Cümə günü, 13 noyabr 2026
     

İllər ötdükcə Sumqayıtda erməni vəhşiliklərinin yeni elementləri aydınlaşır...

Image


Erməni təbliğat maşını bu gün də Sumqayıtda 1988-ci ilin fevralında yaşanan hadisələri öz çirkin məqsədləri və həyata keçirdikləri işğal üçün təbliğat vasitəsinə çevirməyə çalışsa da, proseslər tamamilə bunun əksi istiqamətdə cərəyan etməkdədir. Məsələ burasındadır ki, ermənilərin məlum Sumqayıt hadisələrində yalançı mövqedən çıxış etmələri faktlarla, şahid ifadələri əsasında artıq sübuta yetirilib.

Artıq o da məlumdur ki,  Sumqayıtda 30 il əvvəl yaşanan hadisələrdə erməni xüsusi xidmət orqanlarının birbaşa əli olub.  Əvvəlki qaydada erməni tərəfi öz yalanlarını həqiqət kimi təqdim etmək məqsədilə faktların təhrif edilməsi, sənədlərin saxtalaşdırılması kimi  çirkin üsullardan istfiadəyə cəhd göstərir. Onu da qeyd etmək lazım gəlir ki, Sumqayıt şəhərində törədilmiş kütləvi iğtişaşlarla bağlı 1988-1990-cı illərdə aparılmış istintaq və məhkəmə prosesləri nəticəsində həmin hadisələrə ədalətli hüquqi qiymət verilməməsi, onların əsl sifarişçiləri və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaması Ermənistanın bu sahədəki fəaliyyətinə o dövrdə şərait yaratmışdı.  Amma proseslərin son gedişi erməni tərəfinin bu sahədə də yalanlarının üzə çıxması ilə nəticələndi. Bir daha bəlli oldu ki, bu təxribat olyalarının arxasında da elə ermənilərin özləri dayanır.

Araşdırmalar göstərir  ki, Sumqayıt hadisələri Ermənistan və SSRİ xüsusi xidmət orqanları tərəfindən hazırlanaraq törədilmiş təxribat idi. Bu təxribata əl atmaqla sübut etməyə çalışdılar ki, ermənilərlə azərbaycanlıların birgə yaşaması mümkün deyil. Bir daha xatırladaq ki, istintaq materiallarında Sumqayıt hadisələrinin əsas təşkilatçısı kimi 1959-cu ildə anadan olmuş Eduard Robertoviç Qriqoryan adında erməninin olduğu çoxsaylı şahid ifadələri, təkzibolunmaz dəlillərlə təsdiqlənir. Ümumiyyətlə, 1988-ci il fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində ermənilər tərəfindən törədilmiş təxribat xarakterli iğtişaşlar nəticəsində 32 nəfər ölüb. Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı olub. İstintaq müəyyən edib ki, həmin hadisələrdə öldürülən 26 ermənidən 6 nəfərini məhz Eduard  Qriqoryan şəxsən qətlə yetirib. Qriqoryanın  rəhbərliyi ilə Sumqayıtda törədilən kütləvi iğtişaşlar nəticəsində 400-dən çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb, iki yüzə yaxın mənzil, əllidən artıq mədəni-məişət təyinatlı obyekt və qırxdan çox avtomotonəqliyyat vasitəsi hücuma və talana məruz qalıb, yandırılıb. Azərbaycana təqribən 10 milyon dollar məbləğində ziyan dəyib. 

Həmçinin istintaq zamanı bəlli olub ki, hadisələr, “Paşa” ləqəbli Eduard Qriqoryandan əlavə, onun Albert və Ernis adlı daha iki qardaşı, Dağlıq Qarabağdan xüsusi tapşırıqlarla gəlmiş emissarlar və DTK-nın agentləri tərəfindən təşkil olunmaqla bilavasitə icra edilib. Dağlıq Qarabağdan olan emissarlar Eduard Qriqoryanı ətraflı təlimatlandırıb, ona Sumqayıtda yaşayan və separatçıların yaratdığı “Qarabağ” və “Krunk” təşkilatlarına pul köçürməyən ermənilərin siyahısını və dəqiq ev ünvanlarını verib, aqressivliyi artırmaq məqsədilə iğtişaş iştirakçılarına paylanması üçün Qriqoryanı psixotrop dərmanlar və spirtli içkilərlə təmin edib, hadisələr zamanı isə Eduard Qriqoryan və onun qardaşı Albert Qriqoryanla birlikdə camaata soyuq silah kimi istifadə olunan armatur parçaları paylayıblar. 
Eduard Qriqoryan ətrafına topladığı özü kimi cinayətə meylli qonşuları ilə ümumi dil taparaq, onlara spirtli içki və insanda aqressivlik yaradan xüsusi həblər paylayıb, quldurluq və soyğunçuluq etmək üçün yaxşı şansın yarandığını bildirib və onları öz arxasınca fevralın 24-25-də Qarabağa erməni iddialarına qarşı keçirilən dinc mitinqin keçirildiyi meydana aparıb. Orada özünü Qafandan gəlmiş azərbaycanlı kimi təqdim edərək, ermənilərin guya Qafanda dinc azərbaycanlı əhalini qırdıqlarını, özlərinin isə bir maşın meyit gətirdiklərini mitinq iştirakçılarına danışaraq, ermənilərdən intiqam almağa çağırıb, onda burada yaşayan ermənilərin siyahısının və ünvanlarının olduğunu deyərək, ona qoşulmuş 100 nəfərə yaxın yeniyetmə və müxtəlif cinayətkar ünsürləri “Qarabağ bizimdir!”, “Erməniləri qırın!” kimi şüar və çağırışlarla “Qarabağ” və “Krunk” təşkilatlarına pul verməkdən imtina etmiş ermənilərin yaşadığı mənzillərə istiqamətləndirib. Hadisələrdə təqsirləndirilən Q.Məmmədov 1989-cu il fevralın 22-də verdiyi ifadədə Eduard Qriqoryanın Sumqayıtda daşnakların hədəfində olan ermənilərin ünvanlarını təsdiqləyirdi: “Edik dedi ki, həmin mikrorayonda yaşayır və ermənilərin harada yaşadıqlarını dəqiq bilir”. Təqsirləndirilən İsayevlə Hüseynovun üzləşmə protokolunda da bu məsələ öz əksini tapıb. İsayev ifadəsində deyib: ”Qriqoryan Edik cibindən siyahı çıxartdı, ona baxdı və mənim yaxınlığımda olan bir qrupu binaya tərəf apardı”. SSRİ Baş Prokurorluğunun istintaq qrupunun müstəntiqi Qriqori Kotenko da baş verənlərlə bağlı maraqlı məqamlar açıqlayaraq, Sumqayıt hadisələrinə əvvəlcədən hazrılıq görüldüyünü bildirir: “Sumqayıt hadisələrindən əvvəl Qarabağ problemi ilə əlaqədar olaraq müəssisə və təşkilatlarda yerli əhalinin reaksiyası haqqında günaşırı Qarabağa, ordan da İrəvana informasiyalar ötürülürdü. Bu informasiyanı kim verirdi? Azərbaycanlılar? Yox! Ruslar? Bu onların nəyinə lazım idi? Əlbəttə ki, ermənilər, daha dəqiq desək, erməni qızları. Onların isə başında Stella adında bir qadın dururdu. Bütün informasiyalar ona verilir, o da öz növbəsində rabitə şöbəsində çalışan erməni rabitəçilərinin əli ilə informasiyaları Stepanakertə və İrəvana ötürürdü. Belə bir xidmət üçün Stellaya külli miqdarda qonorar ayırırdılar. O, ona ayrılan vəsaiti qızlar arasında bölüşdürürdü. Komendant saatı olandan sonra hərbçilər Stellanı Sumqayıtdan çıxardı və o, naməlum istiqamətdə yoxa çıxdı“. 

Həmin dövrdə ermənilərin təxribatına uyan soydaşlarımıza Qarabağ hadisələri fonunda ciddi təsir də göstərilib. Belə ki, fevralın 24-də Əsgəranda iki ağdamlı gənc –Əli və Bəxtiyar düşmən gülləsinin qurbanı oldu və ilk qan töküldü. Bu həmin günlər idi ki, Ermənistandan respublikamıza qaçqın axını güclənmişdi. 1988-ci il fevralın 25-də Ermənistan milli televiziyası ilə çıxış edən erməni Qriqorian kilsəsinin katolikosu Vazgen Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini qanuni, konstitusiyaya uyğun bir hal kimi qiymətləndirdi. O, xaricdəki kilsə təşkilatlarından xeyli məktub aldığını bildirdi. Keçmiş İttifaq rəhbəri Mixail Qorbaçova teleqram vurub Dağlıq Qarabağ məsələsinin erməni əhalisinin xeyrinə həll olunmasını xahiş edən Vazgen çıxışını bu sözlərlə bitirdi: “Mən sizi əmin edirəm ki, Dağlıq Qarabağ məsələsi Moskvada, SSRİ-də millətlərin öz müqəddəratını təyin etmək hüququna əsasən həll olunacaq”. Bu o günlər idi ki, Dağlıq Qarabağda yaşayan erməniləri ayağa qaldırmaq, həmin torpaqları Ermənistana birləşdirmək üçün məkrli erməni siyasətçiləri dəridən-qabıqdan çıxırdı. Onlar qeyd edirdilər ki, biz öz müdrikliyimizi məhz Qorbaçova köməklikdə göstərməliyik. Bu vəziyyətdə etiraz edən insanları Sumqayıtda ermənilərin üzərinə yönəltmək erməni emissarları üçün daha asan idi. Amma yenə də Sumqayıtda məlum hadisələri törədən elə ermənilərin özləri oldular.

O da məlumdur ki, Sumqayıtda öldürülən ermənilərin, demək olar ki, hamısı erməni terror fondlarına pul keçirməkdən imtina edənlər idi. Bu şəxslərə qarşı ən qəddar addımları da məhz ermənilər özləri atırdı. Zərərçəkmiş Sumqayıt sakini  Lyudmila Meclumyan bu xüsusda bildirir: “Qriqoryan mənim mənzilimə daxil oldu, sındırdığı stulun ayaqları ilə xəstə anama zərbə endirdi, bu vaxt mən bir neçə dəfə müqavimət göstərməyə çalışdım, ancaq qadın olduğuma görə gücüm çatmadı, o məni yerə yıxaraq, istədiyini etməyə başladı”. Hadisələrdə iştirak etmiş Nəcəfov soyadlı bir gənc isə istintaqa bildirib: “Qriqoryan tərəfindən təşkil olunmuş dəstə Emma adlı erməni qadının 512 saylı evinə soxuldu, dərhal onu lüt soyundurdular və Edik Qriqoryan onu bu vəziyyətdə küçəyə çıxarmağı təklif etdi, sonra onun iştirakı ilə Emma vəhşicəsinə öldürüldü”. İstintaq materiallarının başqa bir yerində göstərilir ki, E.Qriqoryan öz dəstəsi ilə birinci mikrorayonda M.Petrosyanın mənzilinə daxil olub, müqavimət göstərmək istəyən mənzil sahibini başından zərbə endirərək halsız vəziyyətə salıb. Qriqoryanın öz millətinin nümayəndələrinə qarşı xüsusi amansızlıqla hərəkət etməsi barədə 18/55461-88 №-li cinayət işinin ittiham aktında deyilir: ”...Şəhərin 1-ci mikrorayonunda 33/14 nömrəli evdə erməni millətindən olan Petrosyanların 58 nömrəli mənzilini talamışlar. Balta ilə silahlanmış E.R.Qriqoryan digər iştirakçılar ilə birlikdə həmin mənzilə soxulmuşdur. E.R.Qriqoryan həmin mənzildə gördüyü Petrosyan Manvel Şamiloviçi qəsdən öldürmək məqsədilə onun başına zərbə endirmişdir. Lakin E.R.Qriqoryanın iradəsindən və istəyindən asılı olmayan səbəblərə görə M.Ş.Petrosyanı qətlə yetirmək niyyətini başa çatdırmamışdır, çünki zərərçəkən müdafiə olunaraq E.R.Qriqoryanın balta tutduğu əlinə çəkiclə zərbə endirmişdir. Bununla əlaqədar, zərərçəkənin başına E.R.Qriqoryanın əlindəki baltanın tiyəsi deyil, onun küpü dəymiş, nəticədə M.Ş.Petrosyanın əmgək nahiyyəsində kəllə-beyin travması, baş beynin silkələnməsi baş vermişdir”. Bu qəbildən olan faktların sayı kifayət qədərdir. Hadisələrin 30-cu ildönümü ilə bağlı rusiyalı politoloq Sergey Kurqinyanın etirafları da çox maraqlıdır. O qeyd edir ki, erməniləri Sumqayıtda azərbaycanlılar öldürməyib: ”Mən 1980-ci illərin sonunda Bakıya gəldim. Burada nə baş verirdi? Bütün məsuliyyətimlə deyə bilərəm ki, Sumqayıtda ermənilərin öldürülməsini, onlara qarşı bir sıra ritual hərəkətlərə yol verilməsini azərbaycanlılar yox, beynəlxalq özəl strukturların nümayəndələri tərəfindən təyin edilən insanlar təşkil edib. Biz bu nümayəndələri adları ilə tanıyırıq. Onların hansı strukturlara tabe olduqlarını və indi hansı strukturlara işlədiklərini bilirik. Bu insanlar erməniləri öldürüb, bu işə azərbaycanlıları qoşdular. Bundan sonra isə azərbaycanlıları öldürüb, bu işə erməniləri qoşdular. Daha sonra isə ermənilərlə azərbaycanlıları toqquşdurdular və idarəolunan gərginlik yarandır”.

Digər tərəfdən o da bəllidir ki, Sumqayıt faciəsi zamanı yüzlərlə azərbaycanlı ailəsi öz həyatını təhlükə qarşısında qoyaraq erməni qonşularını xilas edib. Sumqayıtı tərk edən ermənilər də Ermənistan prokurorluğu tərəfindən bu hadisələrlə bağlı aparılan istintaqa verdikləri ifadələrdə azərbaycanlıların onları necə qoruduqları barədə çoxsaylı epizodlar danışıblar.  Bütün bunlar Sumqayıt dəhşətlərinin arxasında bilavasitə ermənilərin özlərinin dayanmasının real təsdiqididir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ