şənbə günü, 14 noyabr 2026
     

“Bizim üzümüz Qərbədir ki, yenidən Şərqdən doğaq”

Image


9 il bundan əvvəl ABŞ-ın “En-Bi-Si” telekanalının müxbiri Prezident İlham Əliyevdən müsahibə götürərkən ona ilk sualı belə oldu: “Heydər Əliyevin xalqınız üçün qoyduğu irs barədə nə deyə bilərsiniz”. Əlbəttə, sual aktual, cəlbedici və düşündürücü olsa da, fəqət, konkret deyildi.

Çünki mərhum Heydər Əliyev xalqımız üçün o qədər zəngin maddi-mənəvi, nəzəri-praktiki, siyasi-hüquqi-ideoloji irs qoyub gedib ki, onları bir KİV səhifələrində yazmaq qeyri-mümkündür. Artıq tariximizin önəmli bir hissəsinə çevrilən Heydər Əliyev irsi, əslində, cildlərlə kitab olan Müstəqillik, Müasirlik, Azərbaycançılıq və Vətənpərvərlik təlimlərindən ibarətdir.

İndi isə keçən əsrin sonlarına qayıdaq. O vaxtlar mərhum Heydər Əliyev: “Azərbaycanın inkişaf yolu hayanadır” sualını belə cavablandırmışdı: “Azərbaycanın inkişaf yolu Qərbədir”. “Məgər Günəş Qərbdən doğur” sualına isə mərhum prezident belən cavab verdi: “Bizim üzümüz Qərbədir ki, yenidən Şərqdən doğaq”. Bu hikmətli sözlərdə böyük məna var. Həm də şərqliliyinə, azərbaycanlı olmasına işarə edən ulu öndər həmin ifadə ilə Şərqlə Qərbin qovşağında yerləşən ölkəmizin Şərqin dəyərlərini, zəngin mədəniyyətini, xalqımızın əsrlər boyu formalaşdırdığı milli-mənəvi irsini müasir dövrdə yüksək inkişafa nail olan Qərbin elm və texnologiyası, demokratik dəyərləri ilə uzlaşdırmaqla inkişafın alternativsiz istiqamətini göstərdi. Həmin səbəbdən, mərhum prezident müasir Azərbaycan dövlətinin təməl prinsiplərini müəyyənləşdirərəkən azərbaycançılığa xüsusi önəm verdi. Məşhur “Mən fəxr edirəm ki, azərbaycanlıyam” kəlamının müəllifi azərbaycançılıq dedikdə xalqımızın həm də ümumbəşəri dəyərlərdən faydalanmasının vacibliyini qeyd edirdi.

Mərhum Heydər Əliyevin çoxşaxəli fəaliyyətində azərbaycançılıq ideyasının prioritet olması barədə Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev yazır: “Heydər Əliyevin Azərbaycana uzunmüddətli rəhbərliyinin ən sanballı göstəricisi azərbaycançılıq məfkurəsinin və milli ruhun hədsiz yüksəlməsi, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında milli dövlətçiliyin güclənməsi, siyasi amilə çevrilməsidir”.

Qeyd edək ki, dünya miqyasında azərbaycanlıların milli həmrəyliyə kütləvi təşəbbüs tarixi, demək olar ki, Azərbaycanın müstəqillik tarixi ilə yaşıddır. Keçən əsrin 88-ci ilindən başlayaraq total erməni təcavüzünə məruz qalan Azərbaycan xalqı beynəlxalq aləmdə harayına hay verən doğma övladlarını arayıb axtarmağa böyük ehtiyac duyurdu. Ermənilərin beynəlxalq miqyasda böhtançı informasiya təbliğat-təşviqat təzyiqlərinə qarşı durmaq, əsl həqiqəti dünya ictimaiyyətinə çatdırmaq üçün ölkəmizə doğma olan insanların, xüsusən xaricdə yaşayan həmvətənlərimizin həmrəyliyinə böyük ehtiyac var idi. Separatçı erməni məkrinin yaratdığı illüziyanı dağıtmaq və Azərbaycan həqiqətlərinin, Xocalı soyqırımının, Sumqayıt hadisələrinin və erməni vandalizminin əsl mahiyyətini dünyaya çatdırmaqla imformasiya blokadasını qırmaq lazım idi. Bu zərurəti ilk duyanların birincisi mərhum Heydər Əliyev olub. Məhz onun təşəbbüsü və təklifi ilə 16 dekabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikasının Milli Məclisi dekabr ayının 31-ni Dünya Azərbaycanlıların Həmrəylik Günü elan etdi.

Qeyd edək ki, 1993-cü ildən başlayaraq Heydər Əliyev hər il dekabr ayının sonunda dünya azərbaycanlılarına müraciət edib, soydaşlarımızı azərbaycançılıq ideyası əsasında həmrəyliyə çağırıb. 2001-ci ildə isə mərhum prezident Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında Sərəncam imzaladı. Nəhayət, dünya azərbaycanlılarının nümayəndələri həmin il noyabrın 9-da Bakıda toplaşdı. Qurultayda milli həmrəylik korpusunun memari Heydər Əliyev geniş nitq söylədi. O, müstəqillik, müasirlik və Azərbaycançılıq idelogiyasının konturlarını dəqiqləşdirdi. “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır” deyən sabiq prezident bəyan etdi ki, “bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır”.

Azərbaycançılıq termini ölkədə yaşayan bütün etnik qrup və millətləri ümumdövlət mənafe  və dəyərləri əsasında real surətdə birləşdirmək ideyasının verballaşdırılması kimi əsasən 1990-1993-cü illərdə, xüsusilə geniş yayılan şovinizm və separatçılıq əhval-ruhiyyəsinə qarşı mübarizə ideyası kimi təşəkkül tapıb. Vurğulayaq ki, bu anlayış ictimaiyyət tərəfindən kifayət qədər tez dəstəklənib və yeni məzmunlu elementlərlə zənginləşdirilib. Həmin səbəbdən özünün bütün tərkib hissələri ilə birlikdə azərbaycançılığı tamamilə milli ideologiyanın konkret, spesifik forması hesab etmək olar.

İdeologiya olaraq azərbaycançılığın mahiyyəti ölkəni mənəvi və fiziki baxımdan zəiflətmək cəhdlərindən qorumaqdır. Bu ideologiya inzibati ərazi quruluşuna görə unitar, siyasi quruluş və dövlət idarəçiliyinə görə hüquqi demokratik dövlət olan Azərbaycanın möhkəmlənməsi və inkişafına xidmət edir. Bu gün azərbaycançılıq milli həyatın harmoniyasının, konfessiyaların dinc yanaşı yaşamasının, ölkədə yaşayan bütün etnosların birgə yaşamasının ənənəsi, onların ümumi  taleyi və gələcək müstəqil Azərbaycanın bütövlüyü, inkişafı və firavanlığı uğrunda birgə mübarizəsinin ümumi tarixi təcrübəsidir. Azərbaycançılıq qarşılıqlı dəstək, tolerantlıq, əməkdaşlıq və bərabərliyin əsasıdır. Məhz Azərbaycançılıq vasitəsilə “vətən, onun tarixi, dili və adət-ənənələri olmadan mən heç olardım” fikrini dərk edən fərd vətəndaşa çevrilir.

Çünki başa düşür ki, “Vətənə olan təhlükə şəxsən mənə də, ailəmə də, yəni mənim və ailəmin firavanlığına və hətta həyatımıza-yaşamaq hüququmuza da təhlükədir”. Lakin dünyanı öz gözləri ilə görüb dərk etmək, bəzən könüllü, bəzən də məcburən qloballaşan dünya ilə birgə addımlamaq üçün hər bir insan təkcə milli ənənəyə deyil, həm də dünya sivilizasiyasına mənsub olduğunun fərqinə varmalıdır. Ailə, soy, icma, etnos, dil, din birliyi həyatımıza təbii surətdə daxil olan kateqoriyalar olsa da, fəqət, millətin fövqündə duran və onun dünyagörüşünün formalaşmasında fəal iştirak edən dəyərlər də var. Bu yalnız milli təəssübkeşliklə məhdudlaşmayan, dünyaya inteqrasiya edən milli ideologiyadır. Məhz bu dəyərlərin təsiti nəticəsində millət və dövlətimiz dünya tərəfindən qəbul edilir, öz unikallığını saxlamaqla inkişaf edir, digər dövlətlərlə qarşılıqlı münasibətlər qurur. Biz məhz bu ideologiya ilə Qərbin mütərəqqi elm və texnologiyasına malik oluruq, onun mədəsində həzm olmuruq.

Danılmaz faktdır ki, milli ideologiyamızın spesifik formasını-multikultural, tolerant azərbaycançılığı zəruri edən faktorlardan biri də ölkəmizin Avropa və Asiyanın qovuşduğu məkanda yerləşməsidir. Bunun nəticəsi olaraq mənsub olduğumuz sivilizasiya əsasən həmin iki güclü qüvvənin təsiri altında formalaşıb: Şərq təməli və Qərb təsiri. Bu baxımdan, azərbaycançılığın məzmunca mahiyyətini burada yaşayan müxtəlif xalqların, mədəniyyətlərin, ənənələrin, konfessiyaların vəhdəti təşkil edir. Azərbaycançılığın gücü həm də ondadır ki, o, etnik və fərqli maraqları dövlətin siyasəti ilə birləşdirməyə, Azərbaycan vətəndaşlarının milli-mənəvi eyniyyətini qoruyub saxlamağa, mühafizə etməyə qadirdir. Elə ölkəmizdə vahid həmrəy cəmiyyət, vahid xalq formalaşdıran ideologiya da məhz bu məfkurədir. Etiraf edək ki, cəmiyyətin müəyyən hissəsinin modernləşməsi, kosmopolitləşməsi və buna müvafiq olaraq öz əsli və nəslindən qopmaq meylləri də göz qabağındadır. Belə vəziyyətdə dövlət-insan, dövlət-cəmiyyət vəhdətinə daha böyük ehtiyac duyulur. Göründüyü kimi, həqiqi azərbaycançılıq həm də güclü dövlət hakimiyyətini və möhkəm milli intizamı, milli maraqları və milli özünüdərki birləşdirən ideyanın nüvəsi, mayası və özüdür.

Azərbaycançılığın tətbiqi istiqamətində son illərdə ölkəmizdə keçirilən müxtəlif səpkili beynəlxalq tədbirlərin rolunu xüsusilə qeyd etmək lazımdır. Bu baxımdan hər il keçirilən Bakı Humanitar Forumu, keçən il paytaxtımızda açılan Dünya Xəbər Agentliklərinin V Konqresi, Asiya və Sakit Okean ölkələri İnformasiya Agentlikləri Təşkilatının XVI Baş Assambleyasının birgə tədbiri müstəsna əhəmiyyət daşıyır. Təkcə son tədbirdə Azərbaycan reallığını eyni vaxtda dünyanın azı yüz informasiya orqanının işıqlandırması çox mətləblərdən xəbər verir. Bu möhtəşəm beynəlxalq tədbirlər əslində Azərbaycanın bütün maddi-mənəvi varidatının və bu varidatın sahibinin-tolerant, multikultural, Şərq əsaslı, Qərb təsirli, sülhməramlı azərbaycançılığın nəyə qadir olmasını sərgiləyir. Deməli, həm ölkə və vətəndaş kimi, həm də xaricdə yaşayan diaspor kimi hər birimiz bu fürsətdən yararlanaraq bir təbliğatçı, təşviqatçı olmalıyıq.

Qeyd edək ki, Azərbaycan dövləti ilə yanaşı, xalqımız, ictimai institutlarımız - KİV və QHT-lər də sözügedən beynəlxalq forum, konfrans, mədəniyyət və idman tədbirlərinə öz töhfəsini verməklə azərbaycançılıq ideyasını təbliğ edirlər. Belə ki, müxtəlif dövlət və qeyri-hökumət təşkilatlarının mütəmadi təşkil etdiyi sərgilər, elmi-praktik konfranslar, humanitar, turizm, mədəniyyət və digər tədbirlərin kökündə azərbaycançılıq dayanır.

Azərbaycanlı olmaq həm də bizim alın yazımız - taleyimizdir. Biz bu tale ilə bir sait olaraq samitlərin harmoniyasına - polietnik vətəndaş həmrəyliyinə nail olmuşuq. Həmin səbəbdən azərbaycançılıq və onun təbliğinin alternativi yoxdur. Çünki azərbaycanlı olaraq biz öz vətənlərindən üz döndərib başqa yerlərdə yaşayan xalqların qarışığından yox, türkəsilli azəri əcdadlarımızın xələfi kimi Azərbaycan torpağının varisləriyik. Biz varis olaraq valideynlərimizdən imtina etmədiyimiz kimi, əcdadlarımız və onların bizə əmanət verdiyi dəyərlərdən nəinki imtina etmirik, əksinə, həmin dəyərləri qoruyub inkişaf etdiririk.

Bu baxımdan Şərqdə ilk demokratik cumhuriyyətin qurulması, ilk operanın yaradılması, müasir Azərbaycanın: a) müstəqil siyasət yürütməsi; b) kosmik klubun üzvü olması, Bakının dünyanın multikultural və humanitar forumların mərkəzinə çevrilməsi, ümumiyyətlə, bütün maddi-mənəvi yüksəlişimiz bilavasitə azərbaycançılıq ideyasından qaynaqlanır.

Göründüyü kimi, dövlət siyasətinin prioritet strategiyası olan azərbaycançılıq ideyası xalqımızın keçmişinin, bu gününün qavranılmasını və qiymətləndirilməsini müəyyənləşdirir, gələcəyini etibarlı təməl üzərində qurur. Sözsüz ki, bu təməlin çox kövrək müasir dünyada daha güvənli olması bir azərbaycanlı kimi hər birimiz və hamımızın əməli işindən asılıdır. Bu baxımdan təfəkkürümüz, davranışımız elə olmalıdır ki, “görən desin nə gözəldir Azərbaycan, azərbaycançılıq”.

Namiq QULİYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür. 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ