şənbə günü, 14 noyabr 2026
     

Tarixdə iz buraxanlar: Abbasqulu ağa Bakıxanov

Image


Abbasqulu ağa Bakıxanov 1794-cü ildə Bakının Əmircan kəndində anadan olub. Atası II Mirzə Məhəmməd xan, anası Sofiya xanımdır. XIX əsrin əvvəllərində Bakıxanovun atası Mirzə Məhəmməd xan xanlıqlararası çəkişmələr nəticəsində Bakıdan Qubaya köçməli olub və yeddi yaşlı oğlu Abbasqulunu da özü ilə aparıb.

Abbasqulu ilk təhsilini Qubada alıb. O, az müddətdə ərəb və fars dillərini öyrənib və bu dillərdə bir çox kitab oxuyub. Bunun nəticəsi idi ki, Abbasqulu ağa Bakıxanov 1819-cu ildə Qafqazın o zamankı baş hakimi general Yermolov tərəfindən Tiflisə çağırılaraq Şərq dilləri mütərcimi vəzifəsinə təyin olunub.

Abbasqulu ağa Bakıxanov mədəniyyət mərkəzlərindən biri olan Tiflisə yerləşdikdən sonra onun bilik dairəsi daha da genişlənib. O, bu şəhərin gözəlliyini özünün “Tiflis” müxəmməsində ustalıqla təsvir edib, daha çox tanınıb, məşhur Azərbaycan şairi Mirzə Fətəli Axundovun müəllimi Mirzə Şəfi Vazeh tərəfindən yaradılan “Divani-hikmət” adlı ədəbi məclisin iştirakçısı olub, şeirləşmələr zamanı onun tərəfindən təqdir edilib.

O zamanlar Tiflisə gələn rus şairləri, Avropa səyyah və alimləri ilə yaxından tanış olan Bakıxanov həyata yeni bir nəzərlə baxmağa başlayır. O, rus şairlərinin əsərləri ilə tanış olmaqla bərabər, öz şeirlərini də onlara təqdim edirdi. A.Bakıxanovun şeirləri hələ özü sağ ikən dillər əzbəri olub, elm-sənət sahiblərinin nəzərini özünə cəlb edib. Təsadüf deyil ki, o zaman Tiflisdə yaşayan alman şairi Fridrix Bodenştedt özünün “Şərqdə min bir gün” adlı əsərində Mirzə Şəfi və Abbasqulu ağadan bəhs edərkən onun şairliyinə yüksək qiymət verib və şeirlərindən bir neçəsini alman dilinə tərcümə edib. Xüsusilə “Tatar nəğməsi” adlı şeirinin rus dilinə tərcüməsi müəllifinə böyük şöhrət qazandırıb. Bu şeiri Abbasqulu ağa ilə yaxından tanış olan polyak şairi Lado Zablotski də polyak dilinə tərcümə edib. O zamanlar Tiflisdə yaşayan şair Polonski bu şeiri polyak dilindən rusçaya yenidən tərcümə edərək 1847-ci ildə “Zakavkazskiy vestnik” qəzetində nəşr etdirib. Polonski bu şeiri bir az da təkmilləşdirərək 1851-ci ildə özünün “Bir neçə şeir” adlı kitabçasına daxil edib. Aşiqanə deyişməyə bənzəyən “Tatar nəğməsi” şeiri yüksək sənətkarlıqla yazılan gözəl bir əsər kimi xalq arasında dillər əzbəri olub.

Fridrix Bodenştedt özünün “Şərqdə min bir gün” adlı əsərində Abbasqulu ağanın “Fatma tar çalır” şeirinin də gözəl nəğmə olduğunu qeyd edib. Mirzə Şəfi Vazeh də bu nəğmənin Bakıxanova böyük şöhrət qazandıracağını əvvəlcədən xəbər verib. Doğrudan da, “Fatma tar çalır” şeiri öz emosional təsir qüdrəti ilə “Tatar nəğməsi”ndən heç də geri qalmır.

Şair Abbasqulu ağa Bakıxanovun dünyagörüşünün inkişafında onun rus yazıçıları ilə yaxından tanışlığı əhəmiyyətli rol oynayıb. Xüsusilə “Ağıldan bəla” əsərinin müəllifi A.Ş.Qriboyedovla əməkdaşlığı onların hər ikisinin yaradıcılığına müsbət təsir göstərib. A.S.Qriboyedovun öz əsərlərinin ilk variantını A.Bakıxanova oxutması və onun fikrini öyrənməsi Abbasqulu ağanın hələ gənc yaşlarında çox dərin biliyə və hörmətə malik olduğunu göstərir.

Abbasqulu ağa Bakıxanov 1833-cü ildə Polşada çar canişini, general-feldmarşal İvan Fyodoroviç Patskeviçin yanında olub. Onun himayəsi ilə daha böyük hörmət qazanıb və beləliklə, Rusiyanın və Avropanın mərkəzi şəhərlərini gəzib-dolaşıb. Bir çox mədəni məclislərin qonağı olubsa da, qəlbi həmişə öz doğma vətəni üçün çırpınıb. O, özünün “Xəyalın uçuşu” adlı poemasında Avropanın cah-cəlallı məclislərində qəlbinin sıxıldığını, “Vətən” deyib qürbət yerdə gün keçirdiyini və xəyalının onu doğma vətənə uçurduğunu ürək yanğısı ilə təsvir edir və nəhayət, özünün yaşadığı Əmsar adlı balaca kəndi böyük şəhərlərdən üstün tutur. A.Bakıxanov vətən həsrəti, vətən məhəbbəti ilə doğma yurda can atdığını başqa əsərlərində də təkrar-təkrar qeyd edib.

A.Bakıxanov rus qoşununda hərbi xidmətdə olduğu zaman böyük qəhrəmanlıqlar göstərib və hərbi texnikanı dərindən mənimsəyib, bəzi mühüm tapşırıqları rəşadətlə yerinə yetirdiyi üçün dəfələrlə orden və medallarla təltif edilib və polkovnik rütbəsinə qədər yüksəlib. Fəqət bu xidmət onu kifayətləndirməyib. O, elmi, ədəbi fəaliyyəti özünün ən çox sevdiyi bir sahə hesab edib və ömrünün son illərində hərbi xidmətdən ayrılaraq, yaradıcılıq fəaliyyəti ilə ərsəyə gətirdiyi əsərlərini bir yerə toplayıb nəşr etdirmək işi ilə məşğul olub.

Abbasqulu ağa Bakıxanovun şeirlər külliyyatına daxil olan əsərləri müxtəlif vaxtlarda yazıldığına görə, məzmun etibarilə bir-birindən fərqlidir. O, klassik Şərq poeziyasının, xüsusilə Cəlaləddin Rumi kimi böyük şairin təsiri ilə şeir yazdıqda panteizmə meyl edir, mütərəqqi rus ədəbiyyatının təsiri ilə şeir yazdıqda isə onda realist meyllər güclənir. Buna görə də A.Bakıxanovun ədəbi yaradıcılığına birtərəfli yanaşmaq olmaz. Onun istər dünyagörüşündə, istərsə də bədii yaradıcılığında nəzərə çarpan ziddiyyətlər, şübhəsiz ki, şairin müxtəlif dövrlərdə müxtəlif bilik səviyyəsinə, müxtəlif əqidəyə malik olması ilə izah edilməlidir.

A.Bakıxanov bir şair kimi tədqiq edilərkən hər şeydən əvvəl onun “Xəyalın uçuşu”, “Avropa məclisi” və “Ərzi-əhval” kimi avtobioqrafik əsərləri üzərində dayanmaq lazımdır. Şair özünün “Xəyalın uçuşu” poemasında səadəti uzaqlarda deyil, ancaq doğma vətəndə axtarmağın gərək olduğunu irəli sürür, ömrün mənasını xalqa xidmətdə və yaradıcı əməkdə görür. Bu əsərində şair Polşaya səfərini, Avropa məclislərini, orada olan cah-cəlalı təsvir edir. Fəqət onun xəyalı bu gurultu ilə qənaətlənmir, xəyal onu vətənə aparır. Onun “Məclisi firəngi” adlı əsərində baş qəhrəman şair özüdür. Bu şeirdə Avropanın mənfi əxlaq normalarını tənqid edir. “Ərzi-əhval”da özünün daxili həyacanını eşqə, məhəbbətə sığındığını nəzərə çarpdırır. Əsərlərindən aydın olur ki, o, öz vəziyyətindən razı qalmamış və zəmanədən acı-acı şikayətlənmişdir. O, “Bəyani-hal” sərlövhəsi ilə yazdığı şeirində belə deyir:

Günəş Şərqdən tulu kimi çıxan zaman səhərlər,

Ürəyimi min əzaba düçar edir qəm, kədər.

Sülh kimi köynəyimi parça-parça edib mən,

Odlu ahlar çəkirəm hey bu yanıqlı ürəkdən.

Başqa bir şeirində öz zəmanəsində ictimai ədalətsizliyə qarşı çıxaraq hər şeyin öz yerində olmadığını nəzərə çarpdırır:

Bülbül ilə qarğanı gör salırlar bir qəfəsə

Fərq qoyulmur bu dünyada məhəbbətlə həvəsə.

Təəssüf ki, bu ömrümüz boşa gedir anbaan,

Nə xeyir işə sərf olunur, nə sevgiyə, ah-aman!

Zəmanə min bəla verir, ürəyimi qanadır,

Üzümdəki allıq mənim ürəyimin qanıdır.

A.Bakıxanov insan şüurunun qüdrətinə böyük qiymət verərək “Hikmətin fəziləti” adlı mənzum hekayəsində çox maraqlı bir lövhə yaradır. Burada dünyada ən xeyirli şeyin hünər və qabiliyyət olduğunu, ən yaxşı şeyin xeyirxahlıq olduğunu və ən lazımlı şeyin həqiqət olduğunu aydın boyalarla təsvir edir. Bu fikir onun “Məşvərətin şərtləri” şeirində də öz əksini tapır. Bu şeirdə qoca bir alim qəddar əmirə müraciət edərək düşünməməyə, qanmamağa qadir olmadığını bildirir. Şair yazır:

Şərafətə çatar insan artarsa onda şüur

İnsan idrak sayəsində günəş kimi verər nur. 

A.Bakıxanovun bədii yaradıcılığından aydın olur ki, o, klassik şeirlərin ədəbi ənənələrini davam və inkişaf etdirməklə bərabər yeni demokratik ədəbiyyatın banilərindən biridir. Bu tarixi şəxsiyyətin fikrincə: “Hər kəs hər hansı bir cəmiyyət içərisində yaşarsa, o cəmiyyətin əxlaqını mənimsər, yaxud o cəmiyyətə zidd olmaqda öz zərərini və ona yaxınlaşmaqda öz xeyrini qüdər, özünü onlara bənzədər, daha burasını düşünməz ki, Uca Yaradan ona idrak qüvvəsi vermiş, ağlı yaxşını yamandan seçmək üçün təyin etmişdir ki, bu vasitə ilə heyvanlardan üstün olub seçilsin. Yoxsa bəşəriyyətə məxsus olan bu zahiri fayda və zərəri heyvanlar da hiss edirlər? Bu baxımdan arada insanı heyvandan ayıran bir fərq qalmaz. Belə olduğu təqdirdə, əql ilə təhqiqat aparmadan, həqiqi faydalı bir ümidin nədən ibarət olduğunu, baş verə biləcək şərri göstərən qorxunun nə olduğunu və ondan nə cür qorunmağın lazım gəldiyini, bu qorunmanın mümkün ola biləcəyini necə bilmək olar? Ona görədir ki, çoxları istəklərinin nə olduğunu özləri bilmədikləri halda, onu elə bir yerdən və elə bir şəkildə tələb edirlər ki, bunu əldə etmək mümkün olmur. Əldə etdikləri nəticə arzularının əksinə olduqda, bəxtlərindən küsürlər və özgələrini bunda müqəssir bilirlər: “Ürəyin tələbi nədir, əgər mətləb yoxsa, kimdən şikayət edirsən? Heç kəs səbəbsiz kədərlənməməlidir! Hamıdan pisi odur ki, Uca Yaradanı xeyrin mənası kimi zənn edərək, təqdirim, tədbirimlə uyğun gəlmədi” – deyirlər. Bəli, bütün bunların səbəbi onların öz nöqsanlarını bilmədikləridir. Bəlkə də özlərini nadan və pis hesab etmək istəmirlər. Mənim öz halım buna misal ola bilər: Gənclik çağlarında öz ağlıma tamamilə inanırdım, nöqsanlı olduğumu heç zaman ürəyimə gətirmirdim. Rəyimə müvafiq olmayan bir işə və ya istədiyimin əksinə nəticələnən bir məsələni özgəsindən bilərək, zəmanə adamlarını təqsirləndirirdim. Fəqət onların günahı mənim düşündüyüm qədər deyildi. Getdikcə tədqiqatım və təcrübəm artdı, öz ağlımın dərəcəsinə şübhə etməyə başladım. Dərk etmədiyim nöqsanlarım yavaş-yavaş meydana çıxdı. Nəhayət, kefimin xoş bir çağında və yabançılardan uzaq olduğum bir zamanda insafı hakim edərək, özümün xasiyyət və rəftarımı bir-bir nəzərdən keçirdim. Məlum oldu ki, mənim təsəvvürlərim puç olub, nəfsimin təsiri altında imiş. Yaxşı sandığım şey mənim halıma uyğun deyilmiş. Vaxtilə zehnim və zəkamın xudbinliyimə qalib gəldiyini bilmiş olsaydım, bu gün peşmançılığını çəkdiyim işləri görməzdim.

Sonra ən çox güvəndiyim elmimin dərəcəsini bilmək istədim. Tədqiq etdikdən sonra elmimin zahiri işləri belə əhatə etmədiyinə təəccüb etdim. Təcrübəyə deyil, təsadüflərə və adətlərə qapılmışammış. Həqiqəti deyil, xəyalı özümə rəhbər tutmuşammış. Bir çox lüzumsuz şeirləri əldə edərək lazımlılarından xəbərsiz olmuşam. O vaxtdan ədəb və bilik əldə etmək, əxlaqı təmizləyib saflaşdırmaq və tədqiqat aparmaq üçün keçmiş adamların kitablarına əl atdım. Bunlardan da istədiyim tam hasil olmadı. Gördüm biri zahidliyə və şübhəyə qapılmış, başqa birisi hər şeyi inkar edərək, hətta inam və əqidənin zəruri işlərindən belə kənarda qalmışdır. Birisi şirindilli, amma ürəyi qərəzlidir. O birisi şöhrət qazanmaq üçün özünü tərifləyir. Bunların arasında bir neçə haqq danışana rast gəldimsə, onların da sözləri maarifə və həqiqətə uyğun olduğuna baxmayaraq, aralarında elə ixtilaflar var idi və bir-birindən elə fərqlənirdilər ki, mətləbləri tutuşdurmadan və dəlilləri araşdırmadan onları anlamaq çətin idi.

Elə ki, günbəgün əhvalımı, nöqsanımı mülahiz etdim, dünyanın qabaqcıl adamlarının  və xalqların böyük alimlərinin əsərlərini araşdırmağa və tədqiq etməyə başladım, onlardan bir az xəbərdar olmaqla çox faydalar əldə etdim. Həyəcan və iztirabım nisbətən yumşaldı. İndi çətinliklərin çoxundan təsəlli yolu tapmışam. Çətinlikdən şikayətim azalmışdır. Bundan təsəvvür etmək olar ki, bilik və təcrübə dərəcəsi artmış olsa, nələr görərik, nələr...”

Uşaqların əxlaqını yaxşılaşdıran və onlarda nəcib xasiyyətlərin yaranmasını təmin edən belə nəsihətlər bu gün də öz əhəmiyyətini itirməmişdir. Şairin məzmunca dərin, formaca gözəl şeirləri və yuxarıda açıqladığımız fikirləri onu XIX əsr Azərbaycan poeziyasının görkəmli siması səviyyəsinə qaldırır.

A.Bakıxanov elmlə əməlin bir-birindən asılı olduğunu izah edərkən, elmə üstünlük verir. Kainat məsələsinin qısa təfsiri şərhindən ibarət olan “Xatimə” adlı əsərində o, kainatın maddi bir varlıqdan ibarət olduğunu, əşya və maddənin haldan-hala keçərək dəyişdiyini, varlıqda yoxluğun olmadığını təsdiq edir. Fəqət bu materialist dünyagörüşü onda müntəzəm və ardıcıl surətdə axıra qədər davam etmir, idealist dünyagörüşü ona qalib gəlir.

Abbasqulu ağa Bakıxanov 1847-ci ildə Məkkə ziyarətində olub. Fəqət bu ziyarətdən salamat qayıtmayıb. Məkkədən Mədinəyə gedərkən Vadiyi-Fatma adlanan yerdə vəba xəstəliyinə tutularaq vəfat edib və həmin yerdə dəfn olunub.

Allah rəhmət eləsin.

Fazil QARAOĞLU
Professor



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ