şənbə günü, 14 noyabr 2026
     

Ermənistan hakimiyyəti üçün kəskin Qarabağ dilemması məqamı çatdı

Image


Başa çatmaqda olan cari il ərzində erməni ordusunun üzləşdiyi itkilər bu ölkədə yeni narazılığa rəvac verib. Erməni ekspertlər, müstəqil media orqanları diqqəti buna yönəldir ki, yenə bu il ərzində Ermənistan ordusu çoxsaylı itkilərlə üzləşib.

Qeyd olunur ki, ötən ilin aprelində yaşanan hadisələr cari il ərzində təkrar olunmasa belə, yenə erməni ordusu böyük itkilərlə üzləşib. Məsələ ilə bağlı erməni siyasi şərhçi Sarkis Artsruni yazır ki, vəziyyət çox həyəcanvericidir: “Ermənistan faktiki müharibə aparır, lakin itkilər daha çox daxildə baş verir. Bu o deməkdir ki, bizim əsl düşmənimiz ölkə daxilindədir və bu düşmən rəqiblə müqayisədə daha təhlükəli və təcavüzkardır. Daxili düşməni konkret məmurun şəxsində, yaxud hansısa dövlət orqanında axtarmaq boş məşğuliyyətdir. Problemin kökü daha dərindir və bu, hakimiyyət tərəfindən gizlədilir. Problem cəmiyyətdə gedən deqradasiyadır”.
Erməni şərhçi hesab edir ki, bu ölkədə ordu vahid təhlükəsizlik seqmentini itirib: “Ordu hakimiyyət tərəfindən sistemin bir parçasına çevrilib. Ordu öz immunitentini itirərək, sistemdaxili bazar olub. Generallar və ölkə rəhbərliyi elit təbəqə ilə kasıblar arasında barrikadalar qurur və ordu bu barrikadanın elit tərəfində dayanaraq kasıblara qarşı çıxır. Məhz kasıbların uşaqları ordudakı özbaşınalığın qurbanı olur. Çünki “qızıl” nömrəli maşınlarda gəzən paqonluların əsgərin qayğısına qalmağa vaxtı yoxdur, onlar özlərinə sərvət toplayırlar”. Artsruni qeyd edir ki, Ermənistanda ordu kasıblardan ibarət qoşundur.

Qeyd edək ki, rəsmi rəqəmlərə əsasan, cari ildə erməni ordusu 60 hərbçi itirib. Yenə erməni rəsmi rəqəmlərindən belə məlum olur ki, onlardan yalnız 25-i cəbhədə atəşkəs hallarının pozulması nəticəsində həyatını itirib. Qalanlar qeyri-döyüş şəraitində öldüyündən, Ermənistanda böyük əksəriyyət belə hesab edir ki, Serj Sarksiyan hakimiyyəti özü ordunun qəniminə çevrilib. Bununla yanaşı, yuxarıda qeyd olunan hələ üzə çıxarılmış rəqəmdir. Reallıqda isə cari il ərzində erməni ordusunun itkilərinin 100-dən çox olduğu vurğulanır. Digər tərəfdən cəmiyyəti narazı salan məqam odur ki, hakimiyyət Dağlıq Qarabağ münaqişəsindən istifadə edərək iqtidarda qalmaqda davam edir. Elə bu fonda Sarkis Artsruni bildirir ki, Qarabağ probleminin həlli Sarksiyan iqtidarının da sonunu gətirəcək: “Er­mə­nis­tan pre­zi­den­ti­nin Dağ­lıq Qa­ra­bağ si­ya­sə­ti öl­kə­ni so­nu gö­rün­mə­yən ma­cə­ra­ya sü­rük­lə­yir. Ümu­miy­yət­lə, Er­mə­nis­tan ha­ki­miy­yə­ti Qa­ra­bağ mə­sə­lə­sin­də kon­sep­tu­al ya­naş­ma­ya ma­lik de­yil. Ha­ki­miy­yət bu mə­sə­lə­də əsa­sən şə­rai­ti və ani ma­raq­la­rı rəh­bər tu­tur. Serj Sar­kis­ya­nın Qa­ra­bağ si­ya­sə­ti ziq­za­qa ox­şa­yır. Bu si­ya­sət açıq və giz­li hə­dəf­dən iba­rət­dir. Açıq şə­kil­də şə­rai­tə gö­rə oy­na­yır, giz­lin­də isə sta­tus-kvo­nu bər­kit­mə­yə ça­lı­şır. İrə­van sta­tus-kvo­nun möh­kəm­lən­di­ril­mə­si si­ya­sə­ti apa­rır­sa, bu, Ba­kı ilə uzun­müd­dət­li qar­şı­dur­ma de­mək­dir. Yə­ni Azər­bay­ca­na qar­şı sis­tem­siz Er­mə­nis­tan da­ya­na­caq. Ha­ki­miy­yə­tin isə Qa­ra­bağ­la bağ­lı heç bir kon­sep­si­ya­sı yox­dur. Sar­kis­ya­nın Qa­ra­bağ ziq­za­qı təh­lü­kə­li ma­cə­ra­ya çev­ri­lə bi­lər”.

Qeyd edilənlərdən aydın görünür ki, Sarksiyan iqtidarı öz məqsədləri üçün konfliktin həllini əngəlləyir və bundan ən çox zərər görən tərəflərdən biri erməni cəmiyyəti, erməni ordusudur. Baş verənlər fonrunda səfillər ölkəsinə çevrilən Ermənistan ordusunun bu vəziyyətinə yaxşı bələd olan erməni valideynlər də haqlı olaraq övladlarını orduya xidmətə göndərmək istəmir. Artıq cəmiyyətdə hər kəsə bəllidir ki, Ermənistan ordusu Azərbaycan ordusu ilə müqayisədə olduqca zəifdir və müharibə aparacaq gücdə deyil. Elə bu məqamla bağlı amerikalı ekspert Raul Louri Kontreras da bildirir ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Ermənistanın gələcəyi yoxdur. Onun sözlərinə görə, hazırda Azərbaycan torpaqlarının işğalı ilə bağlı Ermənistan bütün əhəmiyyətli nəqliyyat və enerji layihələrindən təcrid olunub: "Ermənistan qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmaqla böyük səmərə əldə edə bilərdi. Ermənistan həmin layihələrə qoşula və tranzit ölkə kimi dividendlər əldə edə bilərdi. Amma indiki şərtlərdə Ermənistanın gələcəyi yoxdur".

Yıranmış vəziyyətdə, obrazlı desək, top Ermənistanın meydanındır. Dağlıq Qarabağ konfliktinin dinc müstəvidə çözümü üçün Bakı çox aydın şəkildə bəyan edir ki, Ermənistan Azərbaycana qarşı işğal siyasətinə son qoymalı, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxarmalı, əsassız iddialarına son verməlidir. Aydındır ki,  Ermənistan rəhbərliyi bu reallığı nə qədər tez dərk edərsə, o qədər də tez erməni əhalisi qonşu dövlətlərlə münasibətlərin yaxşılaşması, Ermənistanın regional əməkdaşlığa cəlb olunmasından faydalana bilər. Amma Ermənistanın özündə belə etiraf olunur ki, Sarksiyan iqtidarı Qarabağ məsələsinin həllində əsl maneəyə çevrilib. Erməni politoloq Armen Qriqoryanın bu xüsusda açıqlamaları xüsusi diqqət cəlb edir. O bildirir ki, Sarkisyan hakimiyyətdə olduğu müddət ərzində həm erməni cəmiyyəti, həm də Qarabağ konfliktinin həlli üçün çox böyük problemlər yaradıb: “Bir neçə aydan sonra Serj Sarkisyanın prezidentlik müddətinin 10 ili tamam olacaq. Sarkisyanın Ermənistana rəhbərlik etdiyi illəri böhran dövrü adlandırmaq olar. Bu dövrü Ermənistan üçün uğurlu adlandırmaq olduqca çətindir. Heç bir uğur olmayıb. Sarkisyanın idarəçiliyi dövründə Ermənistanın xarici borcu 1,5 milyard dollardan 6,3 milyard dollara yüksəlib. Ermənistan iqtisadiyyatın geriləməsində rekord qazanıb. Belə ki, milli iqtisadiyyatda 14 faiz geriləmə müşahidə olunub. Ölkəni birdəfəlik tərk edənlərin sayı davamlı olaraq artır. Bütün bunlardan başqa, 2016-cı ilin aprel ayında Azərbaycan ordusunun həyata keçirdiyi əməliyyat zamanı Ermənistan böyük itkiyə məruz qaldı. 10 ildə nə iqtisadi, nə də siyasi sahələrdə heç bir müsbət meyil müşahidə edilməyib. Ölkənin problemlərini, Qarabağ münaqişəsini həll etmək üçün indiki hakimiyyətin dəyişməsi vacib şərtdir. Azərbaycan son illərdə sübut edir ki, Ermənistanı təcrid edə biləcək, onun bölgədəki mövqelərini zəiflədəcək və Dağlıq Qarabağ ətrafında status-kvonu dəyişdirə biləcək layihələri gerçəkləşdirməkdən çəkinmir. Ermənistan regional inteqrasiya sahələrindən kənarda qalıb. Bu olduqca xoşagəlməz haldır. İrəvanın müstəqil və əsaslı xarici siyasətə malik olmadığını bir daha göstərir. Rusiyadan tam asılılıq sayəsində Ermənistan beynəlxalq aləmdə subyektivliyini itirib”.

Beləliklə, qeyd edilənlərdən bəlli olur ki, Ermənistanda hakimiyyətdən narazılıq gedərək artır. Ermənistan mətbuatının yazdığına görə, cəbhədə artan itkilər  göstərir ki, ölkənin idarəetmə proseslərinin kökündə sistem və struktur problemləri durur. Bu fonda qeyd edilənlərdən bu qənaətə gəlmək mümkündür ki, hazırda Ermənistan vətəndaşları zəbt olunmuş ərazilərin ölkəyə yalnız problem gətirdiyini göstərərək, onun həllinin tezləşməsini hakimiyyətdən daha çox tələb edirlər. Amma yuxarıda qeyd olunduğu kimi, Sarkisyan iqtidarı ən azından hakimiyyət ömrünü uzatmaq üçün Qarabağ konfliktinin həllinin tezləşməsində maraqlı deyil. Elə bu səbəbdən Qarabağ məsələsində çağırış edənlər ya satqın adlandırılır, ya da onlara qarşı repressiv metodlar işə salınır.  Məsələ ilə bağlı ”armenianreport” saytı yazır ki, hakimiyyətin belə niyyəti səbəbindən  Ermənistanda polislərin sayı əhalinin sayına görə digər ölkələrlə müqayisədə iki dəfə artıqdır: ”Hərbi qulluqçuların acınacaqlı vəziyyətdə olması bunu sübuta yetirir. Hakimiyyət öz maraqlarına cavab verən istiqamətlər üçün vəsait ayırır. Öz postlarının itirilməməsi onlar üçün əsas şərtdir. Ermənistan iqtidarı üçün əsas düşmən öz daxilindəki erməni vətəndaşlarıdır. Ən böyük qorxuları erməni vətəndaşların etiraz aksiyalarıdır”.

Ermənistanın Dağlıq Qarabağ münaqişəsinə görə blokada vəziyyətində qalması, regional layihələrdən təcrid olunması fonunda iqtisadi durumun daha da pisləşdiyi bəllidir. "Aykakan jamanak" qəzeti yazır ki, buna görə də Ermənistanın dövlət borcu durmadan artır. Qəzet yazır ki, bütün bunlar ölkənin sosial-iqtisadi durumunun ağır olduğunu göstərir və belə vəziyyət mövcud hakimiyyətin yarıtmaz siyasəti və Dağlıq Qarabağ münaqişəsinin mövcudluğundan qaynaqlanır. Bu səbəbdən də Ermənistan daxilində mövcud hakimiyyətə qarşı narazılıq dalğası sürətlə böyüyür. Sarksiyanın isə sonadək bu narazılıqları güc yolu ilə yatıra bilməsi inandırıcı sayılmır. Digər tərəfdən erməni cəmiyyətini qorxudan odur ki, indiki vəziyyətdə Qarabağ münaqişəsi yenidən alovlana bilər və hazırda bu, Ermənistanda ən böyük qorxu mənbələrindən biri hesab edilir. Mə­sə­lən, "İrav­nuk" qə­ze­ti ya­zır ki, hər­bi əmə­liy­yat­la­rın ye­ni­lən­mə­si cəb­hə it­ki­lə­ri­nin art­ma­sı de­mək­dir və in­di­ki hal­da bu qə­tiy­yən Er­mə­nis­ta­na la­zım de­yil: "Hə­lə dö­yüş­lə­rin han­sı nə­ti­cə­lə­rə gə­ti­rib çı­xa­ra­ca­ğı­nı da də­qiq proq­noz et­mək ol­maz. Hər hal­da, ötən ilin ap­re­lin­dən müt­ləq dərs çı­xa­rıl­ma­lı­dır. Mə­sə­lə­nin bu sə­bəb­dən sülh yo­lu ilə həl­li İrə­van üçün prio­ri­tet ol­ma­lı­dır”.

Gürcü ekspert Zurab Xonelidze isə bildirir ki, Qarabağ münaqişəsinin həlli bütün region üçün vacibdir və Ermənistan bunu mütləq nəzərə almalıdır. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi təkcə Azərbaycanın deyil, bütövlükdə regionun problemidir. O bildirib ki, bu gün Azərbaycan və Gürcüstan eyni problemi yaşayır: "Hər iki ölkə ərazilərinin 20 faizini itirib. Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Bəzi siyasətçilər bunun daxili problem olduğunu iddia edib məsələdən yayınmaq istəyir. Lakin Dağlıq Qarabağ münaqişəsi daxili problem deyil. Bu bizim regionu və dünyanı narahat edən problemdir. Dünya ictimaiyyəti Azərbaycanın və Gürcüstanın problemlərinə biganə qalmamalıdır. Hər iki münaqişə sülh yolu ilə həll olunmalı, Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü təmin olunmalıdır”. O da aydındır ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində əməli addımlar atmasa, buna görə ağır cavab verməli olacaq.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ