şənbə günü, 14 noyabr 2026
     

Üç dövlətin XİN başçıları Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəkləyən konkret məzmunlu bəyannamə qəbul etdilər

Image


Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşüb. E.Məmmədyarovun türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə də görüşü olub. Daha sonra İran və Türkiyənin xarici işlər nazirləri Məhəmməd Cavad Zərif və Mövlud Çavuşoğlu arasında görüş keçirilib.

“Trend”in məlumatına görə, təkbətək görüşlərdən sonra Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirləri Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Məhəmməd Cavad Zərifin üçtərəfli görüşü keçirilib. Görüşün yekununda birgə Bakı Bəyannaməsi imzalanıb.

XİN rəhbərlərinin növbəti üçtərəfli görüşünə özəl sektordan da nümayəndələr dəvət olunacaq

"Biz razılığa gəlmişik ki, bu formatda görüşləri davam etdirək və əməkdaşlığı daha da genişləndirək, enerji, nəqliyyat, turizm və digər sahələrdəki potensialdan daha geniş istifadə edək". Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, İran və Türkiyə XİN rəhbərlərinin Bakıda keçirilən 5-ci üçtərəfli görüşünün yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

XİN rəhbəri bildirib: "Biz Fələstin-İsrail münaqişəsini də müzakirə etdik. Bilirsiniz ki, bu məsələ ilə bağlı sabah (bu gün-red) BMT Baş Assambleyasında sənəd qəbul olunacaq. Biz həmin sənədin lehinə səs verəcəyik. Qüdslə bağlı Azərbaycanın mövqeyi Prezident İlham Əliyev tərəfindən İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən Zirvə toplantısında səsləndirilib. Biz bu mövqedə qalırıq".

Enerji sahəsində əməkdaşlığa toxunan E.Məmmədyarov vurğulayıb ki, gələn il TANAP boru kəməri istifadəyə veriləcək: "Azərbaycanla İran arasında enerji sahəsində əməkdaşlıq gündən-günə artır. Bundan əlavə, üç ölkə arasında elektrik enerjisi mübadiləsi genişləndirilir. İstanbulda keçiriləcək növbəti görüşümüzə özəl sektordan, o cümlədən iqtisadi sektordan nümayəndələri dəvət edib əməkdaşlığın daha da genişləndirilməsi yollarını müzakirə edəcəyik".

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşünün ilkin tarixi açıqlandı

E.Məmmədyarov Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün ilkin tarixini də açıqlayıb.

Nazir qeyd edib: "Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün tarixini hələ demək çətindir. Bununla belə, görüşün gələn il yanvarın ortasında keçirilməsi nəzərdə tutulur".

E.Məmmədyarov vurğulayıb ki, görüş Avropa ölkələrinin birində baş tutacaq: "Həmsədrlər görüşün dəqiq tarixi barədə məlumat verəcəklər".

Çavuşoğlu Türkiyədəki üçtərəfli görüşün “özəlliyini” açdı

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə bildirib ki, Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü Türkiyədə keçiriləcək. Nazir qeyd edib: "Biz görüşdə müxtəlif məsələləri, əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələləri müzakirə etdik. Növbəti toplatıya biz ev sahibliyi edəcəyik, eyni zamanda iş adamlarını bir araya gətirəcəyik. Ola bilsin ki, iş adamlarının da toplantısı keçirilsin".

M.Çavuşoğlu vurğulayıb ki, üç ölkə arasında möhkəm dostluq və qardaşlıq münasibətləri var: "Bu üçtərəfli formatı daha da genişləndirəcəyik. Bugünkü toplantı çox faydalı oldu".

Nazir həmçinin bildirib ki, Türkiyə İrandan alınan qaz həcmini artırmaq istəyir: "Biz növbəti ildə üç ölkə arasında enerji əməkdaşlığını daha da genişləndirəcəyik".

"Münaqişənin Azərbaycanın qəbul etdiyi həll formulunu dəstəkləyirik"

"Ermənistan həm suçlu, həm güçlüdür. Bu ölkə Azərbaycan torpaqlarının 20 faizini işğal edib. Xocalı faciəsi ortadadır. Biz münaqişənin Azərbaycanın qəbul etdiyi həll formulunu dəstəkləyirik"- deyən M.Çavuşoğlu bildirib ki, Ermənistan qonşuları ilə necə davranmalı olduğunu bilməlidir: "Ermənistana şərt irəli sürdük ki, işğal edilmiş torpaqları azad edəcək və bundan sonra münasibətlər normallaşacaq. Ermənistan tərəfindən verilən açıqlamaların bizim üçün heç bir hökmü yoxdur".

“Ermənistanla protokolları şərtlə imzalamışdıq”

“Biz Ermənistanla bəzi şərtlər daxilində addım atmaq istədik. Əsas şərt o idi ki, Ermənistan işğal etdiyi torpaqlardan çəkiləcək, biz də əlaqələrimizi normallaşdıracağıq” – deyən M.Çavuşoğlu

Ermənistan və Türkiyə arasında 2009-cu ildə İsveçrədə imzalanan protokolların taleyi barədə sualı cavablandırarkən xatırladıb ki, Ermənistan həmin protokolları öz Konstitusiya Məhkəməsinə təqdim edib və KM sənədlərin bəzi önəmli maddələrini oradan çıxarıb: “Bu razılaşmanı Ermənistan rəfə qoysa və ya ləğv etsə nə olacaq ki? Bizim şərtimizi yerinə yetirmədiyi müddətcə bu razılaşmanın həyata keçməsi mümkün deyil”.

Xatırladaq ki, Ermənistan rəhbərliyi Türkiyə ilə imzalanmış protokolların gələn ilin baharına qədər ləğv ediləcəyini açıqlayıb.

Bakıda önəmli Suriya bəyanatları…

"Astana prosesi Suriyada atəşin dayandırılması baxımından böyük rol oynayıb. Bu faydalı prosesi davam etdirəcəyik" – deyən M.Çavuşoğlu Türkiyənin Cenevrə prosesini də dəstəklədiyini bildirib: "Lakin son görüşdə nəticə əldə olunmadı. İndi siyasi həllə köklənməliyik. Davamlı həll yalnız siyasi yolla mümkündür. Bunun üçün terror təşkilatlarından başqa bütün tərəflər görüşməlidir. Soçi sammitində belə bir qərar alındı. Həmçinin, ölkə seçkilərə hazırlanmalıdır. Demokratik, şəffaf, ədalətli seçki olmalıdır.

Ölkənin bunun üçün Konstitusiyaya ehtiyacı var. Bu isə Suriya xalqı tərəfindən hazırlanmalı və müzakirə edilməlidir. Bizim məqsədimiz Suriyada xaosu bitirmək, ölkəyə təkrar sülh və sabitlik gətirməkdir".

Çavuşoğlu  “İran…üçün də çalışırıq” dedi

“Azərbaycan və İran enerji resursları baxımından önəmli ölkədir” - deyən M.Çavuşoğlu əlavə edib ki, Türkiyə hər iki ölkədən təbii qaz və neft alır.

“Aldığımız neft və qazın həcmini artırmaq istəyirik. Gələn il TANAP bitəcək. İran qazının da beynəlxalq aləmə çıxması istiqamətində çalışırıq. Enerji sahəsində əlaqələri daha da inkişaf etdirə biləcəyimizi düşünürük”, - deyə nazir bildirib.

Məhəmməd Cavad Zərif Azərbaycan barədə bir razılaşmanı xüsusi qeyd etdi

"Qərara gəldik ki, Azərbaycanla əlaqələrimizdə özəl sektorun payını inkişaf etdirək"

“Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşündə nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub”. “Trend”in məlumatına görə, bunu isə İranın xarici işlər naziri Məhəmməd Cavad deyib.

M.C.Zərif qeyd edib ki, nazirlərin bu cür formatda görüşü vacib əhəmiyyət kəsb edir:

"Azərbaycan, İran və Türkiyə birgə tarixi ənənələrə malikdir. Biz bu görüş zamanı nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlığı müzakirə etdik".

APA-nın məlumatına görə, İranın xarici işlər naziri daha sonra bildirib: "Qərara gəldik ki, Azərbaycanla əlaqələrimizdə özəl sektorun payını da inkişaf etdirək".

Türkiyə və İran da Bakının "Expo-2025" sərgisinin keçirilməsi üçün namizədliyini alqışladı…

"Türkiyə və İran Bakının "Expo-2025" Ümumdünya Sərgisinin keçirilməsi üçün namizədliyini alqışlayır. Bu barədə isə Azərbaycan, İran və Türkiyə xarici işlər nazirləri Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Məhəmməd Cavad Zərifin beşinci üçtərəfli görüşünün yekunlarına dair Bakı Bəyannaməsində deyilir.

Qeyd olunur ki, xarici işlər nazirləri bundan əvvəlki üçtərəfli görüşlərdə qəbul olunmuş Urmiya, Naxçıvan, Van və Ramsar bəyannamələrindəki öhdəliklərini vurğulayıb, regionda sülh, təhlükəsizlik, rifah və əməkdaşlığa xidmət edəcək dərin tarixi köklər, din və mədəni ortaqlıqlara əsaslanan üç ölkənin xalqları arasında həmrəylik və əməkdaşlığı, habelə paylaşılan dəyərləri daha da gücləndirmək üçün öhdəliklərini bir daha təsdiq edib, xüsusilə iqtisadi tərəqqi və davamlı inkişafa töhfə verə biləcək sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün öhdəliklərini qeyd ediblər.

Nazirlər regionda sülh və təhlükəsizliyin gücləndirilməsi üçün ümumi maraqlarını xüsusi vurğulayıb və bu konteksdə suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin pozulmamasına hörmət və bütün mübahisələrin sülh yolu ilə həlli daxil olmaqla beynəlxalq hüququn prinsipləri üzrə öhdəliklərini qeyd ediblər, bu xüsusda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münqişəsinin yuxarıda qeyd olunan prinsiplər əsasında ən qısa müddətdə həllinin vacibliyini bir daha vurğulayıblar.

Bəyannamədə bildirilir: "Nazirlər müxtəlif səviyyə və platformalarda, habelə BMT, İƏT, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimadın Yaradılması Konfransı, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində regional və beynəlxalq sülh, təhlükəsizlik və stabilliyin gücləndirilməsi məqsədilə ümumi maraqlar kəsb edən regional və qlobal məsələlərə dair sıx məsləhətləşmələrin davam etdirilməsini razılaşdılar; Qüdslə əlaqədar 13 dekabr 2017-ci il tarixində İstanbulda keçirilmiş İƏT-in Fövqəladə sammitinin bəyannaməsini və yekun kommünikesini alqışladılar".

Bundan başqa, XİN rəhbərləri iqtisadi-ticarət əməkdaşlığının gücləndirilməsi, sərmayə və ticarətin təşviqi naminə mövcud potensialdan istifadə, o cümlədən enerji, nəqliyyat, bankçılıq, telekomunikasiya, sənaye, kənd təsərrüfatı, turizm və ətraf mühit sahəsində birgə layihə və proqramların həyata keçirilməsi ilə əməkdaşlığın təşviqinə dəstək verilməsini razılaşdırıblar, beynəlxalq tranzit dəhlizləri və coğrafi cəhətdən əlverişli yerləşən üç ölkənin tranzit potensialının artırılması, eləcə də beynəlxalq tranzit sisteminə inteqrasiya etmək üçün əhəmiyyətli addımların atılmasını xüsusi vurğulayaraq, nəqliyyat infrasturukturunun inkişafı və tranzit potensialının artrırılması naminə yeni layihələrin həyata keçirilmısi üçün əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini qeyd ediblər, sosial-iqtisadi inkişaf naminə Asiya və Avropa arasında rəqabətli tranzit nəqliyyatının kəmiyyət və keyfiyətini artırmaq üçün strateji cəhətdən əhəmiyyətli olan genişmiqyaslı beynəlxalq nəqliyyat layihələrində üç ölkənin iştirakının vacibliyini xüsusi vurğulayaraq, “Şərq-Qərb”, “Cənub-Qərb”, “Şimal-Cənub” maşrutlarında üç ölkənin tranzit potensialdan istifadəyə əlverişli şərtlər yaradan Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsini alqışlayıb, Rəşt-Astara dəmir yolunun tikintisinin ən qısa müddətdə tamamlanması üçün lazımı addımların atılmasının vacibliyini bildiriblər.

Həmçinin nazirlər mülki aviasiya sahəsində yüksək potensiala nail olmaq üçün əməkdaşlığın gücləndirilməsi, eləcə də üç ölkənin coğrafi üstünlüklərindən daha da faydalanmağın əhəmiyyətini vurğulayıblar, neft, qaz və neft-kimya sahəsində kommersiya əməkdaşlığının artırılmasına hazır olduqlarını ifadə ediblər, üç ölkənin bank şəbəkəsi arasında əlaqələrin inkişaf etdirilməsi və genişləndirilməsi, habelə beynəlxalq bankçılıq prosedurları, həmçinin, çirkli pulların yuyulması və terrorun maliyyələşdirilməsi üzrə təcrübə və informasiyanı paylaşmağı razılaşdırıblar, regionda rəqəmsal uçurumların aradan qaldırılması məqsədilə informasiya strukturunun yaradılması və idarə edilməsi üçün üç ölkə arasında davam edən əməkdaşlığın əhəmiyyətini vurğulayıblar, qlobal və regional iqtisadi təşkilatlar çərçivəsində əməkdaşlığın zəruriliyini, bu təşkilatların diqqətini ticarət, nəqliyyat, turizm, kənd təsərrüfatı, kommunikasiya və enerji sahəsi kimi prioritet sahələrə cəlb edilməsi, eləcə də bu institutlar tərəfindən üç ölkənin ümumi marağında olan layihələrin həyata keçirilməsinin təşviq edilməsi və dəstək göstərilməsini qeyd ediblər.

Azərbaycan, İran və Türkiyənin xarici işlər nazirləri 2015-ci ilin sentyabr ayında BMT tərəfindən qəbul edilən 2030 dayanıqlı inkişaf gündəliyinin müvafiq məqsədlərinə nail olmaq naminə ətraf mühitin pozulmasının azaldılması və qarşısının alınması üçün əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini xüsusi qeyd ediblər, beynəlxalq və ya regional təşkilatlarda üç ölkənin namizədliyinin müsbət mənada qiymətləndirilməsini razılaşdırıblar və bu mənada Expo-2025-in Azərbaycanda keçirilməsi üçün Bakının namizədliyini alqışlayıblar.

Onlar etnik, irqi, dini və etiqada əsaslanan dözümsüzlüyün və ayrı-seçkiliyin bütün formalarını pisləyərək, müxtəlif mədəniyyətlər, sivilizasiyalar və xalqlar arasında dözümlülüyün tərbiyyə edilməsi, hörmət, dialoq və əməkdaşlığın əhəmiyyətini qeyd edərək, 2016-cı ilin 25-27 aprel tarixlərində Bakıda keçirilmiş BMT-nin Sivilizasiyalar Aliansının 7-ci Qlobal Forumunun əhəmiyyətini xüsusi qeyd ediblər; terrorizm, separatism və zorakı ekstremizmin bütün forma və təzahürləri, transmilli mütəşəkkil cinayət və narkotik vasitələrin və onların daşıyıcılarının, silahların qeyri-qanuni dövriyyəsi, insan alveri, mədəni və tarixi irsə qarşı cinayətlər, kibercinayətkarlıq və qeyri-qanuni miqrasiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın daha da gücləndirilməsinin əhəmiyyətini qeyd ediblər; İran İslam Respublikasının təşəbbüsü ilə “Dünya ekstremizm və zorakı ekstremizmə qarşı” başlıqlı BMT Baş Assambleyasının A/RES/68/127 nömrəli qətnaməsini vurğulayıblar; öz ərazilərindən hər hansı bir insan və ya şəxsi qrupların istənilən nəticələr altında, bir-birinə qarşı istənilən təhlükə və fəaliyyətə qarşı istifadə etməsinə icazə verməyəcəklərini qətiyyətlə bəyan ediblər, separatizmə xarici dəstəyi kəskin şəkildə qınayıblar.

XİN rəhbərləri milli və beynəlxalq səviyyədə insan hüquqlarının təşviqi və müdafiəsi üzrə öhdəliklərini vurğulayıblar və bəyan ediblər ki, dünyada bütün insanların hüquqlarının təşviq və müdafiəsinə əməkdaşlıq və dialoq vasitəsilə daha yaxşı nail olmaq olar. Onlar çoxtərəfli danışıqlar və diplomatiyanın uğurlarını əks etdirən Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) əhəmiyyətini vurğulayıblar və etiraf ediblər ki, JCPOA-nın uğurla yerinə yetirilməsi JCPOA-da təmin olunan faydalardan tam yararlanmaq məqsədilə onlara icazə verilməsi üçün bütün iştirakçılar tərəfindən öhdəliklərin tam yerinə yetirilməsini tələb edir.

Nazirlər BMT TŞ-nin 2231 (2015) saylı qətnaməsinin tərkib hissəsi olan Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən təsdiq edildiyi kimi İran İslam Respublikasının JCPOA-da öhdəliklərinə əməl etməsini nəzərə alaraq, bütün BMT üzvlərinə JCPOA-in həyata keçirilməsinə töhfə verəcəklərinə dair öhdəliklərini xatırladıblar, İslam dünyasının qarşılaşdığı çağırışlara qarşı durmaq məqsədilə islam həmrəyliyinin təşviq edilməsinin əhəmiyyətini qeyd etdilər və islam qardaşlığının, anlayış və dözümlülüyün gücləndirilməsi üçün daha fəal və səmərəli əməkdaşlıq edilməsi niyyətini ifadə ediblər. Bu xüsusda, İslam mədəniyyəti və dünyada mənəvi dəyərlərin təşviqi baxımından 2017-ci il 12-22 may tarixlərində Bakıda yüksək səviyyədə keçirilmiş 4-cü İslam Həmrəyliyi Oyunlarının əhəmiyyətini qeyd ediblər.

E.Məmmədyarov, M.Çavuşoğlu və M.C.Zərif bundan əvvəlki görüşlərdə qəbul olunan qərarların, o cümlədən 2016-2018-ci illər üzrə Üçtərəfli Sahəvi Əməkdaşlıq Fəaliyyət Planının təqib edilməsinin əhəmiyyətini vurğulayıb, üçtərəfli formatda regional və qlobal məsələlərə dair əlaqələndirmə və əməkdaşlığın davam etdirilməsi üçün mütəmadi keçirilən görüşlərin əhəmiyyətini bir daha qeyd edib, növbəti görüşün Türkiyədə keçirilməsinə dair razılığa gəliblər.

Baki-xeber.com



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ