şənbə günü, 14 noyabr 2026
     

Azərbaycanın ardıcıl Qarabağ gedişləri Ermənistanda daxili təlatümləri artırır…

Image


Bu gün Azərbaycan üçün ən önəmli məqamlardan biri də  Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq gündəmdə davamlı şəkildə diqqət mərkəzində yer almasıdır. Çünki bu hal münaqişənin həllinin aktuallağının dünya gündəmində qalması, eyni zamanda işğalçı Ermənistana qarşı müvafiq tədbirlərin görülməsinin zərurilyini daim ön planda saxlayır.

Son illərin təcrübəsi göstərir ki, Azərbaycan qyed olunan səpkidə istəklərinə nail olmağı bacarır. İndi ölkəmizin qatıldığı ən müxtəlif tədbirlərdə Ermənistanın işğalçı siyasətinə xüsusi olaraq toxunulur, bu təcavüzkar siyasətin aradan qaldırılmasının önəmi getdikcə daha çox vurğulanır.

Heç şübhəsiz, Qarabağ münaqişəsi ilə bağlı sonuncu vacib beynəlxalq tədbir Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası  oldu. Burada yenə Azərbaycanın əvvəldən göstərdiyi səylərin nəticəsi olaraq konfliktlə bağlı daha bir bəyanat qəbul olundu. ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin Vyanada Nazirlər Şurasında iştirak edən nümayəndə heyətlərinin rəhbərləri, Rusiya xarici işlər naziri Sergey Lavrov, ABŞ dövlət katibi Reks Tillerson və Fransanın ATƏT yanında daimi nümayəndəsi Veronika Roger Lacanın  yaydığı birgə bəyanatda deyilir ki, həmsədr ölkələr Helsinki Yekun Aktı və orada göstərilən ərazi bütövlüyü, bərabər hüquqluluq və xalqların öz müqəddəratını təyin etmə prinsiplərini əsas götürərək Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün vasitəçilik missiyasında birgə mövqedən çıxış etdiklərini bir daha təsdiq edir. Düzdür, ilk baxışda bu bəyanatı əvvəlkilərdən nəyə görəsə fərqləndirmək çətindir. Yəni burada da həmişəki yanaşma tərzi meydana qoyulub. Amma məsələnin maraqlı tərəfi Qarabağ münaqişəsinin özünün gündəmdən çıxması üçün erməni tərəfinin səylərinin yenə puç olmasıdır. Erməni politoloq Aram Armatuni bu xüsusda çox maraqlı məqamlara toxunur:  “Dağlıq Qarabağ məsələsində illərdir gərgin bir diplomatiya savaşının yaşanması da özünü qabarıq formada büruzə verir. Amma bu sahədə də ötən illər ərzində vəziyyətin Ermənistanın lehinə olduğunu söyləmək mümkün deyil. Biz Azərbaycana bu məsələdə uduzuruq və Qarabağ məsələsində Bakının mənafelərini təmin edən yeni-yeni sənədlərin qəbulu da bunun təsdiqidir. Azərbaycan fəal iş apardığı halda bizim diplomatik korpuslar yerində sayır. Nəticə də odur ki, proseslər Azərbaycanın istədiyi məcrada inkişaf edir. Kiyevdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasının 50-ci Baş Assambleyasının iclasında baş verənlər bunun təsdiqidir. Bizim  Ermənistan nümayəndə heyəti assambleyanın iclasını boykot etdi. Amma bu səhv addım idi. Nəticədə də Azərbaycanın maraqlarına uyğun bir bəyannamə qəbul olundu“. Xatırladaq ki, həmin bəyannamədə ərazi bütövlüyü məsələsi ön planda yer alır. Bu xüsusda deyilir: “QDİƏT dövlətlərinin BMT, ATƏT, AŞPA və Avropa Parlamenti kimi beynəlxalq təşkilatlar tərəfindən tanınmış ərazi bütövlüyünün bərpası üçün səy göstərilməlidir”. Aram Armatuni Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasını da eyni prizmadan qiymətləndirir.

Yeri gəlmişkən qeyd edək ki, həmin iclasdan sonra Rusiya xarici işlər naziri Sergey Lavrov bir sıra maraqlı açıqlamalar verdi. Burada qəbul olunan bəyanatla bağlı o qeyd etdi: "Qəbul etdiyimiz bəyanatda Dağlıq Qarabağ münaqişəsinin həllinin əsaslanmalı olduğu prinsipləri təsdiqlədik. Bəyanat digər həmsədr ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə birlikdə qəbul edilib. Kollektiv yanaşma tərəflərin qəbul etdiyi, amma praktik addımlara yönləndirilməmiş nizamlama prinsiplərini əks etdirir. Bu sadə iş deyil, amma biz bununla məşğul olmağa davam edirik”. Nazir onu da vurğulayıb ki, hər bir münaqişədə hazırda prioritetin nələr olduğunu başa düşmək lazımdır: “Eyni zamanda ümumi yanaşmaları müəyyən etmək lazımdır. Bu sırada ilk növbədə münaqişə tərəfləri arasında birbaşa dialoq yer alır ki, bu da Dağlıq Qarabağ münaqişəsinin həllində mövcuddur. Amma təəssüf ki, bu hələlik ciddi irəliləyilş göstərmir. Amma bu il dialoqun prezidentlər və XİN rəhbərləri səviyyəsində baş tutması, fikrimizcə, müsbət haldır”.

Bu açıqlamadan da göründüyü kimi, diplomatik müstəvidə Qarabağ məsələsi ilə bağlı fəallıq davam edəcək. Eyni zamanda, bunlar fonunda Azərbaycan üçün maraqlı məqamlardan biri təkcə ATƏT yox, digər qurumların da məsələni hər zaman xüsusi diqqət mərkəzində saxlamasıdır. Avropa Parlamentinin Finlandiyadan olan üzvü xanım Heidi Hautalanın açıqlamaları göstərir ki, bu istiqamətdə də Azərbaycan istəklərinə nail olmaqdadır. Belə ki, Heidi Hautala Avropa Parlamentinin də bundan sonra Qarabağ məsələsini diqqət mərkəzində saxlayacağını vurğulayıb: “Avropa Parlamenti BMT-nin qətnamələrini tanıyıb. Biz parlamentarilər Dağlıq Qarabağ münaqişəsi üçün sülhməramlı danışıqları dəstəkləməliyik. Bilirəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ATƏT-in Mink Qrupuna həvalə edilib. Düzdür, 25 il ərzində bu istiqamətdə bir sıra işlər görülüb. Lakin mən hesab edirəm ki, biz parlamentarilər də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə öz töhfəmizi verməliyik. Bu istiqamətdə aparılan danışıqları dəstəkləməliyik. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün Avropa Parlamentində danışıqların aparılmasının və bu danışıqlara digər tərəflərin cəlb edilməsinin tərəfdarıyam. Misal üçün, vətəndaş cəmiyyətlərinin bu danışıqlarda iştirak etmələri həmin istiqamətdə atılan addımların uğurlu nəticələr verməsində böyük rol oynaya bilər”.

Məsələ ilə bağlı erməni mediası yazır ki, Qarabağ münaqişəsinə daha çox diqqət ayrılması İrəvan üçün məqbul deyil. Çünki Ermənistan məsələnin yalnız ATƏT çərçivəsində qalmasını istəyir. Amma buna nail olmağın mümkünsüzlüyünü də yaxşı görür, çünki Azərbaycan fərqli müstəvidə fəal diplomatik siyasət yürüdür. Burada ermənilərin regionun böyük dövlətləri olan Rusiya, İran və Türkiyənin geosiyasi əməkdaşlığının mümkün nəticələrindən narahatlığı da özünü qabarıq şəkildə büruzə verir.  Bu fonda, xüsusən də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanla bağlı ifadə etdiyi fikirlər İrəvanda ciddi narahatlıq doğurub. Belə ki, bu günlərdə Ərdoğan Ermənistanın apardığı yanlış xarici siyasətin onu bütün beynəlxalq və regional iqtisadi layihələrdən kənarda qoyduğunu vurğulayıb. Türkiyə dövlət başçısı açıq mətnlə bəyan edib: "Bizimlə dost olan qazanır, düşmən mövqe tutan isə itirir". Sübut kimi Ərdoğan Gürcüstanın regional iqtisadi və enerji layihələrindən əldə etdiyi maliyyə, iqtisadi və geosiyasi dividendləri xatırladıb. Əslində, əksər erməni ekspertlər Ərdoğanın baş verənlərə obyektiv münasibət bildirdiyini etiraf edir. Bundan başqa, vurğulanır ki, həqiqətən də regional geosiyasi dinamikada son dövrlərdə seçilən əsas məqam Rusiya, Türkiyə və İran arasında geosiyasi məsələlərdə müəyyən əməkdaşlıq formatının ərsəyə gəlməsi və hər üç dövlətin Bakı ilə yüksək münasibətləridir.  Doğrudur, sözügedən üç ölkənin əməkdaşlığı hələlik başlıca olaraq Yaxın Şərqə aiddir. Lakin hər kəsə aydındır ki, bu üç böyük dövlət gec və ya tez Cənubi Qafqazda da geosiyasi əməkdaşlıq məsələlərini danışacaq. Onlar problemi kənar qüvvələrin müdaxiləsi olmadan həll etməkdə maraqlıdır. O halda Ermənistanın niyə narahatlıq keçirdiyi də aydın olur. Çünki hər üç dövlət birmənalı olaraq münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin tərəfdarıdır. İran və Türkiyənin mövqeyi tam başadüşüləndir. Rusiya da rasional düşünən dövlətdir və anlayır ki, qonşuluqda yerləşən dövlətin ərazi bütövlüyünü dəstəkləməsə, öz daxilində çoxlu sayda analoji problemlə qarşılaşa bilər. Beynəlxalq qanunlar da BMT-nin hər bir üzvünün ərazi bütövlüyünün təmin edilməsini birmənalı qəbul edir. Bu səbəbdən Rusiya heç bir halda risqə getməz. Digər tərəfdən, Türkiyənin Qarabağ məsələsində bu ölkəyə təsirlərinin artmaası da özünü qabarıq şəkildə göstərir. Ermənistanın “168 Jam” qəzetinə müsahibəsində ABŞ-ın keçmiş dövlət katibi Ceyms Beykerin Sovet İttifaqı millətləri üzrə müşaviri olmuş, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) təhlilçisi Pol Qobl da bildirir ki, Türkiyənin hazırda Qarabağ konfliktinin həllində iştirakı gedərək artır: “Türkiyənin  addımlarını proqnozlaşdırmaq çətindir. Ona görə də o, Rusiyadan Qarabağdakı monopoliyasını ala bilər. Türkiyə bundan sonra da prosesə müdaxiləyə cəhd edəcək. Bu müdaxilə yalnız aprel hadisələrinə bənzər hallarda ola bilər. Daha dəqiq desək, toqquşmalar olsa, müdaxilə edə bilər, danışıqlar prosesi isə Rusiya və ABŞ-ın təsiri altındadır. Amma  artıq Türkiyənin bu məsələdə Rusiya vasitəsilə müdaxilə imkanlarını artması müşahidə olunur. İndilikdə isə prezidentlər və nazirlər görüşməli, Minsk Qrupu çalışmağa davam etməlidir ki, başqa ölkələrdə separat təşəbbüslərin effektivliyi azalsın. Rusiya bundan sonra da Azərbaycanı əldə etməyə cəhd edəcək, ona görə də diqqətli olmaq lazımdır. Hər halda, Ermənistan baş verənlərdən nəticə çıxarmalıdır”.

Digər ekspertlər də qeyd edir ki, Cənubi Qafqaza yaxın olan Yaxın Şərqdə baş verən hadisələrin məntiqi də rəsmi İrəvanı narahat edir. Çünki aydın görünür ki, Qərbin bütün cəhdlərinə baxmayaraq, Türkiyə həmin məkanda öz marağını sona qədər müdafiə etməkdə qərarlıdır. Ankara terrorla mübarizəni getdikcə daha da gücləndirir və uğurlar əldə edir. bu fonda onun Rusiya və İranla yaxınlaşması da geniş vüsət alır. Rusiya Siyasi və İqtisadi Əlaqələr Agentliyinin aparıcı analitiki Mixail Neyjmakov bildirir ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində Rusiya, İran və Türkiyənin əməkdaşlığı həqiqətən də müəyyən nəticələr verə bilər. Ekspert yaxın tezlikdə bu dövlətlərin Qarabağ məsələsinə daha çox diqqət ayıracağını da vurğulayır. Onun sözlərinə görə, buna əsas səbəb həmin dövlətlərin Suryia problemini həll etmələridir. Bütün bunlar isə Qarabağ məsələsinə daha çox oyunçunun cəlb olunmasını istsina etmir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ