şənbə günü, 14 noyabr 2026
     

Ermənistanda anti-Rusiya ovqatının qızışması yeni aktiv fazaya keçir…

Image


Yeganə Hacıyeva: “Hesab edir ki, bundan başqa əlacı da qalmayıb”

 

Ermənistanda dislokasiya olunan Rusiya sərhədçilərinin yerli hökumət nümayəndələrinə İrəvan-Gorus-Mehri yolunun İran sərhədinə qədər olan 40 metrlik hissəsində təmir-bərpa işləri aparılmasına icazə verməməsi işğalçı ölkədə ciddi rezonans doğurub. Ermənistanda yaranan narazılıq dalğası Rusiya mətbuatının da diqqət mərkəzinə düşüb.

Rusiyanın nüfuzlu nəşrləri yazırlar ki, artıq Ermənistanda bir çoxları Rusiya qoşunlarının ölkədən çıxarılmasını çoxdan istədiklərini bəyan etməyə başlayıblar: “Ermənistanda Rusiya qoşunlarını, o cümlədən sərhədçilərini “işğalçı” adlandırırlar. Axı Ermənistan özü 1992-ci ildə müqavilə imzalayaraq İran və Türkiyə ilə sərhədlərinin qorunmasını Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd İdarəsinə etibar edib.

Ermənistanın “Lragir” saytı  yazır ki, situasiya suveren dövlət üçün çox maraqlıdır: “Üçüncü dövlətin sərhəd qoşunları Ermənistana İranla sərhəddə yolu təmir etməyə icazə vermir”. Sayt Ermənistanda olan rus əsgərləri ilə bağlı baş vermiş insidentləri yada salır. Misal kimi Gümrüdə rus əsgərinin bir ailənin 7 üzvünü güllələməsi göstərilir, yaxud Rusiya sərhədçilərinin Ermənistan parlamentinin deputatına sərhəddən çox uzaqda yerləşən ərazidə seçki kampaniyası aparmasına icazə verməməsi yada salınır. Deputata sadəcə olaraq bildiriblər ki, “həmin əraziyə daxil olmaq olmaz”. Digər Ermənistan KİV-ləri də  məsələni diqqətdə saxlayıb. “Bu, Rusiya hərbçiləri tərəfindən təkcə Ermənistan konstitusiyasının pozulması deyil, eləcə də ölkənin suverenliyinə qəsd edən struktura qarşı hökumətin fəaliyyətsizliyidir. Serj Sarkisyanın simasında hökumət Ermənistanın suverenliyini Rusiya Federasiyasına təslim edib” - deyə KİV-də yazılır.

Ermənistanda anti-Rusiya ritorikasının artması yalnız sadalanan hallarla bağlıdır, yoxsa bunun başqa səbəbi də var?

Politoloq Yeganə Hacıyevanın sözlərinə görə, bunun bir sıra əsaslı səbəbi  var: “Öncə ondan başlayaq ki, Rusiya, sadəcə, Ermənistanın hərbi-siyasi müttəfiqi deyil, Ermənistanın bir dövlət kimi mövcudluğunun səbəbi və Ermənistanın təhlükəsizliyi məsələsində qarantdır. Lakin son iki il Ermənistan rəhbərliyi, siyasi qruplar və əhali arasında anti-Rusiya əhval-ruhiyyəsinin get-gedə artmasının şahidi oluruq. Ermənistan parlamentində anti-Rusiya qanun layihəsi müzakirə olunur, küçələrdə anti-Rusiya etiraz aksiyaları keçirilir, Ermənistan Avropa Birliyi qonşuluq siyasətində çərcivə sazişi imzalayır və s.

Ermənistanda ildən-ilə artan anti-Rusiya ritorikasının müxtəlif, amma bir neçə başlıca səbəbi var.

Bildiyiniz kimi, Dağlıq Qarabağ münaqişəsi zonasında mürəkkəb vəziyyət davam edir və  ərazisinin 20%-i illərdir işğal altında olan Azərbaycan işğal rejiminin daha bir neçə il uzanması ilə barışmayacağını və münaqişənin beynəlxalq hüquq çərçivəsində sülh danışıqları ilə, ehtiyac yaranacağı halda hərbi yolla həll edəcəyi qətiyyətini göstərir. Keçən il aprel hadisələri, Azərbaycan Ordusunun uğurlu Lələtəpə əməliyyatı kimi hadisələr Azərbaycanın bu mövzuda necə qətiyyətli olmasının sübutudur.

Ermənistan uzun illər Rusiyanın Cənubi Qafqaz  regionundakı maraqlarını Ermənistanın  maraqları üzərindən quracağına, Rusiyanın Cənubi Qafqazdakı qüvvələr balansındakı iştirakının həmin ölkənin maraqlarına xidmət edəcəyinə əmin idi. Etiraf etmək lazımdır ki, Rusiya da Ermənistanda belə qənaətin yaranması üçün əlindən gələni edib. Lakin zaman dəyişdi və Ermənistan indi 27 ildir davam etdirdiyi yanlış  geopolitik “əməyinin” bəhrəsini görməkdədir.

Yəni başqa dövlətin ərazisinin işğalının və özünün dövlət olaraq təhlükəsizliyində

başqasına həddən artıq güvənməyin və ən əsası Cənubi Qafqaz regionunun təhlükəsizliyinə verdiyi neqativ töhfənin onun üçün hansı hədələr gətirə biləcəyini anlayıb.

Dağlıq Qarabağ münaqişəsində baş verən son iki gərginlik, cəbhə bölgəsində Azərbaycan Ordusunun üstünlüyü və sonrakı proseslər Ermənistana onu sübut etdi ki, Rusiya və ya istənilən digər qlobal güc Cənubi Qafqazda güclər balansında iştirakını və bu balansın qorunmasında öz marağını regionun əsas ölkəsi kimi Azərbaycanın maraqlarına uyğunlaşdıracag. Bu həm regional  maraqların təmin olunması, həm də beynəlxalq hüququn gözlənilməsi demək olacaq.

Digər ikinci bir səbəb isə sanksiyalardır. Ermənistanın Cənubi Qafqazda siyasi-hərbi tərəfdaşı Rusiya, ticari tərəfdaşı İrandır. Hər iki ölkəyə sanksiyalar tətbiq olunur.

Sırf İranla nüvə sazişinin imzalanması və ardınca AB-nin bu ölkəyə tətbiq etdiyi sanksiyaların ləğvindən sonra Ermənistanda İrandan gələn enerji, nəqliyyat və qlobal logistik kommunikasiyalarda iştirak etmək xülyası var idi. Lakin regionda yarana biləcək bu mümkün imkanlarda İran, Rusiya tərəfdaş olaraq Azərbaycanı seçib. Mümkün ticari, nəqliyyat layihələrində isə Azərbaycanın təklifi və tələbi üzündən Ermənistan oyundan kənarda qalıb. Bütün bunları görən Ermənistan öz daxilində anti-Rusiya ritorikasına start verib. Hesab edir ki, bundan başqa əlacı da qalmayıb”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ