Cümə günü, 13 noyabr 2026
     

Dünyanın ən populyar ermənipərəst ştatında ermənilərin Xocalı mövzusunda iflasının ciddi əsasları...

Image


Elman Məmmədov: “Bu etirafların sayı getdikcə çoxalacaq”
Elşən Həsənov: “Erməni diasporunun senatorlar, konqresmenlər üçün cazibəsi azalıb”
“Tramp seçiləndən sonra ABŞ-dakı erməni diasporuna onların göstərdiyi “xidmətləri”...”

 

ABŞ-ın Kaliforniya ştatının paytaxtı Sakramento şəhərində erməni lobbisinin təşkilatçılığı ilə Kaliforniya Ştat Senatında Sumqayıt hadisələrinin 30 illiyinə, Kaliforniya ştatı ilə Ermənistan arasında iqtisadi əlaqələrin təşviqinə və Türkiyədən Kaliforniya sərmayələrinin çıxarılmasına həsr olunan dinləmələr keçirilib.

Təxminən 1 milyonadək erməninin yaşadığı Kaliforniyadakı erməni lobbisinin aramsız səylərinə və ayrı-ayrı senatorlara böyük məbləğlərdə pul xərcləməsinə baxmayaraq, Kaliforniya Ştat Senatının 40 üzvündən yalnız ikisi (həyat yoldaşı erməni olan senator Skot Vilk və erməni lobbisinin çoxdankı havadarı senator Entoni Portantino) tədbirə qatılıb. Müzakirələr barədə maraqlı məlumatlar gəlməkdədir.

Amerikadakı radikal erməni lobbisinin təhriki ilə Kaliforniya Ştat Senatında fevralın 28-də həyata keçirilən, Sumqayıt hadisələrinin 30-cu ildönümünə həsr olunmuş dinləmələrdə lobbi nümayəndəsi tərəfindən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətə uyğun olmayan, qərəzli və təhrif olunmuş məlumatlar səsləndirilib.

“Trend”in məlumatına görə, dinləmələrin ardınca zalda əyləşənlər şərh və suallar verməyə dəvət olunublar. Kaliforniyada yaşayan Azərbaycan icmasının gənc üzvləri gözəl ingiliscə faktlara əsaslanan sərt çıxışlar edərək, səsləndirilən yalan məlumatları ifşa ediblər. Onlar həm senatorları, həm də çıxış edən erməni lobbisinin nümayəndəsini əməlli-başlı sıxışdıraraq, Sumqayıt hadisələrinə toxunulduğu halda, niyə heç bir yerdə Xocalı faciəsi, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş 1 milyona yaxın qaçqın və məcburi köçkün haqqında bəhs edilmədiyi, nəyə görə Azərbaycan icmasından heç kimin çıxış üçün dəvət olunmadığı və məsələlərə birtərəfli yanaşılması ilə bağlı suallar ünvanlayıblar. Pis vəziyyətdə qalan və suallara cavab verə bilməyərək hər vəchlə onlardan yayınmağa çalışan senator E.Portantinonun köməyinə erməni icmasının üzvləri yetişməyə çalışıblar.

Şərh edənlərdən biri, Amerika Erməni Assambleyasının ABŞ-ın Qərb region üzrə direktoru Mihran Tumacan çıxışında həm özünü, həm də bütün erməniləri çətin vəziyyətə salaraq, Ermənistanın Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı qırğın törətdiyini etiraf edib və dolaşıq fikirləri ilə, əslində, özlərini ifşa edib. M.Tumacanın çıxışından həmin hissəni olduğu kimi təqdim edirik: “Mən burada azərbaycanlı tələbələrin səsləndirdiyi fikirlərə cavab vermək istəyirəm. Onlar yanlış olaraq Xocalıda baş verənləri soyqırımı adlandırırlar. Orada baş verənlər soyqırımı deyil, faciədir. Gənc yaşında həlak olmuş tanınmış azərbaycanlı jurnalist Çingiz Mustafayevin faciə yerindən çəkdiyi videolar açıq-aydın göstərir ki, Ermənistan silahlı qüvvələri Xocalıda yaşayan azərbaycanlıları öncədən xəbərdar etmişdi ki, Xocalıda... (dili dolaşır) gərgin döyüşlər gedəcək. Bundan başqa, Ermənistan qoşunları mülki əhalinin sərbəst çıxması üçün dəhliz də açmışdılar. Çoxlu azərbaycanlı bu dəhlizdən keçib gedə bildilər, ancaq bir çoxu da keçə bilmədi. Çingiz Mustafayev və hadisə yerindən reportajlar hazırlayan digər azərbaycanlı jurnalistlər də qeyd ediblər ki, çoxlu sayda azərbaycanlı məhz o dəhlizdən keçmədikləri üçün öldürülüblər”.

Faktiki olaraq erməni lobbisinin Amerikadakı rəhbərlərindən biri olan bu şəxs Xocalıda azərbaycanlıların Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilməsini etiraf edərək, bu cinayətə öz aləmində haqq qazandırmaq üçün çox gülünc arqumentdən istifadə edir. Axı günahsız və dinc insanların, qadınların, körpə uşaqların, qocaların ölümünə necə haqq qazandırmaq olar?

Erməni diasporunun beşiyi sayılan Kaliforniyada onların belə biabırçılıqla üzləşməsinin səbəbi nədir?

Ekspert Elşən Həsənovun sözlərinə görə, bunun bir sıra səbəbləri var: “Mən ilk növbədə bunu Azərbaycan dövlətinin yürütdüyü uğurlu xarici siyasət kursu ilə əlaqələndirə bilərəm. Bununla yanaşı, bura Azərbaycanın çox bəyənilən tərzdə həyata keçirdiyi diaspor və lobbiçilik fəaliyyətini də aid edə bilərik. Əvvəl biz müdafiə olunurduq. Sonra cənab Prezidentin diplomatlarımıza verdiyi tövsiyədən sonra biz hücum taktikasını seçdik. Bizim səfirliklər, diasporumuz Azərbaycan həqiqətlərinin çatdırılması ilə bağlı işini hücum üzərində qururlar. Artıq bunun nəticəsini görürük. Sizin dediyiniz tədbirlə bağlı məlumatlarla tanış oldum. Görürsünüz ki, məhz həmin tədbirdə bir çox diaspor təşkilatlarımız iştirak edib. Hətta fərdi şəkildə qatılan soydaşlarımız da olub. Verilən məlumatda qeyd olunur ki, soydaşlarımız ermənilərin iddialarının saxta olmasını elə zalda özlərinə bildiriblər. Yəni ermənilər üçün komfortlu, yalnız özlərinin danışıb, özlərinin də əl çaldıqları tədbir olmayıb. Təbii ki, belə atmosferdən konqresmenlər çəkinir. Bundan əlavə, ABŞ-dakı erməni diasporunun həmin ölkədəki proseslərə təsir imkanları, demək olar ki, sıfıra enib. Bunun bir səbəbi bizim fəallığımızla bağlıdırsa, digər vacib nüansı isə Trampın hakimiyyətə gəlməsi ilə əlaqədardır. Bilirsiniz ki, Trampın seçilməsi bütün dünyanı təəccübləndirdi. Ermənilərin belə seçkilərə təsir imkanları olurdu. Onlar bütün stavkanı Trampa yox, Hillari Klintona qoymuşdular. Hətta Tramp haqda aparılan “qara piar” kampaniyasının maliyyələşməsi də onların başının altından çıxdı.  Tramp seçiləndən sonra ABŞ-dakı erməni diasporuna onların göstərdiyi “xidmətləri” hiss etdirir.  Bu baxımdan da erməni diasporunun senatorlar, konqresmenlər üçün cazibəsi azalıb. Başqa bir səbəb isə erməni diasporu ilə Ermənistan hakimiyyəti arasında olan fikir ayrılığıdır. Bu səbəbdən də diaspor belə tədbirlərə barmaqarası yanaşmağa başlayıb. İstənilən halda, bu, erməni diasporunun da yalanlarının ifşa olunması anlamına gəlir. Belə halların təkrarlanması növbəti tədbirlərin daha da biabırçı olacağına bir siqnaldır”.

ABŞ-dakı radikal erməni lobbisinin təhriki ilə Kaliforniya Ştat Senatında keçirilən, Sumqayıt hadisələrinin 30-cu ildönümünə həsr olunmuş dinləmələrdə erməni lobbisinin rəhbərlərindən birinin Xocalı soyqırımı ilə bağlı etirafı gözləniləndir. Bunu isə “Trend”ə açıqlamasında Xocalıdan olan millət vəkili Elman Məmmədov deyib. Onun sözlərinə görə, son vaxtlar Ermənistanda istər rəsmi, istərsə də qeyri-rəsmi şəxslər Ermənistan siyasi hakimiyyətinin onları uçuruma sürükləməsi barədə açıqlamalar verirlər: “Onların da içərisində bir az ədalətli olanları var və bu, qənaətbəxş haldır. Əslində, bu faciənin ermənilər tərəfindən törədilməsini 1992-ci il fevralın 27-də ermənilər etiraf etmişdi. Həmin vaxt Zori Balayan kimi türk qanına susamış erməni cani etiraf etmişdi ki, dostu Xaçaturla birlikdə Xocalıda körpə türk uşağını divara mismarlayaraq işgəncə veriblər. Digər bir livanlı erməni jurnalist isə etiraf etmişdi ki, Xocalı soyqırımını ermənilər törədib. Amma onlar həmin vaxt dərk etmirdilər ki, nə deyirlər, ermənilərin törətdikləri vəhşilik nədir. Onlara bu faciənin miqyası sonradan çatdı. Amma bu gün erməni lobbisinin rəhbərlərindən biri də təsdiqləyir ki, Ermənistan dövləti, Ermənistan silahlı qüvvələri Xocalıda soyqırım törədiblər və Ermənistana rəhbərlik edənlər və onların ətrafları bu soyqırımda iştirak ediblər".

Millət vəkili vurğulayıb ki, bu gün başda Serj Sarkisyan olmaqla Ermənistan rəhbərliyində təmsil olunanlar körpə, qoca, qadın, köməksiz insanların qatilləridirlər: "Ermənistanı müdafiə edən, himayə edən dövlətlər ədalətlidirlərsə, bundan nəticə çıxarsınlar. Amma bu günə qədər biz həmin dövlətlərin cinayətkarın yanında olduğunu görmüşük. Bu etirafların sayı getdikcə çoxalacaq".

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ