şənbə günü, 14 noyabr 2026
     

Qarabağ məsələsində Ermənistanın mövqeyi formaca bütün nəfəsliklərin qapandığı həddə çatıb

Image


Rusiyadan gələn bütün xəbərdarlıqlara rəğmən, Ermənistan Avropa ilə münasibətlərini yeni səviyyədə inkişaf etdirməkdən geri çəkilmək niyyətində olmadığını göstərdi. Söhbət işğalçı ölkənin  “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində  Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığını genişləndirmək niyyətindən gedir.

Ermənistan Avropa ilə münasibətlərini yeni səviyyəyə qaldırmaqda israrlı olduğunu bəyan edir. Artıq bu məqsədlə Ermənistan prezidenti Serj Sarkisyan Belçika Krallığına səfər edib. Brüsseldə keçirilən “Şərq Tərəfdaşlığı” sammitində iştirak edən Sarkisyanın səfəri çərçivəsində Ermənistan və Avropa İttifaqı arasında noyabrın 24-də yeni sazişim imzalanması gözlənir.
Ekspertlər hesab edir ki, Avropa İttifaqı  bu sazişlə Ermənistanı Rusiyanın təsirindən çıxarmaq niyyətindədir. Qeyd edək ki, əslində Sarkisyanın, 2013-cü ildə olduğu kimi, son anda Brüsselə getməyəcəyi və sazişdən imtina edəcəyi gözlənirdi. Lakin onun geri çəkilmək istəmədiyi görünür. Bundan əvvəl  erməni siyasi ekspert  Tevos Arşakyan çox açıq mətnlə bildirmişdi ki, Rusiya Ermənistanı Avropa İttifaqı ilə saziş imzalamaqdan imtinaya məcbur edə bilməsə, Moskva Qarabağla bağlı yeni planını Azərbaycana təqdim edəcək: “İnformasiyalar var ki, Vladimir Putinlə Serj Sarkisyan Moskva görüşündə bəzi detallar üzrə razılığa gələ bilməyib. Xarici işlər naziri Sergey Lavrov məhz həmin detalların müzakirəsi üçün İrəvana gəlib. Amma o da  Ermənistanı Avropa İttifaqı ilə saziş imzalamaqdan döndərə bilmədi və Moskva tezliklə Azərbaycanın maraqlarının təmin olunduğu Qarabağ üzrə “Putinin yeni planı”nı təqdim edəcək”. Təbii ki, proseslərin bu cür inkişafı Azərbaycanın maraqlarına uyğundur. Elə Ermənistan mediası da Dağlıq Qarabağ münaqişəsi və digər aspektlərdə ölkəni yaxşı heç nəyin gözləmədiyini yazır. “Lragir“ portalı bu xüsusda bildirir ki, Azərbaycana və Ermənistana Rusiyanın xarici işlər naziri Serqey Lavrovun rəsmi səfəri başa çatsa da, son hadisələr fonunda bu səfərin ciddi nəticələri olacaq: “Rusiya xarici işlər naziri Sergey Lavrov əvvəlcə Bakıya, daha sonra İrəvana səfər etdi. Onun İrəvan səfərinin məqsədi Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılmasıdır“. Elə erməni siyasi şərhçi Vigen Petrosyan da yazır ki, Rusiya Ermənistandan Qarabağ ətrafındakı rayonların bir neçəsini azad etməyi istəyir: “Lakin vəziyyət daha mürəkkəb və kədərlidir, təbii ki, Ermənistan üçün. Nazirlər Kabineti və Prezident Aparatındakı mənbələrimiz Lavrovun İrəvan səfərinin bəzi detallarını açdı. Onların dediklərinə görə, Lavrov və Sarkisyan arasında bağlı qapılar arxasında keçirilən görüşdə müzakirələr olduqca gərgin olub. Məsələ ondadır ki, Moskva Avrasiya İqtisadi İttifaqının iki üzvü – Qazaxıstan və Qırğızıstan arasında münaqişənin nəticəsində ittifaqın reytinqini sürətlə düşməsindən narahatdır. Putin bu ittifaqa böyük güc sərf edib, buna görə də Astana və Bişkekin mübahisələrinin ümumi imicə zərər verməsini qəbul etmir. Xüsusilə bunun Rusiyada prezident seçkiləri ərəfəsində baş verməsi qəbuledilməzdir. İttifaqın imicinin yüksəldilməsi üçün Rusiya Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qəbul edilməsi variantı üzərində düşünür. Bakı bunun qarşılığında öz şərtlərini irəli sürdü. “Biz işğal edilmiş Qarabağ ətrafındakı rayonlardan ilkin olaraq beşi azad ediləcəyi təqdirdə ittifaqa giriş haqda düşünə bilərik”. Bakının ilkin şərti budur. Lavrov Bakıda Azərbaycan Prezidenti ilə görüşəndən sonra Kremlə zəng etdi və böyük ehtimalla bu şərtlərlə razılaşdılar. Kremldən dəqiq göstərişlər alan Lavrov İrəvana gəldi və Sarkisyanla ağır danışıqlar aparıldı. İttifaqa hansısa ölkənin daxil edilməsi yalnız bütün üzv ölkələrin razılığı ilə mümkündür. Lavrov qapalı görüşdə Sarkisyana Azərbaycanın ittifaqa üzv olmasına razılıq verməyi və bunun baş tutması üçün rayonların azad edilməsi haqda Kremlin ultimatumunu çatdırdı”. Mənbələr həmçinin qeyd edir ki, Lavrov Sarkisyandan noyabrın 24-də Avropa İttifaqı ilə saziş imzalamaqdan imtina etməyi tələb edib: “Lavrov Sarkisyana bildirdi ki, Kreml Qarabağ ətrafındakı rayonların beşini yox, iki, yaxud üçünü də qaytara bilər. Yalnız o şərtlə ki, Ermənistan Avropa İttifaqı ilə sazişdən imtina etsin. Sarkisyanın etirazları heç bir işə yaramadı. Onun Lavrovla görüşdən sonra qızarmış üzü də hər şeyi nümayiş etdirirdi”. İndi isə Sarkisyanın “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində  Avropa İttifaqı ilə əməkdaşlığı genişləndirmək niyyəti Kremli daha çox qəzəbləndirir. Ermənistanın “168 Jam” qəzeti də bildirir ki, hadisələrin inkişafı Ermənistanın xeyrinə deyil: “Rusiya xarici işlər naziri Sergey Lavrov Bakı və İrəvana Qarabağ konfliktinin həlli üçün gəlmişdi.

Mənbəmizin məlumatına görə, erməni tərəfi Rusiyanın həll planlarına yox deyə bilmir. Həmin plan isə Qarabağın Azərbaycana qaytarılmasını nəzərdə tutur”. Rusiya Siyasi və İqtisadi Əlaqələr Agentliyinin aparıcı analitiki Mixail Neyjmakov da eyni mövqeni bölüşür: "Çoxları Sergey Lavrovun regiona səfərinə böyük ümidlər bağlayırdı. Buna baxmayaraq, bu səfər zamanı nəinki Rusiya xarici işlər nazirinin bəyanatları, həm də digər maraqlı oyunçuların bu turnedən əvvəlki atmacaları göstərir ki, maraqlı dövlətlərin nümayəndələri Qarabağ məsələsində yüksək gözləntilər yaratmaq istəmirlər. Amma Ermənistanın Avropa İttifaqı  ilə oyunları da indi vəziyyəti dəyişir və pərdə arxasında ciddi proseslər gedir. Ermənistanın cəzalanması üçün bəzi rayonların Azərbaycana qaytarılmasının yəqin ki, şahidi olacağıq".  O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "cənab Putin Dağlıq Qarabağ münaqişəsi üzrə irəliləyişlərə nail ola bilər" barədə bəyanatını da xatırladıb. Analitik ehtimal edir ki, noyabrda Qarabağ problemi üzrə ciddi diplomatik fəallıq da əbəs deyil. Onun sözlərinə görə, intensiv diplomatik təmaslar və son geosiyasi proseslər sürətli nəticəni istsina etmir: "Çox vaxt bu cür fəallıq diplomatların və dövlət başçılarının digər xarici siyasət oyunçularına təşəbbüsü verməmək istəyindən irəli gəlir. Rusiya da Qarabağ məsələsində təşəbbüsü əldən vermək istəmir. Buna görə də həll istiqamətində müəyyən addımlar ata bilər". Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev də öz növbəsində bildirir ki,  xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi və əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində mühüm addımdır. O bildirib ki, səfər zamanı müzakirə olunan əsas məsələlərdən biri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli idi: "Əminəm ki, yaxın vaxtlarda proses "ölü nöqtə"dən tərpənəcək və mən çox ümid edirəm ki, münaqişə beynəlxalq hüquqa uyğun olaraq, nəhayət, sülh yolu ilə həll olunacaq".

Digər tərəfdən daha bir maraqlı məqam odur ki, son dövrlərdə Türkiyənin də Rusiyaya Qarabağ məsələsində təsir və təzyiqləri artıb. Qardaş ölkənin dövlət başçısı Rəcəb Tayyip Ərdoğanın bu məsələni iki dəfə Soçidə qaldırmasının bir nəticəsinin olacağı şübhə doğurmur. Rusiyalı tarixçi və analitik Oleq Kuznetsov da bildirir ki, Rusiya Qarabağ münaqişəsini həll etmək üçün İran və Türkiyənin yardımından istifadə edəcək: “Laçın və Kəlbəcər istisna olmaqla, beş rayonun Azərbaycan tərəfinə qaytarılması 1999-cu ildən başlayaraq Rusiya tərəfindən müxtəlif tonallıqla təklif olunur. Mən sizə deyim ki, bəlkə də daha çox. 1999-2016-cı illərdə Ermənistan bu addımı atmağa yaxın idi. 1999-cu ildə İrəvanda olan terror aktından, Nair Unanyanın terror təşkilatının erməni siyasi elitasının 22 nümayəndəsini qətlə yetirməsindən sonra hakimiyyətə Köçəryan– Sarkisyanın “Qarabağ klanı” gəldi. Amma hətta o da 2015-ci ildə Azərbaycana güzəştə getməyə hazır idi. Lakin 2016-cı ilin aprel döyüşləri Kremlin bu təşəbbüsünün reallaşmasına imkan vermədi. Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində İrəvana daim təzyiqlər göstərir. İndi, Suriyadakı beynəlxalq terrorizmə qarşı mübarizədə nüfuza sahib olduğu bir dövrdə bu daha da kəskinləşib. Lakin bütün dünyanı silah gücünə sülhə məcbur edən “şahin” imici ilə yanaşı, Rusiya həm də beynəlxalq konfliktləri danışıqlar yolu ilə həll edə bilən “göyərçin” obrazına sahibdir. Buna görə də Rusiya indi Dağlıq Qarabağ mövzusuna dair obyektiv səylərini artırır və bundan sonra da artıracaq. İndi Kreml Ön Asiya regionundakı münaqişələrin həllində prinsipial olaraq yeni taktikaya keçib. Bunu Suriyanın timsalında aydın görmək olar. Avropa və Amerika əvəzinə Rusiya Türkiyə və İranla danışıqlar masasına oturdu, onları Suriyadakı sülhün və sabitliyin təminatçısı olaraq seçdi. Mən əminəm ki, bu regional nizamlanma modeli Suriyada özünü doğruldarsa, Qarabağ münaqişəsi ATƏT-in Minsk Qrupunun səyləri nəticəsində deyil, İran, Türkiyə və Rusiya vasitəsilə həlli yolunu tapacaq“. Ekspert qeyd edir ki, hamımız Türkiyənin Azərbaycan, İranınsa Ermənistan üzərində necə bir təsirə sahib olduğunu bilirik: “Rusiya isə Cənubi Qafqaz ölkələri üçün əsas silah tədarükçüsüdür. Yəni yalnız Rusiya, İran və Türkiyə Azərbaycan və İrəvana siyasi yollarla deyil, praktiki təsir göstərə bilir. Qarabağ probleminin yeni mərhələrdə həlli yolu, məncə, məhz bu cür baş tutacaq. İndi İrəvanın dünyada beynəlxalq arenanın sözünü dinləyən normal dialoq qurmaq qabiliyyətinə malik ölkə imici ilə bu konfliktə son qoymaq şansı var. Lakin o, həm də bu tarixi şansı qaçırıb bütün münasibətləri məhv edə bilər, bu isə Ermənistanın taleyi üçün ölümcül olacaq”. Beləliklə, qeyd edilənlər Qarabağ məsələsi ətrafında maraqlı bir vəziyyətin yarandığını göstərir. İndi başlıca məqam yaranmış situasiyanın Qarabağ münaqişəsinin həllini nə dərəcədə tezləşdirəcəyidir. Bu tezləşmə müşahidə olunmasa, konfliktin güc yolu ilə çözümü qaçılmaz olacaq.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ