şənbə günü, 14 noyabr 2026
     

Ermənistan Azərbaycanın şərtlərini qəbul etmək məcburiyyətinə getdikcə daha çox pərçimlənir…

Image


Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi üçün Vyanada daha bir addım atıldı. Burada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla növbəti görüşü keçrildi. Qeyd edək ki, görüşdə ATƏT-in Minsk Qrupu həmsədrləri Endryu Şefer, Stefan Viskonti, İqor Popov və ATƏT-in fəaliyyətə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanma məsələsinin müzakirə olunduğu görüşün detalları barədə ətraflı məlumat verilmir. Sadəcə o məlumdur ki, nazirlər gələn ay yenidən bir araya gələcəklər. Bunu Xarici İşlər Nazirlyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev də təsdiq edir.

Hikmət Hacıyev onu da bildirib ki, xarici işlər nazirlərinin növbəti görüşü 2018-ci ilin yanvarında keçiriləcək. Onun sözlərinə görə,  dekabrın 6-da ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə ayrı-ayrılıqda görüşlər keçiriblər. Sonra həmsədrlər və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü təşkil edilib. H.Hacıyev vurğulayıb ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar masasında olan təkliflərlə bağlı intensiv və konkret müzakirələr aparılıb. İntensiv və substantiv danışıqların davamı kimi 2018-ci ilin yanvar ayının ikinci yarısında xarici işlər nazirləri səviyyəsində növbəti görüş keçirilməsi barədə razılıq əldə olunub: "Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov görüşün pozitiv və konstruktiv şəkildə keçdiyini bildirib". Bu məlumatlardan aydın olur ki, Azərbaycan tərəfi Vyana görüşündən razı qalıb və nazirlərin gələn ay təkrar bir araya gəlməsi hansısa razılığın ola biləcəyini istisna etmir. Görünən odur ki, bunun üzərində intensiv iş gedir. Elə Ermənistanda da bu xüsusda maraqlı fikirlər səslənməkdədir.  Erməni ekspert Aleksandr Arzumanyan bildirir ki, Ermənistan hakimiyyəti Qarabağa məsələsində güzəştə getməyə hazırdır. Onun sözlərinə görə, Qarabağda yaşayan ermənilər təhlükə altındadır: “Bu baxımdan, hökumət nəsə etmək məcburiyyətindədir. Biz indiyə qədər təhlükəsizlik məsələsində Rusiya ilə tərəfdaşlıq edirdik. İndi isə vəziyyət dəyişib, Moskva ilə münasibətlər əvvəlki kimi deyil. Rusiya bizi güzəştlərə vadar edir və münaqişənin həlli planını Kremlin özü təqdim edir”. Ekspert hesab edir ki, Qarabağ məsələsində hər hansı güzəşt olmasa, bu, Serj Sarkisyan hakimiyyətinin sonu olacaq. Çünki Rusiya da daxil olmaqla, beynəlxalq güclər məsələnin həlli istiqamtəində addımlar atılmasını istəyir: ”Moskva  İrəvanın Avropa Birliyi və NATO ilə yaxınlaşmasını qısqanclıqla və narazılıqla qarşılayır. Ekspert dairələri tərəfindən kəskin rəylər bunun sübutudur. İndi cəza tədbiri üçün Qarabağ kartının işə salınması qaçılmazdır. Əslində, bu kart işə salınıb və Ermənistana təzyiqlər var. İrəvanın buna müqavimət göstərməsi mümkünsüzdür”.

Digər erməni ekspert erməni ekspert Armen Badalyan isə bildirir ki,  əslində, məsələnin sülh yolu iəl həlli Ermənistan üçüq çox vacibdir: ”Çünki müharibə aparmağa Ermənistanın iqtisadi, hərbi resursu kifayət etmir. Hakimiyyət bu sahədə çox acınacaqlı bir vəziyyət yarada bilib. Ordu ilə bağlı, təəssüf ki, müsbət fikirlər səsləndirmək mümkün deyil. “Hərbi xidmət və hərbi xidmətin statusu haqqında” qanun layihəsinə qarşı tələbələrin aksiyası da bunu göstərdi. Hər halda, danışıqlara daha çox diqqət yetrilməlidir”. Bu arada maraq doğuran daha bir məqam Ermənistan parlamentində “Məcburi hərbi xidmətdən yayınan vətəndaşlar haqqında” qanun yenidən gündəmə gəlməsidir. Hesab edilir ki, bu da erməni ordusunda ağır vəziyyətin daha bir real təzahürüdür. Məlumata görə, erməni deputatlar Karine Açemyan, Qalust Saakyan, Vaqe Enfiacyan və Avqan Vardanyan bu qanunun işləmə müddətinin 2019-cu ilin 31 dekabrına qədər uzadılmasını təklif edib. Müzakirələrdən sonra qanunun tətbiqinin uzadılması təklifi qəbul olunub.
Qanuna görə, Ermənistandan kənarda yaşayan hərbi xidmət keçməmiş vətəndaşlara qarşı cinayət işi açılır və onlar axtarışa verilir. 27 yaşına qədər olan hərbi xidmət keçməmiş şəxslər qanunu pozduqlarına görə məsuliyyətə cəlb olunurlar. Hərbi xidmətdən yayınmış vətəndaşların həbsxanaya düşməməsi üçün yeganə yol bunun müqabilində pul ödəməkdir. Bu qanun 2003-cü ildə qəbul edilib. Statisikaya görə, 2004-cü ildə bu qanundan 9147 vətəndaşa qarşı istifadə olunub. Ötən müddət ərzində hərbi xidmətdən yayınmağa görə həbs olunmaqdan xilas olmaq istəyən ermənilər Ermənistan büdcəsinə 10 milyard dramdan artıq pul ödəyib. Lakin hazırda 12 min erməni hərbi xidmətdən yayınmaya görə axtarışa verilib. Erməni jurnalist Avetisa Babacanyan yazır ki, qanunun işləmə müddətinin uzadılması axtarışda olan vətəndaşların pul ödəyərək məsuliyyətdən xilas olmasına imkan yaradır: “Lakin əvvəlki dövrdən fərqli olaraq, bu gün xaricdə olan ermənilər özləri gəlmir, əvəzində onların səlahiyyətli nümayəndəsi pulu gətirərək axtarışı ləğv edirlər. Bu o deməkdir ki, hakimiyyət bu insanların Ermənistana qayıdışında maraqlı deyil, əvəzində pulun ödənməsində maraqlıdır. Digər tərəfdən, ödənməsi vacib olan pulun da məbləği ikiqat artıb. Əgər əvvəllər hərbi xidmətdən yayınmaya görə axtarışa verilən xaricdəki erməni məsuliyyətdən azad olmaq üçün 100 000 dram ödəməli idisə, bundan sonra 200 000 dram ödəyəcək. 12 min erməni bu pulu ödəyərsə, bu 3 milyon 600 min dram deməkdir”.
Parlamentdə qanunun müzakirəsi zamanı erməni deputatların çıxışları da diqqət çəkir.  Deputat Karine Açemyan parlamentdə sübut etməyə çalışıb ki, bu qanunun tətbiqi xeyirxah addımdır. Onun sözlərinə görə, guya çoxsaylı ermənilər pul ödəyərək axtarışdan xilas olmaq və istədikləri vaxt evlərinə gəlmək istəyir. Ermənistan müdafiə nazirinin müavini isə bu qanunun orduda xidmət etməkdən yayınmaya kömək edəcəyini qeyd edərək, yumşaq şəkildə etirazını bildirib. əYelk” fraksiyasının üzvü Edmon Marukyan isə qanuna etiraz edib: “Biz ümumiyyətlə, pul ödəyərək hərbi xidmətdən azad olmaq imkanından imtina etməliyik. Bu insanlar orduda xidmətə çağırılmalıdır. Çünki onların xidməti hazırkı situasiyada ordu üçün vacibdir. Lakin görünür, hakimiyyət pulu çox istəyir. Bu insanlar əslində Ermənistana qayıtmağı arzu etmirlər”. Jurnalist A.Babacanyan da qeyd edir ki, qanunun işləmə müddətinin uzadılmasının səbəbi büdcəyə gələcək puldur: “Bu qanundan kim istifadə etməlidir? 12 min insanın bir qismi Avropa İttifaqına üzv dövlətlərdə, yaxud ABŞ-da yaşayır. Onlar qaçqın statusu ilə oraya gediblər. Əgər qaçqın statusu varsa, deməli onlar getdikləri ölkələrdə vətəndaşlıq hüququ alıblar, yaxud da alacaqlar. Yəni onlar üçün bu qanun maraqlı deyil və çətin ki, 6000 avro ödəyərək Ermənistana rahat şəkildə gəlmək istəyən tapılar. Bu qanundan ən çox əziyyət çəkən Rusiyada yaşayan ermənilərdir. Rusiyada yaşayan və hərbi xidmətdən yayınmaya görə axtarışa verilən erməni gənclər bu ölkədə vətəndaşlıq ala bilmir. Çünki vətəndaşlıq üçün müraciət edəndə, onların axtarışda olduğu üzə çıxır. Buna görə də onlar qeyri-qanuni işləyirlər. Lakin onlar da Rusiyada vətəndaşlıq almaq üçün Ermənistan büdcəsinə 7200 dollar ödəməyəcək. Ola bilər ki, kimlərsə bu məbləği ödəsin, lakin əksəriyyət bunu etməyəcək”. Erməni jurnalist əlavə edir ki, bu qanun Ermənistandakı situasiyanı əyani şəkildə göstərir: “Təsəvvür edin, Rusiyada işləyən iki erməni gəncin birinin pulu var, digərinin yox. Pulu olan məbləği ödəyib, məsuliyyətdən xilas olacaq. Pulu olmayan isə birbaşa həbsxanaya göndəriləcək. Bu o deməkdir ki, Ermənistan kasıblar üçün deyil və zənginlər azadlıqda, kasıblar həbsxanadadır”. Bundan başqa belə bir məqama da diqqət çəkilir ki, baş verənlər hakimiyyətin ordunu dağıtmaqda maraqlı olduğunu əyani şəkildə göstərir. Elə erməni ekspert  Qranuş Xaratyan da məsələyə bu prizmadan yanaşır. Onun sözlərinə görə, orduda acınacaqlı vəziyyət fonunda hakimiyyət Qarabağ məsələsində diqqəti danışıqlara yönəltməlidir. Çünki bu ordu ilə hakimiyyətin heç nəyə nail ola bilməyəcəyini Azərbaycanda da yaxşı bilirlər: "Bizdə Qarabağ klanı hakimiyyətə yalnız varlanmaq məqsədi kimi baxır. Bu səbəbdən orduya ayrılan pulların da böyük hissəsi mənimsənilir. Ermənistanda bunlar nəticəsində bir qrup həddən çox varlanıb. Amma ümumi götürdükdə, ölkədə yoxsulluq mental xarakter daşıyır. Yoxsulluq səviyyəsi, BMT-nin standartlarına görə, gündəlik gəliri 2 dollar olanlardır. Ölkənin 50% əhalisinin gəliri gündəlik olaraq 2 dollardan bir az aşağıdır. 25% insanın gəlirlərini isə ancaq dövlət müavinəti təşkil edir. Ölkə gəncliyinin 70%-i öz gələcəyini xaricdə görür. Belə vəziyyətdə bizim Qarabağ siyasətimizin iflasa uğraması təbii qarşılanmalıdır".

Eyni mövqeni digər erməni ekspert  Sarkis Artsruni də bölüşür. Onun sözlərinə görə, hakimiyyəti Qarabağ məsələsindən çox pul düşündürdüyündən, Qarabağ məsədlsinəd vəziyyət Azərbaycanınn lehinə dəyişib: “Ermənistanda hökumətin adamları ölkədən pul çıxarırsa, demək ölkədə böhran pik həddə çatıb. Bu vəziyyətdə onların yadına Qarabağ ümumiyyətlə düşmür. Ermənistanda hökumətə bağlı olan insanlar var. İndi Ermənistanda hökumətin adamları ölkədən pul çıxarır. Digər tərəfdən, biz açıq soyğunçuluğu müşahidə edirik. Beynəlxalq tədqiqatçıların açıqlamalarına əsasən, Robert Köçəryan və Serj Sarkisyan hakimiyyətdə olduğu müddət ərzində ölkədən 10 milyard dollara yaxın pul çıxarılıb. Bu isə ölkənin ümumi xarici borcuna bərabərdir. Korrupsioner məmurların xaricdəki biznesi üçün ölkə qarət olunur. Özlərini də pərdələmək üçün Qarabağ məsələsindən istfiadə edirlər”. Bütün bunlar fonunda Ermənistanın Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın şərtlərini qəbul etməsi də qaçılmaz sayılır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ