Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən bir çox təşkilatın üzvləri olan təxminən 300 islam alimi müsəlmanları ABŞ məhsullarını boykot etməyə çağırıb.
Baki-xeber.com xəbər verir ki, Xaricdə Fələstin Alimlər Birliyi, Sünni Alimlər Dərnəyi, Suriya İslam Məclisi, İraq Fiqh Akademiyası, İraq Alimlər Şurası, Liviya Alimlər Heyəti, Türkiyə Sünni Alimlər Birliyi və Dərnəyi, Avstraliya Müsəlman Alimlər Birliyi kimi çox sayda təşkilatdan olan yüzlərlə alim ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxt kimi tanıma qərarı ilə əlaqədar yazılı açıqlama yayıb.
Alimlər müsəlmanları, ABŞ, İsrail və sözügedən qərara dəstək verən digər bütün ölkələrə qarşı iqtisadi boykot silahını təsirli bir şəkildə işə salmağa çağırıb. ABŞ banklarında pulu olan fərdlər, təşkilatlar və hökumətlərin bu pulları geri çəkməsinin vacibliyini vurğulayan alimlər, bunun ABŞ rəhbərliyinin təhlükəli hücumuna qarşı verilməsi gərəkən ən təsirli cavab olduğunu bildirib.
"Boykot, ABŞ-ın təkəbbürlülüyü qarşısında təkrar-təkrar istifadə edilə biləcək bir silahdır. Ərəb və müsəlman xalqların sözügedən qərara qarşı oynadığı rolu kiçik görən ABŞ rəhbərliyini gözləyən böyük bir sürpriz var. ABŞ iqtisadiyyatının zəifləməsinin ABŞ rəhbərliyi üzərində təzyiq yaradacağı indidən bəllidir. Biz də bu məqsədlə xalqı boykot mövzusunda məlumatlandırmağa çalışırıq" – deyə Xaricdəki Fələstinli Alimlər Heyətinin baş katibi Məhəmməd əl-Həcc bildirib.
İslam aləminin ABŞ tərəfindən artan təzyiqlərə məruz qaldığını və bu hücumun yalnız Qüdsü deyil, bütün müsəlmanları hədəf aldığını ifadə edən baş katib İslam aləminin üzərinə düşənin cihad olduğunu deyib.
ABŞ məhsullarını boykot etməyin İsrail və Vaşinqtona qarşı istifadə edilə biləcək ən əhəmiyyətli silahlardan olduğunu deyən Musa bildirib ki, müsəlmanlar iqtisadi boykotun təsirini kiçik görməməlidirlər.
Dünya Müsəlman Alimlər Birliyi üzvü Eşref Devabbe isə ABŞ məhsullarını boykot etməyə və dollarla əməliyyatları dayandırmağa çağırıb.