şənbə günü, 14 noyabr 2026
     

Baş nazir Karapetyan Sarkisyanın gizli gəlir mənbəyi olan xərçəng biznesinə böyük zərbə vurdu...

Image


Adı daim ən qalmaqallı hadisələrdə hallanan Ermənistan Müdafiə Nazirliyi Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-leytenant Hayqaz Bağmanyan, vəzifəsindən kənarlaşdırılıb. 

Generalın  adı  əsasən Ermənistan ordusunda baş verən korrupsiya və rüşvətxorluq hadisələrində, bir çox erməni əsgərlərinin qeyri-döyüş şəratində ölmə səbəblərinin açılmamasında, əsgər  yeməklərinin Ermənistan bazarlarında satılmasında və bu kimi digər qalmaqallarda  yer alır. Bu erməni generalının həyat yoluna qısaca  nəzər yetirək: Bağmanyan 1963-cü ildə Gəncə şəhərində anadan olub. Azərbaycanın Dağlıq Qarabağ regionunun işğal edilməsi prosesində Serj Sarkisyanın ən yaxın silahdaşlarından biri olub. Azərbaycanın işğal edilmiş ərazilərində baş vermiş bütün qanlı hadisələrin hamısında yaxından iştirak edib. O, 1992-ci ildə işğal altında olan Dağlıq Qarabağ regionunda işğalçı Ermənistan qoşunlarının birinin hərbi hissə komandiri və bir müddət sonra qondarma rejimin “müdafiə nazirinin” müavini vəzifəsində çalışıb. Bağmanyan 2003-cü ildə Ermənistan Müdafiə Nazirliyinin 2-ci ordu korpusuna komandir təyin edilib. 2009-cu ilin yanvar ayından ona general-leytenant ali rütbəsi verilərək,  Ermənistan Silahlı Qüvvələrinin  Baş Qərargah rəisinin müavini təyin edilir. O, rəsmən dünyada 10 ən varlı erməni biznesmenlərindən biri hesab edilir.  Bağmanyan Göyçə gölü ətrafının cənub-şərq əraziləri,Vardenis, Marduni, Kamo rayonlarını əhatə edən  2-ci ordu korpusuna komandalıq etdiyi dövrlərdə həmyerlilərinə cürbəcür yollarla hədə-qorxu gələrək onların təsərrüfatlarına sahib çıxıb və kəndlilərin mal-qaralarını mənimsəyərək əllərindən alıb. Onun bu hərəkətlərinə etiraz əlaməti olaraq, Geğarkunuk mahalının sakinləri İrəvan-Vardenis magistral yolunu dəfələrlə bağlayıblar. Generalın əməllərindən cana-boğaza gələn ermənilərin ən yüksək instansiyalara şikayət etmələrinə baxmayaraq, bütün bunların heç bir nəticəsi olmayıb. Hətta onun əlindən özünə qəsd edən erməni əsgərləri də az də olmayıb.  Ermənistanın “Azadlıq” radiosunun müxbirinə verdiyi müsahibəsindəVardenis rayonunun 75-yaşlı sakini Mikayıl Naqdalyan aşağıdakıları bildirib; “Yəqin ki xəbərdarsınız  günü-gündən uçuruma gedən Ermənistandan və xalqın ümumi vəziyyətindən. Mənim və yoldaşımın təqaüdü heç ayda cəmi 200 min dram (170 manat)  etmir. Bu vəsait sosial xərclərin ödənişinə və  bir tikə quru çörəyə ancaq çatır.  Heç bir yerdə iş yeri də yoxdur ki, uşaqlarım gedib işləsinlər. Fikirləşdim ki, ailənin acından ölməməsi üçün bankdan pul götürüb özümüz üçün bir təsərrüfat quraq. Belə də etdim. Bankdan 17 faizlə 5 min ABŞ dolları əldə edib iki baş sağmal inək, qalan vəsaitə isə  kiçicik xərçəng təsərrüfatı biznesini yaratdım.  Təsərrüfatı tam qurub yaradandan sonra general Bağmanyanın adamları gəldi ki, xərçəngi 200 dramdan (17 qəpik), südü isə 300 dramdan (27 qəpik) təhvil alacağıq. Oğlanlarım bu məsələyə narazılıq etdikdə İrəvan şəhərindən generalın bir neçə adamı gəlib  oğlanlarımı zor gücünə apararaq həbsdə saxladılar. Oğlanlarıma çox ağır işgəncələr verdikdən  iki ay sonra onları sərbəst buraxdılar.  Buradan da bank məndən hər ay faiz istəyir. Vəziyyətdən çıxmaq üçün oğlanlarımı Rusiyaya, qızımı isə Türkiyəyə işləməyə göndərdim. Demək olar ki, general bizim həyatımızı alt-üst etdi. Bağmanyan Ermənistanda bizim kimi bir çox ailənin başına bu cür oyunlar açıb. Hayqaz kiminsə malına göz dikirdisə, səsini çıxara bilməzdin, əks təqdirdə  ya güllələnir, ya da itkin düşürdün”.

Erməni generalının əsas gəlir mənbəyi xərçəng biznesidir. Ermənistanda bu  biznesin monopoliyası da  məhz generalın  əlində idi. Bundan başqa, onun ixtiyarında süd-pendir zavodları, balıqçılıq təsərrüfatları,  iribuynuzlu və xırdabuynuzlu mal-qara təsərrüfatları, quşçuluq və s. var idi. Tək xərçəng biznesindən Bağmanyan hər il 100 milyonlarla dollar qazanc əldə edir. Erməni generalının əsas bazarları Rusiya və Avropa ölkələri idi. Ermənistanda yaşayan  ən sadə erməni də çox yaxşı bilir ki, Bağmanyan bu işlərin hamısını Serj Sarkisyansız edə bilməzdi. Belə ki, məlumatdan aydın olduğu kimi, vaxtilə Azərbaycanın Dağlıq Qarabağ regionunun işğalında  iştirak edən bu yaxın dostlar uzun müddətdir ki, biznesdə də şərikdirlər.

Erməni mənbələrindən əldə olunan məlumatlarda bildirilir ki, bir müddətdir baş nazir Karen Karapetyan və Bağmanyan arasında ziddiyyətlər mövcud idi. Bunun əsas səbəblərindən biri erməni generalının Baş nazirin nəzarətində olan qazdoldurma məntəqələrinin sahiblərindən aylıq məbləğ istəməsi idi. Bağmanyan Ermənistanda fəaliyyət göstərən Rusiyanın “Transqaz” şirkətinin rəhbəri Nikolay Qabrielyana cürbəcür yollarla hədə-qorxu gələrək ondan rüşvət istəyirdi. General iş adamını hətta ölümlə də hədələyirdi. Ancaq “dollar” ləqəbli erməni general bir vacib məqamı unudurdu ki, bu şirkətin əsas pay sahiblərindən biri Moskvanın “Rosqaz”  şirkətinin sabiq baş meneceri və hazırda Ermənistanın  Baş naziri Karen Karapetyandır.

Müstəqil erməni siyasi ekspertləri bildirir ki, generalın vəzifəsindən qovulması yazda Ermənistanda keçirilməsi nəzərdə tutulan prezident seçkiləri öncəsi Sarkisyana Karapetyan və onun Moskvadakı havadarları tərəfindən vurulan böyük zərbədir. Bir neçə ay öncə Ermənistanda prezident respublikasından parlament respublikasına keçidə dair  keçirilən referendumun nəticələrinə görə, Sarkisyan ya postu digərlərinə təhvil verməli, ya da  Baş nazir Karapetyanın kreslosunda əyləşməlidir.  Belə ki, günü-gündən aclıq-səfalət içində boğulan və eyni zamanda demoqrafik böhrandan əziyyət çəkən Ermənistanı gələn il ölkədaxili çox ağır bir sınaq gözləyir.

Baş vermiş hadisə göstərir ki, Ermənistanda korrupsiya tüğyan edir, mülki hakimiyyət və hərbi hakimiyyət arasında ixtilaflar var və Karapetyan tədricən Sarkisyanı arxa plana keçirir. Bütün bunlar isə Ermənistanda siyasi idarəçilikdəki böhranın göstəricilərindən biridir.

Aydın EYVAZOV
AMEA Qafqazşünaslıq İnstitutunun
Ermənişünaslıq şöbəsinin əməkdaşı



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ