şənbə günü, 14 noyabr 2026
     

Sarkisyan baş nazirliyə, Ermənistanın özü isə ümumxalq qiyamına gedir…

Image


Sarkisyanın baş nazirliyə hazırlaşdığı bir dövrdə Ermənistanda hakimiyyət əleyhinə qiyam olacağına dair edilən xəbərdarlıqların sayının çoxaldığı müşahidə olunmaqdadır. İddialardan belə bəlli olur ki, yaxın günlərdə düşmən ölkədə sosial zəmində yeni etiraz aksiyaları başlayacaq və bu, mövcud hakimiyyətin dəyişməsi ilə nəticələnəcək siyasi proseslərə çevriləcək.

Real vəziyyət göstərir ki, həqiqətən işğalçı ölkədə iqtisadi vəziyyət, belə demək olarsa, dalana dirənib. Bunu şərtləndirən səbəb odur ki, Ermənistan qonşuları ilə əməkdaşlıq etmir və bütün regional layihələrdən təcrid olunub. Eyni zamanda ölkəyə xaricdən göndərilən pul vəsaiti azalıb. Yerli istehsal yox dərəcəsindədir, yoxsulluq həddi durmadan yüksəlir.  Bütün bunlar isə cəmiyyətin, müəyyən siyasi qüvvələrin və ictimai dairələrin narahatlığına səbəb olmaqdadır. Bu fonda xüsusi vurğulanır ki, ölkədəki acınacaqlı durum hər an sosial partlayışlarla nəticələnə bilər.

Erməni politoloq Levon Şirinyan isə “Lragir.am” saytına müsahibəsində qeyd edir ki, 10 gün sonra Ermənistanda qiyam ola bilər: “Biz kataklizmlərin istənilən an gələ biləcəyi situasiyada yaşayırıq. İnsanlar hələlik bahalaşmanı hiss etmir, hələlik yeni il ehtiyatları bitməyib, amma hökumət artıq indidən müzakirələrə başlayıb. 10 gün sonra hər şeyi hiss edəcəklər və o zaman qiyam olacaq. Bizim ölkə institutsional formada inkişaf etmir, onu oliqarxlar, psevdointilligentlər və hərbçilər idarə edir. Müxalif parlament partiyası olan "Yelk"  aksiyaları təşkil edə bilsə, proseslər artan xətt üzrə gedə bilər”.
Erməni eksperti əmindir ki, Ermənistanda istənilən sosial hərəkət və hərəkat hər an siyasi müstəviyə keçə bilər. Eyni mövqeni erməni iqtisadçı Artak Manukyan da bölüşür. O qeyd edib ki,  Ermənistanda əhali 2018-ci ildə yaxşı heç nə gözləməsin: “Maksimum dərəcədə qənaət etmək lazımdır. Çünki ölkənin valyuta ehtiyatları tükənir”. Artak Manukyan onu da bildirib ki, Ermənistanda yoxsulluq pik həddədir, miqrasiya tempi isə əvvəlkindən də yüksəkdir: “Əhali iş tapa bilmir. Həyat səviyyəsi ildən-ilə aşağı düşür. Hökumət vətəndaşların rifahı üçün heç bir cəhd göstərmir. Perspektivi olmayan Ermənistanda insanlar çıxılmaz vəziyyətdə qalıb. İldən-ilə hökumətin xarici borcları da artır. Hakimiyyət xərclərini ört-basdır etmək, büdcədəki kəsirin qarşısını almaq üçün yeni kreditlər almaq niyyətindədir. Bununla isə Ermənistanın dövlət borcu 7 milyard dolları keçə bilər”. Artak Manukyan götürülən növbəti kreditlərdən də əhaliyə xeyir gəlməyəcəyini deyib: “Statistika xidmətinin son məlumatına görə, hazırda Ermənistanın xarici borcu 5,1 milyard dollar təşkil edir. Bu isə ümumi daxili məhsulun 58,8 faizi deməkdir. Ümumiyyətlə, xarici borc son 10 ildə 3,5 dəfə artıb. Hökumət büdcə kəsirini doldurmaq üçün dövlətin qızıl ehtiyatını satışa çıxarmaq məcburiyyətində qalıb”. İqtisadçılar bütün bunların Ermənistana yaxşı heç nə vəd etmədiyini deyir. Artak Manukyan isə belə vəziyyətdə sosial partlayışını olacağını açıq şəkildə vurğulayır.

Avropa Erməni Assosiasiyası Forumunun rəhbəri Aşot Qriqoryan da bildirir ki, Ermənistanda partlayış həddinə çatacaq situasiya yaranıb. Onun sözlərinə görə, bu situasiyanın hansı nəticələrə gətirəcəyi qeyri-müəyyəndir: “Qiyam realdır. Qan tökülməsinə izn vermək olmaz. Biz buradan hər şeyi diqqətlə izləyirik. Gərginlik mart-aprel aylarında kulminasiya həddinə çatacaq. Partlayış mütləq baş verəcək. Serj Sarkisyanın bunu öncədən dərk etməsi daha yaxşı olardı”. Xatırladaq ki, bundan öncə ölkədə qiyam olacağına dair erməni politoloq Manvel Sarkisyan da xəbərdarlıqla çıxış edib. O qeyd edib ki, yanacağın bahalaşması, nəqliyyatda gediş haqlarının artması qiyama gətirib çıxara bilər. Onun sözlərinə görə, yanacağın bahalaşması təkcə nəqliyyatda tariflərin artması ilə yekunlaşmır: “Bu, yük daşımalarının, eləcə də qida məhsulları da daxil olmaqla, bütün malların qiymətinin artması ilə nəticələnəcək. Qiyam özlüyündə neqativdir və bu, siyasi proseslərin yoxluğunun meyvəsidir. Xalq ayağa qalxır, qarşısına çıxanı süpürüb aparır, istədiyini edir. Onun qarşısını almaq mümkün olmur”. “İrs” partiyasının sədr müavini Armen Martirosyan da bundan öncə xəbərdarlıq edib ki, Ermənistanı bu il də çox ağır vəziyyət gözləyir və bu, qiyamla nəticələnə bilər: Beləliklə, edilən xəbərdarlıqlardan bu qənaətə gəlmək olur ki, Ermənistanı yaxın günlərdə müsbət heç nə gözləmir. Ölkədə qiyamın baş verməsi tamamilə gözləniləndir və yeni aksiyalara start verilməsi fonunda etiraz dalğasının miqyasının daha da genişlənməsi gözlənir. Bu isə hakimiyyətdə olan qüvvələrin devrilməsi ilə nəticələnmək iqtidarındadır.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ