Cümə günü, 13 noyabr 2026
     

Ermənistandakı Rusiya Sərhəd Qoşunları əleyhinə “ölkədən çıxın” kampaniyası başladı – 2020-ci ilin 1 yanvarınadək...

Image


Elşən Mustafayev: “Bu, sadəcə, ortaya atılan bir fikirdir və çox güman ki, Rusiyanın reaksiyasının yoxlanmasına hesablanıb”

 

Ermənistan mətbuatında olduqca maraqlı bir məlumat yayılıb. Həmin məlumat 22 dekabr 2017-ci ildə keçirilən ictimai müzakirələr zamanı qəbul edilən bəyanatın mətni ilə bağlıdır. 10-a yaxın tanınmış şəxsin imzaladığı məlum bəyanatda söhbət Ermənistandakı Rusiya FTX-sinin nəzdində olan Sərhəd Qoşunlarının statusu ilə bağlı 1992-ci ildə imzalanan hökumətlərarası sazişin 25 ilinin tamam olmasından gedir.

Qeyd edək ki, həmin sənəddə Ermənistanla İran arasındakı sərhədlərin Rusiya sərhədçiləri tərəfindən qorunması ilə bağlı razılığa gəlinib. Bəyanatı imzalayanlar qeyd edirlər ki, bu razılaşma Qarabağda müharibənin getdiyi zaman üçün vacib idi, hazırda isə mahiyyətini itirib: “Məhz həmin tarixi məqamı nəzərə almaqla Ermənistan bununla bağlı Rusiyaya güzəştə getməli olub. Bu illər ərzində situasiya xeyli dəyişib. 1994-cü ildə Qarabağ müharibəsinin aktiv fazası bitib, 2009-cu ildə isə Gürcüstan MDB-ni tərk edib. Buna baxmayaraq, Ermənistanı idarə edən rejim hələ də ölkənin suverenliyinin bərpası ilə bağlı hansısa addım atmayıb. Bu azmış kimi, Ermənistanın beynəlxalq hava limanına da sərhəd nəzarəti rus sərhədçilərinə verilib. Baxmayaraq ki, hətta yuxarıda qeyd etdiyimiz razılaşmada belə bu hal nəzərdə tutulmayıb. Bütün bunlar ölkənin suveren haqlarının başqa bir ölkəyə təhvil verilməsi anlamına gəlir. Hətta müttəfiq ölkə olsa belə, bu yolverilməzdir. Bütün bunları nəzərə almaqla Ermənistan hakimiyyətindən ölkənin suverenliyinin bərpasını tələb edirik. 1 mart 2018-ci ilə kimi beynəlxalq hava limanındakı nəzarət-buraxılış məntəqəsinin Rusiya sərhədçilərindən alınıb öz ölkəmizin silahlı qüvvələrinə verilməsini istəyirik. Həmçinin, 1 yanvar 2019-cu il tarixdən gec olmayaraq, Ermənistan-İran sərhədinin qorunmasının da öz ölkəmizin üzərinə götürülməsini zəruri sayırıq. Biz təklif edirik ki, Ermənistan-İran sərhədindən çıxarılan rusiyalı sərhədçilər ya Ermənistan-Türkiyə sərhədinə yerləşdirilsin, ya da Rusiyaya köçürülsünlər. 1 yanvar 2020-ci ildən gec olmayaraq isə Türkiyə-Ermənistan sərhədinə nəzarəti də tam olaraq Ermənistan silahlı qüvvələri götürsün və Rusiya FTX-si ilə təhvil-təslimin necə həyata keçiriləcəyinə dair razılaşma əldə olunsun. Bütün bu tələblərin yerinə yetirilməsi üçün növbəti illərin dövlət büdcəsindən lazımi vəsaitin ayrılması nəzərdə tutulsun. İran-Ermənistan sərhədinə tam nəzarətin bərpası bizə suverenliyimizin möhkəmlənməsilə yanaşı, həm də Mehri istiqamətində Naxçıvandan yarana biləcək təhlükənin qarşısını almağa köməklik edəcək. Hesab edirik ki, bizim öz sərhədçilərimizin bu istiqamətdə ordumuza ciddi köməyi dəyə bilər. Tələblərimizin yerinə yetirilmədiyi halda, biz aktiv etiraz aksiyalarına keçməklə bağlı cəmiyyətə çağırışlar edəcəyik.

Albert Baqdasaryan

Arman Melikyan

David Sanasaryan

Eqişe Petrosyan

Ovsep Xurşudyan

Petros Makeyan

və başqaları”.

Olduqca maraqlı  müraciətdir. Demək olar ki, Rusiyaya meydan oxumaq anlamına gəlir. Xüsusilə də belə vəziyyətin NATO ilə Ermənistan arasında əməkdaşlığın genişləndiyi və İrəvanın Qərbə doğru reveranslarını artırdığı bir dönəmə təsadüf etməsi ciddi sual doğurmaya bilməz. Ermənistan bununla imitasiya edir, yoxsa həqiqətən cəmiyyətdə belə ab-hava mövcuddur?

Ekspert Elşən Mustafayevin sözlərinə görə, bu olduqca ciddi bir siqnaldır: “Ermənistan bu taktikadan daim istifadə edir. Həmin ölkə ciddi manevrlər etmək istəyəndə belə üsullara əl atır. Hakimiyyət deyə bilmədiyi sözü ictimai fəalların, siyasi partiyaların dili ilə söyləyir. Bu tələb nəbzi yoxlamağa hesablanıb. Məgər Ermənistanda yalnız sərhəd rusların əlindədir? Bilirsiniz ki, Ermənistanda Rusiyanın hərbi kontingentindən ibarət böyük bazaları var. Onda niyə məhz sərhədçilərin çıxması tələb edilir? Əvvəlcə biz bu tələbin irəlü sürüldüyü dönəmə baxaq. Ermənistan ciddi şəkildə Rusiyadan uzaqlaşmağa can atır. NATO təlimlərində aktiv iştirakı, “Şərq Tərəfdaşlığı” ilə bağlı sazişə böyük maraq göstərməsi bunu sübut edir. Bəyanatın məğzində bildirilir ki, hava limanına və başqa ölkələrlə sərhədə Rusiyanın nəzarət etməsi onların suverenliyinə təhlükə yaradır. Həm də bildirilir ki, bu, Ermənistana 1994-cü ilə kimi lazım olub. Onda sual oluna bilər: bəs 24 il ərzində sərhədçilərin çıxarılması niyə tələb edilmirdi? Deməli, bu, Ermənistan hakimiyyətinin də marağında olan bir siyasi kursdur. Ancaq çox vaxt belə ciddi manevrlər Ermənistan üçün baha başa gəlir. 1999-cu ildə Ermənistan hansısa manevri özbaşına etmək istəyinə görə ciddi cəzalandırıldı. Yadınızdadırsa, parlament gülləbaran edildi, ölkənin  tanınmış siyasi xadimləri öldürüldü. Hesab etmirəm ki, bu bəyanatdakı tələblərin yerinə yetirilməsilə Ermənistanın suverenliyi tam bərpa olunacaq. Çünki suverenliyin bərpasını şərtləndirən amillər çoxdur və onların çoxunu İrəvan Rusiyanın forpostu olmağa razılıq verməklə əldən ötürüb. Ermənistan hakimiyyəti sərhədlərindən Rusiyanın çıxarılmasına nail ola bilməyəcək. Bu, sadəcə, ortaya atılan bir fikirdir və çox güman ki, Rusiyanın reaksiyasının yoxlanmasına hesablanıb. Ermənistan bu yöndə ciddi addımlar atmağı düşünsə, Rusiya onu ciddi cəzalandıracaq. Çünki cənub sərhədlərinə nəzarət Rusiya üçün böyük önəm daşıyır”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ