Cümə günü, 13 noyabr 2026
     

Putinin pilotsuz sualtı qayıqlar bəyanatına ABŞ-dan cavab addımları var…

Image


Rusiya prezidenti Vladimir Putinin Federal Məclisə müraciətindən sonra ekspertlər bir məsələdə ortaq mövqe nümayiş etdirir. Bu da dünya miqyasında silahlanma ilə bağlı yeni təhlükəli yarışların başlanması ilə bağlıdır. Artıq Qərb ölkələri, xüsusən də ABŞ Putinin çıxışına sərt reaksiya verərək, müvafiq cavab tədbirləri görüləcəyini bildirib.

Xatırladaq ki, Putinin çıxışının təxminən yarısı ölkənin müdafiə potensialı və beynəlxalq təhlükəsizlik məsələlərinə həsr olunub. O, çıxışında Rusiyanın yeni nüvə silahlarından danışıb, ABŞ-ın “nüvə silahı ilə bağlı təhqiqat sənədində” yer alan ifadədən narahat olduğunu bildirib.

Rusiyanın yalnız müdafiə məqsədli nüvə silahlarını inkişaf etdirdiyini deyən Putin ölkəsinə və ya müttəfiqlərinə nüvə hücumu zamanı dərhal cavab veriləcəyini vurğulayıb. Onun sözlərinə görə, Rusiya indi nüvə başlığı daşıya bilən sualtı pilotsuz üzən aparata malikdir. Təyyarədaşıyan gəmiləri və sahil mühafizə obyektlərini məhv etməyə qadir olan yüksək sürətli aparat qitələrarası məsafəni qət edə və radarlardan yayına bilir. Rusiya prezidenti, həmçinin, heç bir ölkədə analoqu olmayan raketlərin istehsalından da danışıb: “Ötən ilin payızında hava hücumundan müdafiə vasitələri tərəfindən qarşısı alınmayan və dünyanın bütün nöqtələrini vura bilən raketlərin sınağını keçirdik”.  Onun  sözlərinə görə, Rusiyada 2017-ci ildə nüvə başlıqlı unikal raket sistemi yaradılıb. Dövlət başçısı 200 tona qədər çəkisi olan “Sarmat” ağır raketin sınaqlarından danışıb. Raket hipersəsli döyüş başlıqları da daşıya bilir. Hərbi ekspert, istefada olan polkovnik Viktor Litovkin “Russia Today” telekanalına müsahibəsində bildirib: “Bu tam raket deyil. Bu, “Sarmat” tipli strateji raketin nüvə döyüş başlığı üçün kiçik qabaritli mühərrikdir”. Ekspertin sözlərinə görə, belə raket gözlənilməz trayektoriya üzrə uça bilər: “Bu mühərrik sayəsində raket qeyri-məhdud məsafədə uça biləcək. Putin göstərdi ki, belə raketlərlə Yer kürəsinin istənilən nöqtəsinə zərbə vura bilərik”. Başqa bir yenilik rəqibin hərbi dəniz bazaları və sahil məntəqələrinə zərbə vurmağa imkan verən sualtı pilotsuz aparatdır. Viktor Litovkin qeyd edir ki, Rusiyada böyük dərinlikdə hərəkət edə bilən pilotsuz sualtı aparatlar hazırlanıb. Onlar qitələrarası məsafəni sürətlə qət etməyə qadirdir. Bu cür aparatlar ən müasir torpedalar, sualtı gəmilərin bütün növləri və hətta ən sürətli yerüstü gəmilərin sürətini üstələyə bilər.

Putinin sözlərinə görə, belə pilotsuz aparatlar rəqib üçün praktik olaraq əlçatmazdır. Hərbi ekspert İvan Konovalov bildirib ki, daha əvvəllər “Status-6” kimi məşhur olan nüvə pilotsuz aparatı amerikalılarda böyük qorxulara səbəb olur. Ekspertin fikrincə, bu qorxular onunla bağlıdır ki, aparat hər şeydən əvvəl çox böyük dərinlikdə hərəkət edir və gözə çarpmır: “Nüvə sualtı pilotsuz aparatları strateji silahlar üzərində nəzarət haqqında bütün razılaşmalardan kənardır. Belə sistemlər razılaşmaların imzalanması zamanı nə SSRİ, nə də ABŞ-da var idi. Bundan başqa, belə silah Birləşmiş Ştatlar üçün xüsusi təhdid təşkil edir. ABŞ əhalisinin əksəriyyəti Atlantik və Sakit okeanlarının sahillərində yaşayır. Bu ərazilərdə ən böyük sənaye mərkəzləri yerləşir. Rusiyada isə böyük şəhərlərin əksəriyyəti okeandan əhəmiyyətli dərəcədə uzaqdadır”. Putin tərəfindən elan edilmiş daha bir yenilik “Kinjal” aviasiya hipersəsli raket kompleksidir. Prezident qeyd edib ki, onun sınaqları müvəffəqiyyətlə başa çatdırılıb. Rusiya liderinin sözlərinə görə, bu silah rəqibin istənilən müdafiə sistemləri üçün praktik olaraq qarşısıalınmazdır. Putin çıxışında həmçinin bildirib ki, 2017-ci ildə qoşunlara döyüş lazer sistemlərinin verilməsinə başlanıb. Ekspert  Dmitri Kornev qeyd edib ki, rəqibin optik sistemini sıradan çıxara bilən lazer sistemləri artıq var. Onun sözlərinə görə, belə sistemlərə “Sokol-Eşelon” kimi kompleks aiddir. Konovalov vurğulayıb ki, Rusiya öz sərhədlərində Hava Hücumundan Müdafiənin dərin eşelonlaşdırılmış sistemini yaradır. Rusiya Hərbi Elmlər Akademiyasının müxbir üzvi Sergey Sudakov qeyd edir ki, silahın ən yeni nümunələri haqqında Putinin söylədiyi fikirlər texniki sıçrayışı göstərir: “Bu gün hər hansı qızğın silahlanmanın erası bitdi. Hər halda, bizim boynumuza qızğın silahlanmanı qoymağa çalışırdılar. O sadəcə mənasız oldu”. Onun sözlərinə görə, Rusiyanın silahların yeni görüntülərini təqdim etməsindən sonra ABŞ-ın təyyarədaşıyan gəmiləri sadəcə üzən banklara çevrildilər: “Amerikanın təyyarədaşıyanları o qədər zəif oldular ki, onları sadəcə dünyanın hər hansı nöqtəsində güllələmək olar”. Konovalov vurğulayıb ki, ABŞ-ın özü də Rusiyanın nüvə silahları sahəsində daha öndə olduğunu etiraf edir: “Təsadüfi deyil ki, Tramp ötən ilin əvvəlində ABŞ-ın strateji nüvə güclərini yoxlamağa çağırdı. Çünki amerikalılar anladılar ki, bizdən geri qalırlar. Amerikalılarda nüvə mühərrikli nüvə sualtı pilotsuz aparatlar və ya raketlər yoxdur. Hipersəsli raket sistemləri isə hazırlanma mərhələsindədir. Amerikalılarda səsdən surətli raket yoxdur. Məşhur “Tomaqavk” raketi parovoz kimi çox yavaş uçur, onu hətta bizim “Pantsir”in köməyi ilə vurmaq olar”. ABŞ Müdafiə Nazirliyinin perspektivli tədqiqat layihələrinin idarəetmə başçısı Stiven Uoker baş verənlərə cavab olaraq vurğulayır ki,  ABŞ hipersəsli texnologiyalar sahəsində iş aparır. Belə tipli silahın sınaq uçuşları 2019-cu ildə başlanacaq: “Biz anlayırıq ki, Rusiya və Çin kimi ölkələrlə yarışırıq”. O qeyd edib ki, idarəsi artıq bir neçə ildir Hərbi Hava Qüvvələri, NASA, Quru Qüvvələri və Hərbi Dəniz Qüvvələri ilə birlikdə hipersəsli silahın hazırlanması ilə məşğul olur. Onun sözlərinə görə, bu, Pentaqon qarşısında dayanan prioritet məsələdir. Uoker əlavə edib ki, idarə hələ 2017-ci ilin payızında bu sahədə tədqiqatlar üçün büdcənin artırılmasını xahiş edib.

NAHİD



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ