şənbə günü, 14 noyabr 2026
     

TAP-a “anonim məktubyazanlar” kampaniyasının arxa qızışdırıcıları…

Image


Azərbaycan qazını yaxın tezlikdə Avropaya çatdıracaq TAP kəməri ilə bağlı İtaliyada müəyyən qüvvələrin gedişinə hələ də tam şəkildə son qoyulmayıb. Belə görünür ki, onlar, İtaliya hökumətinin qərarına rəğmən, belə məkrli məqsədlərinə nail olmaq üçün ən son gedişlərini etməyə hazırlaşır, bu fonda da TAP əleyhinə müxtəlfi fikirlər səsləndirirlər.

Məsələyə yenidən münasibət bildirən Apuliya regionunun qubernatoru Mişel Emiliano bəyan edib ki, region TAP layihəsi üçün əlverişli ola bilər, lakin onun reallaşması nəticəsində Apuliya dünyanın ən gözəl parklarından birindən və Adriatik dənizinin ən gözəl çimərliyindən məhrum oluna bilər. Belə bir vaxtda Avropa İnvestisiya Bankı TAP üçün kreditin ayrılmasını təxirə salıb. Bank bunu TAP qaz kəməri layihəsi ilə bağlı daxil olan bir neçə şikayət məktubu ilə əsaslandırıb. Avropa İnvestisiya Bankına kredit üçün TAP konserni müraciət etmişdi və bankın idarə heyəti bu müraciətə dair qərar verməli idi. Lakin bankın rəsmi saytında göstərilir ki, noyabr ayında “şikayətçilərdən” qaz kəmərinə dair etirazların əks olunduğu bir neçə məktub daxil olub. Məktublarda deyilir ki, TAP ətraf mühitə zərər vurur, italyan fermerlərini ziyana salır. Bununla belə, həmin şikayət məktublarının müəllifləri göstərilmir. Bank bildirir ki, daxil olan şikayətlərlə bağlı TAP layihəsinin perspektivlərini bir daha nəzərdən keçirəcək.

Bir daha xatırladaq ki, TAP kəmərinin çəkilməsi İtaliyada etirazlarla müşaiyət olunur. Bu etirazları İtaliya parlamentində 22 faiz yerlə təmsil olunan “5 Ulduz” hərəkatı və onun lideri, şoumen Beppe Grillo təşkil edir. Onun hərəkatı Rusiya ilə bağlıdır və ABŞ xüsusi xidmət orqanları bildirir ki, Kreml gələnilki parlament seçkilərində “5 Ulduz” hərəkatına, “Şimal liqası”ına dəstək verəcək. Bu baxımdan güman olunur ki, banka göndərilən etiraz məktublarının bir qismini elə İtaliyada yazıblar. O da sirr deyil ki, Rusiyanın maliyyə ayırdığı lobbiçilər Avropada fürsət yarandıqca TAP-a qarşı təbliğat aparır və layihənin iqtisadi rentabelliyini, Avropanın qaz təchizatını şaxələndirmək baxımından imkanlarını şübhə altına almağa çalışırlar. Amma bütün bunlara rəğmən, digər beynəlxalq maliyyə qurumları TAP-a istənilən həcmdə kredit ayırmağa hazır olduqlarını bildirir.

Digər tərəfdən, TAP-ın ətraf mühitə zərəri barədə deyilənlər də birmənalı şəkildə rədd edilir. Məsələn, TAP konsorsiumunun icraçı direktoru Luka Skiepatti bildirir ki, TAP kəmərinin layihəsinin marşrutu dəyişə bilməz: "Ətraf mühitə təsir baxımından mövcud marşrut ən optimal variantdır". Onun sözlərinə görə, marşruta yenidən baxılarsa, bu, "dörd ilin itirilməsi" deməkdir: "TAP-ın marşrutunun dəyişməsi həm suda, həm də quruda əlavə qazıntıların aparılmasına səbəb ola bilər ki, bu da ətraf mühitə ziyan vura bilər. Digər alternativ variantların da bu cür zərərli tərəfləri var". San-Foka ərazisinə olduqca çox sayda turistin gəlməsinə toxunan icraçı direktor bəyan edib ki, boru kəmərinin adıçəkilən əraziyə təsiri minimal olacaq. İşlər dənizin dibində aparılır. Bundan başqa, boru kəməri sahildən 800 metr aralıda üzə çıxır ki, bunun da turistlərə təsiri ola bilməz. Onun sözlərinə görə, turizm mövsümünün əsas fazasında, yəni iyul ayından avqust ayınadək işlər dayandırılacaq: "İşlər ən son texnologiyalardan istifadə olunaraq aparılır ki, belə olan halda ətraf mühitə təsirdən danışmaq yersizdir. Qaz terminalı 12 hektar ərazidə tikiləcək, lakin zavod və inzibati binalar 3500 kvadratmetrlik ərazini əhatə edəcək. Qazın saxlanması və emalı həyata keçirilməyəcək. Söhbət yalnız dispetçer və ölçmə xidmətlərindən gedə bilər ki, bunun da ətraf mühit üçün risqi yoxdur. Ərazidəki zeytun ağacları bütün təhlükəsizlik tədbirləri nəzərə alınmaqla köçürüləcək ki, bundan hamımız qazanclı çıxacağıq".

Avropa Parlamentinin İtaliyadan olan deputatı, Avropa Xalq Partiyası fraksiyasının üzvü, “İtaliya Gücü” partiyasını təmsil edən Stefanno Maullu isə Azərbaycanın qaz borusuna qarşı çıxanları “dəmir yumruqla” əzməyə çağırıb. Maullu “No TAP” ictimai komitəsinin fəallarının Azərbaycan qazının Avropaya nəqli üçün çəkilən TAP-a qarşı zorakı aksiyalarının dərhal dayandırılmalı olduğunu bəyan edib: ”No Tap” komitəsinin fəallarınınn zorakılıqları dərhal dayandırılmalıdır, uduzmağa bir dəqiqə də olsun artıq vaxt qalmayıb: bu qüvvələr inkişafın düşmənləridir, öz ölkələrinin düşmənləridir, son vaxtlar isə ümumiyyətlə ictimai asayiş üçün təhlükəli olmağa başlayıblar”.

Deputat İtaliya hökumətini TAP-a qarşı təxribatlar, zorakılıqlar törədən şəxslərə  qarşı “dəmir yumruq” istifadə etməyə çağırıb: “Onların TAP kimi strateji layihəyə qarşı çıxmaları nəinki təhlükəlidir, eyni zamanda İtaliyanı beynəlxalq səhnədə çox pis təqdim edir. Azərbaycan qazı bizim qaz təchizatımızı şaxələndirməyə gözəl imkan yaradır, kritik məqamlarda bütün qaz təchizatı sistemini daha effektiv edir. Ancaq axmaqlar bu işin dəyərini anlamaya bilər. Ona görə də heç bir fəal bu işə mane ola bilməz, “No TAP” fəalları vaxt itirmədən dərhal dayandırılmalıdır”. TAP-ın prezidenti Valter Pireri isə bildirir ki, Azərbaycan təbii qazı  məhz TAP kəməri ilə 2020-ci ilin əvvəlində İtaliyaya çatdırılacaq: “Yerli etirazlara baxmayaraq, 4,5 milyard avro dəyəri olan TAP boru kəmərilə Azərbaycan İtaliyaya ilk qazı 2020-ci ilin əvvəlində nəql edəcək. Biz 2020-ci ilin birinci rübündə Avropaya qaz tədarükünə hazırlaşırıq”. O qeyd edib ki, boru kəmərinin Adriatik dənizindən İtaliya sahilinə çıxan hissəsinin marşrutu dəyişdirilməyəcək: “Bu hissə ətraf mühitə ən az təsir göstərmək baxımından ən optimal variant olaraq 20 digər ərazi arasından seçilib. Marşrut dəyişdirilərsə, bu, layihənin 4-5 il geriyə qayıtması deməkdir. İtaliya sahillərinə təxminən 8-10 milyard kubmetr qazın nəqli barədə öhdəlik var. Albaniya vasitəsilə istiqamət dəyişmək seçim deyil. Yəni B planı yoxdur”.

Qeyd edək ki, TAP qaz boru kəməri layihəsinin 60,5 faizdən çoxu icra edilib.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ