şənbə günü, 14 noyabr 2026
     

Avropa İttifaqından Azərbaycanın maraqlarına uyğun Qarabağ gedişləri...

Image


Cənubi Qafqaz, xüsusən də Azərbaycanın Avropa İttifaqı üçün siyasi, iqtisadi əhəmiyyətinin getdikcə artması müşahidə olunmaqdadır. Amma bu quruma da yaxşı bəllidir ki, regionda öz maraqlarını təhlükəsiz şəkildə təmin etməyin əsas şərtlərindən biri buradakı münaqişələrə, o cümlədən Dağlıq Qarabağ konfliktinə son qoyulmasıdır.

Əslində, son proseslər Avropa İttifaqının münaqişələrə münasibətdə əvvəlki dövrlərlə müqayisədə daha obyektiv mövqe tutduğunu göstərir. Ötən ay Avropa İttifaqının Brüsseldə baş tutan «Şərq Tərəfdaşlığı» sammitində qəbul edilən Birgə Bəyannamə də bunun təsdiqi oldu. Məhz burada Azərbaycanın ərazi bütövlüyünə açıq dəstək ifadə olundu.

Ümumiyyətlə, Azərbaycan üçün maraq doğuran məsələlərdən biri Avropa İttifaqının Qarabağ münaqişəsinin həllində öz imkanlarından maksimal dərəcədə istfiadə etməsidir. Xatırlatmaq yerinə düşərdi ki, Avropa İttifaqı hələ 1993-cü ilin aprelində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatla çıxış edib. Həmin ilin sentyabr ayında Ermənistanın işğalçı qüvvələrinin cəbhə bölgəsində yeni əməliyyatlar keçirməsi qurumun daha bir bəyanatla çıxış etməsinə səbəb oldu. Bu sənəddə ermənilərin Azərbaycana qarşı hərbi hücumları pislənir və qaçqınların sayının həddən artıq çoxalmasından narahatlıq ifadə olunurdu. Təşkilat BMT qətnamələrinə hörmət göstərilməsini hər iki tərəfdən tələb, eyni zamanda Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarından qoşunların çıxarılmasının zəruriliyini qeyd edirdi. Bundan başqa, bəyanatda Ermənistandan Azərbaycan ərazilərinə hücum edən yerli erməni qüvvələrinə yardım göstərməmək də tələb olunurdu.

1993-cü ilin  noyabrında Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinə dair növbəti bəyanatını qəbul etdi. Burada Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə xüsusi diqqət yetirilirdi. Lakin Bakının maraq dairəsində olan məsələlərdən biri Avropa İttifaqının, əslində konfliktin həllində daha fəal iştirakı idi. Qeyd olunan xüsusda mühüm bir hadisə 2004-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin Belçikaya işgüzar səfəri zamanı Avropa Komissiyasının o vaxtkı sədri Roman Prodi ilə görüşündə təşkilatın  Dağlıq Qarabağ münaqişəsinin həllinə təkan verməsinin mümkünlüyü ilə bağlı müzakirələr aparması oldu. Bu zaman aparılan danışıqlar Avropa İttifaqının münaqişəyə diqqətininin daha da artmasına gətirib çıxardı. Təşkilat bəyan etdi  ki, Ermənistanla Azərbaycan arasında beynəlxalq hüququn bütün prinsiplərini nəzərə alan sülh əldə edilməsində maraqlıdır və bunun üçün konkret addımlar atmağa hazırdır.

Düzdür, qeyd olunan xüsusda əməli addımlar atılmasa da, diqqət çəkən əsas hadisə qurumun  Azərbaycanla daha sıx işbirliyinə getməsi oldu. Elə bunun nəticəsində Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsi və regionda olan digər konfliktlərin onun da təhlükəsizliyinə hədə yaratdığını, belə problemlərin dövlətlərin ərazi bütbvlüyü çərçivəsində həllinin vacibliyini dəfələrlə bəyan etdi. Qurum sabit inkişaf üçün təhlükəsizlik məsələlərinin xüsusi əhəmiyyət daşıdığını bildirirək bəyan edirdi: «Biz sabitlik və inkişaf üçün səylərimizi artırmalıyıq. Bu həm siyasi, iqtisadi səmərəni artırmağa, həm də Avropa İttifaqı ilə proqrama qatılan ölkələrin təhlükəsizliyini gücləndirməyə imkan verəcək. Dağlıq Qarabağ probleminin həlli, Cənubi Qafqaz bölgəsində təhlükəsizliyin təmin olunması «Şərq Tərəfdaşlığı» Proqramı üçün olduqca əhəmiyyətlidir. Bölgədəki açıq münaqişələrin uzanması heç bir tərəf üçün sərfəli deyil».

Sonrakı dövrdə də qurum bu mövqeyini dəfələrlə diqqətə çatdırdı. Bütün bunlar, təbii ki, diplomatik, hüquqi müstəvidə Azərbaycanın maraqlarına tam cavab verir. «Şərq Tərəfdaşlığı» sammitində qəbul edilən sənəd də Azərbaycan üçün tam məqbuldur.

Xatırladaq ki, «Şərq Tərəfdaşlığı» sammitində Azərbaycan üç məsələyə diqqəti çəkib: Avropa İttifaqı ilə əməkdaşlığın davam etdiriləcəyinə, Azərbaycanın siyasi və iqtisadi islahatlar siyasəti apardığına və ərazi bütövlüyünə. Digər məqamlarla yaanşı, sammitdə sonuncu məsələyə xüsusi diqqət çəkən Prezident İlham Əliyev bildirib: «Bizim üzləşdiyimiz əsas çağırış torpaqlarımızın Ermənistan tərəfindən işğalının davam etdirilməsidir. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin, demək olar ki, 20 faizi 20 ildən çoxdur Ermənistanın işğalı altındadır. İşğal nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib və biz etnik təmizləmə siyasətinə məruz qalmışıq. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının bizim ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Onlar Ermənistan tərəfindən yerinə yetirilmir. XXI əsrdə separatizm, təcavüzkar separatizm qəbul edilə bilməz. Separatizmin bütün formaları pislənməlidir və separatizmin bütün təzahürlərinə vahid yanaşma tətbiq edilməlidir. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir və bərpa olunmalıdır».

Dövlət başçısının çıxışında vurğuladığı ərazi bütövlüyü və iqtisadi əməkdaşlıq məsələlərinə «Şərq Tərəfdaşlığ» proqramının V Sammitinin yekununda qəbul olunan bəyannamədə geniş yer ayrılıb. Sənəddə proqramın iştirakçısı olan region və dövlətlərdə hələ də beynəlxalq hüququn normalarının pozulması hallarının davam etdiyi bildirilib. Bəyannamədə «Şərq Tərəfdaşlığı» proqramının iştirakçıları həllini tapmamış münaqişələrin beynəlxalq hüququn prinsipləri və normalarına müvafiq olaraq sülh yolu ilə həll edilməsi naminə səylərini artırmağa çağırılır. Sənəddə bildirilib ki, Avropa İttifaqı tərəfdaşlarının ərazi bütovlüyünü, müstəqilliyini, suverenliyini dəstəkləyir və bunun qorunmasına görə öhdəlik daşıyır. Bəyanamədə iştirakçıların Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə gedən danışıqların gedişatını yüksək qiymətləndirdikləri vurğulanıb. «Şərq Tərəfdaşlığı» Proqramının zirvə görüşünün yekun bəyannaməsində Avropanın enerji ehtiyatları təchizatçısı kimi Azərbaycanın strateji rolu da vurğulanıb. Qeyd edilənlər fonunda sözügedən sammiti Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi istiqamətində atılan əhəmiyyətli diplomatik addım da saymaq olar.

Digər tərəfdən, burada Azərbaycan bir daha diqqətə çatdırır ki, Qarabağ münaqişəsi Avropanın özü  üçün də ciddi təhdiddir və qurum imkanları daxilində münaqişənin həllinə öz töhflərini verməlidir. Məsələnin bu tərəfinə diqqət yetirən Avropa İttifaqının ATƏT-dəki daimi nümayəndəsi İoannis Vrailyas bildirir ki, artıq Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Avropa İttifaqı üçün prioritetlərdən biridir: «Moldova, Gürcüstan və Dağlıq Qarabağda  uzun müddət davam edən münaqişələrin nizamlanması Avropa İttifaqının prioritetlərindən biridir. 2018-ci ildə münaqişələrin nizamlanma prosesində irəliləyiş qeydiyyata almaq üçün bütün tərəflərə lazım olan siyasi iradəni göstərməyə çağırırq və lazımi köməklik göstərməyə hazırıq».

Beləliklə, qeyd edilənlər Avropa İttifaqının Qarabağ məsələsində müəyyən qədər aktivləşdiyini və əvvəlki dövrlərdə müqayisədə daha obyektiv mövqe sərgilədini göstərir. Yəni 2013-cü ildə Vilnüs, 2015-ci ildə Riqa sammitlərindən fərqli olaraq, son sammitində qurum Azərbaycanın ərazi bütövlüyü ilə bağlı konkret mövqe ortaya qoydu, obyektivlik sərgilədi.  Digər tərəfdən, Avropa İttifaqının «Şərt Tərəfdaşlığı» sammtinə paralel olaraq yaydığı bəyanatda Dağlıq Qarabağ və ətraf ərazilər Azərbaycanın tərkib hissəsi göstərilməklə həmin ərazilərdə qurumun şirkətlərinin fəaliyyətinin cinayət məsuliyyəti risqi yaradacağını bildirir.

Avropa Komissiyasının Ticarət üzrə Baş direktorluğunun rəsmi internet səhifəsində bazara giriş haqqında məlumat bazasında Avropa İttifaqı şirkətlərinin Azərbaycanın işğal olunmuş ərazilərində kommersiya fəaliyyətinin yaradacağı məsuliyyətlə bağlı xəbərdarlıq yerləşdirilib. Xəbərdarlıqda deyilir: «Azərbaycan qanunvericiliyinə əsasən, Dağlıq Qarabağ və ya ətraf ərazilərdə birbaşa və ya filialları vasitəsilə kommersiya fəaliyyəti göstərən Avropa Birliyi şirkətləri mülki və cinayət məsuliyyətinə cəlb olunma risqi daşıyır. Bu cür fəaliyyət Azərbaycanda həmin fəaliyyəti aparan fərdlərə və müvafiq biznes barəsində cinayət təqibi və ya digər hüquqi tədbirlərin görülməsi ilə nəticələnə bilər; həmçinin gələcəkdə Azərbaycana səfər etmə imkanına təsir edə bilər». Ekspertlər hesab edir ki, bununla da Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində dəstəklənməsi istiqamətində güclü siyasi iradə nümayiş etdirir.

Azərbaycan Xarici İşlər Nazirliyi qeyd olunan fonda, haqlı olaraq, bu xəbərdarlıq mətnində Azərbaycan qanunvericiliyinə istinad edilməsinin işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlar üzərində Azərbaycanın yurisdiksiyasının tanınması anlamına gəldiyini bəyan edir. Bildirilir ki, Avropa Komissiyasının bu xəbərdarlığı Aİ-nin fiziki və hüquqi şəxslərinin işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyətinin qarşısının alınması ilə bağlı Azərbaycanın legitim tələblərinin yerinə yetirilməsi istiqamətində atılmış ilkin addımdır. Qeyd olunur ki, Ermənistan-Azərbaycan münaqişəsi kontekstində Aİ tərəfindən Azərbaycanla bağlı siyasi qərarlar qəbul edilərkən Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsinin (EUSR) ofisinin rəyi əsas götürülür. EUSR öz fəaliyyətində Aİ Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinə hesabat verir və ondan tövsiyələr alır: «Bu isə o deməkdir ki, harada dərc olunmasından asılı olmayaraq, yuxarıdakı xəbərdarlığa bütün Aİ üzv ölkələri birmənalı şəkildə riayət etməlidir. Əcnəbi hüquqi və fiziki şəxslərin işğal olunmuş ərazilərdə qeyri-qanuni iqtisadi-ticari fəaliyyətindən çəkindirilməsinin vacibliyi ilə bağlı ölkəmizin üzv olduğu Avropa təsisatlarında aparılan müzakirələr zamanı yuxarıdakı xəbərdarlıqdan istifadə edilməsi prinsipial mövqeyimizin irəlilədilməsi istiqamətində yardımçı rol oynaya bilər».  Bütün bunlar isə Dağlıq Qarabağ münaqişəsində Avropa İttifaqının artıq Azərbaycanın istədiyi kimi obyektiv bir mövqe sərgilədiyini göstərir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ