şənbə günü, 14 noyabr 2026
     

Azərbaycan Prezidenti NATO-nun Şimali Atlantika Şurasında geniş məruzə ilə çıxış etdi

Image


Stoltenberq bir neçə məsələyə görə Prezident Əliyevə təşəkkürünü bildirdi

 

Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 23-də NATO-nun baş katibi Yens Stoltenberqin dəvətilə Alyansın mənzil-qərargahına gedib. Yens Stoltenberq dövlət başçısı İlham Əliyevi qarşılayıb.

Rəsmi foto çəkdirildikdən sonra Prezident İlham Əliyevin və NATO-nun baş katibi Yens Stoltenberqin görüşü olub.

Azərbaycan və NATO arasında yaxşı əməkdaşlıq tarixi var. “Trend”in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə NATO-nun mənzil-qərargahında Alyansın baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında deyib. Prezident İlham Əliyev NATO-nun mənzil-qərargahına bir daha səfər etməkdən məmnun olduğunu bildirib və qeyd edib ki, Azərbaycanla NATO arasında mühüm əməkdaşlıq məsələlərini müzakirə etmək imkanı mövcuddur.

Dövlət başçısı xatırladıb ki, Azərbaycan NATO-nun bir çox əməliyyatlarında iştirak edib və hazırda da Qətiyyətli Dəstək Missiyasına öz töhfəsini verir: “Əfqanıstanda sülh və təhlükəsizliyi təmin etmək üçün 94 azərbaycanlı hərbi qulluqçu NATO hərbçiləri ilə çiyin-çiyinə xidmət edir. Azərbaycan, həmçinin, koalisiya qüvvələri üçün multimodal tranzit və hava dəhlizləri təqdim edir”.

Azərbaycan Prezidenti NATO-nun baş katibi Yens Stoltenberqlə regional təhlükəsizlik məsələlərini müzakirə etdiyini vurğulayıb.

İlham Əliyev əlavə edib ki, regional təhlükəsizliyə ən böyük təhdid Ermənistanla Azərbaycan arasında həll olunmamış münaqişədir: “Bizim ərazilərimiz işğal altında qalır. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirilib və təəssüf ki, vəziyyət dəyişmir”.

Prezident qeyd edib ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin prezidentlərinin status-kvonun qəbuledilməzliyi və dəyişdirilməli olduğu barədə bəyanatlarına baxmayaraq, Ermənistan status-kvonu uzun müddət saxlamaq istəyir.

İlham Əliyev BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının işğal olunmuş Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrini də xatırladıb: “Ermənistan 20 ildən çoxdur ki, bu qətnamələri yerinə yetirmir”.

Dövlət başçısı bildirib ki, münaqişənin həlli BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və Azərbaycanın ərazi bütövlüyünə əsaslanmalıdır: “Azərbaycanın ərazi bütövlüyünü bütün dünya tanıyır”.

Prezident İlham Əliyev NATO-nun baş katibi ilə nəqliyyat təhlükəsizliyi ilə bağlı məsələləri də müzakirə etdiyini deyib: “Mən baş katibi məlumatlandırdım ki, Azərbaycan öz qonşuları ilə birgə Asiya ilə Avropa arasında ən qısa marşrut olacaq Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini uğurla başa çatdırıb. Bundan başqa, bu marşrutla Əfqanıstana tədarüklər də daha sadə və effektiv olacaq”.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanın NATO ilə əməkdaşlığı böyük potensiala malikdir.

İlham Əliyev əlavə edib ki, bu onun NATO-nun mənzil-qərargahına altıncı səfəridir və bu da Azərbaycanla NATO arasında möhkəm əməkdaşlığı nümayiş etdirir: “Biz regionda sülhün, təhlükəsizliyin və sabitliyin təmin olunması məqsədilə tərəfdaşlığımızı davam etdirəcəyik”.

Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur. Bunu isə NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə Alyansın mənzil-qərargahında Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında deyib.

Baş katib deyib: "Bu gün biz Cənubi Qafqazda regional təhlükəsizlik məsələsini müzakirə etdik. Həll olunmamış Dağlıq Qarabağ münaqişəsi narahatlıq doğurur. Aydındır ki, bu münaqişəsinin hərbi yolla həlli yoxdur".

Y.Stoltenberq əlavə edib ki, NATO-nun bu məsələnin həllində birbaşa rolu yoxdur.

Baş katib daha sonra qeyd edib ki, NATO ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətini dəstəkləyir: "Sizin Ermənistan prezidenti ilə dialoqunuzun bərpa olunmasını eşitməkdən məmnunam. Biz sizi sülh danışıqlarını davam etdirməyə çağırırıq".

Daha sonra o deyib ki, NATO Azərbaycana Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasına davamlı dəstəyinə görə minnətdardır. Baş katib qeyd edib: "Bu gün biz uzunmüddətli əməkdaşlığımızı müzakirə etdik. Biz Azərbaycana Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyası çərçivəsində Əfqanıstan milli təhlükəsizlik qüvvələrinə hərbi qüvvə, nəqliyyat və maliyyə yardımına görə minnətdarıq. Mən, həmçinin, Azərbaycana missiyamızdakı hərbi kontingentinin artırılması qərarına görə minnətdarlığımı bildirirəm”.

Y.Stoltenberq bildirib ki, NATO ilə Azərbaycan arasındakı əməkdaşlıq uzun illərdir davam edir: “Bu əməkdaşlıq demokratik dəyərlərə və prinsiplərə sadiqliyə əsaslanır. Bu gün bizim əməkdaşlığımız bir çox sahələri əhatə edir”.

NATO-nun baş katibi, həmçinin, BMT Təhlükəsizlik Şurasının “Qadın, sülh və təhlükəsizlik” haqqında qətnaməsinin ikitərəfli əməkdaşlıq proqramına daxil edilməsi barədə qərara görə də Azərbaycana minnətdarlığını bildirib: “Bütün bunlar Avroatlantika məkanında təhlükəsizliyin artmasına xidmət edir. Biz bu sahələrdə Azərbaycanla işimizi davam etdirməkdə qəti qərarlıyıq”.

NATO Azərbaycanda islahatları, xüsusilə də müdafiə sahəsində islahatları dəstəkləməkdə davam edəcək. Bunu özəl olaraq “Trend”ə dünən Brüsseldə keçirilən Şimali Atlantika Şurasının iclası ərəfəsində NATO-dan bildiriblər.

Təşkilatdan bildiriblər ki, Azərbaycan və NATO uzunmüddətli əməkdaşlığa malikdir: "Azərbaycan əvvəlki kimi NATO-nun Əfqanıstandakı missiyasına mühüm töhfəsini verir və biz buna görə minnətdarıq".

NATO-dan onu da bildiriblər ki, təşkilatda Azərbaycanı Şimali Atlantika Şurası üçün vacib tərəfdaş hesab edirlər: "Bu ilin əvvəlində Azərbaycan NATO ilə tərəfdaşlıq fəaliyyətinin yeni fərdi planını təsdiq etdi. Biz Azərbaycanda bütün sahələrdə islahatların keçirilməsini dəstəkləyirik. Müdafiə sahəsi burada əsas yerlərdən birini tutur. Bu, uzunmüddətli dövrü əhatə edən işdir".

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 23-də Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak edib. Baki-xeber.com AZƏRTAC-a istinadən xəbər verir ki, Şimali Atlantika Şurasının iclasında əvvəlcə NATO-nun baş katibi Yens Stoltenberq çıxış edib. Sonra o, sözü Azərbaycan Prezidenti İlham Əliyevə verib.

Dövlət başçısı çıxışında Azərbaycanla NATO arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirib. Ölkəmizin NATO-nun müxtəlif missiya və əməliyyatlarında fəal iştirak etdiyini vurğulayan Prezident İlham Əliyev NATO-nun, öz növbəsində, Azərbaycanda ərazilərin minalardan təmizlənməsi işində fəal iştirak etdiyini bildirib. Qeyd olunub ki, Azərbaycan Əfqanıstandakı sülhməramlı fəaliyyətini genişləndirir və bu ölkə ilə ikitərəfli səviyyədə iqtisadi və digər sahələrdə əməkdaşlığı həyata keçirir.

Prezident İlham Əliyev Azərbaycan-Avropa İttifaqı münasibətlərinə toxunaraq, əməkdaşlığın uğurla inkişaf etdiyini və onun müxtəlif sahələri əhatə etdiyini bildirib.

Azərbaycanda demokratik inkişaf məsələlərindən danışan Prezident İlham Əliyev ölkəmizdə azad internet, söz, toplaşma və digər azadlıqların təmin edildiyini vurğulayıb. Ölkəmizdə iqtisadi inkişaf məsələləri və bu sahədə həyata keçirilən genişmiqyaslı islahatlar barədə danışan dövlət başçısı qeyd edib ki, 2000-ci ildən bəri Azərbaycan iqtisadiyyatı 3 dəfə artıb, yoxsulluq səviyyəsi 49 faizdən 5 faizə, həmçinin işsizlik səviyyəsi 5 faizə düşüb, xarici borcumuz ümum daxili məhsula nisbətən 20 faizdən də aşağı səviyyədədir.

Prezident İlham Əliyev Azərbaycanın dünyada multikulturalizm mərkəzlərindən birinə çevrildiyini, ölkəmizdə multikulturalizmin, tolerantlığın təmin olunduğunu və bununla bağlı bir sıra mühüm tədbirlərin keçirildiyini bildirib. Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdiyini, Davos Dünya İqtisadi Forumunun ölkəmizin iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə dünya dövlətləri arasında 37-ci yerdən 35-ci yerə layiq gördüyünü qeyd edən dövlət başçısı təhsil, infrastruktur, nəqliyyat və digər sahələrdə əldə olunan uğurlardan danışıb.

Prezident İlham Əliyev Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolunu qeyd edərək, “Cənub Qaz Dəhlizi” layihəsindən danışıb, TANAP və TAP layihələrinin uğurla icra edildiyini bildirib və Azərbaycanın uzun illər bundan sonra da Avropanın etibarlı qaz təminatçısına çevriləcəyini deyib. Bakı-Tiflis-Qars dəmir yolunun əhəmiyyətini qeyd edən dövlət başçısı bu yolun Asiya ilə Avropa arasında ən qısa yol olduğunu deyib, Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb arasında mühüm tranzit qovşağına çevrildiyini vurğulayıb.

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsinə geniş toxunub, Ermənistanın ölkəmizin 20 faiz torpaqlarını, o cümlədən Dağlıq Qarabağı və ətraf 7 rayonu işğal etdiyini vurğulayıb. Ermənilərin həmin ərazilərdə törətdiyi hərbi cinayətlər, Xocalı soyqırımı, günahsız insanların qətlə yetirilməsi və etnik təmizləməyə məruz qalması barədə ətraflı danışan dövlət başçısı ATƏT-in faktaraşdırıcı missiyalarının da işğal olunmuş ərazilərdə dağıntıları qeydə aldığını bildirib. Prezident İlham Əliyev vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən 4 qətnaməsi icra edilmir və Ermənistan status-kvonu saxlamaq niyyətindədir. NATO-nun Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini deyən Prezident İlham Əliyev vurğulayıb ki, Avropa İttifaqının müvafiq sənədlərində də ölkəmizin ərazi bütövlüyü dəstəklənir.

Sonra bir çox ölkələrin səfirləri çıxış edib və Azərbaycanın NATO-nun missiyalarında fəal rolundan danışıblar, ölkəmizin Əfqanıstana göstərdiyi yardımı və oradakı missiyada iştirakını yüksək qiymətləndirib, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsini qeyd ediblər, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunaraq münaqişənin həllinin zəruriliyini bildiriblər.

Sonda dövlət başçısı NATO-dakı səfirlərin suallarını cavablandırıb.

Baki-xeber.com



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ