Türkiyənin Cerablus əməliyyatının detallarını öncədən Rusiya və Suriya ilə razılaşdırdığı iddia edilir. Baki-xeber.com xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin məsləhətçisi Aleksandr Duginin ingiliscə yayımlanan katehon.com saytında yer alan yazıda qeyd edilir ki, 24 avqustda başlayan Cerablus əməliyyatından əvvəl Türkiyə, Rusiya və Suriya rəsmiləri arasında bir neçə görüş keçirilib. Bu görüşlərdən ən sonuncusu Bağdadda türk, rus və Dəməşq rejimi rəsmilərinin iştirakı ilə baş tutub və Türkiyənin Suriya əməliyyatları ilə bağlı mühüm qərarlar verilib.
Qeyd edilir ki, Türkiyə Cerablus əməliyyatı ilə ABŞ və Rusiyanın Suriyadakı bütün planlarını alt-üst edib: “Əgər Rusiya istəsəydi 72 saat içində 3 dəstə silahlı əsgərini Suriyaya göndərib müxaliflərə ağır zərbə vura bilərdi. Eyni şeyi Amerikada edə bilər və Əsədi kreslosundan endirə bilərdi.
Ancaq bu iki güc də Suriyada balanslı şəkildə hərəkət edir və hər iki ölkə də fürsət düşdükcə bir-birini aldatmağa çalışır.
Suriyadakı bu tarazlıq Türkiyənin ölkənin şimalındakı əməliyyatları ilə pozuldu.
Bununla yanaşı əsas bir məsələyə də aydınlıq gətirildi. Beləki, Suriyada hərbi əməliyyatları dayandırmaq üçün gözlənilməz bir şans da yarandı.
Türkiyənin Cerablusda əməliyyatlara başlamasının ardından da bir neçə dəfə görüşlər keçirilib. Bu toplantılarda məqsəd Türkiyənin Suriyadakı əməliyyatlarının qarşısını almaq olub.
İddialara görə son yığıncaqda, Əsəd rejiminin mənfəətləri nəzərə alınaraq "Fırat Qalxanı" əməliyyatının sərhədləri də müəyyənləşdirilib. Müəlllif qeyd edir ki, razılaşmaya əsasən Türkiyənin Suriyaya göndərdiyi əsgərlərin sayı 8 mindən çox olmamalıdır. Türkiyə iki mexanikləşdirilmiş briqada, bir artilleriya alayı, xüsusi qüvvələr batalyonu, bir F-16 dəstəsi, vertolyotlar, amfibiya hücum və nəqliyyat avtomobillərini Suriya ərazisinə keçirə bilər.
Razılığa əldə olunduğu iddia edilən digər bir maddə isə Türkiyənin Suriya ərazisində hansı sərhədlər arasında hərəkət edəcəyilə bağlıdır. Qeyd edilir ki, Türkiyə İŞİD-ə qarşı mübarizə aparmaq üçün Kara Kubri və Cerablus arasındakı 90 km genişliyindəki sahədə 30 km-ə qədər Suriya ərazisinə girə bilər. Bununla yanaşı Türkiyə ordusu Azad Suriya Ordusunun müstəqil şəkildə hərəkət etməsinə icazə verməyəcək və Cerablusun qərbində İŞİD-in olduğu Azez şəhərinə doğru Azad Suriya Ordusu ilə birgə irəliləyəcək.
Terror təşkilatı PYD-nin hərbi qanadı YPG-nin hədəflərini genişləndirərək Hasekedə Əsəd ordusuna hücum etməsinin bir fürsət olduğunu qeyd edən müəllif, bundan sonra PYD ilə bağlı müzakirələrdə daha rahat bir razılaşma əldə etməyin mümkün olduğunu yazır. Bu razılaşma çərçivəsində, PYD-nin Firatın şərqinə çəkilməsi üçün Türkiyə ordusunun keçirəcəyi əməliyyatlara Rusiya “yaşıl işıq” yandırıb.
Digər bir razılaşma mövzusu da, Türkiyə döyüş təyyarələrinin Suriyadakı varlığı məsələsidir ... Əldə edilən məlumatlara görə, Rusiya Türkiyə döyüş təyyarələrinin Suriyadakı əməliyyatlarına görə S-400 raketdən müdafiə sistemlərində də yeniliklər edib.
Yazıda, Türkiyə, Suriya və Rusiyanın kəşfiyyat mövzusunda da razılaşdığı iddia edilir. Bu razılaşmaya görə, Türkiyəyə yaxın olan Hələbdəki müxalif qruplar geri çəkiləcək. Duginə görə, bu eyni zamanda Əsəd ordusunun Hələbdə qazanacağı zəfərin də bir işarəsidir.
Razılaşmanın digər bir mövzusu isə Türkiyə və Suriya ordusunun İŞİD-i yox etmək üçün ortaq hərəkət etməsidir. Qeyd edilir ki, Türkiyə və Suriya İŞİD və PKK-ya qarşı iki ölkə sərhədi boyunca təhlükəsizlik dəhlizi yaradacaq.
TAHİR