Cümə günü, 13 noyabr 2026
     

Ermənistanın manevrlərini tükədən daha bir diplomatik təpki BMT-dən gəldi

Image


Dağlıq Qarabağ münaqişəsinin cari il ərzində də beynəlxalq gündəmin əsas mövzularından biri olacağı şübhə doğurmur və bunu yüksək səviyyədə verilən rəsmi açıqlamalar da təsdiq edir.  Söhbət  BMT-nin baş katibi Antonio Quterreşin açıqlamalarından gedir. O, təşkilatın 2018-ci il üçün fəaliyyətinin 12 əsas istiqamətini açıqlayıb. Bu açıqlamalardan bəlli olur ki, Dağlıq Qarabağ münaqişəsi də cari il həlli prioritet olacaq məsələlər sırasında yer alır.

Məlumat üçün bildirək ki, Quterreş Baş Assambleya üzvlərinə müraciətində baş katib vəzifəsində işlədiyi il ərzində bəşəriyyətin sülhə doğru addım atmadığını xatırladıb. Onun sözlərinə görə, üzərində məşğul olmaq lazım gələcək əsas problemlər Yaxın Şərqdəki münaqişələrin və Avropadakı "dondurulmuş" münaqişələrin nizamlanması, Myanma və Banqladeşdə qaçqınların problemlərinin həlli, eləcə də Koreya yarımadasının nüvə silahlarından təmizlənməsidir. Baş katib Avropada münaqişələri “donduran” ”iflic”ə son qoymağa dair çağırış edib. Onun sözlərinə görə, qitə ölkələri bu problemləri aradan qaldırmaq üçün lazım olan “açarlar"a malikdir: "Mövcud vəziyyətləri həll etmək üçün təhlükəli millətçilik dalğasına müqavimət göstərmək və müvafiq vasitəçi təşəbbüsləri, o cümlədən Normand formatını və Şərqi Ukrayna üzrə Üçtərəfli Kontakt qrupunu, Dağlıq Qarabağ üzrə ATƏT-in Minsk Qrupunu, Gürcüstan üzrə Cenevrə beynəlxalq müzakirələrini və “Dnestryanı üzrə 5+2” prosesini canlandırmaq lazımdır”. 

Bu açıqlamadan aydın görünür ki, Dağlıq Qarabağ məsələsi  BMT səviyyəsində xüsusi diqqət mərkəzində yer alacaq və qurum ATƏT-in Minsk Qrupunun fəaliyyətinin nəticə verməsinə çalışacaq. Hadisələrin bu səpkidə inkiaşfı Azərbaycanın maraqlarına tam cavab verir və rəsmi Bakı hər zaman Qarabağ konfliktinin BMT-nin də diqqət mərkəzində olmasını istəyib. Proseslərin bu səpkidə getməsi eyni zamanda Azərbaycanın diplomatik uğurunun təzahürü qismində çıxış edir.  Digər tərəfdən, BMT səviyyəsində də aydın görülür ki, Qarabağ məsələsinin həlli regionda təhlükəsizlik baxımından çox önəmlidir. Bunu Antonio Quterreşin açıqlamaları da təsdiq edir. BMT baş katibi son olaraq vurğulayıb ki, hər kəs hər yerdə dünyanı daha təhlükəsiz etmək üçün bir şeylər edə bilər: “Məşğul olmağımız gərəkən əsas problemlər Dağlıq Qarabağ, Gürcüstan və Dnestryanı ərazilər, Yaxın Şərqdə və Avropadakı “donmuş” münaqişələrin tənzimlənməsidir”. O, həmçinin, bütün bəhs edilən problemlərin həlli üçün zamana, gücə, vəsaitlərə, siyasi kapitala ehtiyac olduğunu bildirib. Quterreş əmindir ki, hər kəs inkişaf edən və təhlükəsiz dünyanın qurulmasında iştirakçı ola bilər.

BMT səviyyəsində Qarabağ məsələsinə diqqətin artmasının Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) konfliktlə bağlı mövqeyini aktiv hala gətirmək niyyəti fonunda çox önəmli olması qətiyyən şübhə doğurmur. Xatırladaq ki, bu günlərdə ATƏT-in fəaliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Anjelino Alfano 2018-ci ildə fəaliyyətinin prioritetlərini açıqlayarkən Qarabağ məsələsinə xüsusi diqqət yetirib. O bildirib ki, İtaliya Dağlıq Qarabağ münaqişəsinin qətiyyətli həlli üçün ATƏT-in Minsk Qrupunun işini dəstəkləməyə davam edəcək. ATƏT-in fəaliyyətdə olan sədri vurğulayıb ki, bütün həll olunmamış münaqişələrə diqqət yüksək və dəyişməz olaraq qalacaq: "İtaliya 2018-ci ildə ATƏT-ə sədrlik çərçivəsində təşkilata daxil olan ölkələr arasında dialoqun intensivləşdirilməsini nəzərdə tutur ki, bu, əsas prinsiplərdən biridir". Bu açıqlamanın ardınca Qarabağ məsələsinin həllində təsir imkanları kifayət qədər yüksək olan ABŞ və Rusiyadan ATƏT-in fəaliyyətdə olan sədrinə müraciətlər ünvanlanıb. Müraciətində ABŞ ATƏT-in İtaliya sədrliyini Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə birdəfəlik həlli üçün Minsk Qrupunu dəstəkləməyə çağırıb: "Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar biz sizdən münaqişənin sülh yolu ilə həllinə dair Minsk Qrupunun səylərini artırmaq üçün öz nümayəndənizə və onun missiyasına hərtərəfli və qətiyyətli dəstək verməyinizi xahiş edirik. Ermənistan və Azərbaycan prezidentlərinin 2017-ci il Cenevrədəki zirvə görüşünün ümidverici olduğu nəzərə alınmalıdir".

Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç də qeyd olunan xüsusda maraqlı mövqe sərgiləyib. O qeyd edib ki, Rusiya ATƏT-in İtaliya sədrliyinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində səylərini dəstəkləyəcək:  "Bərabərhüquqlu əməkdaşlıq əvəzinə "ikili standartlar" görürük və ayrı-ayrı millətlərin və ölkələrin "müstəsnalığı" barədə bəyanatlar eşidirik. Bütün bunlar problemləri və münaqişələri həll etməyə kömək etmir, əksinə, onları yaradır".  O, həmçinin qeyd edib ki, Moskva sədrliyin regional münaqişələrin həlli üzrə səylərinin davam etdirilməsini dəstəkləyir. Bütün bunların ardınca daha bir maraqlı açıqlama Rusiyanın xarici işlər naziri Sergey Lavrov tərəfindən səsləndirildi. Xatırladaq ki, Rusiya  xarici işlər naziri Moskvada keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi barədə sualı cavablandırarkən indi əsas məsələnin təmas xəttində vəziyyətin sabitləşməsi üçün əlavə addımlar atmaqdan ibarət olduğunu və mərhəhəli yanaşma əsasında konfliktin çözümünün zərurilyini bildirib: “Bu həm də siyasi tənzimləməyə keçid üçün şərait yaradacaq. Bu məsələni bir sənəd vasitəsilə həmişəlik həll etmək mümkün deyil. Bu məsələyə mərhələli şəkildə yanaşmaq lazımdır. Mərhələli yanaşma münaqişənin qəti tənzimlənməsi və Dağlıq Qarabağın statusu ilə əlaqədar hansı məsələləri dərhal həll etmək mümkün olduğunu və hansı məsələlərin həlli üçün əlavə müzakirələrə ehtiyac olmasını göstərəcək, bunun yollarını müəyyən edəcək”. Artıq Azərbaycan tərəfi Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllinə dair açıqlamasını alqışladığını bildirib.  Bütün bunlar isə, öz növbəsində, Qarabağ məsələsinin tənzimlənməsində diplomatik fəallığın kifayət qədər yüksək olacağının təzahürü qismində çıxış edir. BMT, ATƏT səviyyəsində cari ildə Qarabağ məsələsində diplomatik fəallığın kifayət qədər yüksək olacağı aydın nəzərə çarpır. Digər tərəfdən görünən odur ki, ABŞ və Rusiya da cari il ərzində sözügedən məsələ ətrafında aktiv fəaliyyət göstərməyi düşünür. Xüsusən də bu məsələdə Rusiyanın aktiv mövqe sərgiləməsi çox vacib sayılır. Qeyd edilənlər onu göstərir ki, əslində, işğal altında saxlanan Azərbaycan torpaqları ilə bağlı Rusiyanın, digər həmsədrlərin mövqeyində dəyişiklik var. İndi onlar mərhələli çözüm əsasında konfliktin həllini vacib sayırr. Bu arada xatırladaq ki, İrəvan mərhələli həllə qarşı çıxır. Elə . Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan da problemin mərhələli həllinin qurbanı sayılır. Buna razılıq verdiyi üçün onu istefaya göndərdilər. Amma sabiq prezident indi də həmin mövqeyində qalır. Ancaq ötən illər ərzində Ermənistana rəhbərlik edənlər münaqişənin həlli üçün konstruktiv mövqe tutmaq əvəzinə, prosesə yalnız mane olub. İndi isə beynəlxalq miqyasda  mərhələli həll tələbinin artması vəziyyəti dəyişdirir.            

Başqa sözlə, istisna olunmur ki, Rusiya da daxil olmaqla, vasitəçilər torpaqların işğaldan azad edilməsi ilə bağlı Ermənistana təzyiq göstərməyə başlasınlar. Digər tərəfdən, Ermənistanın öz daxilində də hakimiyyətə Qarabağ təzyiqləri artır. Xüsusən də ölkədə sosial-iqtisadi vəziyyətin pisləşməsi burada müəyyən rol oynayır. Yeni ildən etibarən Ermənistanda 800 adda məhsulun hamısının qiymətində qeydə alınan dəyişikliklər həssas sosial təbəqələri, ehtiyaclı insanları daha çox narazı salır. Kasıbların yoxsullaşması, varlıların öz gəlirlərini bir qədər də artırması fonunda cəmiyyətdə qütbləşmə daha da dərinləşir. Məhz bu sosial şərait, eyni zamanda, Azərbaycanla aparılan müharibəyə də mənfi təsir göstərir. Çünki sadə ermənilər artıq problemlərin kökündə Qarabağ münaqişəsinin dayandığını görür və buna görə də hakimiyyətdən narazılıqlarını açıq bildirirlər. Onlar ermənilərə uğursuzluqdan başqa heç nə gətirməyən münaqişənin davamına qarşıdır.

Belə olan halda artan təzyiqlər fonunda Azərbaycan - Ermənistan danışıqları artıq nəticə verə bilər. Əks halda  Azərbaycan torpaqlarını daxili imkanları hesabına işğaldan azad etməyə start verə bilər ki, bu da  Qafqazda maraqlı qüvvələrin mənafeləri ilə uzlaşmır. Məsələnin bu tərəfinə nəzər salan politoloq Arzu Nağıyev qeyd edir ki, növbəti Qarabağ danışıqlarında irəliləyişlərin olması çox önəmlidir. O hesab edir ki, növbəti danışıqlar prosesində müsbət irəliləyiş olarsa, bu, münaqişənin həllində mühüm addım olacaq. Ekspertin sözlərinə görə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin gözlənilən görüşü həmsədrlərin maraqlarına xidmət edir: “Hesab edirəm ki, bu görüş eyni zamanda Rusiyanı da birbaşa qane edir. Görünür, Moskva bölgədə yeni müharibənin başlamasından ehtiyatlanır və məhz bu üzdən də Azərbaycanı dialoqa çağırır. Növbəti danışıqlar konstruktiv keçərsə və bundan sonra prezidentlər real danışıqlara başlayarsa, Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində əsas irəliləyiş mümkün olacaq. Hələlik isə bu inandırıcı görünmür. Çünki bu il Rusiya və Ermənistanda seçkilər keçiriləcək. Moskva və İrəvan Bakını dialoqa səsləməklə, sadəcə müharibə ehtimalını önləmək istəyir. Çünki müharibə ictimai-siyasi vəziyyəti dəyişə bilər”.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov yanvarın 18-də Polşanın Krakov şəhərində ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşəcək. Məhz bu görüşdə Qarabağ məsələsində müəyyən razılıqların olması gözlənir. BMT, ATƏT, Rusiya, ABŞ səviyyəsində artan diplomatik fəallıq fonunda da görüşdən müəyyən nəticələrin əldə edilməsi gözlənir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ