şənbə günü, 14 noyabr 2026
     

Dünyada baş verən proseslər ATƏT-in Qarabağ nizamlanmasında daha qətiyyətli mövqe nümayiş etdirməsini aktuallaşdırır

Image


Bu gün dünya miqyasında ciddi təhdid mənbələrindən biri də mövcud münaqşələr, həmçinin, onların sayının ötən müddət ərzində artmasıdır. İndi iş o yerə gəlib çatıb ki, münaqişələrin yayılma coğrafiyası da kifayət qədər genişlənib və bunun qarşısı alınmayacağı təqdirdə dünyanın daha ciddi təhdidlərlə üzləşməsi qaçılmaz sayılır. Belə təhdidlərin aradan qaldırılması ərazi bütövlüyü ilə bağlı yaranan problemlərin həllindən də birbaşa asılır və bu məsələ ölkəmiz üçün də kifayət qədər aktualdır.

Əslində, ötən zaman da kifayət qədər aydın surətdə meydana qoyub ki, Azərbaycan ərazilərinin işğal altında qalması bu gün bütövlükdə Qafqaz regionu, Şərqi Avropa məkanı üçün də artıq ciddi təhlükə mənbəyinə çevrilib. Bu səbəbdən Dağlıq Qarabağ münaqişəsinin mümkün qədər tez həlli təkcə Azərbaycan üçün aktual deyil. İndilikdə Azərbaycan, həmişəki kimi,  ərazi bütövlüyünün bərpasının dinc yolla təmin edilməsinin tərəfdarı olduğunu bildirir. Amma beynəlxalq ictimaiyyət, o cümlədən Qarabağ konfliktinin həllində vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycanın haqlı və ədalətli istəyini indiyədək təmin etməyib. Halbuki, bu məsələdə elə ATƏT-in özünün qəbul etdiyi sənədlərin icrası Qarabağ münaqişəsinin ədalətli həlli üçün kifayət edir. Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsi 1992-ci ildən etibarən ATƏT-in diqqət mərkəzində saxladığı əsas məsələlər sırasında yer almaqdadır. Hələ 1992-ci ilin martında ATƏM-in (Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müqavailəsi 1995-ci ilin yanvarından ATƏT - Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı adlanır) Xarici İşlər Nazirləri Şurası Dağlıq Qarabağ bölgəsində yaranmış vəziyyəti müzakirə edərək münaqişənin sülh yolu ilə nizamlanmasını təmin etmək üçün Yüksək Vəzifəli Şəxslər Komitəsinin zəmanəti əsasında Dağlıq Qarabağa dair sülh konfransının çağırılması barədə qərar qəbul edib. 1992-ci ilin 1 iyununda Romada Minsk Qrupunun vasitəçiliyi ilə danışıqlar prosesinin ilkin mərhələsinə start verilib. Lakin bundan sonrakı dövrdə də ATƏT çərçivəsində görülən tədbirlər heç bir müsbət nəticə vermədi. Bununla belə, Azərbaycan tərəfinin apardığı məqsədyönlü işlər sayəsində sözügedən təşkilat səviyyəsində də Ermənistan işğalçı dövlət kimi qəbul olunmağa başlamışdı. Bunun nəticəsi idi ki, 1993-cü ilin noyabrında ATƏM-ə üzv dövlətlərin Vyanada keçirilən görüşündə Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar qəbul edilən bəyanatda Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktının beynəlxalq hüququn prinsiplərinə zidd olduğu vurğulanır, işğalçı qüvvələrin Horadizdən və Zəngilan rayonundan çıxarılmasının zəruriliyi qeyd olunurdu. Bəyanatda ATƏM-in Minsk Konfransının çağırılması və buna qədər işğal edilmiş ərazilərdən hərbi qüvvələrin çıxarılması, atəşin dayandırılması məsələləri də öz əksini tapmışdı.

Sonrakı dövrlərdə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq ictimaiyyətin daim diqqət mərkəzində qalmasında da ATƏT mühüm rol oynadı. Münaqişənin həllində ATƏT-in Minsk Qrupunun vasitəçilik missiyası dövrünün ən yaddaqalan məqamlarından biri isə, şübhəsiz ki, 1995-ci ilin mayında Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Moskvada keçirilən danışıqlar oldu. Belə ki, Moskva görüşü ərəfəsində Ermənistan Minsk prosesi çərçivəsində danışıqları dayandırdığını bəyan etmişdi. Bu, danışıqlar prosesinin iflasa uğradığını göstərirdi. Bir qədər sonra ATƏT-in Minsk Qrupunun Helsinkidə və Badendə keçirdiyi danışıqlar da nətıcəsiz bitdi. Bundan sonra Qərb ölkələri danışıqlar prosesində real nəticələrə çatmaq üçün daha fəal mövqe nümayiş etdirməyə başladılar. ABŞ, Türkiyə və Almaniyanın ATƏT-in Minsk Qrupundakı nümayəndələrinə xüsusi səlahiyyətli səfir statusu verilməsi bunun əyani göstəricisi idi. 1995-ci ilin sentyabrında Moskvada danışıqların növbəti raundu keçirildi və burada Azərbaycan bir sıra ciddi irəliləyişlərə nail ola bildi. Belə ki, Ermənistan Şuşa və Laçının azad edilməsi məsələsinə Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsindən əvvəl baxılmasına razılıq verdi.

Azərbaycanın ATƏT çərçivəsində Dağlıq Qarabağ münaqişəsilə bağlı qazandığı növbəti ciddi uğur isə özünü 1996-cı ildə keçirilən Lissabon sammitində, ümümmili lider Heydər Əliyevin qətiyyətli mövqeyi sayəsində göstərdi. Həmin vaxt ATƏT-in fəaliyyətdə olan sədri adından verilən bəyanatda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının tərkib hissəsi kimi formalaşdırılan üç prinsipin tövsiyə edildiyi bir daha vurğulanırdı. Bəyanatda qeyd olunurdu ki, bu prinsipləri Minsk Qrupunun bütün üzv dövlətləri dəstəkləyir:

- Ermənistan Respublikasının və Azərbaycan Respublikasının ərazi bütövlüyü;

- Azərbaycanın tərkibində Dağlıq Qarabağa ən yüksək səviyyəli özünüidarə verən öz müqəddəratını təyin etməyə əsaslanmış sazişdə müəyyən edilmiş Dağlıq Qarabağın hüquqi statusu;

- bütün tərəflərin nizamlama müddəalarına riayət olunmasının təmin edilməsinə dair qarşılıqlı öhdəliklər də daxil olmaqla, Dağlıq Qarabağ və onun bütün əhalisinin təmin edilmiş təhlükəsizliyi.

Onu da xatırladaq ki, həmin dövrlərdə Minsk Qrupunun həmsədrləri Rusiya və Finlandiya idi ki, onların da mövqeyi əksər hallarda eyni idi. Gərgin müzakirələrdən sonra Finlandiyanın həmsədrliyi Fransa ilə əvəz olundu. Lakin bu da danışıqların gedişində Azərbaycanın mövqelərinin güclənməsinə xidmət etmirdi. Elə buna görə də Azərbaycan prezidenti Heydər Əliyevin təşəbbüsü ilə ABŞ-ın da həmsədr olması məsələsi gündəliyə gəldi. 1997-ci ilin fevralında ABŞ dövlət katibinin o vaxtkı müavini Stroub Telbott ATƏT-in Minsk Qrupunun həmsədri vəzifəsinə təyin olundu. 1997-ci ilin aprel ayında Lissabon sammitindən sonra ilk dəfə olaraq Moskvada ATƏT-in Minsk Qrupunun növbəti görüşü keçirildi. Lakin burada da Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından hər hansı bir konkret qərar qəbul edilmədi. Bundan sonra həmsədrlər fəaliyyətlərini daha da intensivləşdirərək Dağlıq Qarabağ münaqişəsinin həllinə dair layihə üzərində işləməyə başladılar.

1997-ci ilin iyununda həmsədrlər münaqişənin həllinə dair ilk konsepsiyalarını - «Dağlıq Qarabağ münaqişəsinin həllinə dair hərtərəfli saziş» adlanan sənəd layihəsini hazırladılar və onu tərəflərə təqdim etdilər. Həmin vaxt ATƏT-in Minsk Qrupunun irəli sürdüyü bu təkliflər daha çox «Paket həll variantı» kimi məşhurlaşmışdı. Təklif bir paketdə ehtiva olunan iki anlaşmadan ibarət idi. Birinci anlaşma silahlı münaqişənin dayandırılmasını, ikinci isə Dağlıq Qarabağın statusunun müəyyən edilməsini nəzərdə tuturdu.  Dağlıq Qarabağ münaqişəsinin həllini nəzərdə tutan «Paket həll variantı»nın şərtlərinə görə, silahlı qüvvələri iki mərhələdə çıxarmaq tövsiyə olunurdu. Birinci mərhələdə Dağlıq Qarabağdan şərqə və cənuba doğru indiki təmas xətti boyunca olan qüvvələr razılaşdırılmış xətlərə tərəf bir neçə kilometr geri çəkilməli idi. Bu zaman ATƏT-in çoxmilli qüvvələrinin ön dəstəsinin hərbi nöqteyi-nəzərdən əsaslandırılmış bufer zonada ilkin qaydada yerləşdirilməsi təmin olunmalı, həmçinin tərəfləri bu xətt boyunca ayırmağa və qüvvələrin çıxarılmasının ikinci mərhələsində təhlükəsizliyin təmin edilməsinə imkan yaratmaq məqsədilə yüksək səviyyədə planlaşdırma qrupunun tövsiyələri lazımınca nəzərə alınmalı idi.

İkinci mərhələdə erməni qüvvələri Ermənistan Respublikasının sərhədləri daxilinə aparılmalı, «Dağlıq Qarabağ qüvvələri» Dağlıq Qarabağ Muxtar Vilayətinin 1988-ci ildəki hüdudları daxilinə qaytarılmalı, Azərbaycan qüvvələri yüksək səviyyədə planlaşdırma qrupunun tövsiyələri əsasında razılaşdırılmış xətlərə çəkilmıli idi.

Status adlanan ikinci sazişdə isə Azərbaycanın və Ermənistanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının tanınması əsas prinsip kimi göstərilirdi. Bu sənədə görə, Dağlıq Qarabağ Azərbaycanın tərkibində dövlət və ərazi qurumudur və onun öz müqəddəratını təyin etməsi Azərbaycan Respublikası ilə Dağlıq Qarabağın hakimiyyət orqanları arasında sazişdə rəsmiləşdiriləndən, Minsk Konfransı tərəfındən bəyəniləndən, Azərbaycanın və Dağlıq Qarabağm konstitusiyalarında inkorporasiya olunandan sonra mümkündür. Belə bir razılaşma olduğu halda isə Dağlıq Qarabağ və Naxçıvan Ermənistan və Azərbaycanla sərbəst, maneəsiz nəqliyyat və rabitə əlaqəsi saxlamaq hüququna malik ola bilərdi. Bundan başqa, Dağlıq Qarabağın inzibati sərhədləri keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin sərhədləri üzrə müəyyən edilməliydi.

Bir sıra çatışmazlıqlarına baxmayaraq, Azərbaycan tərəfı təklifı qəbul etdiyini bildirdi. Lakin Ermənistan tərəfi «Paket həll variantı»nda göstərilən müddəaları qəbul etmədiyini bildirərək problemin sülh yolu ilə çözümündə maraqlı olmadığını göstərdi. Məhz bunu əsas götürən Azərbaycan Ermənistanın işğalçı siyasətindən əl çəkmək niyyətində olmadığının beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində fəal təbliğata başladı.

Azərbaycanın haqlı mövqeyi və diplomatik fəaliyyətini gücləndirməsi nəticəsində 1997-ci ildə ATƏT-in Minsk Qrupu «Dağlıq Qarabağ silahlı münaqişəsinin dayandırılması haqqında» adlı yeni saziş layihəsini tərəflərə təqdm etdi. Yeni təkliflər münaqişənin mərhələli şəkildə həllini nəzərdə tutduğundan, daha çox «Mərhələli həll variantı» kimi tanınırdı.

«Paket həll variantı» ilə müqayisədə  «Mərhələli həll variantı» Azərbaycan üçün daha əlverişli idi. Elə bu səbəbdən rəsmi Bakı «Mərhələli həll variantı»nı danışıqlara başlamaq üçün əsas kimi qəbul etdiyini və bu konteksdə danışıqlara başlamağın mürnkün olduğunu bildirdi. Sözügedən təkliflərdə də münaqişənin iki mərhələdə həlli nəzərdə tutulurdu. Birinci mərhələdə münaqişənin dayandırılması və onun nəticələrinin aradan qaldırılması haqqında müddəalar öz əksini tapmışdısa, ikinci mərhələdə ATƏT-in Minsk Konfransına qədər Azərbaycanın tərkibində Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi nəzərdə tutulurdu.

«Mərhələli həll variantı»nın digər üstünlüyü ondan ibarət idi ki, burada Azərbaycanın, Dağlıq Qarabağdan başqa, işğal olunmuş daha 7 rayonundan 6-nın azad edilməsi göstərilmişdi. Bu rayonlar Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan idi. Laçın rayonunun taleyi sonrakı mərhələdə həll edilməli idi. Saziş layihəsinin daha bir üstünlüyü isə müvafiq müddəalara əməl etməyən tərəfə sanksiya tətbiqinin mümkünlüyünün göstərilməsində idi.

Həmin dövrdə Ermənistan prezidenti olan Levon Ter-Petrosyan «Mərhələli həll variantı» ilə münaqişənin həllinə razılıq versə də, Robert Köçəryanın, Serj Sarkisyanın rəhbərlik etdiyi separatçı qüvvələr, xaricdəki erməni diasporu və bir sıra xarici qüvvələr buna imkan vermədi.

1997-ci il dekabrın 2-də isə həmsədrlər «Mərhələli həll variantı» layihəsinin Dağlıq Qarabağdakı separatçı rejimin tərəf kimi danışıqlarda iştirakını nəzərdə tutan yeni variantını təqdim etsələr də, bu, Azərbaycan tərəfindən qəbuledilməz olduğundan, rəsmi Bakının kəskin etirazı ilə qarşılandı. Bunun ardınca, 1998-ci ilin noyabrında həmsədrlərin irəli sürdüyü «Ümumi dövlət» həll modeli də Azərbaycan üçün qəti şəkildə qəbuledilməz oldu. İşğal olunmuş ərazilərdə yaradılan separatçı rejimə müstəqil dövlət səlahiyyətlərinin verilməsini nəzərdə tutan belə bir təklif Azərbaycan tərəfindən qəbul edilə bilməzdi. 1999-cu ilin aprelindən etibarən ABŞ-ın təşəbbüsü ilə prezidentlərin birbaşa dialoqu keçirilməyə başlandı. İndiyə qədər prezidentlərin 60-a qədər görüşü keçrilsə də nəticə yoxdur. Rəsmi Bakı bildirir ki, konfliktin həllinin uzanması ciddi təhdid mənbəyi olduğundan, ATƏT məsələnin həllində daha qətiyyətli mövqe nümayiş etdirməlidir. Amma təəssüf ki, hələ də bu qətiyyətli mövqedən əsər-əlamət yoxdur. Halbuki, ATƏT özünün qəbul etdiyi sənədləri icraya yönəltsə, münaqişə həllini mümkün qədər tez tapa bilər.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ