şənbə günü, 14 noyabr 2026
     

Yaralı əsgərlər üçün “fond pulu” maxinasiyası Ermənistanı silkələməyə başlayır…

Image


Digər sahələrlə yanaşı, hərb müstəvisində də Ermənistanın gedərək Azərbaycana daha böyük fərqlə uduzması düşmən ölkədə yaranan narahatlıq və qorxunun miqyasını davamlı şəkildə genişləndirir.  Bununla yanaşı düşmən tərəfini təşvişdə saxlayan daha bir məqam odur ki, Azərbaycan hərbi potensialını artırdığı halda, Ermənistanda olub qalan da dağılır.

Burada hesab edilir ki, Ermənistan rəhbərliyi, o cümlədən Müdafiə Nazirliyinin rəhbərliyində yer alanlar orduya yalnız qazanc mənbəyi kimi baxır və bu səbəbdən indiki acıncaqlı vəziyyət yaranıb.

Digər tərəfdən o da açıq etiraf edilir ki, indiki vəziyyətdə Dağlıq Qarabağ münaqişəsinin hərb yolu ilə həllini tapması Ermənistanı təsəvvür belə etmədiyi fəlakətlərlə üz-üzə qoya bilər. İndilikdə isə orduya hansısa yardımlar adı altında atılan addımlar istər Ermənistanın özündə, istərsə də zəbt olunmuş Azərbaycan ərazilərində məskunlaşanlar arasında böyük narazılığa, etirazlara yol açır. Xüsusən də yaralı əsgərlərə yardım üçün fond yaradılması və hər bir erməninin yanvarın 1-dən etibarən bu fonda məcburi qaydada ayda 1000 dram və ya 2,1 dollar ödəniş etməsi vəziyyəti daha da gərginləşdirib. Ermənistanla yanaşı, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə yerləşdirilmiş erməni sakinlərdən də bu vəsaitin tutulması etirazların daha da kəskinləşməsi ilə müşayiət edilməkdədir. Məlumata görə, Ermənistanın işğalçı rejimi tərəfindən Qarabağa yerləşdirilən və hazırda burada yaşayan erməni sakinlərdən əsgərlərə yardım adı altında məcburi ödəniş alınır. Sakinlər isə bunun ədalətsiz olduğunu deyərək, sözügedən məbləği ödəməkdən imtina edir. Hətta ermənilərdən bəziləri qondarma “DQR” rejiminin rəhbərlyinə xəbərdarlıq edərək, vəziyyət dəyişməyəcəyi təqdirdə Azərbaycan tərəfinə keçəcəklərini də bildirirlər. Lakin bunlara baxmayaraq, separatçı rejimin “polisi”nin əhalidən məcburi qaydada pul topladığı bildirilir. Erməni ekspertlər bunun vəziyyətə ciddi surətdə təsir göstərəcəyini bəyan edir. Hesab edilir ki, aksiyaların miqyası genişlənsə, bu, Qarabağ məsələsinə də təsirsiz ötüşməyəcək, eyni zamanda erməni ordusunun əhalinin imkanları hesabına xilas edilməsi planlarının da alt-üst olmasına gətirib çıxaracaq.

Amma Ermənistanda ordu ilə bağlı özünü göstərən yeni problemlər təkcə bununla məhdudlaşmır. Hərbi texnika ilə təminat baxımından da düşmən ordusunun vəziyyəti sürətlə pisləşir. Xüsusən də Rusiya və ABŞ arasında münasibətlərin gərginləşməsi fonunda ermənilər bundan daha çox zərər görəcəkləri ilə bağlı indidən həyəcan təbili çalmaqdadır. Belə ki, ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarının Kremlin  Ermənistana silah satmasına da təsir göstərə biləcəyi ehtimalı erməniləri çox qorxudur.
İrəvanda bu prosesdən ən çox Ermənistanın əziyyət çəkəcəyini düşünürlər. Məsələn, erməni hərbi ekspert Vova Vardanov bildirir ki, Azərbaycan Rusiyadan silah almasa belə, bu onun silah arsenalına ciddi təsir göstərməyəcək: “Azərbaycan müasir silahları başqa ölkələrdən də alır, Rusiya bu ölkələrdən biridir. Həmçinin, Azərbaycan Rusiyadan daha güclü silahlar alıb. Ermənistana isə müttəfiq adı altında istifadəyə yararsız silahlar verilir. Etiraf etməliyik ki, Azərbaycan ordusu Ermənistan ordusundan daha güclü silahlanıb”.
Erməni ekspert əlavə edib ki, ABŞ-ın sanksiyaları işə salınandan sonra Ermənistanın vəziyyəti ağır olacaq: “Çünki bizim nə silah almağa pulumuz var, nə də bizə silah satacaq başqa bir ölkə. Ermənistanı bundan sonra da ağır günlər gözləyir”.

Həqiqətən də proseslərin inkişafı göstərir ki, Azərbaycan öz ordusunu qarşıdakı günlər ərzində daha güclü hala gətirəcəyi halda, Ermənistanda bunun tamamilə əksi müşahidə olunacaq. Azərbaycan iqtisadiyyatı gücləndikcə, imkanları genişləndikcə, ordumuzun imkanları da buna paralel olaraq artır. Elə bunun nəticəsidir ki. indi dövlətimizin istənilən silahı almağa imkanı var. Belə vəziyyətdə müharibə başlasa, Azərbaycan ordusunun hərb yolu ilə düşmən üzərində tam qələbə əldə edəcəyi şübhəsizdir. Bunu ehtiyatda olan polkovnik Cəlil Xəlilov da xüsusi olaraq vurğulayır: “ Əzəli Azərbaycan torpaqlarının bir hissəsinin işğal altında olması, Ermənistanın həyata keçirdiyi mənfur düşmənçilik siyasəti Silahlı Qüvvələrimizin hərbi qüdrətinin artırılmasının daim diqqət mərkəzində saxlanmasını zəruri edir. Azərbaycan ictimaiyyəti və düşmən bilməlidir ki, Azərbaycan ordusu bundan sonra da güclənəcək və istənilən tapşırığı yerinə yetirməyə hazırdır. Yaxın tarix bunu göstərib. Beynəlxalq reytinq göstəricilərində Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusu olmaqla yanaşı, dünya miqyasında ən qüdrətli ordular sırasındadır. Bütün bunlar qətiyyətlə həyata keçirilən daxili və xarici siyasətin, uğurlu ordu quruculuğunun və güclü iqtisadiyyatın sayəsində mümkün olub. Xarici ölkələrdən ən müasir hərbi texnikanın alınması, mütəmadi hərbi təlimlərin keçirilməsi, ordumuzun peşəkarlığının artırılması, düşmən mövqelərinə dəqiq və ölümcül zərbələrin endirilməsinə hazırlıq bu diqqətin bariz nümunəsidir. Ordu yüksək döyüş hazırlığına malik olmaqla daim düşmən mövqelərini izləyir, onları nəzarətdə saxlayır. Bunlar sübut edir ki, ordumuz düşmən üzərində qələbə qazanmağa qadirdir. Maddi-texniki baza daim yenilənir, gücləndirilir, daha yaxşı nəticələrin əldə edilməsi üçün müasir silah və sursatla təmin edilir. Ordunun təminatının ödənilməsi üçün lazım olan, müasir tələblərə cavab verən hərbi texnika, silah-sursatın böyük əksəriyyəti Azərbaycanda istehsal edilir. Bu, ordumuzun hərbi-texniki təchizatı baxımından xarici dövlətlərdən asılılığını azalmaqla yanaşı, iqtisadiyyatımızın inkişafına da mühüm töhfə verir. Bu gün ordumuzun döyüş qabiliyyətinin, peşəkarlıq səviyyəsinin yüksəldilməsi ölkəmizin əldə etdiyi ən böyük uğurlardan biri hesab edilir”.

İndilikdə erməni tərəfinin bütün bunlardan lazımi nəticələr çıxarması da olduqca vacib sayılır. Bununla yanaşı, məsələnin maraq doğuran başqa bir tərəfi baş verənlərin Rusiya krediti hesabına Ermənistana çatdırılması nəzərdə tutulan silahları düşmən ölkənin ümumiyyətlə görə bilməmə ehtimalının artmasıdır.

Məlumdur ki, həmin kredit razılaşması çərçivəsində Ermənistan “Smerç” reaktiv artilleriya kompleksi, TOS-1A “Solntsepek”, “İqla-S” zenit raket kompleksi və digər hərbi texnika almalı olsa da, kredit çərçivəsində nəzərdə tutulan silah və texnikanın böyük hissəsi gecikdirilib. İndi, məlumatlara görə,  kreditlə nəzərdə tutulan silah və texnikanın tədarükü 2018-2022-ci illər ərzində həyata keçiriləcək. Amma ABŞ-ın yeni sanksiyaları fonunda bunun mümkünsüz ola biləcəyi də istisna edilmir.  Amerikanın xarici siyasət şurasının analitiki Stiven Blankın fikirləri  də bunu təsdiq edir. O vurğulayır ki, ABŞ tərəfindən Rusiyanın hərbi sənaye kompleksinə qarşı tətbiq edilən sanksiyalar digər dövlətlərin, o cümlədən də Ermənistanın  Rusiyadan silah almasına mane ola bilər. Blankın sözlərinə görə, rus silahlarının Cənubi Qafqaza göndərilməsinin dayandırılması Qarabağ məsələsində tərəflərin sülh əldə etməsinə yardım edər: “Dövlət səviyyəsində rus silahları alanlara müəyyən istisnalar edilsə də, istənilən halda Rusiyadan iri həcmdə silah alan ölkələr, o cümlədən Ermənistan surprizlərlə qarşılaşa bilər. Ümumiyyətlə, bütöv bir hökümətə sanksiyalar tətbiq etmək olar“. O qeyd edir ki, sanksiyalar tətbiq edilən rus hərbi sənayesi müəssisələri ilə müqavilə bağlayanlar onun nəticələrinə də hazır olmalıdır. 
Blank Rusiyaya qarşı tətbiq edilən sanksiyaların konkret Ermənistanla da bağlılığına toxunub: “Ermənistanın silah alması çətinləşəcək. Başqa ölkədən silah almağa da erməni tərəfinin maddi imkanları əl vermir. Azərbaycanın isə silah almağa pulu var və bu ölkə təkcə Rusiya yox, digər dövlətlərdən, xüsusən də İsraildən kifayət qədər müasir silahlar alır. Rusiyaya qarşı tətbiq edilən sanksiyalar isə, əslində,  Ermənistanın maraqlarına cavab verə bilər. Çünki belə vəziyyətdə Ermənistan Rusiyanın təzyiqlərindən azad ola və digər tərəflərlə bərabər münasibətlər yarada bilər. Lakin Qarabağ münaqişəsi həll edilməyincə bu mümkün deyil. Ona görə ki, Qarabağ münaqişəsi həll edilməyincə Ermənistan blokada vəziyyətində qalacaq. Bu səbəbdən erməni tərəfi Qarabağ münaqişəsinin həllinin tezləşməsində maraqlı olmalıdır“.

Beləliklə, qeyd edilənlərdən aydın görünür ki,  hərb müstəvisində Ermənistanın vəziyyəti sürətlə pisləşir. Düşmən qarşıdakı dövr ərzində daha zəif hala gələcəyini özü də yaxşı bilir. Bu durumda Ermənistanın yeganə xilas yolu məhz Azərbaycanla razılığa gəlməkdən, Qarabağ münaqişəsinin həllindən keçir. Əks vəziyyət tərəfləri hərb cəbhəsində üz-üzə gətirəcək ki, bunun da nəticəsinin nə olacağı yuxarıda qeyd edilənlərdən kifayət qədər aydın görünür. Ermənistan tərəfi Azərbaycanın təsir vasitələrindən, hərbi potensialından, ordusunun döyüş imkanlarından bu səbəbdən çox ehtiyatlanır. Bununla da onlar Azərbaycan Silahlı Qüvvələrindən çəkindiklərini, qorxduqlarını göstərmiş olurlar ki, beləliklə də həm özlərini, həm də erməni əhalisini mümkün müharibə zamanı psixoloji cəhətdən məğlubiyyətə hazırlayırlar. Qeyd edilənlər həm də onu təsdiqləyir ki, Ermənistanın Qarabağ siyasəti tam iflasa uğrayıb. Ötən dövr ərzində bu siyasət Ermənistana fəlakətdən, çoxsaylı problemlərdən, təcriddən başqa heç nə gətirməyib. Dağlıq Qarabağ konfliktinin dinc müstəvidə çözümü üçün Bakı çox aydın şəkildə bəyan edir ki, Ermənistan Azərbaycana qarşı işğal siyasətinə son qoymalı, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxarmalı, əsassız iddialarına son verməlidir. Aydındır ki,  Ermənistan rəhbərliyi bu reallığı nə qədər tez dərk edərsə, o qədər də tez erməni əhalisi qonşu dövlətlərlə münasibətlərin yaxşılaşması, Ermənistanın regional əməkdaşlığa cəlb olunmasından faydalana bilər. Əks vəziyyətdə Ermənistanın sürətli çöküşünün yeni vüsət alacağı qaçılmaz sayılır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ