ münaqişəsində indiki status-kvo uzunmüddətli perspektivdə saxlana bilməz: “ABŞ-ın uzunmüddətli siyasəti ondan ibarətdir ki, ədalətli nizamlanma beynəlxalq hüquq normaları, o cümlədən Helsinki Yekun Aktı və onun güc tətbiqetməmə, ərazi bütövlüyü prinsiplərinə əsaslanmalıdır”. Burada diqqət çəkən məqam odur ki, həmsədr ermənilərin hər zaman xüsusi diqqət yteirdiyi xalqların öz müqəddaratını təyin etmə amilinə toxunmur. Eüni zamanda Endrü Şefer qeyd edir ki,  münaqişənin həlli üçün sadə yollar yoxdur: “Mən 2017-ci ilin avqustunda ABŞ tərəfindən ATƏT Minsk Qrupunun həmsədri təyin olunmuşam. Fəaliyyətim müddətində münaqişənin fərqli aspektləri ilə məşğul olan müxtəlif insanlarla görüşmüşəm. Kifayət qədər təklif və ideyalar eşitsəm də, münaqişənin həlli üçün sadə yol yoxdur”. Amma bir məsələ aydındır ki, münaqişənin dinc yolla həlli üçün əsas şərt Ermənistanın konstruktiv mövqeyə gələrək həll istiqamətində addımlar atmasıdır.

Aprel seçkilərindən sonra bu fonda Ermənistana müəyyən təzyiqlərin olması istisnalıq təşkil etmir. Endrü Şeferin indiki status-kvonun uzunmüddətli perspektivdə saxlanmasının mümkünsüzlüyü barədə fikirləri də, ekspertlərə görə, məhz bundan qaynaqlanır. Ermənistanda isə əslində, aprel seçkilərindən sonra münaqişənin həlli ilə bağlı müəyyən addımların atılması istisna olunmur. Çünki yeni hakimiyyət idarəçiliyi dəyişiklyindən sonra Qarabağ məsələsində məsuliyyəti, baş nazir postunu tutmağa hazırlaşan Serj Sarksiyanla yanaşı, yeni prezident Armen Sarkisyanın da daşıması gözlənir. Belə vəziyyətdə məsuliyyət bölgüsü yarandığından, İrəvan, nəhayət, Qarabağ məsələsində konstruktiv gediş edə bilər. Artıq hadisələrin bu səpkidə inikşafından erməni lobbisi də xüsusi narahatlıq duymağa başlayıb. Bunun nəticəsidir ki, Avropadakı erməni lobbisi ilə Ermənistan hakimiyyəti arasında gərginlik artır. Lobbi ilk növbədə Serj Sarkisyanın Ermənistanı tam olaraq nəzarət altına almasından narahatlığını ifadə edib. Ermənistanın “1in.am”saytına açıqlama verən Avropa Erməni Təşkilatları Forumunun sədri Aşot Qriqoryan Avropadakı ermənilərin ən çox Təhlükəsizlik Şurasının səlahiyyətlərinin artırılmasından narahat olduğunu bildirib: “Xarici analitiklər demokratik haqların fəlakətli şəkildə məhdudlaşdırılmasına Venesiya Komissiyası və Avropa Birliyinin reaksiya verməməsindən təəccüblənib. Bizim Forumun analitikləri belə qənaətə gəliblər ki, hökumətin qapalı rejimdə iclas keçirmək qərarı çox təhlükəli tendensiyadır. Niyə bu görüşləri qapalı edirlər və burada hansı qərarları qəbul etmək istəyirlər? Belə qapalı iclaslar və Təhlükəsizlik Şurasının səlahiyyətlərinin parlamentdən yüksək olması bir şeyə - Qarabağı geri qaytarmağına xidmət edir. Serj Sarkisyanın bu torpaqların parlamentlə müzakirə etmədən qaytarılması təklifi Təhlükəsizlik Şurasında açıqlanacaq. Burada isə hər şey ona tabedir”.

Qeyd edək ki, Ermənistanın Qarabağı işğaldan azad etmək planları ilə bağlı çıxışlar bundan öncə də dəfələrlə gündəmə gəlib. Erməni ekspertlər İrəvanı buna Moskvanın məcbur etdiyini bəyan etsələr də, hökumətdəki heç kim bu iddiaları təsdiqləmir. Bəzi mənbələr isə, hətta daha da irəliyə gedərək, Sarkisyanın öz hakimiyyətini uzatmaq üçün Moskva ilə Qarabağ sövdələşməsi etdiyini bildirir. Onlara görə, belə bir sövdələşmədə Moskvanın məqsədi həm Sarkisyanı hakimiyyətdə saxlamaq, həm də Azərbaycanla daha da yaxınlaşmaqdır. Bu, regionda Kremlin istəmədiyi savaşın qarşısının alınması baxımından da Rusiya üçün çox önəmlidir. Kreml onu da yaxşı anlayır ki, apreldən sonra Qarabağ məsələsində dinc yolla hansısa irəliləyiş olmasa, Azərbaycan güc varinatına əl atacaq.

Bu fonda diqqəti həm də ona çəkmək lazım gəlir ki, artıq xeyli vaxtdır, ordumuzun döyüş hazırlığı daha intensiv və diqqətlə nəzarətdə saxlanır. Bu arada Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, martın 12-dən 17-dək Müdafiə nazirinin rəhbərliyi altında müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrin iştirakı ilə genişmiqyaslı təlimlər keçiriləcək. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti bildirir. Təlimlərə 25000 nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunacaq. Təlimlərdə qoşunlar şərti düşmənin hücumunun qarşısının alınması, onun atəşlə tələfata uğradılması, əks-zərbə endirməklə müdafiənin əlverişli hədlər üzrə bərpa olunması və genişmiqyaslı əks-hücum əməliyyatının keçirilməsi tapşırıqlarını yerinə yetirəcək. Ekspertlər isə hesab edir ki, əslində, bu və digər təlimlər Ermənistana bir növ xəbərdarlıq xarakteri daşıyır. Bakı bununll nümayiş etdirir ki, beynəlxalq təşkilatların, xüsusilə də BMT və ATƏT tərəfindən qəbul edilmiş qətnamələrin erməni siyasi hakimiyyəti tərəfindən bundan sonra da qulaqardına vurulması ilə barışmayacaq. Artıq xarici siyasi və hərbi ekspertlər də, yaxın tezlikdə danışıqlarda irəliləyiş olmayacağı halda, savaşı qaçılmaz sayır. Elə ABŞ Milli Kəşfiyyat Direktorluğunun İdarəsi tərəfindən martın 6-da  dərc edilən "Kəşfiyyat birliyi tərəfindən dünya üzrə təhdidlərin qiymətləndirilməsi" adlı məruzənin qeyri-məxfi versiyasında da deyilir ki, Dağlıq Qarabağın ətrafında gərginlik Ermənistan və Azərbaycan arasında genişmiqyaslı hərbi münaqişənin başlanmasına gətirib çıxara bilər. Qeyd edilir ki, Azərbaycan Silahlı Qüvvələrinin möhkəm şəkildə modernləşdirilməsi münaqişənin gedişinə təsir göstərə biləcək əsas faktiorlardandır. Hələlik isə politoloqların əsas diqqəti mart-aprel aylarında Ermənistanda və Azərbaycanda, o cümlədən münaqişənin dominant gücü sayılan Rusiyada keçiriləcək seçkilərə yönəlib. Ermənistanda və Azərbaycandakı seçkilərdən sonra baş verə biləcək əsas hadisə isə, rusiyalı politoloq Aleksandr Duqinin fikrincə, Qarabağda sülh danışıqları prosesinin uzanmasının istənilən an birbaşa toqquşmaya çevrilə bilməsi ehtimalıdır. Daha bir önəmli məqam isə həm də bu günlərdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Birləşmiş Qərargahının rəisi general-polkovnik Anatoli Sidorovun verdiyi açıqlamalardır. O,  Qarabağda hər hansı savaş başlayacağı təqdirdə separatçılara KTMT tərəfindən hərbi dəstək verilməyəcəyini bildirib: "KTMT bütün razılaşmaları konkret olaraq Ermənistanla imzalayıb və deməli, yalnız İrəvan qarşısında öhdəliyimiz var. Ermənistan vətəndaşları əmin ola bilərlər ki, KTMT ehtiyac yaranacağı təqdirdə onları darda qoymayacaq". Bundan öncə isə erməni mediasına açıqlama verən rus ekspertlər Aleksandr Xramçixin və Pavel Felgenhauer də eyni məntiqi səsləndirmişdi. Beləliklə, Rusiya Aleksandr Duqinin və Anatoli Sidorovun dili ilə Ermənistana mesaj ötürür ki, Qarabağ məsəllsində danışıqların uzanması savaş deməkdir və belə savaşda Moskva İrəvana yardım etməyəcək. Bu səbəbdən İrəvan danışıqlarada nəticə üçün əməli addımlar atmalıdır. ABŞ-ın ATƏT Minsk Qrupundakı həmsədri Endrü Şeferin indiki status-kvonun uzunmüddətli perspektivdə saxlanmasının mümkünsüzlüyü barədə fikirləri, ABŞ Milli Kəşfiyyat Direktorluğunun nəticəsiz danışıqlar halında müharibə xəbərdarlığı da Vaşinqtonun prosesə Moskva ilə eyni prizmadan yanaşdığını göstərir. Seçim İrəvanındır: ya real nəticəsi olan danışıqlar, ya da müharibə.

Qeyd olunduğu kimi, məsələ ikinci variantda çözüləcəyi təqdirdə İrəvan döyüş meydanında yalnız qalacaq. Xüsusilə də Azərbaycan-Rusiya münasibətlərinin indiki yüksəlişi fonunda bunu daha cəsarətlə demək mümkündür. Bu mənada  Sidorovun bəyanatının şoku erməni informasiya məkanında hiss olunur. Burada yaxşı bilirlər ki, Azərbaycan müharibəyə başlayarsa, bu prosesə nə KTMT, nə də Rusiya qoşula bilər. Çünki bu, ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda gedən prosesdir. Hər halda, proseslərin gedişi Bakının Ermənistanı əhəmiyyətli dərəcədə sıxışdırdığını göstərir. Bunun nəticəsi olmayacağı halda isə Azərbaycan istədiyinə güc yolu ilə çatmalı olacaq və buna da beynəlxalq hüquq normaları tam imkan verir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ