Cümə günü, 13 noyabr 2026
     

Azərbaycanı dünyada təkləmək istəyənlərin planı boşa çıxdı, ölkənin inteqrasiya siyasəti dərinləşir…

Image


Öz sülhsevər siyasəti ilə Cənubi Qafqaz regionunda fərqlənən Azərbaycan dövlətinin dünya birliyinə inteqrasiyası nəticəsində ölkəmiz beynəlxalq qurumlarla sıx əməkdaşlıq edir. Ölkəmiz həm bölgədə yerləşən respublikalarla, həm qonşu, həm də məsafəcə bizdən uzaq dövlətlərlə nümunəvi xarici siyasət yürüdür. Azərbaycan xarici siyasətinin əsas prinsiplərini təşkil edən beynəlxalq əməkdaşlıq platforması formalaşıb.

Ermənistanın təcavüzkar siyasətinin hədəfinə çevrilən Azərbaycan torpaqlarının 20 faizdən çoxunun işğal edilməsi faktı ilə heç cür barışmır və bunu əməkdaşlıq etdiyi beynəlxalq qurumlar və dünya dövlətləri qarşısında bəyan edir. Məlumdur ki, Azərbaycanın xarici siyasəti sülh üzərində pərvəriş tapıb və ölkəmiz heç bir dövlətin maraqlarına toxunacaq addımlar atmayıb.

Azərbaycan Respublikasının sabiq prezidenti mərhum Heydər Əliyevdən miras qalan bu ənənə və prinsip dövlətimizi dünyada sülhsevər bir ölkə kimi tanıdır. 

Heydər Əliyev siyasi kursunu uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyev də bu prinsiplərə sadiqlik nümayiş etdirir və hesab edir ki, həm regional, həm də beynəlxalq səviyyədə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi mövcud problemlərin birgə səylərlə, təminatlı şəkildə aradan qaldırılması üçün etibarlı zəmin yaradır. Həmin səbəbdən müasir Azərbaycan fərq qoymadan regionda maraqları olan hər bir dövlətlə bərabərhüquqlu qarşılıqlı faydalı əlaqələr qurub. Qeyd edək ki, ölkəmizin bütün nüfuzlu beynəlxalq və regional təşkilatlara üzv olması, onların işində yaxından iştirakı da məhz bu prinsipdən irəli gəlir. Ümumiyyətlə, xarici siyasətimizin prinsipləri haqqında danışarkən onları ümumən aşağıdakı kimi qruplaşdırmaq olar: hər bir dövlətin suveren hüquqlarına, ərazi bütövlüyünə hörmətlə yanaşmaq, beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olaraq dövlətlərin ərazi bütövlüyünün pozulmasına, sərhədlərinin zorla dəyişdirilməsinə və dövlət müstəqilliyinin təhlükə altına alınmasına yol verməmək, mübahisəli məsələləri danışıqlar yolu ilə həll etmək. Buraya digər dövlətlərin daxili işlərinə müdaxilə etməmək və xarici dövlətlərin onun daxili işlərinə qarışmasına yol verməmək, hər bir ölkənin müəyyənləşdirdiyi və prioritet saydığı inkişaf modelinə hörmətlə yanaşmaq, beynəlxalq səviyyədə götürdüyü öhdəlikləri dəqiq yerinə yetirmək və bu qəbildən olan digər prinsiplər də daxildir.

Ekspertlər vurğulayırlar ki, demokratik inkişaf yolu ilə inamla addımlayan müstəqil Azərbaycan mövcud problemlərin böyük əksəriyyətinin öhdəsindən uğurla gəlib. Bu gün bizdən asılı olmayan səbəblər üzündən həllini tapmayan əsas problem ölkənin ərazi bütövlüyünün bərpa edilməsi ilə bağlıdır. Bu məqsədlə ölkəmiz BMT, ATƏT, AŞ, AB kimi nüfuzlu beynəlxalq təşkilatlar və ABŞ, Fransa, Rusiya, Almaniya, Türkiyə, İngiltərə, İran və s. dövlətlərlə sıx əməkdaşlıq edir.

Azərbaycan Respublikası beynəlxalq, xüsusilə Avroatlantik strukturlarla strateji tərəfdaşlığa bütövlükdə beynəlxalq təhlükəsizliyə, iqtisadi inkişafa və demokratiyaya dəstək verəcək mühüm bir vasitə kimi baxır. AR Avropa və Avroatlantik məkanında qeyri-sabitliyin, münaqişə və təhdidlərin aradan qaldırılmasında Avroatlantik Tərəfdaşlıq Şurası, “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində NATO ilə əməkdaşlıq edir, Avropada və yerləşdiyi regionda vahid təhlükəsizlik sisteminin qurulması yükünü uğurla bölüşdürür.

Əməkdaşlıq, dostluq, daxili işlərə müdaxilə etməmək prinsiplərini ehtiva edən xarici siyasətimizin digər prioriteti region dövlətlərinin maraqları ilə dövlətçilik mənafelərimiz arasında uyğunluğun olmasına yönələn xüsusi strategiyanın hazırlanması və həyata keçirilməsidir.

Qeyd edək ki, bu gün AR Avropa İttifaqı (Aİ) və Avropa Şurası (AŞ) ilə də çoxspektrli, qarşılıqlı faydalı əlaqəlar qurub. Bu qurumla münasibətlər əsasən “MDB Ölkələrinə Texniki Dəstək” (TACİS), “Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi” (TRASECA) proqramları çərçivəsində inkişaf etdirilir. Ölkəmizin Aİ-nin “Yeni Qonşuluq Siyasəti”nə daxil edilməsi, Azərbaycan-Aİ Fəaliyyət Planının qəbul olunması, AR ilə Aİ arasında “Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında” Anlaşma Memorandumu imzalanması həmin qurumla münasibətlərin pozitiv dinamikasından xəbər verir. AR-nin dünya birliyinə inteqrasiyası, region və dünya dövlətləri ilə, beynəlxalq təşkilatlarla əməkdaşlığının bariz nümunəsi kimi bu il fevralın 12-də Bakıda keçirilən “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının iclasını xüsusi qeyd etmək lazımdır. Qeyd edək ki, bu əməkdaşlıq bütövlükdə Qafqazda sabitliyin təmin olunması və milli dəyərlərimizi saxlamaq şərtilə konstruktiv Avropa dəyərlərinin regionda yayılması baxımından da əhəmiyyətlidir.

Uzun illərdir erməni terrorundan əziyyət çəkən Azərbaycan dövləti davamlı olaraq terrora qarşı mübarizəsini davam etdirir. Respublikamız terrorizmlə mübarizədə beynəlxalq birliyin səylərini həmişə müdafiə etməklə, siyasi, iqtisadi, dini və digər motivlərdən asılı olmayaraq, terrorizmin bütün forma və təzahürlərinə qarşı barışmaz mövqe tutub. Azərbaycan terrorizmə qarşı əməli mübarizəni dəstəkləmək üçün öz hava məkanını və hava limanlarını açıq elan edib. Ölkəmiz, həmçinin, qlobal və regional səviyyədə terrorçuluğa qarşı mübarizə məqsədilə qəbul edilən bütün konvensiyalara qoşulub.

Vurğulayaq ki, Heydər Əliyev 11 sentyabr hadisələrindən xeyli əvvəl terrorizmin beynəlxalq bəlaya çevriləcəyini uzaqgörənliklə hiss etdi və məlum olaydan 2 il qabaq - 1999-cu ildə “Terrorizmlə mübarizə haqqında” Qanunu imzaladı.

Təcavüzkar Ermənistan dövlətinin xüsusi xidmət orqanları tərəfindən Bakı metropolitenində törədilən 2 partlayış (1994-cü il, mart, iyul ayları), Neft Akademiyasındakı terror və digər təxribatlarla üzləşən ölkəmiz terrorizmə qarşı 8 beynəlxalq müqavilənin iştirakçısıdır. Azərbaycan tərəfdaş çıxdığı bütün müqavilələrə əsasən bu istiqamətdə xarici dövlətlər və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Belə ki, mühüm beynəlxalq və regional konvensiyalara qoşulan ölkəmiz 13 ikitərəfli saziş, 15 protokol və 2 memoranduma imza atıb, BMT-nin antiterrorizmə dair 13 konvensiyasını ratifikasiya edib. Son 4 ildə AR-nin BMT çərçivəsində görülən işlərə verdiyi töhfələr sırasında onun qlobal səviyyədə terrorizmə qarşı aparılan mübarizədə fəal iştirakı xüsusilə qeyd edilməlidir. Respublikamız BMT TŞ-nin Terrorizmə qarşı Komitəsi ilə yaxından əməkdaşlıq edərək, həmin ali quruma Azərbaycanda terrorizmə qarşı mübarizədə görülən əməli tədbirlər haqqında müvafiq hesabatlar təqdim edib. Ölkəmiz NATO ilə terror təhlükəsi ilə bağlı kəşfiyyat mübadiləsi aparır, siyasi müzakirələrdə iştirak edir, milli qabiliyyətlərin inkişaf etdirilməsi sahəsində əməkdaşlığı həyata keçirir. NATO ilə AR Dövlət Təhlükəsizliyi Xidməti arasında qarşılıqlı əməkdaşlığın yeni mərhələsi NATO-nun Xüsusi Komitəsinin işçi qrupunun terrorçuluqla mübarizəsinə həsr olunub və ilk dəfə Bakıda 2004-cü ildə keçirilən iclası ilə başlayıb. Birgə antiterror fəaliyyətilə bağlı DTX-nin Heydər Əliyev adına Akademiyasının nəzdində Beynəlxalq Antiterror Təlim Mərkəzinin yaradılması Azərbaycanın bu sahədə NATO ilə əməkdaşlığının davamlılığını sübut edir.

Ölkəmiz Aİ, ATƏT, AŞ, MDB, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlarla da yaxından əməkdaşlıq edir. Respublikamız indiyədək Avropa İttifaqının terrorizmə qarşı mübarizəni nəzərdə tutan 9 konvensiyasını ratifikasiya edib. AR, həmçinin, Avropa Şurası ilə Terrorçuluq üzrə Ekspert Komitəsi çərçivəsində birgə fəaliyyət göstərir. MDB Antiterror Mərkəzinin “MDB iştirakçı dövlətlərin ərazisində fəaliyyəti qadağan olunacağı mümkün terrorçu və ekstremist təşkilatların vahid siyahısı”nın hazırlanmasında ölkəmiz xüsusilə fərqlənib. Belə ki, bir sıra terror və ekstremist təşkilatların adları məhz Azərbaycanın təklifi əsasında bu siyahıya daxil edilib. Regionda Türkiyə və Gürcüstanla, hər sahədə olduğu kimi, terrorizmə qarşı mübarizə sahəsində də ciddi əməkdaşlıq münasibətləri qurulub.

Azərbaycan dünya birliyinə sülhsevər siyasət yürütməklə dəstək olur. Onu da vurğulayaq ki, ölkəmizdə mövcud olan multikulturalizm mühiti dünya dövlətlərinin diqqət mərkəzindədir. Azərbaycandan dünyaya sülh, əminamanlıq, dostluq kimi yüksək, ali dəyərlər ixrac edilir. Sevindirici haldır ki, ölkəmiz multikulturalizmin beşiyi kimi dünyanın diqqətini çəkir. Məlumdur ki, Azərbaycanda mövcud olan multikultural mühit, xalqların, mədəniyyətlərin, dinlərin bir-birinə dözümlü münasibət göstərməsi dünyada müsbət bir göstərici kimi qəbul edilir. Bu gün dünyanın dinclik şəraitdə yaşaması üçün gərək olan hümanizm Azərbaycanda özünün çiçəklənmə dövrünü yaşayır. Azərbaycan cəmiyyəti bütün sahələrdə dünya birliyinə öz töhfəsini verə bilir. Ölkəmiz Qərb və Şərq sivilizasiyaları ilə yanaşı, Şimal və Cənub arasında da dəhliz rolunu oynayır. Bu baxımdan biz  Böyük İpək Yolunun bərpasını, bir neçə ay əvvəl açılışı olan və istifadəyə verilən Bakı-Tiflis-Qars dəmir yolu xəttinin fəaliyyətini göstərə bilərik. Azərbaycan bütün dünyanın nəzərlərinin birləşdiyi bir ölkədir. Azərbaycan dünya birliyinə inteqrasiya etməklə öz xoş niyyətlərini, sivilizasiyalararası körpü rolu oynadığını bir daha təsdiqlədi.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ