şənbə günü, 14 noyabr 2026
     

Cumhuriyyət ili... - Şəmsəddin ƏLİYEV yazır

Image


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında  “2018-ci ili Azərbaycan Xalq Cumhuriyyəti ili” elan etdi. Bu, gələcəyə hesablanan və hamının bir bayraq altında birləşməsinə, AXC-nin 100 illiyinə töhfə olaraq böyük dövlət xadiminə xas siyasi və diplomatik bir çağırış idi. İstərdim ki, bəzi detalları ictimaiyyətin diqqətinə çatdırım.

Azərbaycan Xalq Cumhuriyyəti və ya Azərbaycan Demokratik Respublikası (özünü adlandırma - Azərbaycan Cumhuriyyəti) – Azərbaycan xalqının Çar Rusiyasına qarşı milli azadlıq mübarizəsinin canlı təcəssümü kimi Şimali Azərbaycanda yaranmış müstəqil dövlət və müsəlman şərqində ilk parlament  respublikası olub. Öncədən paytaxtı Gəncə şəhəri, sonra isə Bakı şəhəri elan edilib. Həmin ərəfədə Cənubi Qafqazda azərbaycanlıların ümumilikdə yaşadıqları ərazilər təqribən 150 min kv. kilometri əhatə edirdi.  1918-ci ildə Cənubi Qafqazda müstəqil dövlətlər meydana gələn zaman əzəli Azərbaycan torpaqlarının müəyyən hissəsində Ermənistan Respublikası yaradıldı.

İndi ürək ağrısı ilə AXC hökumətinin xalqımızın qədim mədəniyyət mərkəzlərindən olan İrəvan xanlığının mərkəzi sayılan İrəvanı,  azğınlığı dünya ictimaiyyətinin gözü qarşısında tüğyan edən, fasiq və yolunu azmış, beynəlxalq hüququn prinsiplərini qulaqardına vuran bugünkü Ermənistana güzəştə getməyə və həmin İrəvanı ana torpağımızda yaranan Ermənistan Respublikasının paytaxtı kimi tanımağa məcbur olmasını xatırlayırıq. AXC dəvründə Cənubi Qafqazdakı Azərbaycanın tarixi torpaqları  113, 9 min kv. kilometri əhatə edirdi. AXC-nin əhalisi 3,3 milyondan çox idi. Yaratdığımız Ermənistan isə cırtdan bir dövlət kimi “gəmimizin sakininə” çevrildi. İndi “bu sakinlər” gəminin sahibləri ilə savaşa başlayıb. Həyasızlığın həddinə baxın!..

AXC-nin dövlət hakimiyyəti də  müasir Azərbaycan demokratik dövləti kimi üç qoldan ibarət idi: Müasir dövlətimizdəki “Qanunvericilik Hakimiyyəti” həmin dövrdə 1) “Azərbaycan Parlamenti”; “icra hakimiyyəti qismində” 2)”Hökumət” və hər iki hakimiyyətdə eyni qalan üçüncü qol “Məhkəmə hakimiyyəti” adlanırdı. Hökumət – icra hakimiyyəti Parlament qarşısında cavabdeh idi.

AXC üçün diqqət çəkən çətin fəaliyyətə nəzər salaq:

Cumhuriyyət 1918-ci il may ayının 28-dən iyunun 16-dək Tiflisdə, iyunun 16-dan sentyabrın 17-dək Gəncədə, sentyabrın 17-dən 1920-ci il aprel ayının 28-dək Bakıda fəaliyyət göstərib. AXC Paris Sülh Konfransının qərarına əsasən müstəqil dövlət kimi tanınıb, dünyanın bir çox ölkələri ilə səfirlik və nümayəndəliklər səviyyəsində diplomatik münasibətlər qurulub, dövlətlərarası sazişlər bağlanıb, dövlət müstəqil məhkəmə sisteminə malik olub. AXC Parlamenti 11 fraksiyadan və 109 üzvdən ibarət olub.

Müstəqil Azərbaycan dövlətinin yaranması Zaqafqaziya Demokratik Federativ Respublikasının parçalanması şəraitində baş verib. 1918-ci ilin may ayının 27-si keçmiş Zaqafqaziya Seyminin  müsəlman fraksiyası yaranmış siyasi vəziyyəti müzakirə etmək üçün fövqaladə iclas çağırır. Müzakirələr çox çəksə də, nəhayət, Müvəqqəti Milli Şuranın yaradılması qərara alınər. Müvəqqəti Azərbaycan Xalq Cumhuriyyəti Milli Şurasının sədri vəzifəsinə Müsavat Partiyasının Mərkəzi Komitəsinin sədri Məhəmməd Əmin Rəsulzadə, icra komitəsinin sədri vəzifəsinə  isə bitərəf olan Fətəli Xan Xoyski seçilir. Həmin ilin may ayının 28-də Milli Şuranın ilk iclası keçirildi və Azərbaycanın müstəqil dövlət elan olunması haqqında tarixi qərar qəbul edildi. Bu tarixi qərar nəticəsində və 100 illik böyük fasilədən sonra Azərbaycanın Şərqi və Cənubi Zaqafqaziya hüdudlarında milli dövlətçiliyimiz bərpa olundu. Həmin iclasda da yeni, demokratik dövlətin yaranması faktını hüquqi baxımdan əsaslandıran  “Azərbaycan İstiqlaliyyəti haqqında Akt” qəbul edildi.

2018-ci ilin 28 mayında AXC-nin 100 illiyi qeyd olunacaq. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin 2018-ci ili  “Azərbaycan Xalq Cumhuriyyəti ili” elan etməsi də tarixi zərurətdən doğur və bu tarixi missiyanı da məhz dövlət başçısı ümumxalq diqqətinə çatdırdı.

1918-ci ildə Azərbaycanın müstəqilliyi  “Azərbaycanın İstiqlaliyyəti haqqında Akt”la, 1991-ci ildə  “Azərbaycanın Müstəqilliyyi haqqında Konstitusiya Aktı” ilə təsdiq edildi.

Diqqət etsək, tarix təkrarlanır. 1918-ci ilin yayında Azərbaycanda siyasi vəziyyət iki hakimiyyətliklə şərtlənirdi, istiqlaliyyət uğrunda mübarizənin vəziyyəti mürəkkəbləşirdi. Azərbaycanın şərq hissəsində - Bakı quberniyasında  Bakı Xalq Komissarları Soveti fəaliyyət göstərirdi. Qərb regionunda isə Gəncə quberniyası AXC-nin milli hakimiyyətinin  idarəçiliyində idi.

4 iyunda  Azərbaycan və Osmanlı İmperiyası arasında  Sülh və Dostluq  müqaviləsi imzalandı. Bir gün sonra Türk ordusu Gəncəyə daxil oldu. Həmin ilin 16 iyununda Milli Şuranın üzvləri  və AXC Tiflisdən  siyasi vəziyyətin qeyri-stabil olduğu Gəncəyə köçür. Hadisələrin gərgin olduğu  belə şəraitdə 1918-ci il iyunun 17-də  Milli Şura siyasi müvazinətini  saxlaya bilməyib özünü buraxması haqqında qətnamə qəbul edir və altı ay ərzində Azərbaycanın ali qanunverici orqanının - ümumi, gizli və birbaşa səsvermə əsasında seçilmiş Müəssislər Məclisinin çağırılması təklifi irəli sürülür. Bu məqsədlə Milli Şuranın irəli sürdüyü müddət 1918-ci il dekabrın 16-da başa çatacaqdı. İyunun 23-də Fətəli Xan Xoyski  Azərbaycan əhalisinə   çağırışla müraciət edir və milli hökümətin təsbit olunması üçün qardaş Türkiyənin  köməyinə ehtiyac duyulduğuna görə elə həmin gün ölkənin  bütün ərazisində hərbi vəziyyət elan edilir. Beləliklə, 15 min nəfərə yaxın Türk ordusu Azərbaycan Cumhuriyyətinə köməyə göndərilir.

Qeyd etdiyim oxşar hal Heydər Əliyev hakimiyyətə gələndən sonra da baş verdi. Yeni yaranmış müstəqil Azərbaycan Demokratik Respublikasını parçalamağa, xarici təcavüzün daha da dərinləşməsinə çalışan qüvvələr mövcud idi. Ölkənin şimal bölgəsində “sadval” qruplaşması, cənub bölgəsində yenə Azərbaycanı parçalamaq niyyətilə yaradılan  qondarma “Talış-Muğan Respublikasının” elan edilməsi, qərb bölgəsində  bir neçə qanunsuz silahlı birləşmənin fəaliyyəti vətəndaş müharibəsinin qaçılmaz olduğunu reallaşdırırdı. Amma separatçı qüvvələri dəstəkləyən, onları maliyyə və hərbi sursatla təchiz edən xarici qüvvələrin arzusu  puç oldu. Dövlətçiliyin mühafizəsi və möhkəmlənməsi üçün yaranmış  mürəkkəb  bir siyasi şəraitdə Heydər Əliyevin Bakıya gəlməsi situasiyanı dəyişdi. Xalqın və Respublika hakim dairələrinin, daha dəqiq ifadə etsəm, 9 iyun 1993-cü ildə Prezident Əbülfəz Elçibəyin dəvətilə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev Bakıya gəldi, 15 iyun 1993-cü ildə isə Milli Məclisin iclasında yenə Əbülfəz Elçibəyin təklifi ilə deputat, Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev Azərbaycan parlamentinin sədri seçildi...

Heydər Əliyevin siyasi, diplomatik bacarığı və kəşfiyyat xarakterli taktikası nəticəsində vətəndaş müharibəsinin qarşısı alındı. Beləliklə, həmişəyaşar liderin qətiyyəti Azərbaycanın bir əsrdə ikinci dəfə əldə etdiyi müstəqilliyinin yenidən itirilməsinə imkan vermədi. Həmin ərəfədə  demokratik Respublikamızın gələcək inkişafını təhlükə altına alan separatizmin və vətəndaş müharibəsinin qarşısını almaq məqsədilə Heydər Əliyev televiziya ilə Azərbaycan xalqına uzaqgörən bir müraciət etdi. ”Bizim Azərbaycan vahid Azərbaycandır... İndiyədək Azərbaycanda heç vaxt talış-azərbaycanlı, türk və sair söhbəti olmamışdır...  Onları bir-birindən ayırmaq olmaz. Bu, əti dırnaqdan ayırmağa bərabərdir. Ayrı-ayrı avantüristlərdən başqa buna heç kəs yol verməz. Bizim birliyimizi heç kəs poza bilməz, bizi bir-birimizdən heç kəs ayıra bilməz...” Məhz Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə gəlişindən sonra Azərbaycanda dövlətçilik ideyalarının və demokratik islahatların inkişafı üçün yeni era açıldı. Etiraf etmək yerinə düşərdi ki, ölkədə dövlətçiliyin və ictimai təhlükəsizliyin davamlı olmasında, habelə siyasi sabitliyin təminatında hüquq-mühafizə orqanlarının, xüsusilə DİO əməkdaşlarının prinsipal mövqeyi, ekstremal şəraitlərdə müvazinətlərini qoruyub saxlaya bilmələri, ən mühümü isə, vətənə, xalqa və Heydər Əliyev ideyalarına sədaqətin təcəssümü mühüm rol oynamaqla hamıya, daha çox əvvəlki komandaya, gec də olsa, görk oldu. Burada daxili işlər nazirinin və  kollegiya üzvlərinin prinsipal rolu danılmazdır. Hüquqşünas deputat, məntiqli mülahizələrilə yadda qalan Qüdrət müəllimin gətirdiyi “Elçibəy deyirdi ki, kaş mənim belə bir nazirim olaydı” sitatına uyğun mən də deyərdim: “Nazir belə olar! Qətiyyətli, sədaqətli və prinsipal”. DİN-də belə peşəkar kadrlar çoxdur. Ona görə də bizdə sabitlikdir.

Sonrakı hadisələr, separatçı qüvvələrin “liderlərinin”, Nazirlər Kabinetinin Sədrinin və digər məmurların taleyi hamıya bəllidir. Heydər Əliyevin qətiyyəti, cəsarəti, uzaqgörən siyasəti və gələcəyə hesablanan diplomatiyası olmasaydı, bu dəfə də ADR süqut edəcəkdi. Birinci mürəkkəb siyasi vəziyyətdə Azərbaycanı Türkiyə Ordusu, Nuru paşanın rəhbərlik etdiyi Osmanlı və AXC qüvvələrindən ibarət Qafqaz İslam Ordusu (Bolşevik-Daşnak-Bakı Soveti qüvvələrinə qarşı) xilas etdisə, sonrakı, yəni əvvəlkinin hüquqi varisi olan müasir Azərbaycanın Demokratik hakimiyyətini  Heydər Əliyevin uzaqgörən siyasəti və diplomatiyası xilas etdi. Həmin ideyaların canlı təzahürü olaraq müasir, müstəqil Azərbaycan dünyanın siyasi xəritəsində BMT-nin və beynəlxalq hüququn subyekti kimi yerini möhkəmlədərək qüdrətli Milli Orduya sahib olub, məntiqli siyasət yürüdən ölkələr sırasında yer alıb. Qeyd etdiklərimdə Prezident İlham Əliyevin balanslaşdırılmış siyasətinin, dövlətlərarası beynəlxalq tədbirlərdə ərazi bütövlüyünün bərpasına istiqamətlənən, diqqət çəkən və düşündürən çıxışlarının, habelə  nota xarakterli bəyanatlarının böyük təsiri olub. Yeni ilin ilk dekadasında Prezidentin 2018-ci ili “Cumhuriyyət ili” elan etməsi təklifi  hamımızın Onun ətrafında umu-küsüyə son qoyaraq birləşməyimizi zəruru edir. Güc də birlikdədir. Biz bir dərddə, bir arzuda olduğundan bir olmalıyıq ki, “...əti dırnaqdan ayırmaq” istəyənlərə “Dur!”-deyə bilək. 

Vaxtilə Amerika dövlətinin yaradılmasında xüsusi əməyi olan, görkəmli fizik və müdrik siyasətçi Bencamin Franklin üzünü amerikalılara tutaraq söyləmişdi: ”Əgər bir yerdə olmasaq, (və yaxud ola bilməsək), bizi tək-tək də asacaqlar”. Dərin mənası var. Millət bir olmasa, onu tarixin arxivinə atmaq çox rahat və asandır. Ona görə də sabitliyin və onu təmin edənlərin qədrini bilək.! Dünyanın siyasi xəritəsinə diqqət yetirəndə Azərbaycan əhalisinin sayına və digər inkişaf parametlərinə görə o qədər də böyük dövlət deyil. Dövlətimizin gücü onun xarizmatik liderinin siyasətində, diplomatiyasında və xalqın birliyində ifadə olunur...

Şəmsəddin ƏLİYEV
hüquqşünas-publisist 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ