şənbə günü, 14 noyabr 2026
     

Levon Ter-Petrosyanın “nicat Azərbaycan torpaqlarını qaytarmaqdadır” konsepsiyası Ermənistanı bürüyür...

Image


Dağlıq Qarabağ münaqişəsinin həllinin gecikməsinin Ermənistana getdikcə daha böyük zərər vurmasını bu ölkədə etiraf edən qüvvələr də mövcuddur və onlar konfliktin həlli sürətlənmədiyi halda İrəvanı daha böyük fəlakətlər gözlədiyini də açıq şəkilə bəyan edirlər. Qeyd olunan xüsusda Ermənistanın sabiq dövlət başçısı Levon Ter-Petrosyanın açıqlama və mövqeləri daha çox diqqət cəlb edir.

Xatırladaq ki, Ter-Petrosyan bundan əvvəl dəfələrlə bildirib ki,  Ermənistanın düşdüyü acınacaqlı vəziyyətdən xilas olması üçün Qarabağ münaqişəsinin sürətli həlli vacibdir. Rəhbərlik etdiyi "Ermənistan Milli Konqresi" partiyasının son qurultayında isə o bu xüsusda bildirib: "Təhlükəsizliyin təmini, iqtisadi inkişaf və Ermənistanda demoqrafik vəziyyəti yaxşılaşdırmaq üçün Qarabağ münaqişəsi həll olunmalı, eləcə də Türkiyə ilə münasibətlər normallaşmalıdır. Danışıqlar masasında faktiki olaraq 1997-ci ildəki güzəştli nizama salınma variantı mövcuddur. Biz o zaman buna nail olsaydıq, bu illər ərzində çəkdiyimiz əzab və itkilərlə qarşılaşmazdıq. Heyfslənirəm ki, mənim bəzi həmkarlarım bu sadə həqiqətləri vaxtında başa düşmədilər və biz münaqişənin həlli üçün ən əlverişli anı itirdik". Sabiq prezident hesab edir ki, məsələnin sülh yolu ilə çözümü üçün ilk növbədə Dağlıq Qarabağ ətrafındakı ərazilər tərəflərin danışıqlar apardığı sənədə uyğun olaraq Azərbaycana qaytarılmalıdır. Son açıqlamalar göstərir ki, Levon Ter-Petrosyanın və onun rəhbərlik etdiyi qüvvələrin mövqeyində hansısa dəyişiklik yoxdur. "Ermənistan Milli Konqresi"nin mətbuat katibi Arman Musinyanın açıqlamaları da bunu göstərir. O qeyd edir ki, "Ermənistan Milli Konqresi" partiyası Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı partiyanın lideri Levon Ter-Petrosyanın əvvəlki mövqeyini dəstəkləyir. Onun sözlərinə görə, “Ermənistan Milli Konqresi” Ter-Petrosyanın 2016-cı ilin 17 dekabrında keçirilən partiya qurultayında münaqişənin həlli ilə bağlı irəli sürdüyü təklifi ən unikal variant hesab edir. Həmin vaxt Ter-Petrosyan onu açıq mətnlə vurğulayırdı  ki, Ermənistan Dağlıq Qarabağın nəzarət altında olan rayonlarını "azad edilmiş", "tarixi", "müqəddəs" və sair formada. adlandıra bilər, amma beynəlxalq ictimaiyyət onları işğal edilmiş hesab edir: "Biz bu əraziləri Azərbaycana yox, beynəlxalq instansiyalara veririk, biz BMT-nin və ATƏT-in tələblərini yerinə yetirməliyik”. Beləliklə, bütün bunlar elə o vaxt göstərirdi ki, Ter-Petrosyan Qarabağ məsələsində rasional mövqe sərgiləyir və ölkəsinin xilasının münaqişənin həllindən keçdiyini də aydın şəkildə bildirir. Elə indinin özündə də o, əvvəlki mövqeyində qalır. Belə ki, erməni mediasına son açıqlamasında keçmiş prezident vurğulayır ki, məhz Qarabağ konfliktindən istfiadə edib hakimiyyətə gələnlər Ermənistanı xaotik bir ölkəyə çevririb: "Ölkəmiz cəhənnəmə çevrilib. Həm kəndlərdə, həm də şəhərlərdə əhalinin 98 faizi yoxsulluq içərisində yaşayır. Ölkə rəhbərliyində xalqı fəlakətə sürükləyən oğrular, fırıldaqçılar, əclaflar, satqınlar əyləşib". Bütün bunlara son qoymağın yolu keçmişə prezidenət görə, məhz Qarabağ münaqişəsinin çözümündən keçir. Son açıqlamalar göstərir ki, Ter-Petrosyanın bu mövqeyi dəyişməz qalır və "Ermənistan Milli Konqresi" siyasi qüvvə olaraq sabiq dövlət başçısının bu siyasətinin əvvəlki qaydada dəstəkləyir. Çünki bu qüvvələr görür ki, Qarabağ münaqişəsinin həllinin uzanmasının ən böyük zərbəsi erməni xalqına dəyir və konfliktin mövcudluğu şəraitində Ermənistan daha böyük sürətlə uçuruma gedir.

Ter-Petrosyana sadiq qüvvələr gizlətmir ki, sözügedən konfliktdən istifadə edib  hakimiyyətdə qalan Serj Sarksiyan rejimi Ermənistanı bərbad vəziyyətə salıb. Bu rejim üzündən Ermənistanda iqtisadiyyat iflic vəziyyətinə düşüb. Ölkədə miqrasiya problemi dəhşətli hal alıb və insanlar kütləvi surətdə Ermənistandan qaçır.  Digər tərəfdən, Ermənistan təcrid vəziyyətinə düşüb və bu, Qarabağ məsələsi həllini tapmayana qədər daha da dərinləşəcək. Etiraf edilir ki, Ermənistan xalqının üzləşdiyi fəlakət heç zaman bu qədər dəhşətli olmayıb və bu vəziyyət bundan sonra da davam edəcək. Bu fonda Ermənistanın gələcəyini düşünən, ölkənin işğalçılıq siyasətindən imtina etməsinin ilk növbədə Ermənistanın mənafeyinə xidmət etdiyini söyləyən siyasi qüvvələr hesab edir ki, dövlət olaraq gələcəkləri işğala son qoyulmasından asılıdır. Levon Ter-Petrosyan özü isə yenə də bildirir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Ermənistanın nicatıdır. Hadisələrin gedişi onu göstərir ki, Levon Ter-Petrosyana bağlı qüvvələrin Qarabağ konfiktinə dair mövqeyi hakimiyyət tərəfindən qəbul olunmasa, Ermənistanda sistemli böhran yeni mərhələyə daxil olacaq. Elə bu fonda da Ermənistan cəmiyyətində, dövlətində siyasi kataklizmlər, hakimiyyət-vətəndaş qarşıdurması daha da güclənəcək, ölkənin sürətlə zəifləməsi prosesi daha intensiv xarakter alacaq. Məsələnin bu tərəfinə nəzər salan İrəvan Beynəlxalq İnsan İnkişafı Mərkəzinin sədri Tevan Poqosyan bildirir ki, Qarabağ münaqişəsi Ermənistanı yalnız uğursuzluqlara sürükləyib: "Heç kimə sirr  deyil ki, bu konflikt Ermənistanda bir çox məsələlərin, o cümlədən sosial-iqtisadi problemlərin həllinə imkan vermir. Biz nə istədiyimizi və nəyə nail olduğumuzu qiymətləndirmək istəsək, bütün problemlərə uğursuzluq müstəvisində baxmaq olar. Biz Qarabağda tərəfimizdən arzu olunan həll qərarına nail ola bilmədik.  Ötən il üçün yeganə əhəmiyyətli müvəffəqiyyətimiz Ermənistan-Avropa Birliyi sazişin imzalanmasıdır.  Amma bu addımı son məqsədin nailiyyəti adlandırmaq primitivlik olardı. Nəyin altında imza atırsansa, ona həyat verməlisən. 2018-ci il Ermənistanda effektiv diplomatiyanın həyata keçirilməsi ili olmalıdır ki, Avropa Birliyinin bütün üzv ölkələri müqaviləni təsdiqləsin və biz onlarla birlikdə onun reallaşdırılmasına başlayaq. Daxildə isə əsas vəzifə keyfiyyətli islahatların reallaşdırılması olmalıdır. Amma unutmayaq ki, bu müqavilə Rusiyanın bizə münasibətinə təsir göstərir. Bu münasibət özünü ilk növbədə Qarabağ məsələsində büruzə verəcək. Bizi Qarabağ münaqişəsi ilə bağlı daha böyük çətinliklər gözləyir. Bizə məlumdur ki, Rusiya Federasiyasında  seçkilərdir, Ermənistanda baş nazir seçkiləri keçiriləcək. Bunlar mövzulara və templərə təsir edəcək. Həqiqətdə isə mən inanmıram ki, bizdə irəliləyiş olacaq, əksinə, müxtəlif situasiyalarda vəziyyətin kəskinləşməsinə hazır olmaq lazımdır. Seçkilərdən sonra Qarabağ məsələsində aktivləşmə gözlənir. Amma bu bizim lehimizə olmayacaq". O hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Ermənistanın gələcəyi yoxdur.

İndilikdə hesab edilir ki, İrəvan həm beynəlxalq hüquq normaları, həm də Ermənistanın gələcəyi baxımından Qarabağ münaqişəsinin həlli istiqamətində konstruktiv addımlar atmalıdır. Özü də bunu mümkün qədər tez həyata keçirməlidir, əks halda Qarabağ savaşının yenidən alolanması qaçılmaz olacaq. Yeni müharibə isə Ermənistanın iqtisadi, siyasi, humanitar tənəzzlününün daha sürətli xarakter alması anlamına gəlir. Rusiyalı hərbi ekspert Pavel Felqenhauer də məhz bu mövqedən çıxış edir. O vurğulayır ki, 2018-ci ildə Qarabağ münaqişəsi ilə bağlı addım atılmasa, müharibə qaçılmazdır və bu müharibə üçün erməni tərəfinin resursları kifayət deyil.  Onun sözlərinə görə, Cənubi Qafqaz üçün ən təhlükəli ocaq Qarabağ münaqişəsidir. Bu münaqişənin yenidən baş qaldırması ehtimalı çox yüksəkdir, eyni zamanda bu, Rusiya və ABŞ-ın əməkdaşlıq etdiyi yeganə platformadır: "Vasitəçilik edən ölkələr üçün bu münaqişə hələ də partlayış baş verməməsi üçün seçilməli bir mövzu olaraq qalır. Çünki bu münaqişə naminə hətta vasitəçilər də münaqişə ilə bağlı aralarındakı ziddiyətləri bir kənara qoymağa və tərəfləri münaqişənin həllinə məcbur etməyə tamamilə hazır deyil. ABŞ prezidenti Donald Tramp yeni bir təhlükəsizlik anlayışı ortaya qoyub və bu konsepsiya dünyada qeyri-sabitliyə aparır. Qərb Ukraynanı təhlükəli silahlarla təmin edir.

Lakin Qarabağ məsələsində, hələ ki, ABŞ və Rusiya əməkdaşlıq edir. Bununla belə, onlar konfliktin çözümü üçün əməli addımlar atmasalar, müharibə qaçılmaz olacaq". Felqenhauer müharibənin tərəflər, xüsusən də Ermənistan üçün əlverişli olmadığını, lakin müharibə təhlükəsinin yüksək olaraq qaldığını qeyd edib: "Burada iqtidar elitalar öz iradələrini digər tərəfə diqtə etmək üçün əzm və diplomatik uğur göstərməlidir. Amma eyni vəziyyətdən irəli gələrək demək olar ki, müharibə tərəflər üçün əlverişli deyil, ancaq müharibə təşəbbüsü bəzən elitalardan asılı olmadığına görə bu təhlükə yüksək olaraq qalır". Ekspert qeyd edir ki, ötən illər ərzində Azərbaycan hərbi və iqtisadi resurslarını xeyli artırıb və bu da ona Ermənistan üzərində üstünlüklər vəd edir. O, erməni tərəfinin bunu nəzərə almasının vacib olduğunu da vurğulayıb.

İndilikdə görünən odur ki, ekspertin dediklərini Ermənistanda daha çox Levon Ter-Petrosyan və ona bağlı "Ermənistan Milli Konqresi" nəzərə alır. Sarksiyan rejiminin, hələ ki, əks mövqedə olması Ermənistanı böyük sürətlə fəlakətə doğru aparır. Qlobal və regional əməkdaşlıq üzrə analitik mərkəzin direktoru Stepan Qriqoryan bildirir ki, Sarksiyan iqtidarı meydana real iradə qoyarsa, 2018-ci ildə Qarabağ danışıqlarında irəliləyiş ola bilər.

Ekspert qarşıdakı 6 ayda proseslərin sabit qalacağı və real addımlar atılacağı halda Qarabağ danışıqlarında müsbət irəliləyişin olacağını qeyd edib: "Tendensiyalar dəyişir. Müsbət siqnallar davam etsə, 6 aydan sonra Qarabağ danışıqlarının bərpasını və irəliləyişini görə biləcəyik". Amma o, bunun üçün İrəvanın əməli addımlar atmasının vaciblyini də etiarf edir. Əks vəziyyətdə Ermənistanı uçurumun dibinə salacaq müharibənin başlanması qaçılmaz sayılır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ