şənbə günü, 14 noyabr 2026
     

Tarixdə iz buraxanlar: Hacı Zeynalabdin Şirvani

Image


Qədim mədəniyyətə malik olan xalqımız elmin bütün sahələri üzrə dünya şöhrətli alimlər, şairlər, yazıçılar, səyyahlar və coğrafiyaçılar yetişdirib. Belə alimlərdən biri XVIII əsrin sonu, XIX əsrin əvvəllərində yaşamış məşhur səyyah və coğrafiyaşünas Hacı Zeynalabdin Şirvanidir. Hacı Zeynalabdin Şirvani 1780-ci ildə Şamaxı şəhərində Axund İsgəndərin ailəsində anadan olub.

Beş yaşı tamam olanda ailəsi Bağdad yaxınlığındakı Kərbəla şəhərinə köçür və gələcək səyyahın atası Axund İsgəndər mədrəsədə dərs deməyə başlayır. Zeynalabdin də ilk təhsilini burada alır. Atası Zeynalabdinin savadından, elmə ciddi-cəhdlə yiyələnməsindən, tərbiyəsindən məmnun idi. O, oğlunun səyyahlığa olan meylini də duymuşdu. Zeynalabdin pərdəarxası həqiqətləri öyrənmək və dərk etmək, göylərə yüksəlmək, oradan dünyanı seyr etmək, karvanlara qoşulub yollara çıxmaq, ölkələri, şəhərləri görmək istəyirdi.

Hacı Zeynalabdin təhsilini başa vurmaq üçün 1796-cı ildə Bağdad şəhərinə gedir. O, Bağdadda fəlsəfə, tibb, astronomiya və riyaziyyatı, habelə dilləri öyrənməyə davam edir. Bağdad kitabxanalarında olan səyahətnamələr, bütün şərq dünyasından buraya axışıb gələn alimlərin, müqəddəs şəhərin ziyarətinə gələn zəvvarların söhbətləri bu gənc oğlanın təsəvvüründə yeni bir dünya açır. Dünyanı görmək və onun möcüzələri ilə həmyerlilərini tanış etmək elə həmin vaxtdan gənc Zeynalabdinin həyat məqsədinə çevrilir və o, tərəddüd etmədən səyahətə çıxmaq qərarına gəlir.

Kərbəlada mükəmməl dünyəvi və dini təhsil alan Zeynalabdin Şirvani ömrünün 37 ilini səyahətdə keçirib. O, 70 min kilometrdən artıq məsafə qət edib, Kiçik Asiyadan, İran yaylasından, Orta Asiya, Ərəbistan və Cənubi Afrika səhralarından, Sudanın meşə və cəngəlliklərindən, Hindistanın tropik meşələrindən, Hind okeanı adalarından keçib, Hindquş, Zarqos, Süleyman dağlarından, Pamirdən adlayıb. Zeynalabdin Azərbaycan, İran, Ərəbistan, Türkiyə, Avropa, Hindistan, Orta Asiya, Afrikanın bir çox vilayətləri və sair yerlər haqqında öz əsərlərində maraqlı məlumatlar verib.

Hacı Zeynalabdin Şirvaninin “Bustanus-səyahə” və “Riyazus-səyahə” adlı əsərləri məşhurdur. Səyyah həm də nemətullahı təriqətində yürsək məqama malik idi və nemətullahi şeyxlərindən sayılırdı. Bu təriqətin ənənəsinə uyğun olaraq ona “Məstəli şah” ləqəbi ilə müraciət edirdilər.

Hacı Zeynalabdin Şirvani öz əsərində səyahətini hissələrə bölmür. Onun birinci səyahətinin marşrutu belə göstərilir: Bağdad, İraqi-Əcəm, Gilan, Şirvan, Muğan, Talış,  Cənubi Azərbaycan, Xorasan, Herat, Zabul, Pəncab, Hind adaları, Dəkən, Benqal, Quçarat, Hind okeanındakı adalardan, Sind və Multandan keçən səyyah dağ yolları ilə Kəşmirə, Müzəffərabada çatıb, sonra Kabul yolu ilə Tatarıstana, oradan Turana və Bədəxşan dağları ilə Xorasana, nəhayət, “İran yolu” ilə Farsa gəlir. Burada bir qədər istirahətdən sonra ikinci səyahətə çıxır. Bu dəfə yol Şirazdan başlayır, oradan Daraba, sonra Bəndər Abbas limanından Hörmüz yolu ilə Hədrəmaut və Yəmənə, sonra Həbəşistan və Sudana gedir, buradan isə səyyahın yolu Ərəbistan yarımadasında olan Ciddəyə, oradan da Hicaz, Mədinə və Məkkəyə uzanır. Bundan sonra o, dəniz yolu ilə “Səidlər” ölkəsinə – Nil çayının sahillərinə gedir, Misirdən yaxın Şərqə “Şam-Rum”a, Diyarbəkirə, Qaraman və Aydına keçir. Hacı Zeynalabdinin Atlantik okeanına və geriyə üçüncü səyahətinin marşrutu isə belə olub: Bəre-Əhzər adaları, Rumeli, Anadolu, Azərbaycan, Tehran, Həmədan, İsfahan, Kirman, Şiraz, Bağdad.

Bir çox əsərlər yazan Hacı Zeynalabdin Şirvani 1802-ci ilin əvvəllərində başlayan və 8 il davam edən Hindistan səfəri haqqında geniş məlumat verib. O, səyyah və ensiklopedist bir alim kimi Hindistanın təbiət və iqtisadiyyatını, hind xalqının adət və ənənələrini, musiqisini, tarixi abidələrini dərindən öyrənib, ingilislərin hind əhalisini əsarət altına almalarını, ölkənin sərvətlərini talan etmələrini göstərib.

Hacı Zeynalabdin Şirvaninin Hindistanın o zamankı inzibati bölgüsünü göstərməsi xeyli maraqlı və tarixi cəhətdən əhəmiyyətlidir. O yazır ki, bəzi alimlər Kəşmiri və Kabili hind torpaqlarından hesab edir, bəziləri bu fikri düzgün saymır. Bu fikir müasir dövrdə Kəşmirlə bağlı Hindistan və Pakistan arasındakı ziddiyyətlərin ciddi tarixi köklərinin olmasını üzə çıxarır, eyni problemin təxminən 200 il əvvəl də mövcud olması Hacı Zeynalabdinin yazdıqları ilə təsdiqlənir.

“Bustanus səyahə” adlı kitabında Şirvani Dehlidə olarkən II Şah Aləmlə bir neçə dəfə görüşməsi, onunla müxtəlif mövzularda söhbət etməsi barədə məlumat verib.

Hacı Zeynalabdin Hindistanın şimal-qərb hissəsində olan bir çox şəhərləri gəzdikdən sonra Saharanpura, buradan Dehlinin yaxınlığında yerləşən Panipat şəhərinə, oradan da Dehliyə gəlir və burada 11 ay yaşayır. Bu şəhər Zeynalabdinin çox sevdiyi şəhərlərdən biri olub. O yazır: “Dehli Hindistnın qədim şəhərlərindən biridir. Burada Dehli adlı rac yaşayıb və şəhəri abadlaşdırıb, öz adını şəhərə qoyub. Ondan sonra da Dehli böyük racların hökumət mərkəzi olub. Fəqət müharibələr nəticəsində bu şəhər dəfələrlə xarabalığa çevrilib. Cahangirin oğlu Şah Cahan şəhəri bərpa etdirərək oranı öz adı ilə adlandırıb. Odur ki, bəziləri Dehliyə indi də Şah Cahan deyir.”

Hacı Zeynalabdin Şirvani Tac-Mahal haqqında bildirir ki, Aqrada öz əzəməti və gözəlliyi ilə məşhur Tac-Mahal XVII əsrdə Şah Cahan ibn Cahangirin əmrilə onun xanımı Mümtaz xanım üçün tikilib və Taç Mahal (ölkənin tacı) adlandırılıb. Bu tarixi abidənin əsas memarı Anadolu türkü memar İbn Sinanın şagirdi İsa bəy olub.

1805-ci ildə Hacı Zeynalabdinlə görüşən ingilis tədqiqatçı Mark Vilsonun tarixi şəxsiyyətimiz olan səyyahın əsərləri, səfərləri ilə ciddi şəkildə maraqlanması azərbaycanlı səyyahın irsinin bəşəri mahiyyət daşıdığını göstərir. Şirvani Hindistan əhalisinin etnogenezi, dini-fəlsəfi axınlar, təsərrüfat həyatı, yaşayış məskənləri, yaşayış evləri, sənətkarlıq və s. haqqında məlumatlarda sadəcə təsvirlə kifayətlənmir, izahlar, şərhlər verir. Kəşmir əhalisinin türk mənşəyi, burada türk və hind etnosları arasında assimilyasiya proseslərinin getməsi, Kəlküttənin ingilis koloniyasının mərkəzi olması, Dehlinin mədəni həyatının türk-müsəlman dünyasından gələn ziyalılar, mütəfəkkirlərin fəaliyyəti ilə zənginləşməsi və s. barədə məlumatların tədqiqi müasir dövrdə də aktualdir. Yəni səyyah, tarixçi, filosof, şair Hacı Zeynalabdin Şirvaninin əsərləri XIX əsrin əvvəllərində Hindistanın tarixi, etnoqrafiyası, maddi və mənəvi həyatı barədə geniş təsəvvür yaradır. Onun irsinin tədqiqi Azərbaycanın Hindistanla tarixi mədəni-mənəvi əlaqələrinin bərpası baxımından mühüm əhəmiyyət daşıyır.

Hacı Zeynalabdin Şirvani indi artıq bir çoxu sıradan çıxmış beş yüzdən artıq əlyazma və mətbu qaynaq və səyahətlər zamanı etdiyi şəxsi müşahidələri nəticəsində ona dünya şöhrəti gətirən üç kitab yazır: 1822-ci ildə “Riyazus-səyahət”, 1827-ci ildə “Hədaiqus-səyahət” və nəhayət, 1833-cü ildə “Bustanus-səyahət”. Zeynalabdin bu əsərlərində bir çox ölkələrin coğrafiyası, tarixi, etnoqrafiyası, arxitekturası, ədəbiyyatı və görkəmli ictimai xadimləri barədə dəyərli məlumatlar verir. Səyyah yer kürəsinin iqlim qurşaqlarının təsvirinə xüsusi yer ayırır. Şərqin digər alim və səyyahları kimi o da yeri yeddi iqlim qurşağına bölür.

Öz səyahətləri zamanı Şirvani çox sayda alim və siyasi xadimlərlə yaxından tanış olur. Onlar onun rəyi ilə hesablaşır, onunla görüşməyə can atırlar. Şirvaninin elm və savadı haqda xəbərlər onun səyahətlərinin marşrutları çərçivəsindən xeyli kənara çıxır. Belə danışırlar ki, Hindistan vilayətlərindən birində ağlagəlməz bir qonaqpərvərliklə qarşılanan Şirvani bunun səbəbini soruşarkən vilayətin hakimi belə cavab verib: “Mən sizə layiq olduğunuz hörmətin yalnız yüzdə birini göstərə bilmişəm. Siz bir çox səbəbdən hörmətə layiqsiniz: birincisi, siz insanpərvərsiniz, insanlarsa bir-birinə hörmət etməlidir; ikincisi, siz buraya bizim ölkəmizin qonağı olaraq gəlibsiniz, qonağa hörmət edərlər; üçüncüsü, siz alimsiniz, alimə hörmət etmək hər kəsin borcudur; dördüncüsü, siz müdrik və çox bilən bir adamsınız, acizlərə, kasıblara kömək edirsiniz, belə adamlarsa hər cür hörmətə-izzətə layiqdir... Bax, bütün bunlara görə mən sizi qəlbən sevir və sizə hörmət bəsləyirəm”.

Hacı Zeynalabdin Şirvani olduğu bir çox yerlərdə saraya dəvət olunaraq hökmdarların hüzurunda olub. Bunlardan Misir hakimi İbrahim bəyi, İran şahı Fətəli xan Qacarı, Türkiyə sultanı Mahmudu və başqalarını göstərmək olar. Olduğu saraylarda müzakirə və söhbətlərdə iştirak edən Zeynalabdin həmişəlik sarayda qalmaq dəvətlərinə nəzakətlə rədd cavabı verib. Yəni tarixi şəxsiyyət Şirvani həmişə macəralar və məhrumiyyətlərlə dolu səyyah həyatını saraydakı rahat həyatdan üstün tutub.

Hacı Zeynalabdin Şirvani eyni zamanda şair olub və Təmkin təxəllüsü ilə şeirlər yazıb. Həmin şeirlər onun səyahətnamələrinə səpələnmiş və əlyazması Tehran mərkəzi kitabxanasında saxlanan “Divan”ında toplanmışdır. Bu nadir şəxsiyyətin digər əsərlərinin əlyazmaları Britaniya müzeyində, Paris Milli kitabxanasında, Sankt-Peterburqda və İranda saxlanır. Şirvaninin əsərləri bir çox Azərbaycan, İran, rus və Avropa tədqiqatçıları tərəfindən öyrənilib. Bu alimlərdən Abbasqulu ağa Bakıxanovun, Məmmədəli Tərbiyətin, Əsgər Həmid Rəbbaninin, B.Dornun, N.Xanıkovun, E.Braunun, S.Stomun, E.Bloşenin və bir çox başqalarının adlarını çəkmək olar. Bu sırada ömrünün böyük bir hissəsini Zeynalabdin Şirvaninin elmi hünərlərinin tədqiqinə həsr etmiş N.K.Kərimovun adı xüsusilə qeyd olunmalıdır.

Tarixdə dünyanı gəzib-dolaşan çox səyyahlar olub. Fəqət İran yaylasını, Orta Asiyanı, Afrika səhralarını, Hindistanın tropik meşələrini gəzən, Pamir dağlarını aşan və bir çox ölkələri dolaşan tək bir səyyah yaşayıb. Bu, azərbaycanlı səyyah Hacı Zeynalabdin Şirvanidir. Dünyanın bir çox bölgələrini gəzən, onun möcüzələrini görən, uzun yollar yorğunu səyyah ömrünün yarıdan çoxunu səyahətdə keçirib.

Zeynalabdin 1820-ci ildə Şiraz şəhərində evlənib. Onun Cəlaləddin Məhəmməd adında oğlu olub. İki il sonra isə ikinci oğlu Hüsaməddin Əli dünyaya gəlib. Böyük oğlu az yaşayıb, ikinci oğlu isə atasının yolu ilə gedərək İraq, İran və Hindistana səyahətlər edib.

Hacı Zeynalabdin Şirvani ömrünün son ilini ailəsi ilə birlikdə çıxdığı həcc ziyarətində keçirib. 1838-ci ildə həmin səfəri zamanı Zeynalabdin Şirvani yolda xəstələnib və Middə şəhəri yaxınlığında dünyasını dəyişib. Hacı Zeynalabdin elə oradaca dəfn olunub.

Allah rəhmət eləsin.

Fazil QARAOĞLU
professor



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ