şənbə günü, 14 noyabr 2026
     

“İldırımsürətli Qarabağ müharibəsi” ehtimalları Ermənistanı qorxuya salıb

Image


Dağlıq Qarabağ konfliktinin çözümündə Azərbaycanın sülh yoluna sadiq qalmasından Ermənistanın sui-istifadə edərək mövcud status-kvonu saxlamaq cəhdlərinin əbəs olması bu gün beynəlxalq miqyasda da açıq etiraf edilən faktdır.

Məsələ burasındadır ki, Azərbaycan münaqişənin dinc müstəvidə həllini mümkün sayır və bu səbəbdən də güc variantına əl atmağı indiki məqamda məqbul hesab etmir. Amma bu o demək deyil ki, Ermənistan yaranmış situasiyadan öz maraqları çərçivəsində istifadə edərək münaqişənin dondurulmuş vəziyyətdə saxlanmasına nail ola bilər. Rəsmi Bakı hər zaman ən yüksək səviyyədə bəyan edir ki, sülh yoluna ümidlər tükəndiyi an ərazi bütövlüyünü güc yolu ilə bərpa edəcək.

Bu vaxta qədər Ermənistan hamilərinin yardımı ilə Bakını güc tətbiqindən vaz keçməyə vadar edəcəyinə böyük ümidlər bəsləyirdi. Amma Azərbaycanın həm hərbi, həm də diplomatiya müstəvisində gedişləri işğalçı ölkənin bu xüsusda ümidlərini tam alt-üst edib. Xüsusən də ötən ilin aprelindən sonra Ermənistan Azərbaycanı kimsənin durdura bilməyəcəyinə tam əmin olub. Elə indinin özündə də qeyd olunan xüsusda Ermənistana edilən xəbərdarlıqların sayı artır və bildirilir ki, nə qədər gec deyil, İrəvan sülh yolu ilə Qarabağ münaqişəsinin həllinə razılığını verməlidir. Əks təqdirdə Azərbaycanın güc variantına əl atması qaçılmaz olacaq və belə vəziyyətdə itirən yalnız Ermənistan olacaq. Ermənistanın “1in.am” saytına açıqlamasında rusiyalı hərbi ekspert Aleksandr Xramçixin də bunu xüsusi olaraq qabardıb və bildirib ki, Azərbaycan müharibə elan etmək istəsə, bunun qarşısını almaq olmayacaq: “ Azərbaycan müharibəni başlamağa qərar versə, o zaman hansı formada müharibənin qarşısını almaq mümkün olacaq? Hücumun qarşısını almaq başqa məsələdir, amma Azərbaycan istəyəcəyi təqdirdə müharibənin başlanmasının qarşısını almaq mümkün olmayacaq. Qarabağdakı erməni ordusu barədə dəqiq informasiya yoxdur. Ümumiyyətlə, Dağlıq Qarabağ informasiya baxımından çox qapalıdır. Belə ki, Dağlıq Qarabağ tanınmamış ərazidir”.

O, həmçinin, müharibəbaşlayacağı təqdirdə Azərbaycan və Ermənistan ordularının mövqeləri barədə danışıb: “Erməni ordusu döyüş mövqelərini gücləndirməyə çalışır. Bunun üçün son illər Rusiyadan aldığı silahlardan da istifadə etməyə cəhd göstərir. Amma Azərbaycan Ordusu daha güclü silahlanıb. Onun, özəlliklə, səmada böyük üstünlüyü var”.  Müdafiə və milli təhlükəsizlik üzrə amerikalı mütəxəssis Robert Farli də “The National İnterest” jurnalına açıqlamasında Qarabağ münaqişəsi ətrafında təhlükəli vəziyyətin yarandığını bildirib. O, hətta münaqişə yenidən alovlanacağı halda, bura kənar qüvvələrin cəlbini və beləliklə, konfliktin əhatə zonasının görünməməiş dərəcədə böyüyə biləcəyini vurğulayır. Bu səbəbdən, ekspertin fikrincə, ən yaxşı vasitə münaqişənin dinc müstəvidə həllinə nail olmaqdır. Amerikalı ekspertin mövqeyinə görə, Türkiyənin Rusiya ilə yaxınlaşması və ABŞ-dan, Avropa İttifaqından məsafə saxlaması regiondakı qüvvələr balansını pozacaq: “Bu da Suriya, İraq, İran, Balkanlar və Qafqazdakı situasiyaya təsir edəcək. Bu kontekstdə ağlıq Qarabağ münaqişəsi xüsusilə təhlükəlidir”. Ekspert hesab edir ki, məhz qeyd edilən səbəbdən konfliktin dinc müstəvidə həlli tezləşməlidir.

Əslində, Ermənistanda da yaxşı başa düşürlər ki, Azərbaycan ordusu ilə yenidən üz-üzə gəlmək onlar üçün müsbət heç nə vəd etmir. Əksinə, ermənilər yeni ciddi zərbələr alacaqlarının da yaxşı fərqindədirlər. Hətta işğalçı ölkənin rəhbəri Serj Sarkisyanın son günlərdə bu xüsusda yeni etirafları da var.  O, bu günlərdə  “Armeniya” telekanalına müsahibəsində Azərbaycan ordusunun daha güclü olduğunu, dolayı yolla olsa da, etiraf edib. Sarkisyan bu fonda  Ermənistanın hərbləşdirilmiş dövlətə çevrilməsi barədə bəyanatdan narahat olmadığını da belə izah edib: “Bir tərəfdən bizi Azərbaycandan zəif olmaqda ittiham edirlər, digər tərəfdən hərbləşməkdən danışırlar. Biz təhlükəsizlik məsələlərimizi həll etmək imkanı verəcək addımı atmağa məcburuq. Aprel döyüşləri göstərdi ki, biz bunu etməmişik”.

Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov da bildirir ki, Sarkisyan Azərbaycanın Ermənistandan güclü olduğunu açıq-aşkar etiraf edir. Hərbi ekspertin fikrincə, Ermənistanda cəmiyyət qarşısında verilən heç bir vəd yerinə yetirilməyib və indi bu ölkənin prezidenti hər şeyi etiraf etməyə məcburdur: “Aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələri qarşıya qoyulan bütün tapşırıqları icra etdi. Ermənistan tərəfi isə müdafiə olunan mövqelərini itirməyə məcbur oldu. Ordumuz həmin mövqeləri işğaldan azad edərək verilmiş tapşırığı yerinə yetirdi. Onlar ordumuzun qarşısında tab gətirsəydilər, həmin mövqelərdən geri çəkilməzdilər. İlk vaxtlarda ermənilər məğlubiyyəti etiraf etmirdilər. Cəmiyyətə vədlər verirdilər ki, guya həmin əraziləri geri alacaqlar. Bundan sonra müəyyən təxribatlara cəhd də etdilər. Həmin təxrbatların hər birinin qarşısı alındı. Bundan sonra Ermənistanın Müdafiə Nazirliyində rəhbər şəxsləri dəyişdirildi. Dəyişikliklərdən sonra da müəyyən təxribat cəhdləri oldu və düşmən layiqincə cavabını aldı”. Ş.Ramaldanov əlavə edib ki, aprel döyüşlərindəki itkilər Ermənistan cəmiyyətində ruh düşkünlüyü yaradıb: "Bunun nəticəsidir ki, ölkədə etirazların sayı daha da artıb. Həmçinin keçmiş müdafiə naziri müxalifətə keçib və dövlət rəhbərliyinə bildirib ki, Azərbaycanla Qarabağ məsələsini həll etmək lazımdır. Özləri də etiraf edirlər ki, işğalçı ordu Azərbaycan ordusunun və silahının qarşısında tab gətirə bilməz, bu məsələdə Ermənistan çox zəifdir”. Ehtiyatda olan polkovnik vurğulayıb ki, Sarkisyanın etirafı həm dəErmənistanın havadarlarına və xaricdə olan diaspor təşkilatlarına ünvanlmış mesajdır: “Sarkisyan bu mesajla Ermənistan odrusunun necə aciz vəziyyətdə olduğunu göstərdi. O bunu etməklə öz havadarlarından yardım dilənmək istəyir”. Amma reallıq bundan ibarətdir ki, Ermənistan rəhbərlyinin yardım almaq üçün bütün cəhdləri əbəsdir və dünya miqyasında da İrəvana xəbərdarlıqlar edilir ki, məsələnin sülh yolu ilə çözümü üçün əməli addımlar atsın. Əks vəziyyət isə, yuxarıda qeyd olunduğu kimi, İrəvanın özünə zərbə vuracaq. Fransanın Ermənistandakı səfiri Conatan Lakot da məsələyə elə bu tərəfdən nəzər salır:  “Dağlıq Qarabağ münaqişəsini dondurulmuş kateqoriyasına aid etmək çətindir”. Münaqişənin cəmiyyətdə əks olunma səviyyəsindən təəccübləndiyini deyən diplomat ilin əvvəlindən bəri təmas xəttində 57 erməni hərbçisinin həlak olduğunu diqqətə çatdırıb. Səfir bu fonda qeyd edib ki, Qarabağ konflikti dondurulmuş münaqişə deyil: “Bu, insanlara və iqtisadiyyata təsir edən gerçək münaqişədir. Bu münaqişə bizi narahat edir. Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi öhdəliklərini yerinə yetirməkdə qərarlıdır. Danışıqlar prosesinin mərkəzində güc tətbiqinin yolverilməzliyi, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etməsi prinsipləri dayanır. Fransada ən yüksək səviyyədə münaqişəni izləyirlər. Fransa Minsk Qrupu tərkibində öhdəliklərinə tam sadiqdir, lakin söhbət vasitəçilik rolundan gedir”. Bununla belə, Lakot səfir olduğundan, danışıqlar prosesinin detalları barədə danışa bilməyəcəyini də əlavə edib: “Dağlıq Qarabağ problemi mürəkkəbdir. Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi münaqişənin həlli sahəsində öz vəzifəsini qətiyyətlə yerinə yetirmək niyyətindədir. amma mən danışıqlar prosesinin mahiyyəti barədə heç nə danışa bilmərəm”.

Fransa ilə yanaşı, ATƏT -in Minsk Qrupunun digər həmsdəri Rusiyanın da məsələnin həllində daha aktiv rol oynamasının vacibliyi ön plana çəkilir. “Moskva-Bakı” portalına müsahibəsində Rusiya Kommunist Partiyasının sədri Gennadi Züqanovun qeyd olunan xüsusda son açıqlamaları xüsusi diqqət cəlb edir. O bildirir ki,  Rusiya Dağlıq Qarabağ münaqişəsi üzrə daha səmərəli işləməlidir.  Züqanov qeyd edib ki, münaqişənin həll olunması üçün düzgün qərarlar mövcuddur: “Gəlin birlikdə həll yollarını tapaq. Bu məsələdə hər kəs maraqlıdır”. Onun sözlərinə görə, Rusiyanın Qafqaz regionundakı siyasəti daha düzgün, səmərəli və nüfuzlu ola bilərdi: “Bu həm Azərbaycanla, həm Ermənistanla, həm də Gürcüstanla münasibətlərə aiddir”. Beləliklə, məsələnin sülh yolu ilə həlli üçün həm həmsədr ölkələrin səylərini artırımasına dair çağrışlar edilir, həm də Ermənistanın bu istiqamətdə zəruri addımlar atmasının vacibliyi ön plana gətirilir. Çünki yenə də xüsusi vurğulamaq lazım gəlir ki, savaşın başlamasından uduzan yeganə tərəf Ermənistan olacaq. Məhz bu səbəbdəndir ki, Ermənistanda Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin gündəmə gəlməsi yeni böyük qorxular yaranıb. Bu məqama diqqət çəkən erməni mediası yazır ki, hazırda İrəvanda hakimiyyət uğrunda prezident Serj Sarkisyanla Rusiyanın adamı olan baş nazir Karen Karapetyan arasında mübarizə gedir. Ekspertlər hesab edir ki, Sarkisyan Rusiyanın dəstəklədiyi Karapetyana məğlub olmamaq üçün klassik üsluba, yəni Dağlıq Qarabağda gərginliyin yaradılmasına əl atacaq.
“Ermənistan Milli Konqresi” partiyasının sədr müavini Vardan Malxasyan da  İrəvandaxili toqquşmaların Qarabağda böyük gərginliyə səbəb ola biləcəyini düşünür: “Qarabağda hərbi variantın gündəmə gəlməsi aktualdır. Xüsusilə “aprel müharibəsi” yenidən təkrarlana bilər. Ehtimal ki, toqquşma başlasa Azərbaycan “ildırımsürətli hücum” planı ilə Ermənistana zərbələr endirəcək. Bu baxımdan, biz siyasi ambisiyalara görə buna getməməliyik və daha ayıq olmalıyıq. Çünki “aprel müharibəsi” nəticənin necə olacağını indidən deməyə imkan verir”. Erməni ekspert vurğulayır ki, belə vəziyyətdə savaşın yeniən başlamasında Ermənistan ən çox itirən tərəf olacaq. İndilikdə isə erməni tərəfinin Qarabağ məsələsinin ya sülh, ya da hərb yolu ilə çözümündə seçim etməsi üçün çox az vaxtı var. Bu vaxtdan səmərəli istfiadə olunmasa, Azərbaycan güc amilindən yararlanmağa məcburdur.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ