şənbə günü, 14 noyabr 2026
     

ABŞ İran etirazçılarına “vaxt gələndə daha böyük dəstək” vəd etdi…

Image


Qonşu İranda son bir neçə gündə baş verənlər, bütün dünyada olduğu kimi, ölkəmizdə də xüsusi diqqət mərkəzindədir. Bunun ümdə səbəbi İranın Azərbaycanla həmsərhəd ölkə olması, iki dövlət arasında dərinləşən münasibətlər və heç şübhəsiz ki, cənubda yaşayan milyonlarla soydaşımızdır.

Xatırladaq ki, dekabrın 28-dən Tehran, Məşhəd və Kirmanşah daxil olmaqla, İranın bir neçə şəhərində kütləvi etiraz aksiyaları keçirilir. Ölkənin əhali sayına görə ikinci böyük şəhəri olan Məşhəddə başlayan etiraz aksiyaları sonradan bütün ölkəni bürüyüb. Yüksək qiymətlərə etiraz olaraq keçirilən aksiyalar daha sonra hökumət əleyhinə nümayişlərə çevrilib. Etiraz aksiyalarında Suriyadakı müharibəyə etiraz edilir, ali dini lider Xamneyinin istefaya getməsi istənir. Son 6 gündə etiraz aksiyası ilə bağlı ölənlərin sayının 30 nəfərə çatdığı bildirilir. Kütləvi etirazlar zamanı 500-dək insanın saxlandığı qeyd olunur. İranın Təhlükəsizlik Nazirliyi (ETTELAAT) məlumat yayaraq bildirib ki, son hadisələrin təhrikedicilərindən, təxribatçı və iğtişaşçılardan bəziləri müəyyən edilib və həbs olunub. İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı Məhəmməd Əli Cəfəri isə deyib ki, ölkə şəhərlərindəki özbaşınalıq başa çatıb: “Düşmənlər anlamalıdır ki, İrana qarşı hərbi təhdidlər işləməyəcək. Bu gün biz qiyamçıların məğlub olduğunu bəyan edə bilərik”. İran rəsmiləri aksiyaların xarici qüvvələrin ölkəyə gətirdiyi xüsusi agentlər tərəfindən idarə olunduğunu iddia edir. Bununla yanaşı, Məhəmməd Əli Cəfəri ad çəkmədən iddia edib ki, aksiyaların arxasında dayanan qüvvələrdən biri də İranın sabiq prezidenti Mahmud Əhmədnejat və tərəfdarlarıdır.

Amma belə görünür ki, baş verənlər fonunda İranda hələ tam səngiməyən aksiyalara xaricdən, xüsusən də Qərbdən dəstək davam edəcək. Söhbət ilk növbədə ABŞ-dan gedir. Elə etirazlar başladıqdan az sonra ABŞ prezidenti Donald Tramp İranda hakimiyyətə qarşı keçirilən etiraz aksiyalarına artıq bir neçə dəfə dəstəyini ifadə edib:  “Vaxtı gələndə ABŞ-dan böyük dəstək görəcəksiniz”- deyən ABŞ prezidenti bildirib ki, İranda dəyişikliyin zamanı yetişib: “Böyük İran xalqı illər boyu repressiyalara məruz qalıb. Onun yeməyə və azadlığa ehtiyacı var. İranda insan hüquqlarının pozulması ilə yanaşı, ölkənin maddi rifahı talan edilib. Dəyişikliyin vaxtı çatıb”. ABŞ vitse-prezidenti Maykl Pens də bildirib ki, Tramp administrasiyası İrandakı etiraz aksiyalarının iştirakçılarını dəstəkləyəcək: “Donald Tramp və ABŞ-ın vitse-prezidenti olaraq mən keçmişdə ölkəmizdə yol verilən utancverici səhvi təkrarlamayacağıq. O vaxtlar başqaları kənarda dayanır və qəddar rejimlə mübarizə aparan İran xalqının müqavimətini diqqətə almırdılar. İran xalqının bu gün artan müqaviməti azadlıq uğrunda mübarizə aparan, tiraniya ilə savaşan hamıda ümid yaradır. Biz onların ümidlərini aldatmamalıyıq və aldatmayacağıq”.

Ağ Evin mətbuat katibi Sara Sanders isə İrandakı etirazları “xalq üsyanı” adlandırıb. Sanders Vaşinqtonun İran xalqını dəstəklədiyini bildirərək, rəsmi Tehranı fundamental insan haqlarına hörmətlə yanaşmağa çağırıb.Qeyd edək ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bundan əvvəl Vaşinqtonun BMT-nin təcili iclasını çağırmaq niyyətində olduğunu bildirib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə baş verənlər fonunda maraqlı açıqlama verərək bildirib ki, İrandakı etiraz aksiyalarını yalnız ABŞ-ın prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu dəstəkləyir: “Qarşıdurmanın tezliklə başa çatmasını və sabitliyin bərpa edilməsini istəyirik. İranı tənqid edən ölkələr səmimi və ikili standartlardan uzaq olmalıdır". Onu da qeyd edək ki, etiraz hərəkatının Cənubi Azərbaycan şəhərlərinə də keçdiyi barədə xəbərlər yayılsa da, mühacirətdəki GAMOH (Güney Azərbaycan Milli Oyanış Hərəkatı) təşkilatı bunu təsdiq etmir. Hərəkatın başqan yardımçısı Elyar Makouizad özünün sosial media hesabından yaydığı bəyanatında azərbaycanlıların bu etirazlara qoşulmaycağını bildirib. Onun fikrincə, İrandakı hadisələr islahatçılarla mühafizəkarlar arasında çəkişmənin nəticəsidir: “Azərbaycanlılar bu hadisələrdə yer almır. Biz hansısa hərəkat və ya etiraz başlatmalı olsaq, bunu müstəqil Cənubi Azərbaycan üçün edəcəyik”. Türkiyə hökumətinin müşaviri Aygün Attar isə qeyd edib ki, ABŞ və İsrail 25 ildir İranda daxili çaxnaşmalar yaratmaq üçün fəaliyyətdədir. O, ABŞ–ın dəstəyi ilə Cənubi Azərbaycanın Urmiya, Xoy və Doğubeyazit kimi şəhərlərinə kürdlərin köçürüldüyünü, bu bölgələrdə demoqrafik vəziyyəti dəyişmək cəhdlərinin olduğunu bildirib: “Etirazların sonrakı gedişinin necə olacağı Tehran və Təbrizdən asılıdır. İrandakı 35 milyonluq türk əhali hadisələrin gedişində əsas həlledici element olacaq. Cənubi Azərbaycanın hadisələrə münasibəti Türkiyənin münasibəti ilə paralel olacaq”.

İndilikdə isə görünən odur ki, İranda yaşayan soydaşlarımız ölkənin vətəndaş müharibəsi mərhələsinə daxil olmasını istəmir və o üzdən də keçrilən aksiyalara dəstək vermir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ