Gələn il Qarabağ konfliktinin həllində irəliləyiş əldə olunmasa, Türkiyə-Azərbaycan birgə ordu birləşməsi Naxçıvanda yaradıla bilər. Bu il ərzində Türkiyə ilə bir neçə dəfə birgə hərbi təlimlər, türk generallarının intensiv səfərləri və iki dövlətin baş qərargahları arasında sənədlərin imzalanması iki dövlətin ordusunun inteqrasiyasını sürətləndirir”. “Olaylar” xəbər verir ki, belə bir açıqlama ilə politoloq Məhəmməd Əsədullazadə çıxış edib.
O bildirib ki, regionda gedən gərgin geosiyasi proseslər Azərbaycanla Türkiyənin birgə ordu yaratmasını şərtləndirir: “Naxçıvanın təhlükəsizliyinin qarantı olan Türkiyənin burada birgə ordu yaratması qanuna uyğundur. Türkiyə-Azərbaycan birgə ordu birləşməsi, Ermənistanın işğalçı qüvvələrinə qarşı mübarizədə istifadə edilə bilər. Türkiyə Azərbaycanla təkcə hərbi-texniki yardımda deyil, şəxsi heyətin döyüş qabiliyyətinin yüksəldilməsində, xüsusi qoşunların müasir döyüş tələblərinə uyğun formalaşmasında mühüm rol oynayır. Göründüyü kimi, Ermənistan işğal etdiyi ərazilərdən çəkilmək fikrində deyil. Rusiyanın manipulyasiya xarakterli siyasəti və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin münaqişənin həllində ikibaşlı siyasəti, qəbul etdiyi sənədlərdə ərazi bütövlüyü və xalqların müqəddəratını qeyd etməsi konfliktin həllini mümkünsüz edir. Ona görə də Azərbaycanın Türkiyə ilə birgə silahlı qüvvələrini inkişaf etdirməsi mütləqdir və zaman Qarabağda növbəti münaqişəni yaxınlaşdırır”.
“Olaylar”