şənbə günü, 14 noyabr 2026
     

Azərbaycan diplomatiyası Avropa İttifaqı müstəvisində Ermənistana növbəti Qarabağ zərbəsi vurdu

Image


Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə münasibətlərdə həyata keçirdiyi siyasət öz müsbət nəticələrini verməkdə, ölkəmizin qarşılıqlı əməkdaşlıq fonunda maraqları tam təmin edilməkdədir. Bura Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlər də daxildir. Belə ki, ötən illərə nisbətdə indi Avropa İttifaqı Qarabağ məsələsində daha obyektiv, prinsipial bir mövqe tutur.

Xatırlatmaq yerinə düşərdi ki, Avropa İttifaqının iki il əvvəl keçirilmiş Riqa sammitində Dağlıq Qarabağ məsələsi qəbul olunmuş sənəddə bir qədər qeyri-müəyyən tərzdə əks olunmuşdu. Orada hətta "Şərq tərəfdaşlığı" proqramının iştirakçıları arasında ayrıseçkilik vardı. Gürcüstan, Ukrayna və Moldovanın ərazi bütövlüyünün təmini ayrıca vurğulanırdısa, Azərbaycanla bağlı bənd yox idi. Elə həmin vaxt Azərbaycan tərəfi məsələyə kifayət qədər sərt formada etirazını bildirdi. Diplomatik müstəvidə aparılan işlər nəticəsində ötən ay Brüsseldə baş tutan "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində növbəti zirvə görüşündə qəbul olunan sənəddə tam fərqli bir mənzərə ortaya çıxdı. Nəticələr göstərdi ki, Azərbaycan diplomatiyası böyük zəhmət hesabına uğur əldə edib. Belə ki, Brüsseldə qəbul edilən birgə bəyannamədə bütün ölkələrin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünün təmini birmənalı vurğulandı. Birgə bəyannamədə "Şərq tərəfdaşlığı"nın bütün dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi birmənalı olaraq bir daha dəstəklənib. Bəyannamədə Helsinki Yekun Aktı, ATƏT-in 1990-cı il Paris Xartiyası və Avropa İttifaqının Qlobal Təhlükəsizlik Strategiyasına istinadlar var. Qlobal Strategiyada Avropa İttifaqının üzv və qonşu dövlətlərinin ərazi bütövlüyünə beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində hörmət edilməsi ayrıca vurğulanıb. Ərazi bütövlüyünün dəstəklənməsi vacib prinsip kimi qeyd edilib. Erməni lobbisi,  Ermənistan hökuməti bunların qarşısını almaq üçün çoxsaylı cəhdlər göstərsə də, nəticə fərqli və Azərbaycanın istədiyi kimi olub. Burada bir məqamı da nəzərə almaq lazımdır ki, rəsmi Bakı "Şərq tərəfdaşlığı" proqramında iştirak edən yeganə ölkədir ki, onun özünün təklif etdiyi əməkdaşlıq paketi mövcuddur.

Beləliklə, qeyd olunanlar diplomatik müstəvidə Azərbaycanın Ermənistan üzərində daha bir ciddi qələbə əldə etdiyini üzə çıxarmış oldu. Amma son proseslər rəsmi Bakının bu nəticələrlə kifayətlənmək niyyətində olmadığını da üzə çıxardı. Avropa Xarici Əməliyyatlar Xidmətinin Avropa Komissiyası ilə birgə yaydığı Azərbaycana dair yeni hesabatı ölkəmiz üçün növbəti vacib diplomatik hadisə sayıla bilər. Burada bir daha vurğulanır ki, Avropa İttifaqı Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir və Azərbaycanı özünə vacib tərəfdaş hesab edir. Sənəddə bildirilir ki, Avropa İttifaqı 1994-cü ildə atəşkəs razılaşmasının imzalanmasından bu yana insan itkilərinin 2016-cı ildə ən yüksək həddə çatdığı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT-in Minsk Qrupu həmsədrlərini, habelə sülh, etimad və münaqişənin qarşısını almaq tədbirlərini dəstəkləyir. Beləliklə, yeni hesabat göstərir ki, "Şərq tərəfdaşlığı" sammitində qəbul olunan birgə bəyannamədən sonra Avropa İttifaqı növbəti dəfə ölkəmizin ərazi bütövlüyü ilə bağlı obyektiv mövqe nümayiş etdirib. Aydındır ki, bundan Ermənistan və havadarları çox narahatdır.Çünki Ermənistanın işğal siyasəti hüquqi səpkidə bir daha diqqətə çatdırılır. Bu fonda da erməni tərəfi artıq heç bir bəhanə ilə təcavüzkar ordunun işğal etdiyi torpaqlardan çəkilməməsinə hüquqi don geydirə bilməz. Digər tərəfdən, Avropa İttifaqının qəbul etdiyi sənədlərlə  BMT-nin dörd məlum qətnaməsinin də reallaşması üçün əlavə imkanlar meydana çıxır. Özü də Avropa İttifaqının kifayət qədər təsir gücünə malik bir qurum olması burada diqqətdən qaçmamalıdır.

İndilikdə belə görünür ki, Avropa İttifaqı, ümumiyyətlə, regionun lider ölkəsi olan Azərbaycanla əməkdaşlığı daha da genişləndirmək niyyətindədir. Bunu barəsində yuxarıda qeyd olunan son hesabatdan da aydın görmək olar. Hesabatda deyilir ki, Avropa İttifaqı-Azərbaycan tərəfdaşlığının modernləşdirilməsi və canlandırılması məqsədilə hərtərəfli razılaşma üzrə danışıqların başlanması ilə Azərbaycanla təşkilat arasında əməkdaşlıq və dialoqda yenilənmə müşahidə olunur. Bundan başqa, hesabatda qeyd olunur ki, Azərbaycan öz iqtisadiyyatının şaxələndirilməsi istiqamətində mühüm bir proses başladıb. Bildirilib ki, Avropa İttifaqı qarşılıqlı maraq doğuran bütün sahələrdə Azərbaycanla əməkdaşlıq etməyə və Azərbaycana dəstək göstərməyə hazırdır: "Cənub Qaz Dəhlizi" layihəsi Avropa İttifaqı və Azərbaycan arasında qarşılıqlı maraq doğuran əməkdaşlığın nümunəsidir. Avropa İttifaqı-Azərbaycan mülki aviasiya sazişi üzrə davam edən danışıqlar Avropa İttifaqı  ölkələri ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində növbəti mühüm addım olacaq. Tərəflər arasında müzakirə edilən Tərəfdaşlıq Prioritetləri də Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyır". Hesabatda qeyd olunur ki, Azərbaycan multikulturalizmin və dini tolerantlığın inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atıb. Buradan aydın görünür ki, qurum həm Azərbaycanda görülən işləri yüksək qiymətləndirir, həm də ölkəmizlə əməkdaşlığı genişləndirməyə can atır. Avropa İttifaqının xarici işlər və təhülkəsizlik siyasəti üzrə ali komissarı Federika Mogerini də bildirir ki, Azərbaycan və Avropa İttifaqı strateji tərəfdaşlıq haqqında yeni sazişlə bağlı danışıqlarda böyük irəliləyişə nail olub. Onun sözlərinə görə, 1996-cı ildə Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq və tərəfdaşlıq haqqında saziş imzalandıqdan sonra çox şey dəyişib: “Bizim münasibətlərimiz tərəfdaşlığımızın dərinliyini və gücünü əks etdirir və əməkdaşlığın gələcəkdə daha da inkişaf etdirilməsi üçün əsas verir. Biz yeni saziş üzrə danışıqlarda irəliləyiş əldə etmişik”.

Bu fonda Avropa İttifaqı onu da yaxşı bilir ki, Azərbaycanla əməkdaşlıqdan daha böyük səmərə görməyin yolu Dağlıq Qarabağ münaqişəsinin həllinin tezləşməsidir. Avropa İttifaqının bu məsələdə çevik siyasət yürütməsinə dair çağrışlar da elə bu məqsədə xidmət edir. Məsələn, Fransa Senatının Xarici işlər komitəsinin sədr müavini, senator Natali Qule bildirir ki, elə Avropa İttifaqının ali nümayəndəsi Federika Mogerini Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında daha da maraqlı olmalıdır. O qeyd edib ki, nəhayət, Avropa İttifaqı "Şərq Tərəfdaşlığı" ölkələrinin ərazi bütövlüyünü dəstəkləyən bəyanat verib. Senator əlavə edib ki, indi bu bəyanatın konkretləşdirilməsini gözləmək qalır: "Mən fəaliyyətə üstünlük verirəm. Hesab edirəm ki, parlament diplomatiyası əsas alətdir. Biz Avropa Parlamenti və bu məsələyə cəlb olunmuş məlumatlı parlamentarilərlə birgə işləməliyik". Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid Makallister də hesab edir ki, Dağlıq Qarabağda status-kvo qəbuledilməzdir: "Beynəlxalq hüququn normalarına uyğun olaraq münaqişənin tezliklə siyasi həlli vacibdir. Avropa İttifaqı həll prosesində aktiv oyunçu deyil. Lakin biz nizamlama prosesində hər bir diplomatik səyi dəstəkləyirik. Bunun üçün də Avropa İttifaqı bötövlükdə ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçi səylərini və təkliflərini dəstəkləməyə davam edir. Bu ölkələrdən biri də Avropa İttifaqının üzvü olan Fransadır".

Avropa Parlamentinin Finlandiyadan olan üzvü Heidi Hautala  isə qeyd edir ki, Avropa Parlamenti BMT-nin qətnamələrini tanıyıb: "Biz parlamentarilər Dağlıq Qarabağ münaqişəsi üçün sülhməramlı danışıqları dəstəkləməliyik. Bilirəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ATƏT-in Mink Qrupuna həvalə edilib. Düzdür, 25 il ərzində bu istiqamətdə bir sıra işlər görülüb. Lakin mən hesab edirəm ki, biz parlamentarilər də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə öz töhfəmizi verməliyik. Bu istiqamətdə aparılan danışıqları dəstəkləməliyik. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün Avropa Parlamentində danışıqların aparılmasının və bu danışıqlara digər tərəflərin cəlb edilməsinin tərəfdarıyam. Mən öz tərəfimdən Avropa Parlamenti çərçivəsində Dağlıq Qabağın sülh yolu ilə nizamlanması istiqamətində danışıqların aparılmasına öz həmkarlarımı cəlb etmək üçün çalışacam". Av­ro­pa Xa­ri­ci Fəa­liy­yət Xid­mə­ti­nin rəs­mi­si Dik Şu­bel isə Azər­bay­ca­nın ge­os­tra­te­ji möv­qe­yinə diqqət çəkərək, 25 il­dən çox müd­dət ər­zin­də da­vam edən Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin bü­töv­lük­də re­gio­nun in­ki­şa­fı­na ən­gəl ya­rat­dı­ğı­nı bildirir. O,  mü­na­qi­şə­nin bu gü­nə qə­dər da­vam et­mə­sinin Av­ro­pa İt­ti­fa­qı­ üçün də məqbul olmadığını bildirir. Hesab edilir ki, təsir rıçaqları kifayət qədər böyük olan Av­ro­pa İt­ti­fa­qı­ Qarabağ münaqişəsinin həllini tezləşdirə bilən tərəflərdən biri ola bilər. Elə Azərbaycanın da əsas məqsədi budur. Av­ro­pa İt­ti­fa­qı­ da daxil olmaqla, artıq beynəlxalq qurumlar çox gözəl anlayır ki, Dağlıq Qarabağ məsələsində  Azərbaycanın haqlı tələblərinin yerinə yetirilməsindən başqa çıxış yolu yoxdur. Özü də o fonda ki, yenə Av­ro­pa İt­ti­fa­qı­ da daxil olmaqla, həmin beynəlxalq qurumlar Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edir. Elə bundan irəli gəlir ki, artıq Av­ro­pa İt­ti­fa­qı­ bütün sferalarda Bakı ilə əlaqələrə strateji məzmun verməkdədir. Bununla yanaşı, Azərbaycan quruma üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıqla bağlı bəyannamələr imzalayıb. Bu da Avropa İttifaqına üzv ölkələrin üçdə birinin Azərbaycanla strateji tərəfdaş olması anlamına gəlir. Belə tərəfdaşlığın daha da genişlənməsinə Qarabağ kofnliktinin obyektiv həlli böyük töhfələr verə bilər. Bütün bunlar həm də Azərbaycan diplomatiyasının uğuru sayılmalıdır. Rəsmi Bakının milli maraqlara əsaslanan siyasəti isə  ölkəmiz haqqında müsbət imic formalaşdırır, digər tərəfdən də ərazi bütövlüyümüzün dəstəklənməsini təmin edir. Bunu Av­ro­pa İt­ti­fa­qı­ ilə əməkdaşlıq fonunda indi daha aydın şəkildə sezmək olar.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ