şənbə günü, 14 noyabr 2026
     

Təhlilçilər 2018-ci ilə Azərbaycanın Ermənistana verdiyi son şans kimi baxır...

Image


Dağlıq Qarabağ münaqişəsinin həll prosesinin uzanması fonunda gələn il konflikt ətrafında hadisələrin hansı istiqamətdə cərəyan edəcəyi xüsusi maraq doğurur. Real vəziyyətin təhlili bu qənaətə gəlməyə əsas verir ki, Azərbaycan konfliktin həlli istiqamətində əməli addımların atılmasını istəyir və bunun üçün də Ermənistana son şans verir. Erməni tərəfi gələn il ərzində münaqişənin həlli üçün zəruri addımlar atmasa, artıq müharibənin başlanması qaçılmaz sayılır.

Hər halda, proseslərin inkişaf axarı Azərbaycan və Ermənistan xarici işlər nazairlərinin gələn ay baş tutacaq görüşündən sonra dəqiq bəlli olacaq. Ermənistan bu dəfə də status-kvonun qorunması məqsədilə manevrlər etməyə çalışsa, Azərbaycanın güc varinatına əl atması qaçılmaz sayılır. Özü də erməni tərəfinə də yaxşı məlumdur ki, yeni savaş başladığı halda ötən ilin apreli ilə müqayisədə daha genişmiqyaslı olacaq və bu dəfə Azərbaycan savaşı dayandırmaq üçün daha kiminsə, o cümlədən də Rusiyanın xahişinə məhəl qoymayacaq.

Əslində, bu reallıq Kremlə də yaxşı məlumdur və bu səbəbdən Rusiya artıq nəticələrin əldə olunmasını istəyir. Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinin açıqlamaları da bunu təsdiq edir. O qeyd edir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesinin aktivləşməsini alqışlayır. Karasin 2017-ci ilin oktyabrında Cenevrədə uzun fasilədən sonra ATƏT-in Minsk qrupu həmsədrlərinin dəstəyi ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına həsr olunan Azərbaycan-Ermənistan sammiti keçirildiyini xatırladıb: "Bu sammitdə danışıqlar prosesinin intensivləşdirilməsi, təmas xəttində gərginliyin azaldılmasına yönələn tədbirlərin görülməsi razılaşdırıldı. Bununla əlaqədar həmsədrlər noyabrda Azərbaycan və Ermənistan XİN başçıları ilə ayrılıqda məsləhətləşmələr keçirdilər. Dekabrda isə Vyanada ATƏT XİN başçıları Şurasının iclasında nazirlərin görüşü təşkil olundu. Münaqişənin nizamlanmasının əsas məsələləri müzakirə olundu ki, hələlik onlarla bağlı konsensusa nail olunmayıb. Bundan başqa, münaqişə zonasında vəziyyətin deeskalasiyasına yardım edəcək mümkün fəaliyyətə dair məsələlərə baxıldı. Tərəflərə ATƏT-in müşahidə missiyasının genişləndirilməsi ilə bağlı konkret təkliflər verildi. Nazirlər Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı bu və digər məsələlərlə bağlı danışıqları 2018-ci ilin yanvarında həmsədrlərin iştirakı ilə davam etdirməyə razılaşdılar".

Nazir müavini rəsmi Moskvanın gələn ilin yanvarında keçiriləcək Azərbaycan və Ermənistan XİN başçılarının görüşünü alqışladığını deyib: "Rusiya bu görüşün nəticəli olmasında maraqlıdır. İrəvan və Bakının görülmüş işlər əsasında güzəştlərin axtarılmasında səylərini dəstəkləyirik. Minsk Qrupundakı həmsədrlərlə birlikdə öz tərəfimizdən həlli gecikmiş münaqişənin sülh yolu ilə həllinə bundan sonra da yardım edəcəyik. Rusiya, ABŞ və Fransanın bu vahid mövqeyi Vyanada ATƏT XİN başçılarının iclasında üç ölkənin nümayəndə heyətləri rəhbərlərinin birgə bəyanatında da dəqiq qeyd olunub".

Xatırladaq ki, məhz Azərbaycanla Minsk Qrupunun atdığı addımlar nəticəsində 2017-ci ilin ikinci yarısında Ermənistanın danışıqlar masasına qayıtması mümkün olub. Bu səbəbdən də son aylarda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar prosesində canlanma olub. Amma Azərbaycan artıq bu danışıqların nəticə verməsini istəyir və əks halda istəyinə güc vasitəsilə nail olacağıın da açıq bildirir. Dağlıq Qarabağ münaqişəsinə kifayət qədər yaxşı bələd olan almaniyalı politoloq Aleksandr Rar da Ermənistanın artıq bütün bunlardan nəticə çıxarmasının vacib olduğunu qeyd edir. O, həmçinin bildirir ki, konfliktin yenidən alovlanmasının qarşısını almaq üçün vasitəçilər də real addımlar atmalıdır: "Bu çox köhnə münaqişədir. Vasitəçilər, yəni diplomatlar dəyişir, yeni təyin olunan vasitəçilərə münaqişə ilə tanış olmağa uzun zaman tələb olunur. Onun mahiyyətini dərk etməyə kifayət qədər uzun zaman sərf edilir. Bu münaqişə yaranarkən gələn yeni diplomatların çoxunun heç diplomatik dərəcəsi yox idi". 
Onun sözlərinə görə, diplomatların problemlə bağlı təcrübəsizliyi münaqişənin həll edilməməsi səbəblərindən biridir. Politoloq münaqişədə irəlləyişin əldə edilməsi üçün böyük beynəlxalq təşkilatların da prosesdə iştirakının vacib olduğunu vurğulayıb: "Münaqişənin ciddi olduğunu, irəliləyişin olmadığını, əksinə, zaman-zaman gərginlik müşahidə edildiyini, hətta müharibə təhdidinin olduğunu dərk edərək, bu münaqişənin həlli məqsədilə gərək daha təsirli və nüfuzlu, ciddi yeni platformalar təşkil edilsin.
Münaqişənin həllində bu və ya digər şəkildə tərəflərə təsir etmək imkanları olan beynəlxalq təşkilatların kütləvi şəkildə iştirakının tərəfdarıyam. Bunlar Avrasiya İqtisadi Əməkdaşlıq Birliyi, Avropa İttifaqı, BMT kimi təşkilatlar ola bilər. Bunların hər biri kifayət qədər ciddi siyasi təşkilatdır. Onlardan biri Azərbaycan, digəri Ermənistan üçün səmərəli ola bilər. Lakin münaqişənin həllinə cəlb edildikdən sonra bu təşkilatlar ATƏT-in Minsk Qrupu kimi vahid şəkildə fəaliyyət göstərməlidir". Aleksandr Rara görə, münaqişənin həlli platforması nə qədər geniş və yüksək səviyyəli olarsa, nizamlanma məsələsində bir o qədər geniş imkanlar yaranar: "Mən arzu edərdim ki, münaqişənin həllində artıq siyasi qüvvə kimi fəaliyyətdə olan Aİ və ATƏT iştirak etsin". Onun fikirinə görə, bu qurumların müdaxiləsi ilə bölgədə vəziyyəti sabit saxlamaq mümkündür.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ