çərşənbə axşamı günü, 20 oktyabr 2026
     

Neft yenidən 100 dollarlıq qiymət həddinə doğru istiqamət götürür…

Image


Dünya bazarlarında son bir neçə gün ərzində neftin qiymətində sıçrayışlı artımlar yenidən diqqəti bu mövzu üzərində cəmləşdirib. Ümumiyyətlə, son 3 gün ərzində neftin qiyməti durmadan artır və bu artım özünü kifayət qədər yüksək rəqəmlərlə göstərir. Məsələn, Azərbaycan neftinin qiyməti 4 faizdən çox bahalaşıb.

Son məlumatlara əsasən, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 2,58 dollar bahalaşaraq 66,2 dollar olub. Digər markalı neftlərin də qiyməti artır. Ekspertlər indiki artım tempi davam edəcəyi təqdirdə neftin qiymətinin ilin sonuna kimi 100 dollarlıq həddə çatmasını istisna etmir.

Hazırda artımı şərtləndirən başlıca səbəb Səudiyyə Ərəbistanında baş verənlərdir. Xatırladaq ki, ki, kral Salman Korrupsiyaya Qarşı Mübarizə Komitəsi yaradaraq oğlu Məhəmməd bin Salmanı həmin qurumun rəhbəri təyin edib. Komitənin yaradılmasından bir neçə saat sonra həbslər başlayıb. Həbs olunanlar korrupsiya və rüşvətxorluqda, çirkli pulların yuyulmasında ittiham olunur. İlk həbs dalğasında kral ailəsindən olan 15 nəfərlə birlikdə ən məşhur televiziya kanalları, internet portalları və qəzet sahibləri, Səudiyyə Ərəbistanı sərmayəsinin 30%-nə sahib olan şəxslər yer alıb. Bu əməliyyatlar vəliəhd şahzadə Məhəmməd bin Salmanın iqtidarını gücləndirmək həmləsi olaraq görülür. 32 yaşlı vəliəhd şahzadənin başçılıq etdiyi qurum artıq 11 şahzadə, 4 nazir, onlarla keçmiş nazirin nəzarətə götürülməsinə dair əmr verib. Həbs olunanların bütün hesabları dondurulub. Ciddə şəhərindəki özəl təyyarələrin isə havaya qalxmasına icazə verilmir.

Məhz belə bir vaxtda yeni həbs dalğasının da siqnalı verilib. Bildirilir  ki, bir neçə gün ərzində hərbi və mülki bürokratiyadan olan 500 ali səviyyəli idarəçi vəliəhd şahzadə Məhəmməd bin Salmanın başçılıq etdiyi qurum tərəfindən həbs ediləcək. Səudiyyə Ərəbistanının baş hakimi Şeyx əl Moyeb də kral ailəsindən olan şahzadələrin və onlarla məmurun həbs edilməsinə dair açıqlama verib. O, bu əməliyyatları “sadəcə bir başlanğıc” adlandırıb. Baş hakim həbsləri, harada olursa-olsun, vəzifədən sui-istifadəni təmizləmək üçün lazım olan müddətin başlanğıcı olaraq dəyərləndirib. Kəsrə xarici kütləvi informasiya vasitələri Səudiyyə Ərəbistanında baş verənləri dünya bazarında neftin qiymətinin düşməsindən sonra kralın ölkə iqtisadiyyatında dəyişiklik etməyə çalışması, digərləri isə saray çəkişmələri kimi qiymətləndirir. Məsələ ilə bağlı "The Guardian" qəzeti yazır ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi antikorrupsiya repressiyalarına başlayandan sonra neft qiymətləri 2015-ci ilin iyulundan bəri ən yüksək həddinə çatıb.

Məqalədə deyilir ki, bu hal, eləcə də OPEK kartelinin noyabrın sonunda Vyanada keçiriləcək görüşündə hasilat ixtisarı müddətinin uzadılması məsələsinə baxılacağını bildirməsi nefti gözlənildyindən də böyük sürətlə yüksəldir. Bildirilir ki, "Brent" markalı neftin qiymətinin ilin birinci hissəsindəki 50 dollardan 62 dollara sıçramasında əsas rolu Səudiyyənin gələcək kralının hərəkətlərindən doğan siyasi qeyri-müəyyənlik oynayıb. "Sun Global İnvestments" menecmenti firmasının baş direktoru Mihir Kapadi bildirir ki, elə son qiymət qalxımının əsas səbəbi Səudiyyə Ərəbistanından qaynaqlanan qeyri-müəyyənlikdir. "The Guardian" yazır ki, neftin qiymətini qaldıran başqa faktorlar da var. Bunlardan biri Səudiyyə Ərəbistanı, Rusiya, Qazaxıstanın bu günlərdə görüşərək neft qiymətlərinin qaldırılması məqsədilə hasilatın ixtisarı müddətinin uzadılmasına razı olduqlarını bildirməsidir. Başqa geosiyasi hadisələr də neft qiymətinin dirçələşinə təsir edib. Bu mənada İraq hökumətinin Kürdüstanın neftli ərazilərindəki fəaliyyəti xüsusi təsirə malik olub. Bundan başqa, Niger deltasında da neft infrastrukturları üzərinə hücumların sayı artıb. OPEK-in baş katibi Məhəmməd Barkindo isə bildirir ki, bu gedişlə qlobal neft tələbatı sutkada 100 milyon barrelə çatacaq. Onun sözlərinə görə, qlobal iqtisadiyyatın güclənməsi neftin qiymətinin də bahalaşmasına səbəb olacaq. Neft sənayesindəki investisiyaların çox vacib olduğunu vurğulayan OPEK-in baş katibi Rusiya kimi qeyri-OPEK ölkələrilə əlaqələrin inkişafının əhəmiyyətini bildirib. O, yaxın gələcəkdə dünyada xam neftə olan tələbatın artacağını qeyd edib. OPEC-in hesablamalarına görə, cari ildə qlobal neft tələbatı gündəlik orta hesabla 96,8 milyon barrel olacaq. "HedgeEye"  şirkətinin təhlilçisi Cosef Makmonigl isə bildirir ki, Səudiyyədəki qeyri-müəyyənlik başqa neft hasil edən regionlara da təsir göstərib. Bütün bunlar neftin ilin sonuna kimi 100 dollarıq həddə çatmasını tamamilə real edir. Çünki Səudiyyədəki siyasi təlatümlərin hələ bir neçə ay davam etməsi gözlənir. Xatırladaq ki, ölkəmizdə gələn ilin dövlət büdcəsində neftin baza qiyməti 45 dollar səviyyəsində götürüləcək.  Amma baş verənlər real qiymətin bundan ən azı iki dəfə artıq olmasını istisna etmir. 

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

19.10.2026 / 16:11
Adnan Əhmədzadədən yeni xəbər var - məhkəmə qarşısına çıxarıldı...

19.10.2026 / 15:55
Zelenski Trampı sərt tənqid etdi - bizi Putinə təslim olmağa məcbur edir...

19.10.2026 / 15:41
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO

19.10.2026 / 15:26
Sahibə Qafarova Qırğızıstan Joqorku Keneşin sədri ilə görüşdü...

19.10.2026 / 15:12
İran ilk ağır qırıcı təyyarəsini sınaqdan keçirməyə hazırlaşır...

19.10.2026 / 14:44
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradıldı FOTO

19.10.2026 / 14:17
Prezident bir qrup energetiki təltif etdi

19.10.2026 / 13:59
Fransanın daxili işlər naziri polisin böyük şəhərlərdə vəziyyətə nəzarəti itirdiyini etiraf etdi...

19.10.2026 / 13:41
Kreml Kiyev danışıqlarda olmadan Ukraynada sülhü mümkünsüz hesab edir...

19.10.2026 / 13:04
Bu şəxslərin pensiyaları aylıq əlavələrlə artırılacaq...

19.10.2026 / 12:30
AKP-nin bu qədər korrupsiyaya qurşanmış üzvlərini kim himayə edir - 5 TUTARLI FAKT…

19.10.2026 / 12:12
Məktəb direktorunun maşınının yandırılması ilə bağlı daha bir nəfər saxlandı - VİDEO

19.10.2026 / 12:08
Yeni səhiyyə naziri Anar Bayramov KİMDİR? - DOSYE

19.10.2026 / 11:57
Rusiya Qara dənizdə daha bir yük gəmisini vurdu...

19.10.2026 / 11:45
Rubio ABŞ-ın Kiyevə kəşfiyyat dəstəyinin dayandırılmadığını deyir – Zelenski bu məlumatı haradan alıb bilmirəm...

19.10.2026 / 11:42
Baş nazirin müavinlərinin sayı 4-ə çatdı

19.10.2026 / 11:33
Anar Bayramov səhiyyə naziri təyin edildi

19.10.2026 / 11:31
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

19.10.2026 / 11:29
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - FƏRMAN

19.10.2026 / 11:27
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü 20 sutka həbs olundu

19.10.2026 / 11:12
Fransada etirazlarda saxlananların sayı 2 mini keçdi – DİN naziri istefa ərizəsi yazdı, Makron qəbul etmədi…

19.10.2026 / 10:54
Əraqçi ABŞ-a xəbərdarlıq etdi - diqqətli olun: bizim də yarımçıq qalmış işlərimiz var…

19.10.2026 / 10:39
Tramp Rusiyaya niyə əlavə sanksiyalar tətbiq etmədiyini açıqladı – onları masadan uzaqlaşdırmaq istəmirəm…

19.10.2026 / 10:30
Rusiya Kiyev metrosunu vurdu - bir nəfər həlak oldu…

19.10.2026 / 10:19
Azərbaycandan Ermənistana ixrac olunan məhsulların SİYAHISI AÇIQLANDI...

19.10.2026 / 09:55
DYP küləkli hava ilə bağlı sürücülərə müraciət etdi

19.10.2026 / 08:40
Təl-Əvivdən Vyanaya uçan təyyarədə bomba həyəcanı - avialayner Sofiyaya məcburi eniş etdi

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ