Cümə günü, 13 noyabr 2026
     

Sarkisyan Avropanın siyasi dəstəyini, Avropa isə ərazi bütövlüyü prinsipinə dəstək istəyir...

Image


Ermənistanda dövlət idarəçiliyində edilən dəyişikliklərin Dağlıq Qarabağ münaqişəsinin həllinə hansı formada təsir göstərəcəyi bu gün siyasi dairələrdə əsas müzakirə mövzularından birini təşkil etməkdədir. Ümumiyyətlə, real vəziyyət bu məsələyə birmənalı yanaşma olmadığını və hakimiyyətə kimlərin yiyələnməsinin prosesə birbaşa təsirinin olacağını göstərir. Digər tərəfdən geosiyasi  olaylar da burada öz sözünü deyir. Çünki Ermənistanda kimlərin hakimiyyət başına gətrilməsinin təkcə ermənilərin öz ixtiryarında olmadığı da danılmaz həqiqətdir.

Hazırda maraq doğuran məqamlardan biri Ermənistanda kimin dövlət başçısı postunu tutacağıdır. Artıq bu ölkədə hakim Respublika Partiyasının prezidentliyə namizədinin kimliyi məlum olub. Belə ki, Ermənistan prezidenti Serj Sarkisyan yeni namizədin Böyük Britaniyadakı səfir Armen Sarkisyan olacağını açıqlayıb. Əslində, sonuncunun hakim partiyanın namizədi olacağına dair bir neçə gün əvvəldən məlumat yayılmışdı. Elə Armen Sarkisyanın məhz buna görə də Böyük Britaniyadan ölkəsinə döndüyü bildirilirdi. Onun artıq Ermənistanda bununla bağlı bir neçə görüş keçirdiyi də gələn məlumatlar arasındadır. Xüsusilə Serj Sarkisyanın yaxın adamları və onun siyasi kursunu dəstəkləyənlər səfirlə çoxsaylı görüşlər keçirib. Məlumat üçün bildirək ki, Armen  Sarkisyan 1996-cı ilin dekabrından 1997-ci ilin fevralınadək Ermənistanın baş naziri olub. 2013-cü ildən ölkəsinin Böyük Britaniyadakı səfiridir.  Armen Sarkisyanın Türkmənistan və Özbəkistanda biznesi var. Onun Yaxın Şərqdə və Britaniyada yaxşı çevrəsinin olduğu haqda məlumat yayılıb. Ona görə də ehtimal olunur ki, o həm də erməni diasporu və lobbisinin prezidentliyə namizədi ola bilər. Burada diqqət çəkən məqam isə Armen Sarkisyanın Dağlıq Qarabağ münaqişəsinin ərazilərin azad olunması variantı ilə həllini istəyən keçmiş prezident Levon Ter-Petrosyanın dövründə başı nazir postunu daşımasıdır. Ter-Petrosyan da Armen Sarkisyanı beynəlxalq əlaqələrinə görə bu posta təyin etmişdi. Lakin Ermənistanda artıq bəzi qüvvələr  Armen  Sarkisyanın da Ter-Petrosyan kimi Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın mövqeyinə uyğun həllini dəstəkləməsindən və prezidentliyi dövründə buna çalışmasından narahatdır. Doğrudur, yeni sistemdə prezidentin səlahiyyətləri məhdud olacaq, amma yuxarıda qeyd olunduğu kimi, Armen Sarkisyanın yaxşı beynəlxalq əlaqələri var. Bu da  onun ciddi fiqur ola biləcəyi haqda fikirləri gücləndirir. Hətta Ermənistanda bir sıra ekspertlər Armen Sarkisyanın ölkənin inkişafı üçün münaqişənin sürətli həllinə çalışmasının mümkünlüyünü ölkənin mənafelərinə cavab verən addım sayır. Serj Sarkisyanın isə Levon Ter-Petrosyanın kadrını dövlət başçısı postuna gətirmək niyyətinin arxasında nələrin durması hələ dəqiq bəlli deyil. Amma fikirlər də səslənir ki, bununla Sarksiyan Qarabağ məsələsində müəyyən dəyişikliiklərin olmasında artıq maraqlı tərəf olduğunu, Qarabağ məsələsində daxili və xarici təzyiq faktorlarını neytrallaşdırmağı düşünür. Eyni zamanda o da istisna olunmur ki, Qərbə bağlı adamı dövlət rəhbəri vəzifəsinə gətirməklə Sarksiyan Avropadan dəstək almağı və Rusiyanın adamı kimi tanınan indiki baş nazir Karen Karapetyanla savaşdan qalib çıxmağı düşünür.

Məlumatlara görə, Rusiya Avropa İttifaqı ilə əməkdaşlıq sazişinə gedən Serj Sarksiyanı baş nazir vəzifəsində görmək istəmir. Bu səbəbdən Sarksiyan üçün əsas ümid yeri Avropadan dəstək almaqdır və o, elə buna görə ilin əvvəlində Avropaya xəlvəti səfər edib. Moskva isə bütün bunlara görə ona qəzəblidir. Bunu rusiyalı ekspert Aleksey Fenenko da təsdiq edir. Onun sözlərinə görə, ötən il müttəfiqlər - Rusiya və Ermənistan arasında bəzi fikir ayrılıqlarının olduğunu göstərdi: "2017-ci ildə Ermənistanın Avropa İttifaqı ilə Assosiasiya Sazişi barədə ilkin razılığa gəlməsi diqqət yetirilməli olan əsas məqamdır. Bu, dərhal Moskvada narahatlıq doğuran münasibət yaratdı. Çünki çoxları strateji müttəfiq hesab etdikləri ölkənin belə qəfil kursu dəyişəcəyini gözləmirdi". Onun sözlərinə görə, Rusiya-Ermənistan münasibətlərində müəyyən gərginlik 2013-cü ilin yayından etibarən mövcuddur, lakin İrəvanın belə dönüşünü Moskvada çox az adam gözləyə bilərdi: "Bu, Kremli Qarabağ məsələsində mövqeyini dəyişməyə məcbur edir".

O, Ermənistanda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Rusiyanın mövqeyinə olan narazılığın regionda bütün geosiyasi vəziyyətin kəskin dəyişməsinə səbəb ola biləcəyinə işarə edib: "Bu gün Ermənistanda açıq-aşkar antirusiya əhval-ruhiyyəsinin gücləndiyinə şahidlik edirik. MDB ölkələri arasında NATO ilə ən böyük tərəfdaşlıq proqramı məhz Ermənistandadır. İndi də Avropa İttifaqı  ilə Assosiasiya Sazişi ortaya atılıb. Ümumiyyətlə, bu sırf siyasi nümayişdir, çünki Ermənistanın sazişdən iqtisadi səmərəsi sıfıra bərabərdir". O qeyd edib ki, bu gün İrəvan Rusiyadan NATO və Avropa İttifaqı  istiqamətində uzaqlaşmağa hazır olduğunu açıq şəkildə göstərir: "Burada, vaxtilə Gürcüstanda olduğu kimi, Rusiyadan uzaqlaşmağa çağıran gənc siyasətçilər qrupu yetişir". Təbii ki, bütün bunlara görə Moskva Sarksiyanı yenidən hakimiyyət başında görmək istəmir. Sarksiyan isə, yuxarıda qeyd olunduğu kimi, müvafiq xarici dəstəyi artıq Rusiyada yox, Avropada axtarır. Amma burada nəzərə almaq lazımdır ki, Avropa Qarabağ məsələsinin həllini ərazi bütövlüyü çərçivəsində tələb edir. Hələ ötən ilin noyabrında Brüsseldə keçirilən Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" Sammitində çox mühüm sənəd imzalanıb. Birgə Bəyannamə adlanan bu sənəddə Avropa İttifaqı ilə bir sıra tərəfdaş ölkələrin, o cümlədən Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi birmənalı şəkildə dəstəklənir. Bu isə bir daha Ermənistanın Avropa İttifaqı  üzvləri tərəfindən işğalçı dövlət kimi tanınması mənasına gəlir. Belə vəziyyətdə Sarksiyan yaxşı başa düşür ki, Avropa İttifaqının dəstəyinini qazana bilmək üçün Qarabağ məsələsinin həllində müəyyən addımlar atmalıdır. Bu məsələdə isə məhz Armen  Sarkisyan faktoru Ermənistanın indiki prezidentinin imdadına çata bilər.  Maraqlıdır ki, bütün bunlar fonunda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Krakov görüşündən də müsbət siqnallar gəlir. Bunu  Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun açıqlamaları da təsdiq edir. Krakov görüşünün nəticələri barədə danışan nazir qeyd edir ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar bir sıra kreativ fikirlər irəli sürüblər. O bildirib ki, Krakov şəhərində Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar 6 saata yaxın davam edib: "Əvvəlcə ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşdüm. Sonra ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsinin iştirakı ilə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşdük. Bunun ardınca Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində təkbətək görüşlər oldu. Təkbətək görüş başa çatdıqdan sonra yenidən ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşdüm". Nazir əlavə edib ki, görüş əsnasında həmsədrlər tərəfindən münaqişənin həlli ilə əlaqədar bir sıra kreativ fikirlər irəli sürülüb: "Bu ideyalar əsasında müzakirələri davam etdirmək məqsədilə həmsədrlər fevralın əvvəlində regiona səfər edəcəklər. Prinsip etibarilə görüşlər pozitiv şəkildə keçdi. Ümumi yanaşma ondan ibarətdir ki, münaqişənin həllində irəliləyiş əldə etmək və regionda sülh və sabitliyi təmin etmək üçün daha intensiv, substantiv və məntiqli danışıqlar davam etdirilməlidir". Azərbaycan danışıqları davam etdirməkdə maraqlı olduğunu dilə gətirməklə həm də prosesə ümidli yanaşdığını göstərir. Görünür, Ermənistan da məsələnin sülh yolu ilə həlli üçün müəyyən addımlar atmağa hazır olduğunu nümayiş etdirib. İndi Ermənistanda hakimiyyət idarəçilyində dəyişikliklər fonunda İrəvanın daha konkret addımlar atması istisna edilmir. Artıq bu məsələdə Serj Sarksiyan məsuliyyətin müəyyən hissəsini ölkənin yeni prezidentinin üzərinə qoymağı düşünür.  Həmsədrlərin fevralın əvvəlində regiona səfəri və burada keçirəcəkləri görüşlərdən sonra isə Qarabağ məsələsinin həllində daha konkert addımların atılması gözlənir. Məsələnin bu tərəfinə nəzər salan millət vəkili Zahid Oruc bildirib ki, danışıqların nəticələrindən danışarkən, əvvəlcə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Qarabağ münaqişəsi ilə bağlı sonuncu açıqlamasına diqqət yetirmək lazımdır: "Sergey Lavrov bir neçə gün öncə keçirdiyi mətbuat konfransında Qarabağ məsələsindən danışarkən, əvvəlki çıxışlarından fərqli olaraq, daha nikbin mövqe sərgilədi. Dərhal Azərbaycanın Xarici İşlər Nazirliyi ona rəsmi reaksiya verdi, bu mövqeyi alqışladı. Lavrov indiki halda bir qədər balanslı mövqedən çıxış edərək vurğuladı ki, Qarabağ məsələsini bir qərarla həll etmək qeyri-mümkün olacaq. Açıqlaması ondan ibarətdir ki, söhbət yenə mərhələli həlldən gedir. 
Krakovda kreativ yanaşmalar isə ondan ibarət ola bilər ki, Azərbaycan tərəfi ermənilərin bu mövqedən bir qədər geri addım atdığını müşahidə edir. Ermənilər bu prosesin uzunmüddətli olduğunu anlayır. Sarkisyan rejimi başa düşür ki, söhbət yenə mərhələli həll planına qayıdacaq". Millət vəkili qeyd edib ki, 2018-ci ildə həmsədrlər prezidentləri görüşdürə bilər. Çünki Qarabağ münaqişəsinin qaynar fazaya keçməsi hələlik nə Rusiyaya, nə ABŞ-a, nə də Avropa dairələrinə lazımdır: "Onlar Yəməndən Suriyaya qədər böyük bir zolaqda beynəlxalq dramın, hərbi teatrın içərisindədirlər. Düşünürəm ki, Azərbaycan tərəfinin bir qədər müsbət kontekstdə açıqlama verməsi dövlət başçılarının görüşünün mümkünlüyü ilə bağlıdır. Fikrimcə, erməni tərəfi danışıqlarda iştirak edəcək". İndi istisna olunmur ki, bu danışıqlar artıq müəyyən nəticələr də verəcək.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ