şənbə günü, 14 noyabr 2026
     

Deputatlar və ekspertlər arasında Prezidentin hökumət müşavirəsindəki çıxışı detallarla müzakirə olunur

Image


Prezident İlham Əliyev “Mən hər bir azərbaycanlının prezidenti olacağam” fikrini bir daha təsdiqlədi. Bunu “Trend”ə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cumhuriyyəti ili” elan etməsinə münasibət bildirən Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib.

F.Muradov qeyd edib ki, Azərbaycan Prezidentinin indiyə kimi atdığı hər bir addım ölkəmizin milli mənafeyinə, dövlətin maraqlarını qorumaqla perspektivli inkişafa xidmət edib: “Bu hadisə bütövlükdə Azərbaycan cəmiyyəti, eyni zamanda, ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımız tərəfindən yüksək rəğbətlə qarşılanıb. Yəni 2018-ci ilin ölkəmizdə “Cumhuriyyət ili” elan edilməsi tək Azərbaycanın daxilində deyil, bütün dünyada qəbul edilir. Buna görə də hər bir azərbaycanlı cənab Prezidentlə qürur duymalı və onun ətrafında sıx birləşməlidir".

Millət vəkili bildirib ki, bu qərardan irəli gələn öhdəliklərlə bağlı hər bir Azərbaycan vətəndaşı Prezidentə dəstək olmalıdır: “Ölkə başçısı son addımı ilə əvvəllər söylədiyi “Mən hər bir azərbaycanlının prezidenti olacağam” fikrini bir daha təsdiqlədi. Hər kəs bunun şahididir ki, İlham Əliyev bütün azərbaycanlıların, eyni zamanda, ölkə hüdudlarından kənarda yaşayan həmyerlilərimizin prezidentidir. Bunu hər bir Azərbaycan vətəndaşı görür və yüksək qiymətləndirir”.

Şərqdə ilk demokratik respublikanın məhz Azərbaycanda qurulduğunu vurğulayan komitə sədri deyib: “Şərqdə ilk dəfə olaraq qadınların müstəqil şəkildə seçkilərə qatılması tariximizdə qürurverici hadisə kimi yaddaşlara həkk olunub. Yüzillik tarixin varisi indiki müstəqil Azərbaycandır və biz bununla öz dövlətimizi dünya miqyasında təbliğ etmək imkanlarına malik olacağıq. Bu bizim üçün böyük avantajdır və cənab Prezidentin bu addımı hər birimizə daha düzgün yol göstərdi. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev M.Ə.Rəsulzadə ailəsinə, Azər Rəsulzadəyə, Rais Rəsulzadəyə daim diqqət və qayğı göstərib. Bu qayğı və diqqət bu gün də ümummilli liderin siyasi kursunun davamçısı olan cənab İlham Əliyev tərəfindən davam etdirilir. Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın ilk parlament rəhbəri Əlimərdan bəy Topçubaşovun Fransanın paytaxtı Parisin Sen-Klu (Saint-Cloud) qəbiristanlığındakı məzarında qəbirüstü abidə ucaldılıb və tarixi əhəmiyyətə malik sinə daşı ölkəmizə gətirilərək Nizami muzeyinin ekspozisiyasına daxil edilib. Prezident İlham Əliyevin göstərişi ilə əməkdar rəssam Rais Rəsulzadənin 70 illik yubileyi keçirilib, fərdi sərgisi açılıb və kitabı nəşr edilib".

F.Muradov əlavə edib ki, “Cumhuriyyət ili”nin elan edilməsi dövlətiçiliyimizin daha da inkişaf etdirilməsində, dünya səviyyəsində Azərbaycanın tanınmasında atılan mühüm addımların davamıdır: "Azərbaycan gəncləri adından Prezidentin bu addımını alqışladığımızı bildirir və hər zaman dövlətçilik və müstəqilliyimizin qorunub saxlanmasına töhfə verəcəyimizə söz veririk".

Aydın Hüseynov: “... proqramlar özünü tamamilə doğrultdu”

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışında qeyd etdiyi kimi, 2017-ci il çox böyük iqtisadi islahatlar ili kimi səciyyələndirilir. Bunu isə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, 2017-ci ildə həyata keçirilən iqtisadi strategiya çox düzgündür və birbaşa Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən proqramlar özünü tamamilə doğrultdu:

“Baxmayaraq ki, dünyada maliyyə böhranı yaşanır, ancaq Azərbaycanda 2017-ci il ümumdaxili məhsulda artımla yekunlaşdı. Bu ona əsas verir ki, 2018-ci ildə də Azərbaycanın uğurları davam edəcək, böyük layihələr həyata keçiriləcək. 2018-ci ildə TANAP layihəsi işə düçəcək və Azərbaycanın təbii qazı Türkiyəyə və sonrakı illərdə isə Avropaya çatdırılacaq. Bakı-Tbilisi-Qars dəmir yolu tam gücü ilə işləyəcək və bilirsiniz ki, bu dəmir yolunun 10 milyon tondan artıq yükdaşıma qabiliyyəti var. Eyni zamanda, bu xətt vasitəsilə 1 milyondan artıq sərnişin daşınması proqnozlaşdırılır”.

Deputat əlavə edib ki, ümumilikdə, necə ki, 2017-ci il iqtisadi islahatlar ili kimi səciyyələndirilir, 2018-ci il də ölkə iqtisadiyyatında böyük uğurların əldə olunması ilə yadda qalacaq.

2017-ci ildə strateji valyuta ehtiyatlarını xeyli artırmaq niyə vacib idi?

“Keçən il Azərbaycan üçün vacib illərdən biri idi və qarşıya qoyulan prioritetlərə nail olundu”. APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışına münasibət bildirən İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri Vüqar Bayramov deyib.

V.Bayramov qeyd edib ki, 2014-cü ildən etibarən neftin qiymətinin aşağı düşməsi Azərbaycana təsir etməyə başlayıb və 2017-ci ildə iqtisadi sabitliyin əldə edilməsi ötən il üçün əsas prioritetlərdən biri olub: “2015 və 2016-cı illərdən manatın dəyər itirməsi nəticə etibarilə makroiqtisadi sabitliyə də təsir göstərib. 2017-ci ildə bu kontekstdə stabilləşmənin əldə olunması, xüsusən xərclərin optimallaşdırılması, ixrac imkanlarının genişləndirilməsi, milli valyutanın məzənnəsinin qorunub saxlanması çox vacib idi. Manatın məzənnəsinin fevraldan etibarən stabil qalması makroiqtisadi sabitlik üçün bir zəmin formalaşdırdı. Milli valyutanın məzənnəsindəki sabitlik həm investisiyanın cəlb edilməsi, ixrac-idxal əməliyyatlarında müsbət saldonun formalaşası, dövlətin valyuta ehtiyatlarının artırılması əsas meyarlardan biridir. Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldonun əldə edilməsi vacib məqamlardan biridir. Bu, ölkəyə daxil olan valyutanın həcminin optimallaşdırılması və artırılması üçün çox vacib idi. 2017-ci ildə Azərbaycanın ixracı idxalı 6,2 milyard dollar üstələdi. Bu da ölkəyə daxil olan valyutanın həcminin çoxalması deməkdir. Makroiqtisadi sabitlik ilk növbədə ölkəyə valyutanın daxil olmasını tələb edir. Bu kontekstdə idxalın azaldılması, bir çox sahələrdə idxalın yerli istehsalla əvəzlənməsi nəticə etibarı ilə 2017-ci ildə idxalda potensial artımların qarşısını aldı. Bu da ölkədən valyuta çıxışının optimallaşdırılması baxımından çox vacib idi”.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri qeyri-neft sektorunda qeyri-neft ixracında 24 faiz artımın qeydə alınması və neftin qiymətinin proqnozlaşdırılandan daha çox olmasının Azərbaycan ixracatının da artmasına səbəb olduğuna diqqət çəkib: “Nəticədə dəyər ifadəsi ilə neft ixracatı artdı, digər tərəfdən, qeyri-neft ixracatında 24 faiz artım qeydə alınıb. Bu da ölkəyə daxil olan valyutanın həcminin artması üçün çox vacib idi. İkinci məqam ölkənin strateji valyuta ehtiyatları ilə bağlı idi. MDB ölkələri strateji valyuta ehtiyatlarının qorunub saxlanması məsələsində çox həssasdır. Azərbaycanda strateji valyuta ehtiyatlarının qorunması ilə bağlı çətinliklər 2015 və 2016-cı illərdə müşahidə olunub. 2017-ci ildə strateji valyuta ehtiyatları, eyni zamanda Mərkəzi Bankın xarici valyuta ehtiyatları artdı. Bu, çox vacibdir, çünki neftin qiymətinin növbəti mərhələlərdə necə olacağını proqnozlaşdırmaq çox çətindir. Bu məsələdə siyasi amillər var. Bu baxımdan 2017-ci ildə strateji valyuta ehtiyatlarının artırılması prioritet idi. Düşünürəm ki, bu prioritetə nail olmaq mümkün oldu”.

V.Bayramov 2017-ci ildə əldə edilən makroiqtisadi sabitliyin həm də 2018-ci il üçün vacib olduğunu vurğulayıb: “2018-ci il son illərin bəlkə də yeganə illərindən biridir ki, nəinki Azərbaycan hökuməti, həm də beynəlxalq maliyyə qurumları, o cümlədən Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycan iqtisadiyyatında artımlar olacağını proqnozlaşdırır. Bu il iqtisadiyyatda 2 faiz artım proqnozlaşdırılır. Güman edilir ki, 2018-ci ildə, xüsusən də büdcə xərclərinin 3 milyard manata qədər artırılması iqtisadiyyatın real sektorunda, xüsusən də inşaat sektorunda canlanmanın yaranmasına gətirib çıxaracaq. 2018-ci ilin real sektor üçün 2017-ci ilə müqayisədə daha uğurlu, yaxşı olacağı gözlənir. Eləcə də bu il monetar siyasətin, xüsusən manatın məzənnəsinin stabilliyinin davam etdirilməsi vacibdir. Mərkəzi Bank birmənalı şəkildə manatın məzənnəsini qoruyub saxlamağa çalışmalıdır. Bu, qeyri-neft sektorunda inkişafa təsir göstərəcək və nəticədə bu, bir sıra sektorlarda canlanmanın yaranmasına gətirib çıxara bilər. Buna görə də beynəlxalq maliyyə qurumları da 2018-ci ildə Azərbaycan iqtisadiyyatının böyüyəcəyini proqnozlaşdırırlar”.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu APA-ya açıqlamasında prezident İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsini çox yüksək qiymətləndirib. Onun sözlərinə görə,  Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizin ən mühüm həlqələrindən birini təşkil edir. Bu, həm də təqribən 100 illik müddət keçməsinə baxmayaraq, Azərbaycan cəmiyyətinin və onu təşkil edən ayrı-ayrı fərdlərin dövlətçilik şüurunun daşıyıcıları olmasını göstərir: “1918-ci ildə Xalq Cumhuriyyəti qurulmasaydı, sonrakı mərhələdə SSRİ təşkil olunarkən Azərbaycan bəlkə də bu ittifaqın tərkibinə müttəfiq respublikalardan biri kimi yox, muxtar-avtonom vilayət kimi daxil olardı. Eyni zamanda, tarixdə Azərbaycan Xalq Cumhuriyyəti olmasaydı, SSRİ-nin dağılmasından sonra ölkəmiz Rusiyanın subyekti kimi hüquqi status qazana bilərdi. Azərbaycan Xalq Cumhuriyyətinin Azərbaycanın dövlətçilik tarixindəki rolu daim xatırlanır, bu tarixə böyük diqqət və ehtiram göstərilir. Təsadüfi deyil ki, bu gün Azərbaycanın Respublika Günü, Milli Ordu Günü kimi bayramları məhz 1918-ci ildə yaradılmış dövlət idarəetmə strukturlarının tarixi ilə müəyyən olunub. Böyük dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyev və Azərbaycan prezidenti İlham Əliyev hər zaman Azərbaycan Xalq Cumhuriyyətinin ölkəmizin dövlətçilik tarixində mühüm yerə malik olduğunu bildirib. Ulu öndər Heydər Əliyevin Azərbaycan Xalq Cumhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında, Azərbaycan Xalq Cumhuriyyətinə abidə ucaldılması haqqında sərəncamları, eləcə də prezident İlham Əliyevin Azərbaycan Xalq Cumhuriyyətinin 90 illik yubileyi, həmçinin Cumhuriyyətin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamları xüsusi olaraq qeyd edilməlidir. Məhz Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cumhuriyyəti ili” elan edilməsi dövlətimizin başçısının milli dövlətçilik tariximizə diqqət və qayğısının göstəricisidir. “Azərbaycan Xalq Cumhuriyyəti ili”ndə keçiriləcək çoxsaylı tədbirlər dövlətçilik tariximizin, ənənələrimizin öyrənilməsi və təbliğ olunmasına, xüsusilə gənc nəslin dövlətçilik şüurunun möhkəmlənməsinə xidmət edəcək. Xalqımızın milli yaddaşında beş min illik dövlətçilik şüuru hakimdir. Bu ənənələrin qorunması və gələcək nəsillərə ötürülməsi də tarixi mirasımıza sahib çıxmaqdan, onu yaşatmaqdan keçir. Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cumhuriyyəti ili” elan edilməsi də məhz bu məqsədə xidmət edir”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ