şənbə günü, 14 noyabr 2026
     

Qarabağ təmas xəttində artan itkilər düşmən ölkəni sarsıdır...

Image


Diplomatik və hərb müstəvisində işğalçı Ermənistanın Azərbaycana daha böyük hesabla məğlub olması artıq danılmaz faktdır və bunu erməni cəmiyyətində etiraf edənlərin sayı kifayət qədərdir. Son günlərdə düşmən təxribatına qarşı ordumuz tərəfindən verilən layiqli cavablar isə bu xüsusda qənaətləri daha da möhkəmləndirir. Söhbət ondan gedir ki, ermənilərin cəbhədə hərbi təxribatları yenə düşmənin özünə baha başa gəlir. Bunu təxribatlar üzündən düşmən ordusunun cəbhədə artan itkiləri də təsdiq edir.

Xatırladaq ki, bu günlərdə erməni tərəfi təmas xəttinin Tərtər-Ağdərə istiqamətində, Qapanlı və Seysulan kəndləri yaxınlığında təxribata cəşd göstərib. Amma həmişəki kimi layiqli cavablarını alıblar. Erməni tərəfinin məlumatında bildirilir ki, yanvarın 7-də saat 13.20-də erməni ordusunun hərbi qulluqçusu Vaçe Çilingəryan ölümcül güllə yarası alıb. Bunu görən baş leytenant E.Musinyan və sürücü, müddətdən artıq hərbi xidmət keçən D.Vanyan əsgərə köməyə qaçıb. Lakin onlar da “öz qurğuşun paylarını” alaraq yerə yıxılıblar. Erməni tərəfi yaralıların vəziyyətinin “kafi” olduğunu bildirir. Amma son məlumatlar göstərir ki, əslində yaralanan hərbi qulluqçularından artıq ən azından birinin həyatını itirdiyi məlumdur. Erməni mətbuatının məlumatlarından məlum olur ki, qalan yaralılardan biri Xankəndi hərbi hospitalında müalicə olunur. Yaralı erməni hərbi qulluqçusunun sağ ayağı amputasiya edilib və vəziyyəti orta ağırdır. Digər yaralı hərbi qulluqçu yanvarın 8-də İrəvan mərkəzi hərbi hospitalına təxliyyə edilib. Onun sol ayağı amputasiya edilib.  Yaralı erməni əsgərin atası bildirib ki, hazırda oğlunun vəziyyəti ağır sabit olaraq qiymətləndirilib.

Baş verənlərlə bağlı “Aykakan Jamanak” qəzeti yazır ki, erməni ordusunda bu qəbildən olan itkilərin sayı çox olsa da, onların əksəriyyəti gizli saxlanır. O da bildirilir ki, erməni cəmiyyətinin böyük əksəriyyəti əvvəllər  rəsmi mənbələrə inanıb. Amma 2016-cı ilin aprelindən sonra vəziyyət tam dəyişib və  hazırda Ermənistan Müdafiə Nazirlyinin cəmiyyəti aldatmasından sonra rəsmi mənbələrin ölü, yaralı, hadisə və faktlar barədə edəcəyi açıqlamaların heç bir dəyəri qalmayıb. Erməni mediası onu da yazır ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması silahlı qüvvələrə getdikcə daha böyük itkilər hesabına başa gəlir. Qeyd olunur ki, qeyri-döyüş itkiləri əlavə olunsa, rəsmi məlumatlara əsasən, təkcə ötən il daha 59 erməni hərbçisi həyatını itirib. Amma müstəqil mənbələr itkilərin sayının bundan ən azı iki dəfə çox olduğunu və onların da yarısından çoxunun döyüş şəraitində olduğunu bildirir. Elə bu səbəbdən münaqişənin həllinin uzanmasının orduya baha başa gəldiyi vurğulanır. Politoloq Areq Qalstyan qeyd edir ki, Serj Sarkisyan iqtidarı orduda itkilərə görə cavab verməlidir: “Amma hakimiyyət buna lüzum görmür. Nəticədə orduda itkilərin artmasına görə də bir məsuliyyətsizlik yarandığı müşahidə olunur. mühribə başlasa, onda ordumuzu nə gözlədiyini təsəavvür etmək çətin deyil. Çünki orduya glir mənbəyi kimi baxılır və əsgər həyatına görə rəhbərlik məsuliyyət daşımaq istəmir. Hər halda edilən hərəkətlər, baş verənlərə rəsmi münasibət bunu göstərir. Müharibə isə hər an başlana bilər, çünki sülh danışıqlarının aparılmadığı şəraitdə irimiqyaslı hərbi əməliyyatların bərpa olunma ehtimalı çox yüksəkdir. Azərbaycan torpaqları güc yolu ilə azad etməyə qərar versə, beynəlxalq birlik buna mane ola bilməyəcək. Düşünürəm ki, azərbaycanlılar müharibəyə başlayarsa, beynəlxalq aləmin çağırışlarını dinləməyəcək. Ona görə də hər şeyə hazır olmalıyıq. Əslində, vəziyyət çox ciddidir və sabah hər şey ola bilər”. O qeyd edir ki, artıq Rusiya amili də Ermənistan üçün təhlükəsizlik baxımından müsbət heç nə vəd etmir: “ Ermənistan apardığı xarici siyasətlə, çətin ki, kimsədən dəstək alsın. Təbii ki, Ermənistanın bölgədəki mövqeyi onun digər ölkələr qarşısında iqtisadi cazibəsinin itməsinə səbəb olub. Azərbaycandan fərqli olaraq, Ermənistan Rusiya biznesi üçün cəzbedici sayılmır. Rusiyanın yeganə məqsədi isə Ermənistanda öz strateji obyektlərini qoruyub saxlamaqdan ibarətdir. Bu faktorlardan istifadə edərək Azərbaycan daha uğurlu xarici siyasət aparır. Ermənistan tərəfi bu cür xarici siyasət yürütdüyü müddətcə müharibə və böyük itkilər təhlükəsi hər zaman qalacaq”. 

Erməni mediası yazır ki, yaranmış bu çətin vəziyyət hakimiyyətə rəhbərlik edənləri qətiyyən narahat etmir. “Aykakan Jamanak” qəzeti yazır ki, hazırda Serj Sarkisyan üçün əsas məsələ orduda, Qarabağ məsələsində baş verənlər yox, apreldən etibarən hakimiyyət başında necə qalmaqdır. Ermənistanın İctimai Televiziyası bu xüsusda bildirir ki, ölkə parlamenti mart ayının ilk ongünlüyündə yeni prezidenti seçəcək. Seçilən prezidentin aprelin 9-da vəzifəyə gələcəyi bildirilir: “Məhz bu tarixdə Ermənistanın parlament formasına keçidi rəsmən sona çatacaq. Eyni zamanda, yeni hökumət yaradılacaq”. İndi isə prosesə az müddət qalmış Ermənistanda baş nazir postu uğrunda Serj Sarkisyanla Karen Karapetyan arasında siyasi intriqanın qızışdığı müşahidə olunur.
Ermənistan konstitusiyasının 6-cı maddəsinə görə, əvvəlcə parlamentdəki fraksiyalar baş nazir postuna öz namizədlərini təqdim etməli, daha sonra seçim olmalıdır. Namizədlərdən heç biri lazımi səsi yığa bilməsə, birinci seçkilərdən 7 gün sonra yeni namizədlərlə yeni seçki keçirilməlidir. İkinci seçkilərdə namizədin baş nazir olması üçün deputatların üçdə bir  hissəsinin səsi lazımdır. İkinci seçkidə də baş nazir seçilməsə, o zaman konstitusiyaya əsasən, Ermənistan parlamenti 7 gün ərzində buraxılmalıdır. Ekspertlər bunu siyasi böhran olaraq dəyərləndirir. Hazırda apreldə prezident səlahiyyətlərini təhvil verəcək Sarkisyanla mövcud baş nazir Karapetyan arasında məhz bu fonda  post uğrunda ciddi mübarizə gedir. “Aykakan Jamanak” qəzeti yazır ki, Sarkisyanın baş nazirliyi təhdid altındadır. Buna səbəb Karapetyanın hakim Respublika Partiyası daxilində cəbhələşməyə nail olmasıdır. Düzdür, Respublika Partiyasından olan deputat Rüstəm Muradxanyan hesab etmir ki, son seçkiyə qədər parlament baş naziri seçə bilməyəcək və siyasi böhran yaranacaq: “Ehtimal etmirəm ki, parlament buraxılacaq. Yəni siyasi böhran qeyri-realdır”.
Respublika Partiyası hər şeyin normal məcrada davam edəcəyini iddia edir. Lakin “Aykakan Jamanak” qəzeti şəxsi mənbələrinə istinadən partiya daxilində parçalanmaların olduğunu, Karapetyanın digər fraksiyalarla da anlaşdığını yazır. Bu isə Ermənistanda siyasi böhranın baş verməsi üçün potensial səbəb hesab olunur.

Karapetyanın rusiyayönlü olduğu və indiki postunu Kremlin sayəsində əldə etdiyi sirr deyil. Ona görə də Sarkisyana qarşı mübarizədə o, Rusiyadakı milyarder “həmkarları"nın yardımından yararlanmağa cəhd göstərir. Elə “Ermənistan Sərmayəçilər Klubu”nun yaradılması buna misal ola bilər. Bu arada qeyd edək ki, “Ermənistan Sərmayəçilər Klubu” üzvlərinin əksəriyyətinin borcunu Rusiyada yaşayan erməni milyarder Samvel Karapetyan ödəyib. Bu da artıq Karen Karapetyana dəstəyin açıq ifadəsi sayılır.  Məsələ burasındadır ki, “Ermənistan Sərmayəçilər Klubu”nu əlində saxlamaq üçün Sarksiyan  Haqik Çarukyan amilindən istfiadə edirdi. Haqik Çarukyan müxalifət sayılsa da, Serj Sarkisyanın “milyarderi” hesab olunur. “Ermənistan Sərmayəçilər Klubu”nun  Çarukyana olan borclarının Samvel tərəfindən alınması klubun Sarkisyana qarşı fəaliyyət göstərəcəyini ehtimal etməyə əsas verir. Bu baxımdan milyarderlərin indiki prezidentə qarşı birləşdiyini söyləmək mümkündür. Elə bu səbəbdən Sarksiyanın  bütün diqqətini qeyd olunan məsələyə yönəltdiyi, bunun isə ordudan tutmuş iqtisadiyyata qədər mənfi istiqamətdə təsirsiz ötüşmədiyi vurğulanır. Bu fonda  “Aykakan Jamanak” qəzeti vəziyyətin Ermənistan üçün daha da pisləşəcəyini xüsusi olaraq vurğulayır: “Ölkədə  sosial gərginlik artır və insanlar problemlərin həlli üçün tələblər irəli sürür. Ermənistan hakimiyyəti bunları həll etmək əvəzinə bütün potensialını kimin iqtidara rəhbərlik edəcəyi ilə bağlı mübarizəyə sərf edir. Bu isə ölkədə xaotik durumu dərinləşdirir və aydındır ki, belə vəziyyət Qarabağ məsələsində də müsbət heç nə vəd etmir. Bu mənada yaxın tezlikdə Qarabağ məsələsində dəyişiklər olması  da istina olunmur. Hər halda, Azərbaycan vəziyyətdən maksimum istifadə etməyə çalışacaq. Bu, hərb müstəvisində də ola bilər. Amma hadisələr hərbi müstəviyə daşınarsa, bu yaxşı heç nə vəd etmir“.

Əslində, bu mövqenin reallığı əks etdirdiyi də şübhə doğurmamalıdır. Hərbi  ba­xım­dan ki­fa­yət qə­dər güc­lü olan Azər­bay­can iş­ğal al­tın­da­kı əra­zi­lə­ri güc yo­lu ilə qay­tar­ma­ğa qə­rar ver­sə, Er­mə­nis­tan göz­lə­nil­di­yin­dən də bö­yük it­ki ve­rə­cək. Çün­ki Azər­bay­ca­nın əlin­də in­di ən müa­sir hər­bi tex­ni­ka­lar cəm­ləş­di­yi hal­da, Er­mə­nis­tan yal­nız ötən əs­rin köh­nə si­lah­la­rı ilə dö­yüş apa­ra bi­lər. Bu sə­bəb­dən he­sab edi­lir ki, İrə­van üçün ən məq­bul va­ri­ant məhz da­nı­şıq­lar ma­sa­sın­da Er­mə­nis­ta­nın əmə­li ad­dım­lar at­ma­sı­dır. Qeyd edi­lən səp­ki­də Er­mə­nis­ta­nın özün­də də möv­cud ha­ki­miy­yə­tə ün­van­la­nan ça­ğı­rış­lar ar­tır. “Aykakan Jamanak” qəzeti ya­zır ki, Qa­ra­bağ mü­na­qi­şə­si­nin güc yo­lu ilə çö­zül­mə­si­nə cəhd Er­mə­nis­tan üçün in­di­ki şərt­lər da­xi­lin­də qə­tiy­yən məq­bul de­yil: “Or­du in­di­ki ha­ki­miy­yə­tin si­ya­sə­ti nə­ti­cə­sin­də ge­də­rək zə­if­lə­yir. Şəx­si he­yət ça­tış­mır, əl­də olan hər­bi tex­ni­ka­nın bö­yük ək­sə­riy­yə­ti çox köh­nə­dir və baş­qa öl­kə­lər­də is­tis­mar­dan çox­dan çı­xa­rı­lıb. Azər­bay­can isə hər­bi­yə hər il mil­yard­lar­la dol­lar ayı­rır, ən yax­şı tex­no­lo­gi­ya­lar al­ma­ğa ça­lı­şır”. Bütün bunlar erməni cəmiyyətində yaranan xofu aydın nümayiş etdirir. Baş verənlərdən nəticə çıxarmayacağı təqdirdə bundan ən çox Ermənistanın özünün və onun rəhbərlyinin zərər görəcəyi indi bu ölkədə də çoxları üçün sirr deyil.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ