şənbə günü, 14 noyabr 2026
     

2017 - Uğurlu başlanğıclar ili - Cavanşir FEYZİYEV yazır

Image


Müstəqilliyimizin bərpa olunmasından sonra yaşadığımız hər bir il xalqımızın müstəqillik tarixində öz izlərini qoyur. Çox da uzun olmayan bu tarixin həm ağrı-acıları, həm də sevinc, fərəh, güvən gətirən məqamları yaddaşımızın arxivinə toplandıqca keçilən yolla qürur duyuruq. Bu yolun başlanğıcındakı itkilərimiz, ağrı-acılarımız davamında qazanılan uğurlarla əvəzlənir və insanları daha xoş gələcəyə - sabit, firavan həyata kökləyir.

80-ci illərin məyusluq və çaşqınlıq dövründən, 90-cı illərin məhrumiyyət və tənəzzül girdabından uzaqlaşdıqca insan həyatının mənası və dəyəri artır, sabaha ümidlər çoxalır, yaşamaq və yaratmaq həvəsi insanların ruhuna hakim kəsilir. Artıq 20 ildən çoxdur ki, il ildən uğurlu gəlir və bir neçə gündən sonra yola salmağa hazırlaşdığımız 2017-ci ilin uğurları da tariximizin daha bir uğurlu səhifəsinə çevrilir.

Hələ keçən ilin sonunda Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi təsdiq edilmişdi. Ölkə iqtisadiyyatının şaxələndirilməsini təmin etmək yolu ilə sənaye, kənd təsərrüfatı, nəqliyyat, turizm və digər istiqamətlərdə iqtisadi fəallığı canlandırmaq üçün seçilmiş 4 hədəf üzrə 11 strateji istiqamət müəyyənləşdirilmiş və bu istiqamətlər üzrə 12 Yol xəritəsi hazırlanmışdı. 2017-ci il ilk növbədə bu nəhəng layihənin tətbiqinin başlanğıc ili oldu. Ölkənin bir sıra bölgələrində - Bakıda, Sumqayıtda, Mİngəçevirdə, Neftçalada  Sənaye parkları və məhəllələri yaradılmağa başlandı. Kənd təsərrüfatının kütləvi inkişafını təmin etmək üçün bölgələrdə Aqroparklar yaradıldı. Bu meqalayihələrin elə ilk ilində - 2017-ci ildə on minlərlə yeni iş yerləri yaradıldı və vətəndaşların gəlirlərinin artmasına şərait yarandı. Strateji Yol Xəritələri üzrə atılan ilk addımlar uğurlu oldu və şübhəsiz ki, qarşıdakı illərdə qət ediləcək yol yüksək rifah cəmiyyətinə qovuşmağa, ölkəmizin iqtisadi qüdrətinin dəfələrlə artırılmasına gətirirb çıxaracaq.

2017-ci ilin ən mühüm iqtisadi nailiyyətlərindən biri də 14 sentyabr 2017-ci ildə Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması oldu. Bu Sazişə əsasən dünyanın ən böyük neft-qaz şirkətləri ilə 1994-cü ildə bağlanmış müqavilələrin müddəti 2050-cilədək uzadıldı və beləliklə, Azərbaycanın neft sənayesinin sonrakı onilliklər ərzində də davamlı inkişaf perspektivi təmin olundu. Beləliklə, neft kapitalını insan kapitalına transformasiya etməyi qarşısına məqsəd qoyan prezident İlham Əliyev gələcəkdə də cəmiyyətin hərtərəfli inkişafına qoyulacaq sərmayələrin davamını indidən – məhz 2017-ci ildən etibarən sığortalamış oldu.

30 oktyabr 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun işə salınması son on il ərzində bir çox maneələri dəf edərək, iqtisadi səmərəliliyi ilə yanaşı həm də mühüm siyasi-ictimai əhəmiyyətə malik olan dəmir ipək yolunun tikintisinin başa çatması və onun istifadəyə verilməsi həm regionda, həm də bütövlükdə Avrasiya miqyasında Azərbaycanın geo-iqtisadi və geo-siyasi mövqeyini bir daha möhkəmləndirdi. Bakı-Tbilisi-Qars dəmir yolu dünyada getdikcə vüsət alan qloballaşma proseslərinin təkanverici mexanizmlərindən biri kimi Avropanı Asiyaya dəmir qollarla bağladı, materikin vahidliyinə, onun ucqarlarında yerləşən ölkələrin bir anda bir-birinə yaxınlaşmasına və ən başlıcası, müxtəlif siyasi oriyentasiyalı dövlətlər arasında münasibətlərin konfrontasiyadan inteqrasiyaya, rəqabətdən əməkdaşlıq rejiminə keçməsinə güclü təkan verdi. Beləliklə, Azərbaycan tərəfindən irəli sürülmüş və maliyyələşdirilmiş  Dəmir İpək Yolu Layihəsinin 2017-ci ildə istifadəyə verilməsi Avropa və Asiya arasında səmərəli və faydalı əməkdaşlığın uğurlu başlanğıcı oldu.

Başa çatmaqda olan il ölkəmizin xarici siyasət fəaliyyətində də bir sıra uğurlu nailiyyətlərlə müşayiət olundu. 5 fevral 2017-ci ildə Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun dəvəti ilə Prezident İlham Əliyevin Brüsselə səfəri və Avropa İttifaqı ilə Azərbaycan arasında yeni hərtərəfli əməkdaşlıq sazişi üzrə danışıqlara rəsmi olaraq start verilməsi bütün il boyu tərəflər arasında intensiv görüşlərin keçirilməsinə və qarşıdan gələn onilliklər ərzində Avropa ilə Azərbaycan arasında hərtərəfli əməkdaşlığın geniş spektrinin müəyyənləşdirilməsinə şərait yaratdı. Aparılan müzakirələr ilin sonuna yaxın öz nəticəsini göstərməyə başladı. 24 noyabr 2017-ci il tarixdə Brüsseldə keçirilən Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitində Aİ Komissiyası, Xarici Fəaliyyət Xidməti və Avropa Parlamenti çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını dəstəkləyən Bəyanat imzalandı.  Bu Bəyanat daha sonra - 13 dekabrda Avropa Parlamentində müvafiq hüquqi sənədlərin qəbul edilməsinə təkan verdi ki, bunlar da 2018-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanması gözlənilən Yüksək Səviyyəli Əməkdaşlıq Müqaviləsinin ruhunu əvvəlcədən müəyyənləşdirmiş oldu.

Başa çatmaqda olan ilin ən mühüm hadisələrindən biri də iki illik fasilədən sonra 16 oktyabr 2017-ci ildə Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə görüşməsi və danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görülməsi, təmas xətti boyunca gərginliyin azaldılması üçün əlavə addımlar atılmasına dair razılaşmanın əldə olunmasıdır. Əlbəttə, həmişə olduğu kimi, Ermənistan Qarabağ münaqişəsinin həlli ilə bağlı əməli addımlar atmaqdan müxtəlif bəhanələrlə yayınmağa və bugünkü status-kvo vəziyyətini uzatmağa çalışır. Lakin münaqişənin sülh yolu ilə həll olunmasından imtina etməyin Ermənistanı getdikcə daha çətin  bir duruma gətirməsi, ölkədə hökm sürən iqtisadi-siyasi və sosial-mədəni tənəzzülün getdikcə dərinləşməsinin gec-tez işğal olunmuş ərazilərin azad edilməsini labüd edəcəyi şübhəsizdir.

31 oktyabr 2017-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti altıncı iclasının keçirilməsi iki qardaş ölkə arasındakı münasibətlərin daha da möhkəmləndirilməsinə öz töhfəsini verdi. İl ərzində müxtəlif səviyyələrdə Azərbaycan- Türkiyə-Gürcüstan, Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Türkiyə-Pakistan formatlarında üçtərəfli görüşlərin həyata keçirilməsi ölkəmizin beynəlxalq siyasətdə rolunun artmasının, region dövlətləri arasında Azərbaycanın birləşdirici missiyasının uğurlu olmasının göstəricisi hesab oluna bilər.

Son illərdə dünyada cərəyan edən hadisələr, xüsusilə Yaxın Şərqdə baş verən savaşlar və onların nəticələri İslam mədəniyyətinin daçıyıcıları olan ölkələri böyük dağıntılara məruz qoymuş, bu ölkələrin xalqları XXI əsrdə təsəvvürü mümkün olmayan ağır humanitar fəlakətlərlə üz-üzə qalmışlar. Qlobal güclər tərəfindən ortaya atılmış uğursuz geosiyasi oyunların nəticəsində yüz minlərlə insan həyatını itirib, milyonlarla insan öz doğma yurdundan qaçaraq dünyanın müxtəlif bölgələrində özlərinə sığınacaq axtarmaq məcburiyyətində qalıb. İslam dünyasının dağıntılar və üzüntülər içində sarsıldığı bir zamanda Prezident İlham Əliyev 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etdi və İslam dünyasının üzləşdiyi ən ağır problemlərin çözülməsi üçün beynəlxalq siyasət müstəvisində atılmalı olan addımların axtarışı il boyu məhz Bakıda keçirilən tədbirlərdə müzakirə olundu. 

16 mart 2017-ci ildə ölkəmizdə keçirilmiş V Qlobal Bakı Forumunda, 5 may 2017-ci ildə təşkil olunmuş  IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda və nəhayət, 21 dekabrda Heydər Əliyev Mərkəzində düzənlənmiş “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransda bütün dünyada, xüsusilə İslam ölkələrində baş verən fəlakətlərin aradan qaldırılması yolları arandı. Bu tədbirlərdə dünyanın düzənli inkişafını təmin etməli olan qlobal güc sahiblərinin  beynəlxalq hüquqa məhəl qoymadan dünyanın müxtəlif bölgələrində müharibələri qızışdırması, qlobal ədalətsizliyin hökm sürdüyü şəraitdən qaynaqlanan terrorizmin dəstəklənməsi aparıcı beynəlxalq beyin mərkəzlərinin təmsilçiləri tərəfindən ciddi tənqid olundu, dünyanın harmonik inkişafına aparan pasifik yolların axtarışına cəhdlər ortaya qoyuldu. Bütün bu tədbirlərdə dünyanın bir çox ölkələrindən yüzlərlə nümayəndə, o cümlədən tanınmış dövlət, din və elm xadimləri, beynəlxalq təşkilatların rəhbərləri və təmsilçiləri, müxtəlif ölkələrin dövlət başçılarının xüsusi nümayəndələri, dini konfessiya rəhbərləri, hökumətlərin və parlamentlərin üzvləri, diplomatik korpusun və ictimaiyyətin nümayəndələri iştirak etdilər.

İl ərzində İslam həmrəyliyinin ən dolğun təcəssümü isə özünü təntənəli açılış mərasimi 13 may 2017-ci ildə Bakı Olimpiya Stadionunda baş tutmuş IV İslam Həmrəyliyi Oyunlarının uğurla keçirilməsində tapdı. Bu oyunlarda 57 ölkədən 3500-ə yaxın atlet iştirak etdi.

2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi və bütün il boyu bu istiqamətdə geniş fəaliyyət aparılması mühüm siyasi addım və qlobal humanizm aktı kimi ölkəmiz, bütün islam ölkələri və eləcə də bütün dünya üçün müstəsna əhəmiyyətə malik oldu. Ölkə başçısı tərəfindən irəli sürülən bu təşəbbüs, doğrudan da, islam dünyasında indiyə qədər presedenti olmayan yeni ənənənin əsasını qoydu. Belə ki, islam coğrafiyasında yerləşən ölkələr arasında Azərbaycan ilk ölkədir ki, islam həmrəyliyi ideyasını siyasi akt səviyyəsinə yüksəltdi və bütün ili həmin ideyaların təbliğinə yönəlmiş sistemli tədbirlərin həyata keçirilməsinə həsr etdi.

“İslam Həmrəyliyi İli” çərçivəsində həyata keçirilən tədbirlər İslam dininin sülh və mərhəmət dini olduğunu göstərməklə yanaşı, islam coğrafiyasında genişmiqyaslı humanitar əməkdaşlığın da yeni perspektivlərini açdı.

İslam Həmrəyliyi siyasəti ilə - Azərbaycan İslam dünyasının vəhdətyaradıcı məkanı kimi bu dini dəyərlərin gerçəkdən bəşəri-humanist, mənəvi-əxlaqi dəyərlər olduğunu təsdiqləyir, bu ideyaların təkcə islam coğrafiyasında deyil, bütövlükdə dünyada birgəyaşayış və sabitlik mühitini yaradan təsirli vasitə olduğuna inamı möhkəmləndirir. Bu siyasət İslam dünyasında “həmrəylik diplomatiyası” rəhbər tutulmaqla, siyasətdən mədəniyyətə, dindən elmə, ticarətdən turizmə qədər bütün sahələr üzrə birgə fəaliyyətlərin stimullaşdırılmasını, qarşılıqlı faydalanmanın innovativ təşəbbüslərinin dəstəklənməsini, müsəlman xalqlarının potensial imkanlarının üzə çıxarılmasını və hərəkətə gətirilməsini, islam dünyasının qlobal rəqabətdə dayanıqlığının təmin olunmasını, bir çox mühafizəkar, geriləyici meyllərdən əl çəkilməsini, mövcud problemlərin həllində həmrəylik nümayiş etdirməklə, qabaqcıl dünya dövlətləri ilə əməkdaşlığın daha effektli platforması üzərində səfərbər olunmağı özündə ehtiva edir. Təsadüfi deyil ki, il boyu İslam həmrəyliyinin möhkəmləndirilməsinə yönəlmiş çağırışlar ilin sonunda İslam dünyasının müqəddəs ünvanı sayılan Qüdslə bağlı yaranan gərginliklər zamanı da öz təsirini göstərdi. ABŞ-ın BMT qərarlarına zidd addımı qısa bir zamanda bütün İslam ölkələrini bir araya gətirdi və İslam dünyası özünün müqəddəs dəyərlərinə yönəlmiş təcavüz cəhdlərinə qarşı birləşə bilməyin real nümunəsini göstərdi.

2017-ci il ölkəmizdə hüquqi dövlət quruculuğu və cəmiyyətin demokratikləşdirilməsi istiqamətində atılan addımlarla da yadda qaldı. Dövrümüzün müdrik siyasətçisi Heydər Əliyevin rəhbərliyi altında 1993-cü ildən başlanmış dövlət quruculuğu strategiyası keçən illər ərzində davamlı şəkildə inkişaf etdirilib və bu gün də qlobal siyasətn çağırışlarına müvafiq şəkildə təkmilləşmə yolunu keçməkdədir. 2016-cı ildə baş tutmuş referendumun nəticələrinə əsasən dövlət idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində atılmış ən mühüm addımlardan biri bu il Azərbaycan Respublikasının 1-ci Vitse-prezidenti postunun təsis edilməsi  və Mehriban xanım Əliyevanın bu vəzifəyə təyin edilməsi oldu. Heydər Əliyev Fondunun prezidenti və millət vəkili vəzifələrini ən yüksək səviyyədə ləyaqətlə yerinə yetirərək, müstəqillik dövründə təhsil, səhiyyə, mədəniyyət sahələrinin inkişafına və milli mədəniyyətimizin beynəlxalq arenada tanıdılmasına böyük töhfələr vermiş, son on il ərzində ölkəmizdə təşkil olunmuş beynəlxalq miqyaslı tədbirlərin keeçirilməsinə bilavasitə rəhbərlik etmiş Mehriban Əliyeva dövlət idarəçiliyində çevikliyin, keyfiyyətli idarəetmənin, vətəndaşlara qayğı və mərhəmətin ən bariz örnəyini yarada bilmişdir. Gələn illər ərzində cəmiyyətin sabit və davamlı inkişafının təmin edilməsi və ölkəmizin beynəlxalq nüfuzunun gücləndirilməsi baxımından dövlət idarəçiliyində  bu təyinatla başlanan islahatların səmərəli olacağı şübhəsizdir.

İlin əvvəlində 10 fevral 2017-ci ildə Prezident İlham Əliyev tərəfindən cinayət məcəlləsinin humanistləşdirilməsi ilə bağlı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi” barədə Sərəncam imzalanıb. Sərəncam Azərbaycanda cinayət-hüquq siyasətinin liberallaşdırılması, azadlıqdan məhrumetmə tədbirlərinin tətbiqinin məhdudlaşdırılması, cinayətlərin dekriminallaşdırılması, cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyaya şərait yaradan halların aradan qaldırılması və bu sahələrdə müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üçün kompleks institusional, qanunverici və praktiki tədbirlərin görülməsini nəzərdə tutur. Milli Məclisdə müvafiq ictimai dinləmələrin və komitə müzakirələrinin keçirilməsindən sonra Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə göndərilmiş "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi üzrə Cinayət Məcəlləsinə 300-dən artıq dəyişiklik edilməsini nəzərdə tutan Qanun Milli Məclisin 20 oktyabr 2017-ci il tarixli iclasında qəbul edildi və 1 dekabr 2017-ci il tarixindən qüvvəyə mindi. Bununla da dövlət idarəçiliyinin modernləşdirilməsi və humanistləşdirilməsi istiqamətində çox mühüm addım atılmış oldu.

2017-ci il müstəqillik dövrümüzdə beynəlxalq idman arenasına çıxmış idmançılarımız üçün də ən uğurlu il olmuşdur. Bu il tarixdə ilk dəfə Ağdamın “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəldi və ölkəmizi ləyaqətlə təmsil etdi. Ev sahibliyi etdiyimiz IV İslam Həmrəyliyi Oyunlarında da Azərbaycan atletləri fəal iştirak edərək 162 medal qazandılar və  57 ölkə arasında Türkiyədən sonra 2-ci yerə çıxdılar. İlin sonu isə şahmatçılarımız üçün xüsusilə uğurlu oldu. 7 noyabr 2017 -ci ildə Azərbaycanın kişilərdən ibarət şahmat üzrə yığma komandası Yunanıstanın Krit adasında keçirilən Avropa çempionatının qalibi oldu.

Beləliklə, həyatımızın uğurlarla zəngin daha bir ilini yüksək əhvali-ruhiyyədə sevinc və fərəh hissləri ilə başa vururuq. Bu il ərzində ölkəmizin iqtisadi- siyasi və sosial-mədəni inkişafı istiqamətində başladılmış islahatları qarşıdan gələn illərdə daha böyük uğurların başlanğıcı hesab etmək olar. Gələn ildə ölkəmizə sabit və davamlı inkişaf, millətimizə azad və firavan həyat arzuları ilə,

Cavanşir FEYZİYEV
Millət vəkili, fəlsəfə doktoru



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ