Cümə günü, 13 noyabr 2026
     

Ermənistanın “Şimal-Cənub” avtomagistral ümidləri dəfn edildi…

Image


Azərbaycanın Ermənistanı təcrid siyasəti düşmən ölkəni daha pis vəziyyətə salır

 

Bakı-Tiflis-Qars layihəsindən sonra Ermənistanda ciddi narahatlıq mənbəyinə çevrilən məqamlardan biri də “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə bağlıdır. Düşmən ölkədə yaxşı başa düşürlər ki, “Şimal-Cənub” onların təcridinin daha da dərinləşməsi, bununla sosial-iqtisadi durumlarının bir qədər də pisləşməsi anlamına gəlir.

Digər tərəfdən, Ermənistanı qorxudan əsas faktorlardan biri Azərbaycan və İran arasında münasibətlərin daha da sıxlaşması, bununla Tehranın İrəvanı arxa plana atmasıdır. Baş verənlərlə bağlı “armtimes” saytı yazır ki, Ermənistanın da hələ  2008-ci ildə tikintisinə başladığı “Şimal-Cənub” magistral yolu ölkə iqtisadiyyatının inkişafı üçün nəzərdə tutulmuşdu. Lakin zaman keçdikcə məlum oldu ki, bu yol nəinki iqtisadiyyatı inkişaf etdirməyəcək, əksinə, ona böyük zərbə vuracaq. Sayt bildirir ki, İranla Ermənistanı birləşdirəcək yolun çəkilişi ilkin mərhələdə 962 milyon dollar həcmində qiymətləndirilirdi. Lakin yolun heç yarısı çəkilməmiş məlum oldu ki, bu layihənin reallaşması üçün 2 milyard dollar vəsait lazımdır. Sonra isə dünyada iqtisadi böhran baş verdi və yolun çəkilməsi üçün 3 milyard dollara ehtiyac olduğu ortaya çıxdı. Yolun çəkilişi üçün indiyədək xərclənən vəsaiti dövlət beynəlxalq banklardan kredit alaraq sərf edib. Yolun tamamlanması üçün yeni kreditlərin alınması planlaşdırılır: “Tutaq ki, hökumət kreditləri cəlb etməklə yolu tikib başa çatdırdı. Belə olan halda tikintiyə sərf olunan kredit hansı gəlirlər hesabına qaytarılacaq?”. Sayt etiraf edir ki, Ermənistanın həyata keçirdiyi “Şimal-Cənub”  yolunun gəlir gətirilməsi gözlənilmir. Əvvəla, İran bu layihəyə qoşulmağa heç bir maraq göstərmir. Digər tərəfdən isə yolun beynəlxalq əhəmiyyəti, demək olar ki, yoxdur. Beləliklə aydın olur ki, hökumətin bu layihəsi iqtisadiyyatı dirçəltmək əvəzinə daha da pis vəziyyətə salacaq. Çünki alınan milyonlarla krediti faizi ilə birlikdə qaytarmaq lazım olacaq. Bu isə onsuz da yaxşı vəziyyətdə olmayan iqtisadiyyatı uçurumun kənarına gətirib çıxaracaq.
Bundan başqa, saytın yazdığına görə, Ermənistan hökuməti elə zənn edirdi ki, “Şimal-Cənub” magistral avtomobil yolunu çəkməklə tranzit ölkə kimi Cənub–Şərqi Asiya ölkələri ilə Rusiya və Avropanın nəqliyyat baxımından birləşməsində aparıcı rol oynayacaq. Lakin rəsmi Bakının Azərbaycanı “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasına cəlb etməsi ilə Ermənistanın planı alt-üst oldu. Azərbaycanın coğrafi və geosiyasi mövqeyini olduqca düzgün qiymətləndirən Prezident İlham Əliyevin təklif etdiyi variant İran, Avropa və Cənub-Şərqi Asiya dövlətlərini daha çox cəlb etdi. Məsələ burasındadır ki, Bakı dünyanın iki böyük qitəsini birləşdirəcək nəqliyyat dəhlizinin Azərbaycan üzərindən keçməsi ilə daşımaların tez və ucuz həyata keçirilməsini təklif etdi. Bundan başqa, malların və nəqliyyat vasitələrinin təhlükəsizliyinin təmin olunmasına zəmanət verdi. Azərbaycan öz iqtisadi potensialından istifadə edərək bu istiqamətdə böyük işlər gördü. Astara (Azərbaycan) – Astara (İran) dəmir yolu xətti qısa zaman kəsiyində tikilərək istifadəyə verildi. İran Astarasında yük terminalının tikintisində fəal iştirak etdi və İrana Qəzvin-Rəşt dəmir yolunun Astara (İran) şəhərinə kimi çəkilməsi üçün 500 milyon dollar güzəştli kredit ayırdı. Yaxın gələcəkdə Hindistanın Mumbay limanından çıxan yük gəmiləri İranın Fars körfəzindəki Bəndər-Abbas limanına yan alacaq. Buradan isə yüklər Qəzvin-Rəşt-Astara dəmir yolu vasitəsilə Azərbaycan üzərindən keçməklə Rusiya və Avropa ölkələrinə daşınacaq. Azərbaycan Prezidentinin təşəbbüsü İran və Rusiya ilə yanaşı, Avropa və Cənub-Şərqi Asiya dövlətləri tərəfindən də dəstəkləndi. Bununla da Azərbaycan 7 min 200 kilometrlik beynəlxalq nəqliyyat layihəsinin iştirakçısına və Asiya ilə Avropanı birləşdirən nəqliyyat məntəqəsinə çevrildi.
Martın sonunda İran prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri nəzərdə tutulub. Səfər çərçivəsində Astara (Azərbaycan) - Astara (İran) dəmir yolu xəttinin rəsmi açılışı da gözlənilir. Bu açılışdan sonra Ermənistan İranın da iştirakını gözlədiyi “Şimal-Cənub”   magistral yol çəkilişi layihəsini birdəfəlik dəfn edə bilər.  Bütün bunlar Ermənistanın regionda həyata keçirilən bütün beynəlxalq iqtisadi layihələrdən kənarda qalmasının daha bir təzahürüdür. Yəni  Ermənistan işğal siyasətinə son qoymayana qədər təcrid vəziyyətində qalmaqda davam edəcək. Erməni ekspert Aram Manukyan ölkə rəhbərliyinin yürütdüyü siyasətin Ermənistanı uçuruma yuvarladığını dilə gətirərək, Azərbaycanın uğurlarını etiraf etmək zorunda qalıb. Aram Manukyan da  Ermənistanın belə təcrid vəziyytə düşməsinin əsas səbəbini Qarabağ münaqişəsinin həll olunmamasında görür. O bildirib ki,  məhz bu münaqişə nəticəsində ölkə  siyasi və iqtisadi tənəzüllünü yaşamaqdadır: “Bölgədəki  bütün regional və beynəlxalq layihələr hesab edilən-nəqliyyat, enerji, dəmiryol, qaz və digərləri Ermənistandan yan keçməklə reallaşır. Biz təkcə siyasi deyil, eyni zamanda  iqtisadi cəhətdən də

blokadayıq. Yollarımız hər tərəfdən bağlanıb, heç bir regional layihədə iştirak etmirik“. Beləliklə, qarşıdakı dövr ərzində qeyd olunan istiqamətdə Ermənistanın vəziyyətinin daha da pisləşməsi gözlənir.  Bu da o deməkdir ki, Azərbaycanın Ermənistana qarşı tətbiq etdiyi iqtisadi təcrid siyasəti özünü doğruldur.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ