şənbə günü, 14 noyabr 2026
     

Azərbaycanın ABŞ-dan silah alması yolundakı qadağalar ortadan qalxır…

Image


Ərazilərinin bir hissəsi işğal altında olan Azərbaycan üçün priortet məqamlardan biri də hərbi arsenalını daha da gücləndirməkdir. Bunun üçün həm yerli istehsal həcmi genişləndirilir, həm də xaricdən silah-sursat alışı davam etdirilir. Artıq görülən işlərin nəticəsidir ki, Azərbaycan işğalçı Ermənistan üzərində hərbi baxımdan da kifayət qədər böyük üstünlüklər əldə edib. Hazırda ölkəmiz Rusiya, Türkiyə, İsrail, Paksitan, bir sıra MDB ölkələrindən ən müasir silah  və hərbi texnikanın idxalını həyata keçirir. 

Poseslərin gedişi isə göstərir ki, Azərbaycan yaxın tezlikdə ABŞ və digər NATO ölkələrindən də yeni hərbi texnikaların alışını reallaşdıra bilər. Buna səbəb ABŞ-ın silah satışı ilə bağıl yeni siyasətə başlamaq niyyətidir.

Qeyd edək ki, əslində Azərbaycan ABŞ-la silah alqı-satqısını həyata keçirir. Ölkəmizdə Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi bir çox hərbi təyinatlı məhsullar müxtəlif ölkələrə, o cümlədən ABŞ-a da satılır.  Bu da onu göstərir ki, Azərbaycanın istehsal etdiyi hərbi təyinatlı məhsullar ən yüksək standartlara cavab verir. Eyni zamanda, yuxarıda qeyd olunduğu kimi, Azərbaycan özü də ABŞ-dan müəyyən silahlar ala bilər. Qeyd edək ki, ABŞ-ın Azərbaycana silah satışı bu vaxta qədər qadağan edilib. Buna səbəb isə 90-cı illərdə qəbul edilən Azadlığa Dəstək Aktına əlavə olunan 907-ci Düzəliş, eləcə də NATO-nun savaş aparan ölkələrə silah ixrac etməməsi olub. 1992-ci ilin sonlarında Dağlıq Qarabağ müharibəsinin gedişi zamanı erməni lobbisinin təsiri altında qəbul edilmiş 907-ci Düzəliş Azərbaycana silah satışını rəsmən məhdudlaşdırıb. 2002-ci ildə Bakının terrorizmlə beynəlxalq mübarizədə dəstəyinə minnətdarlıq əlaməti olaraq, o vaxt iqtidarda olan Corc Buş administrasiyası sözügedən düzəlişi dondurub, amma bəzi şərtlərlə. Belə ki, ABŞ prezidentləri müəyyən hallarda 907-ni nəzərə almaya bilər. Məsələn, ABŞ və terrorizmə qarşı mübarizədə koalisiya tərəfdaşlarının silahlı qüvvələrinin dəstəklənməsi üçün lazımdırsa; Azərbaycanın sərhəd təhlükəsizliyi üçün vacibdirsə; Qarabağ münaqişənin sülh yolu ilə nizamlanması üzrə danışıqlara ziyan vurmursa;  Ermənistana qarşı istifadə olunmayacaqsa Azərbaycan ABŞ-dan silah ala bilər. Amma burada müəyyən anlaşılmaz məqamlar var, məsələn, Azərbaycanın bu silahlardan erməni işğalçılarına qarşı istfiadəsi qaçılmazdır. Elə bu anlaşılmazlıqlar səbəbindən Azərbaycanın ABŞ-dan silah alışı həyata keçməyib. Amma indi vəziyyət dəyişir. Hakimiyyətə gəldiyi ilk gündən silah satışını artıran Donald Tramp hökuməti satışı daha da yüksəltmək üçün yollar axtarır. “Röyters” agentliyi  bildirir ki, silah satışını milyardlarla dollar artırmaq üçün Trampın əmri ilə amerikalı diplomatlar silah tacirliyi vəzifəsini yerinə yetirəcək. “Röyters”ə danışan amerikalı səlahiyyətlilərə görə, prezident Donald Tramp fevral ayında “Amerika malını al və aldır” siyasəti çərçivəsində bəyanatla çıxış edəcək. Bəyanatla xarici ölkələrə silah və sursat satışı qaydalarını ləğv etmək üçün bütün hökumət səviyyəsində tamhüquqlu səfərbərlik elan ediləcək. Xəbərə görə, Tramp döyüş təyyarələrindən pilotsuz uçuş aparatları, hərbi gəmilərdən artilleriya sistemlərinə qədər müxtəlif növlü silahlar satmaqla 2016-cı il seçki kampaniyasında verdiyi vədlərdən birini yerinə yetirmək niyyətindədir. ABŞ-ın xarici ölkələrdəki hərbi və ticarət nümayəndələrinin səfərbər edilməsi ilə yanaşı, Beynəlxalq Silah Ticarəti Qaydaları (İTAR) da nəzərdən keçiriləcək. 1976-cı ildən etibarən federal hökumətin silah ixracı siyasətini müəyyən edən İTAR 30 ildir dəyişməyib. Qaydalara edilən dəyişikliyə əsasən, NATO üzvü olmayan və dost ölkələr üçün də silah satışı sadələşdiriləcək. Qeyd edək ki, dünyanın ən böyük silah ixracatçısı olan ABŞ-ın 5 ən böyük silah şirkəti – “Lockheed”, “Boeing”, “Raytheon Co”, “General Dynamics Corp” və “Northrop Grumman”ın səhmlərinin dəyəri son 5 ildə 3 dəfədən çox artıb. ABŞ 2016-ci ildə 31 milyard dollara çatan silah satışını 2017-ci ildə 42 milyard dollara yüksəldib. Bu il yanvarın 20-də Ağ Evin kreslosuna oturan Donald Tramp noyabr ayına qədər təxminən 49 milyard dollarlıq silah satışına imza atıb. Trampın rəhbərliyi bununla da son illərin ən yüksək satış göstəricilərini əldə edib. Keçənilki 33 milyard dollarlıq silah alverindən sonra bu il bu rəqəmin 50 milyard dollara çatması Tramp adminstrasiyasının "silah anlaşmaları mövzusunda öncəki rəhbərliklərdən daha istəkli" olması kimi dəyərləndirilir.

Digər tərəfdən, əvvəlki ABŞ prezidenti Barak Obama Konqres qeydlərinə görə 8 illik prezidentliyi müddətində təxminən 277, illik ortalama olaraq 35 milyard dollarlıq silah satışı həyata keçirib. Ayrıca olaraq, Obama 8 illik prezidentlik dövründə ABŞ-ın 2-ci Dünya Müharibəsindən bu yana ən çox silah satışı həyata keçirən prezidenti olaraq tarixə düşüb. Amma Tramp administrasiyası bu sahədə daha böyük nailiyyətə imza atmağı düşünür. Amerika silahlarının digər ölkələrə satış prosedurunun asanlaşdırılması fonunda isə artıq Azərbaycan da ABŞ-dan silah idxalı həyata keçirə bilər.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ