şənbə günü, 14 noyabr 2026
     

Pakistandan Prezident Əliyevin “Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz” bəyanatına dəstək…

Image


Müqəddəs məscidləri dağıtmış təcavüzkar ölkə müsəlman ölkəsinin dostu ola bilməz. “Trend”in məlumatına görə, bu barədə Pakistanın Daily Times, National Courier, Election Times qəzetlərində və bu qəzetlərin elektron səhifələrində dərc olunmuş məqalədə bildirilir.

Məqalədə yeni yaradılmış Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlığının Ermənistanı qəzəbləndirdiyi, Pakistan, Azərbaycan və Türkiyənin strateji tərəfdaş olduqları, bu üç ölkə arasındakı diplomatik münasibətlərin qarşılıqlı hörmətə, eyni zamanda tarixi, dini və siyasi ortaq cəhətlərə əsaslandığı qeyd olunur.

Həmçinin bildirilir ki, diplomatik münasibətlər qurulandan bəri bu ölkələrin hökumətləri və siyasi rəhbərləri dostluq və qardaşlıq bağlarının daha da inkişafına və möhkəmləndirilməsinə çalışır: "Ermənistan terrorizmin qaynağı, Azərbaycana və Türkiyəyə qarşı etnik təmizləmə siyasəti həyata keçirmiş təcavüzkar ölkədir və onun ərsəyə gətirdiyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, eləcə də Ermənistanın özü Cənubi Qafqaz, həmçinin Avropa üçün potensial təhlükəsizlik təhdididir: "Ermənistanın vaxtı keçmiş və hazırda dünyada ən təhlükəli sənaye obyektlərindən olan Metsamor AES də Cənubi Qafqaz və Avropa İttifaqı üçün təhlükə olmağa davam edir. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA), ABŞ və digər Qərb dövlətləri Metsamor AES-in yenidən işə salınmasına öz etirazlarını bildirib. Rəsmi Vaşinqton inanır ki, 407 meqavat gücündəki Metsamor reaktoru dünyada ən təhlükəli reaktorlardan biridir. Avropa İttifaqı da, öz növbəsində, AES-i bütün region üçün ciddi təhlükə hesab edir. Öz əhalisini qorumaq üçün region ölkələri olan Azərbaycan, Türkiyə və Gürcüstan da dəfələrlə Ermənistanı vaxtı keçmiş Metsamor AES-i dərhal bağlamağa çağırıb. Bütün bunlara baxmayaraq, Ermənistan hələ də nüvə təhlükəsizliyinə ciddi əhəmiyyət vermir və bu, eyni zamanda, AEBA protokollarının da pozulduğunu açıq göstərir".

Məqalədə vurğulanır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan hər zaman dialoqa hazır olsa da, Ermənistan özünün işğalçılıq siyasətinin nəticələrini möhkəmləndirmək, qəbuledilməz və davamlı olmayan status-kvonu qoruyub saxlamaq üçün ardıcıl tədbirlər həyata keçirir: "İşğal olunmuş ərazilərdə hərbi təlimlərin, siyahıyaalmanın keçirilməsi, suriyalı ermənilərin həmin ərazilərdə məskunlaşdırılması, referendum və seçkilərin keçirilməsi beynəlxalq hüququn və atəşkəs sazişinin ciddi şəkildə pozulması deməkdir".

Müəllif qeyd edir ki, Azərbaycanın mülki əhalisinə və obyektlərinə qarşı Ermənistanın həyata keçirdiyi birbaşa və düşünülmüş hücumlar beynəlxalq humanitar hüququn və insan hüquqlarının, xüsusən də 1949-cu il Cenevrə Konvensiyaları və ona 1 saylı Əlavə Protokolun, Uşaq Hüquqları Konvensiyasının və İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi üzrə Konvensiyanın kobud şəkildə pozulmasıdır.

Məqalədə diqqətə çatdırılır ki, Ermənistan qanunsuz olaraq işğal olunmuş ərazilərin demoqrafik, mədəni və fiziki xarakterini dəyişir: “Ermənistanın mədəni dəyərlərə və irsə qarşı terrorçu fəaliyyəti hər kəsə məlumdur. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi başlanandan və Azərbaycan əraziləri işğal olunandan bəri ermənilər Azərbaycanın zəngin mədəni sərvətlərini talayıb. Ermənistan məqsədyönlü şəkildə Azərbaycanın mədəni, irsi, müqəddəs və tarixi yerlərini, islam aləminə aid abidələrini məhv edir”.

Müəllif xatırladır ki, BMT Təhlükəsizlik Şurası Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və yeddi ətraf rayonu tərk etməsi ilə bağlı dörd qətnamə qəbul edib və beynəlxalq güclərin və təşkilatların ikili standartları səbəbindən bu günə qədər həmin qətnamələr yerinə yetirilməyib.

Pakistanın münaqişəyə dair mövqeyi ilə bağlı məqalədə qeyd olunur ki, Pakistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü onun beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində tam dəstəkləyir: “Pakistan Ermənistan qoşunlarının işğal olunmuş bütün Azərbaycan ərazilərini dərhal, tam və qeyd-şərtsiz tərk etməsi ilə bağlı BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının qətnamələrinin yerinə yetirilməsini daim tələb edir və beynəlxalq ictimaiyyəti və təşkilatları da Ermənistanı bu qətnamələrin icrasına vadar etməyə çağırır. Bu ölkə, həmçinin, Azərbaycan Respublikasının Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istiqamətində göstərdiyi səylərin tərəfdarı kimi mütəmadi çıxış edir”.

Müəllif yazır ki, Azərbaycan Respublikası 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi altında böyük sosial-iqtisadi inkişaf, geosiyasi sabitlik və geostrateji əhəmiyyət əldə edib: "Ermənistanın makro-iqtisadi inkişafı isə ölkədən kütləvi beyin axını ilə səciyyələnir. Azərbaycan hazırda Cənubi Qafqazın iqtisadi lideri və Xəzər hövzəsi regionunda da əhəmiyyətli iqtisadi aktordur.”

Məqalədə vurğulanır ki, Azərbaycanın inkişafı və nailiyyətləri bütün müsəlman ölkələri üçün qürur mənbəyidir və eyni zamanda, Azərbaycan bir çox ölkələr üçün yaxşı idarəçilik nümunəsidir: “Azərbaycan Xalq Cumhuriyyəti müsəlman dünyasında ilk demokratik respublika olub. Onun əsas nailiyyətlərindən biri də qadınlara seçki hüququnun verilməsi idi ki, o dövrdə bir çox Avropa ölkələrində bu hüquq hələ mövcud deyildi. Lakin Ermənistan müasir dövrdə də öz vətəndaşlarının bir çox əsas insan hüquqlarını inkar edir və nəticədə ölkədə səfalət tüğyan edir, işsizlik, inflyasiya və borclanma yüksək səviyyədədir”.

Pakistan-Azərbaycan-Türkiyə əlaqələrinə toxunan müəllif bu günlərdə üçtərəfli diplomatik münasibətlərin daha da intensiv hal aldığını bildirir və bu ölkələrin birgə bəyannamə imzalayaraq, mövcud dinamik əlaqələrin daha da genişləndirilməsi və şaxələndirilməsi istiqamətində qərarlı olduqlarını qeyd edir: “Yeni Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli əməkdaşlığının əsası 2017-ci il noyabrın 30-da Bakıda keçirilmiş xarici işlər nazirlərinin 1-ci görüşündə qoyulub. Bu üçtərəfli format ölkələrin ümumi mənfəətlərinə xidmət edəcək ortaq strategiyaların işlənib hazırlanması və layihələrin irəli sürülməsi üçün innovativ və əhəmiyyətli platforma rolunu oynayacaq”.

Müəllif yeni yaradılmış Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli əməkdaşlığından Ermənistanın xeyli qəzəbləndiyini və bu əməkdaşlığı bütün imkanları çərçivəsində pozmağa çalışdığını, hətta bəzən bəzi təcrübəsiz Pakistan mediasının nümayəndələrini də ələ almağa, Ermənistana maraq yaratmaq yönlü məqalələr dərc etməyə, Pakistan ictimaiyyətində Azərbaycan və Türkiyə haqqında yanlış rəy yaratmağa çalışdığını qeyd edir. Bəzən təcrübəsiz media nümayəndələrinin müsəlman ölkələrinə aid bəzi yemək adlarını Ermənistanın milli mətbəxinin nümunələri kimi qələmə verdikləri, hətta Ermənistanın “Böyük Ermənistan”ın xülyaları altında Türkiyəyə qarşı ərazi iddialarını nəzərə almayaraq Ağrıdağı Ararat adı ilə verərək təcavüzkara əsas vermis olduqları, Türkiyənin Agrıdağını daim öz ərazisi kimi göstərən Ermənistanın bir daha beynəlxalq huququn bütün normalarını pozduğu, Türkiyəyə qarşı Ermənistanın qaldırdığı soyqırım iddialarının da əsassız olduğu və bu məsələnin tarixçilər tərəfindən araşdırılması təklifindən Ermənistanın hər vəchlə yayındığı məqalədə öz əksini tapır.

Ermənistanın Türkiyəyə qarşı soyqırım iddialarının siyasi xarakter daşıdığını, ermənilərin birinci dünya müharibəsi zamanı Türkiyə ərazisində, Anadoluda, 1918-ci ildə Bakıda, Azərbaycanın digər şəhərlərində, 1992-ci ildə Xocalıda törətdikləri soyqırım və vəhşilikləri dünya ictimaiyyətinə unutdurmağa çalışdıqları bildirilir. Müəllif bu media nümayəndələrinə və Ermənistanın cəhdlərinə cavab olaraq, Pakistan-Azərbaycan-Türkiyə əlaqələrinin qardaşlıq, yaxın dostluq və strateji tərəfdaşlıq münasibətləri olduğunu, qarşılıqlı inama, hörmətə, tarixi mənəvi dəyərlərə, adət-ənənələrə əsaslandığını və möhkəm tellərlə bağlandığını qeyd edir. Məqalədə işğal olunmuş Azərbaycan torpaqlarında islam mədəniyyətinə aid müqəddəs məscidlərimizi, digər dini abidələrimizi dağıtmış Ermənistanın heç vaxt müsəlman ölkəsinin səmimi dostu olmayacağı xüsusi vurğulanır.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ