şənbə günü, 14 noyabr 2026
     

Ermənistanın gözləmədiyi zərbə perspektivi açıldı – BMT qətnamələrindən yayınması TŞ-nin iclasına çıxarıla bilər…

Image


Azərbaycan xarici siyasətinin bir nömrəli vəzifələrindən hesab edilən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı diplomatik müstəvidə fəallığın cari il ərzində də kifayət qədər yüksək olması gözlənir. Hadisələrin inkişaf axarı indidən tam qətiyyətlə deməyə əsas verir ki, bu konfliktlə bağlı durum yenə ən nüfuzlu beynəlxalq təşkilatlarda, müxtəlif qurumlarda başlıca müzakirə mövzuları sırasında yer alacaq.

Belə təşkilatlardan biri qismində ilk növbədə BMT-ni xüsusi qeyd etmək lazım gəlir. Real vəziyyətin təhlili göstərir ki, Qarabağ konflikti cari il ərzində  BMT-də diqqət mərkəzində olacaq mühüm mövzular sırasında yer alacaq. Təbii ki, bütün bunlar həm də Azərbaycan diplomatiyasının, rəsmi Bakının iki və çoxtərəfli əlaqələrinin məntiqi nəticəsi sayıla bilər.

O da bəllidir ki, Azərbaycandan fərqli olaraq, Ermənistan Qarabağ münaqişəsinin sırf ATƏT-in Minsk Qrupu çərçivəsində müzakirə olunmasına və qərarların məhz burada qəbul edilməsinə çalışır. Amma məsələnin daim beynəlxalq gündəlikdə qalmasını təmin etmək məqsədilə Azərbaycan fərqli, özü də olduqca uğurlu bir siyasət yürüdür. Elə bunun nəticəsidir ki, cari il ərzində sözügedən konfliktin müxtəlif beynəlxalq tribunalarda aktiv müzakirəsi, bu xüsusda yeni sənəd və qətnamələrin qəbulu gözlənir. Yuxarıda qeyd olunduğu kimi, münaqişənin fəal şəkildə müzakirə ediləcəyi məkanlardan birinin də BMT olması proqnozlaşdırılır. Artıq məlumdur ki, Moldova Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM-ın 2018-ci il üzrə fəaliyyətdə olan sədri kimi ”GUAM məkanındakı uzun sürən münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün nəticələri barədə” birgə qətnaməsini BMT Baş Assambleyasının növbəti iclasında irəli sürəcək. Bu, Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyi tərəfindən 2018-ci il üçün ölkənin GUAM sədrliyi ilə bağlı bəyanatında da öz təsdiqini tapıb. GUAM məkanındakı uzun sürən münaqişələr sırasında isə ilk növbədə məhz Qarabağ konflikti gəlir.

Bundan başqa məlumdur ki, 2018-ci il yanvarın 1-də Qazaxıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının sədri vəzifəsinin icrasına başlayıb. Astananın bu statusda prioritetləri Mərkəzi Asiya maraqlarının inkişafı, terrorizmə qarşı mübarizə, nüvə silahı olmadan sülhə nail olma, qlobal münaqişələrin tənzimlənməsi və qlobal müharibə təhlükəsinin kənarlaşdırılmasıdır. Belə vəziyyətdə Qazaxıstan tərəfindən Qarabağ konfliktinin BMT Təhlükəsizlik Şurasında qaldırılması da istisnalıq təşkil etmir.

Xatırlatmaq yerinə düşərdi ki, Qazaxıstanın Qarabağ məsələsində tutduğu mövqe Ermənistanda daim ciddi narahatlıq və narazılıq yaradıb. Hələ 4 il əvvəl Ermənistan  Avrasiya İqtisadi İttifaqına daxil olanda, məhz Azərbaycan rəhbərlyinin müraciəti əsasında, Qazaxıstan Qarabağ məsələsini İrəvan qarşısında konkret şərt kimi qoydu. Elə bunun nəticəsində Ermənistan Avrasiya İqtisadi İttifaqına Qarabağsız daxil oldu. O dövrdə Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycan prezidenti İlham Əliyevin məktubunu oxuyaraq bildirdi ki, Ermənistan Avrasiya İqtisadi İttifaqına yalnız beynəlxalq birlik tərəfindən tanınmış sərhədlər çərçivəsində qoşula bilər. Bütün bunlar o dövrdən erməni tərəfinin Qazaxıstandan incik qalması ilə nəticələndi. Sonradan isə ermənilər açıq şəkiləd etiraf etməyə başladılar ki, Avrasiya İqtisadi İttifaqında Qazaxıstan birmənalı şəkildəqurumda təmsil olunmayan Azərbaycanı dəstəkləyir. Proseslərin sonrakı gedişi göstərdi ki, təkcə Avrasiya İqtisadi İttifaqında yox, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) da  Azərbaycana dəstək verən ölkələrdən biri məhz Qazaxıstandır. Ümumiyyətlə, bu qurumlarda yalnız Qazaxıstan deyil, Belarusun da mövqeyi həmişə Azərbaycana yaxın olub.  Ermənistan tez-tez bu ölkələri ittiham edir ki, onlar Dağlıq Qarabağ münaqişəsində Ermənistanın deyil, Azərbaycanın mövqeyini dəstəkləyir. Bu ölkələrin başçıları isə hər dəfə Dağlıq Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini diqqətə çatdırıblar. Ona görə ki, hər iki tərəfin münasibətləri ilk növbədə beynəlxalq prinsiplərə söykənir. Bu normaların da əsasında ərazi bütövlüyü durur. Ümumiyyətlə, Qazaxıstanın separatizmə münasibəti bəllidir. Çünki Qazaxıstan beynəlxalq təhlükəsizliklə bağlı təşəbbüslərdə münaqişələri dinc yolla, müharibəsiz həll etməyə çağırır. Ermənistan KTMT-a rəhbərlik dövründə bu ölkələrdən hərbi dəstək gözləyirdi. Bu dövrdə Qarabağ münaqişəsi gərginləşən zaman ermənilər bu ölkələri onların yanında olmağa çağırırdı. Hətta Ermənistan istəyirdi ki, KTMT ölkələri Azərbaycana qarşı addım atsın. Bu ölkələr isə həmişə bəyan edirdilər ki, məsələ dinc yolla, ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bütün bunlar fonunda Qazaxıstanın BMT Təhlükəsizlik Şurasının sədri vəzifəsində Qarabağ məsələsinə hansı yanaşma sərgiləyəcəyi Ermənistanda təşviş yaradır. İrəvan, ümumiyyətlə, Qazaxıstanın BMT Təhlükəsizlik Şurasının sədri vəzifəsində bu məsələyə toxunmasına qarşıdır. Amma qazax politoloq Rəsul Cumalı hesab edir ki, Qazaxıstanın BMT Təhlükəsizlik Şurasında Qarabağa dair qətnamələrin Ermənistan tərəfindən yerinə yetirilməməsi məsələsini qaldıracağını istisna etmək olmaz: “Belə ehtimal mövcuddur. Onun nə qədər yüksək olmasını isə iddia edə bilmərəm. Belə ki, bu məsələyə bizim BMT-dəki rəsmi diplomatik nümayəndələrimiz cavab verməlidir. Bununla belə, istərdim ki, Qazaxıstan BMT Təhlükəsizlik Şurasında bu məsələni qaldırsın. Həmçinin Qarabağ münaqişəsi yalnız türk dünyası üçün deyil, bütün postsovet ərazisi üçün ən həyati məsələlərdən biri, sağalmamış yaradır. Qazaxıstanın bu məsələdə mövqeyini özünüz də bilirsiniz, mövqeyimiz yetərincə prinsipialdır. Astana qeyd-şərtsiz Azərbaycanın ərazi bütövlüyü məsələsini dəstəkləyir”. Ekspert məsələ ilə bağlı “ordu” portalına bildirir ki, Qazaxıstanın BMT Təhlükəsizlik Şurasındakı sədrliyinin asan olmayan dövrə təsadüf etməsi isə başqa məsələdir:  “Beynəlxalq gündəmdə Suriya, KXDR, Ukrayna, Venesuela, İran kimi problemlər aktualdır. Həmçinin Qazaxıstanın BMT TŞ-dəki sədrliyi ona istiqaməti müəyyənləşdirmək imkanı vermir. Bu, aparıcı dünya oyunçularının düşüncələrinin nəzərə alınması və onlara moderatorluq etməkdir. Eləcə də Qazaxıstan vətəndaşı və vətənpərvər insan kimi Qazaxıstanın Dağlıq Qarabağa dair BMT Təhlükəsizlik Şurası qətnamələrinin Ermənistan tərəfindən yerinə yetirilməməsi məsələsinin qaldırılmasını çox istərdim”. Ümumiyyətlə, bu istiqamətdə Azərbaycan tərəfinin fəal gedişləri ilə Qazaxıstanın BMT Təhlükəsizlik Şurasında Qarabağ mövzusunu gündəmə gətirməsi tamamilə gözləniləndir. Erməni tərəfi bu vəziyyətdə Azərbycanın Qarabağ məsələsində daha bir diplomatik üstünlüyə imza atacağını bildirir. Beynəlxalq İnsan İnkişafı Mərkəzinin rəhbəri Tevan Poqosyan Bakının, İrəvandan fərqli olaraq, Qarabağ münaqişəsi ilə bağlı olduqca uğurlu gedişlər etdyini vurğulayır: “Keçən il Qarabağla bağlı arzuladığmız həllə nail ola bildikmi? Xeyr! Ermənistan başqa istiqamətlər üzrə daha yaxşı tərəfdaş və qlobal oyunçuya necə, çevrildimi? Yenə xeyr!”. O hesab edir ki, İrəvan uğursuzluğa düçar olduğu halda Bakı tamam fərqli nailiyyətlərə imza atır. Onun  bu mövqeyi erməni siyasi şərhçisi Sarkis Artsruni tərəfindən də bölüşülür: “Azərbaycanın xarici siyasəti üçün əsas mövzu Dağlıq Qarabağ problemi olaraq qalır. Bunu özünün yeni il müraciətində Azərbaycan prezidenti deyib. Onun sözlərinə görə, 2017-ci ilin əsas uğuru o olub ki, “Ermənistan qeyd-şərtsiz danışıqlar prosesinə qayıdıb. Baxmayaraq ki, ötən il ön şərtlər irəli sürürdü”. “Azərbaycan Ermənistanın irəli sürdüyü şərtlərin heç birini qəbul eləmədi və danışıqlar qeyd-şərtsiz bərpa olundu” – Əliyev bildirib. Ermənistanın danışıqlar prosesinə qayıtmasını Azərbaycanın qələbə hesab eləməsi ikili təəssürat yaradır. İrəvan keçən il həqiqətən də İlham Əliyev-Serj Sarksiyan görüşünə razılıq verdi, halbuki, Bakı ardıcıl və inadlı şəkildə Vyana və Sankt-Peterburq görüşləri zamanı əldə olunmuş təmas xəttində insidentləri araşdırma mexanizmləri yerləşdirilməsindən imtina eləmişdi. Və İrəvanda aprel müharibəsindən sonra Sarksiyanın sərt mövqedən bu cür geri çəkilməsini tənqid edənlər oldu. Ümumi nəticə isə budur ki, Azərbacan istəyinə nail oldu və bunu cari ildə də davam etdirməyəi düşünür”.

Yeri gəlmişkən bir məqamı da qeyd edək ki, BMT ilə yanaşı, cari il ərzində ATƏT-də də Qarabağ məsələsi xüsusi diqqət mərkəzində yer alacaq. Bunu 2018-ci il yanvarın 1-dən etibarən ATƏT-ə sədrlik edən İtaliya  Xarici İşlər Nazirliyi də təsdiq edir. Belə ki, İtaliya XİN-i ölkənin ATƏT-də sədrliyinin əsas prioritetlərini açıqlayıb. Bildirilir ki,  Avropanın problemli nöqtələri olan Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya və Dnestryanı mövzularına xüsusi diqqət  yetiriləcək. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu mövqenin rəsmi Bakı təərfindən yüksək qiymətləndirildyini bildirir. O qeyd edir ki, Azərbaycan ATƏT-in 2018-ci il üzrə fəaliyyətdə olan sədri kimi İtaliyanın prioritetləri sırasına Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi və səyləri ilə həll edilməsinin daxil edilməsini müsbət qiymətləndirir: "Biz ATƏM-in (sonradan ATƏT adlandırıldı) Minsk konfransının və sonradan ATƏT-in Minsk Qrupunun sədri olmuş İtaliya parlamentinin üzvü və İtaliya xarici işlər nazirinin müavini Mario Rafaelli tərəfindən BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinə əsasən hazırlanmış Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan “Təcili tədbirlər haqqında vaxt cədvəli”ni çox yaxşı xatırlayırıq. Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına dair “Təcili tədbirlər haqqında vaxt cədvəli” BMT TŞ-nın 853 saylı qətnaməsinin əlavəsi kimi təqdim edilib”.
O əlavə edib ki, 874 saylı qətnamədə BMT Təhlükəsizlik Şurası ATƏT-in Minsk Qrupu tərəfindən təqdim olunan “Təhlükəsizlik Şurasının 822 və 853 saylı qətnamələrinin icrası üçün təcili tədbirlər haqqında yenilənmiş vaxt cədvəli” adlı sənədini alqışlayır və təqdir edir: ”Həmçinin, BMT TŞ-nin 874 saylı qətnaməsində ATƏM-in Minsk Qrupunun “Yenilənmiş vaxt cədvəli”ndə nəzərdə tutulan qarşılıqlı və təcili tədbirlərin həyata keçirilməsinin təmin olunması, xüsusən işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması tələb olunur. Biz ümid edirik ki, İtaliya ATƏT-in fəaliyyətdə olan sədri statusunda BMT TŞ-nın müvafiq qətnamələrinin tələblərinin yerinə yetirilməsi üçün öz mövqeyində davamlılıq nümayiş etdirəcək”. Bütün bunlar müxtəlif beynəlxalaq  cəbhələrdə Qarabağ məsələsinin Azərbaycanın istəyinə müvafiq olaraq xüsusi diqqət mərkəzində saxlanacağını göstərir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ